Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağça
Bağça (Bukan) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. Bağça (Behi-yi Feyzullah Bəyi) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd.
Baca-baca
Baca-baca - Azərbaycanda Novruz bayramı günlərində əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Baca-baca oyunu ilaxır çərşənbədə və Novruz bayramı axşamlarında icra olunan oyunlardan biridir. Xüsusilə subay gənclər tərəfindən icra olunan "qurşaqatdı", "papaqatdı", "qurşaqsalladı", "torbaatdı" mərasim oyunları ilə məzmunca eynidir. Qədim vaxtlarda evlər indiki kimi, şiferli, kirəmitli olmamışdır. Evlərin üstü hamar və damın ortasından baca olmuşdur. Gənclər şal, yaylıq, tənzifdən hazırlanmış örpək sallayıb Novruz payı alardılar. Oyun ustad şair Məhəmməd Hüseyn Şəhriyarın (1905-1988) sözlərində dəqiq əks etdirilmişdir. Baca-baca oyunu Azərbaycanın bir sıra bölgəsində "Nünnünü", "Nünnü getmə" də adlanır. Hüseynqulu Sarabski yazır: "Nünnünü gedən adam ip ucuna kiçik bir torba bağlar, onu mətbəx bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından, bacasından evə sallar, özünü tanıtdırmamaq məqsədilə şəhadət barmağını burnuna vurmaqla nünnünü səsi çıxarıb ev yiyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qaytarılmazdı.
Bağça (Bukan)
Bağça (fars. باغچه‎) - İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 399 nəfər yaşayır (70 ailə).
Bağça şahmatı
Bağça şahmatı — bağça üzərində yerləşdirilmiş lövhə üzərində oynanılan şahmat növüdür. BUrda hündür fiqurlardan istifadə edilir. Məqsəd şahmatın ancaq qapalı məkanlarda oynanılmadığını göstərməkdir. Əsasən məktəblərdə, otellərə və parklarda oynanılır.
Bağça (Mahnişan)
Bağça (fars. باغچه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 309 nəfər yaşayır (64 ailə).
Zağca
Zağca (lat. Corvus frugilegus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qarğalar fəsiləsinin qarğa cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 45-50 sm, çəkisi 350-450 q olur. Rəngi qara, bənövşəyi-göydür. Əsasən Mərkəzi Avropa və Asiyada yayılmışdır. Köçəri quşdur. Lakin Azərbaycanda oturaq həyat sürür. Hündür ağaclarda düzəltdiyi yuvaya 3-7 yumurta qoyur; 19-21 gün kürt yatır. Zərərli həşəratı məhv etməklə fayda,tarlada toxumu cücərtini yeməklə zərər verir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası IV cild, Bakı 1980, səh.
Ağca
Ağca Qonbad (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Ağca Qala (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Ağca xan — türk mifologiyasında əfsanəvi xaqan. Mehmet Əli Ağca — türk cinayətkar.
Bakça (Şaran)
Bakça (başq. Баҡса, rus. Бахча) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Nürəy kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 33 km, kənd sovetliyindən (Nürəy): 3 km. ən yaxın dəmiryol stansiyasından (Kandrı stansiyası): 38 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (85 %) üstünlük təşkil edir.
Cahid Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Cahit Bağçı
Cahit Bağçı (türk. Cahit Bağcı; 25 iyun 1964, Osmancık, Çorum ili) — Türkiyəli siyasətçi, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri == Həyatı == Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb. Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub. 1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb.
Ağca Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir.Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir.Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Ağca Xan
Baqa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Baça bazı
Baça bazı ya da Beçəbazlıq (fars. بچه بازی‎, Beçə bazi - "oğlanlarla oynamaq";بچه beçə, "bala, uşaq" və بازی bāzī, "oyun") — Əfqanıstanda uşağbazlıq üçün istifadə edilən söz. Cavan oğlanların qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərdən ibarət olan cinsi quldarlığın və uşaq fahişəliyin növü. Əfqanıstanda və Pakistanda mövcuddur.Taliban Dövründə (1994-2001) beçə bazı üçün edam cəzası tətbiq olunurdu. İddia edilir ki, ABŞ hərbi qüvvələri Əfqanıstanda beçə bazı fəaliyyətini etina edirdilər. ABŞ hərbi qüvvələri bu iddiaları inkar edirlər və məsələnin çözülməsi böyük nisbətdə Əfqanıstan hökumətin məsuliyyəti olduğunu qeyd etdilər. beçə bazı indiki Əfqanıstan qanunlara da şəriətə də, mülki məcəlləsinə də qarşı olduğuna görə ziddir.Bu biznes günümüzdə Əfqanıstanda artır, bəzi kişilər beçə bazıları sərvətin və yüksək vəziyyətin göstəricisi kimi saxlayırlar. == Tarix == Beçə bazı Mərkəzi Asiyada IX və ya X əsrdə ortaya çıxdı. Birinci Dünya Müharibəsindən sonra o, böyük şəhərlərdə azalıb. Tarixçi Entoni Şeyin fikirinə görə bunun səbəbi qərbi kolonial dəyərləri idi.Mərkəzi Asiyana səfər edən bir sıra xarici səyyahlar beçə bazı haqqında yazırdılar.
Baça poş
Əfqanıstan və Pakistanda qızları kişi kimi böyütmək adət-ənənələri var - belə uşaqları "baça poş (bacha posh)" adlandırırlar. Bu cür üsul o ailələr tədbiq edir, övladlarının hamısı yalnız qız doğulur, bu da yerli adətə görə ailə üçün az qala rüsvayçılıq hesab edilir. "Baça poş"a kişi adı verilir, oğlan geyimləri geyindirilir və saçları qısa kəsdirilir. O, həmçinin cəmiyyətdə daha çox görünmə imkanı əldə edir, məktəbə gedir və idmanla məşğul olur. Lakin cinsi yetkinləşmə zamanı çatdıqda baça poş bütün kişi hüquqlarından məhrum olaraq yenidən qız həyatına geri dönür, bundan sonra isə ərə verilir. Adətən onlar pis həyat yoldaşı olurlar, belə ki, qadının öhdəliyinə düşən işləri, yemək bişirməyi, tikməyi və digər işləri görməyə məcburi surətdə öyrədilməyib.
Bağa Tarxan
Bağa Tarxan (?- 13.4.744) — Türgiş xaqanlığının hökmdarı. == Həyatı == Bağa Tarxan əvvəlcə sarı türgişlərin başçısı idi. Kül Çör kimi tanınırdı. Çumuğun tayfasının başçısı idi. Tarix səhnəsinə ilk dəfə 721-ci ildə çıxmışdır. Qəsr əl-Bahil mühasirəsində müvəffəqiyyətsiz olsa da, 729-cu ildə Kəmərcə mühasirəsində iştirak etmişdi. Daha sonra 737-ci ildə Xaristan döyüşündəki Sulukun məğlubiyyəti ona hakimiyyəti öz əlinə almaq üçün motivasiya verdi. 738-ci ildə əyanlardan başqa biri olan Tumutu ilə əlbir olaraq Suluk xanı öldürtdürdü. Onun bayrağı altına Fərqanə və Daşkənd hakimləri toplanmışdılar. Çin hakimlərindən bəziləri də ona söz vermişdilər.
Bağa xaqan
Bağa xaqan — Göytürk xaqanlığının hökmdarı, Qara İssıq xaqanın ikinci oğlu idi. == Hakimiyyəti == Göytürk vətəndaş müharibəsi hələ davam edirdi. Tardu xaqan və onun dəstəklədiyi Apa xaqanla müharibəni davam etdirdi. Fars sərkərdəsi Bəhram Çubin tərəfindən Birinci Göktürk-Sasani müharibəsində məğlub edilib öldürülmüşdür.
Bağa Şad
Bağa Şad - Göytürk şahzadəsi və diplomatı idi. İkinci Fars-Türk müharibəsi və Üçüncü Fars-Türk müharibəsi dövründə Qafqazın şadı, yabqusu və tudunu olmuşdu. 616-628 illəri arasında Çin səfiri olaraq xidmət göstərmişdi.
Sisanna Baca
Sisanna Baca (24 may 1944) — məşhur Perulu müğənni; Peru Mədəniyyət naziri (2011-dən). Sisanna Baca 2002-ci ildə "Lamento Negro" albomu ilə Latın Gremmi mükafatını alıb.O, 2011-ci ildə – 67 yaşında Peru Mədəniyyət naziri təyin olunub. Ölkənin İspaniyanın əsarətindən çıxıb müstəqillik qazandığı vaxtdan – 1821-ci ildən bəri ilk qaradərili naziri olmuşdur.
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Ağca Qala (Urmiya)
Ağca Qala (fars. اغچه قلعه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 903 nəfər. yaşayır (224 ailə).
Camış bağa girdi
Camış bağa girdi — Azərbaycanın milli rəqsi. Bu rəqsin adı, görünür, təsadüfi addır. Lakin ola bilər ki, rəqsin ağır, koppuş bir rəqqas tərəfindən ifa edildiyi vaxt onun dostları zarafatla "Camış bağa girdi" deyiblər. Rəqsin adı belə də qalıb. Hər halda Gəncədə bu qədim rəqs oynanılanda onun komik xarakteri həmin farziyyəyə dəlalət edirdi. Naxçıvanda və Şahbuzda isə rəqsi məzəli xarakteri bir o qədər də gözə çarpmır. Burada oni, əsasən ahıl adamlar oynayırlar. Rəqsin hərəkətləri geniş, həm də sıçrayışlı tərzdədir. Rəqs Azərbaycanın bir çox rayonlarında geniş yayılmışdır.
Mehmet Ali Ağca
Mehmet Ali Ağca (9 yanvar 1958) — türk cinayətkar. == Həyatı == 9 yanvar 1958-ci ildə Türkiyənin Malatya vilayətində anadan olub. == Cinayətləri == 1 fevral 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. 25 iyun 1979-cu ildə yaxalanaraq 16 gün fasiləsiz sorğu-suala çəkilib. 11 iyul 1979-da həbs edilərək İstanbuldakı Maltəpə hərbi həbsxanasına göndərilib. 5 noyabr 1979-cu ildə xəstəxanadan qaçırılmaq istənilib, ancaq buna müvəffəq olunmayıb. 24 noyabr 1979-da Maltəpə hərbi həbsxanasından hərbi libasda qaçırılıb. 30 aprel 1980 – həbsxanadan qaçırılandan sonra İrana gedən Ağca, daha sonra Türkiyəyə qayıdaraq, Ankara Məbusevlərində (millət vəkili evləri) gizlənib. 30 avqust 1980-ci ildə Faruk Özgünün adına çıxarılmış pasportla Bolqarıstana gedib. 13 may 1981-ci ildə Vatikanda Papa II İoann Paveli tapança ilə vurub.
Mehmet Əli Ağca
Mehmet Ali Ağca (9 yanvar 1958) — türk cinayətkar. == Həyatı == 9 yanvar 1958-ci ildə Türkiyənin Malatya vilayətində anadan olub. == Cinayətləri == 1 fevral 1979-cu ildə "Milliyyət" qəzetinin baş redaktoru Abdi İpəkçini öldürüb. 25 iyun 1979-cu ildə yaxalanaraq 16 gün fasiləsiz sorğu-suala çəkilib. 11 iyul 1979-da həbs edilərək İstanbuldakı Maltəpə hərbi həbsxanasına göndərilib. 5 noyabr 1979-cu ildə xəstəxanadan qaçırılmaq istənilib, ancaq buna müvəffəq olunmayıb. 24 noyabr 1979-da Maltəpə hərbi həbsxanasından hərbi libasda qaçırılıb. 30 aprel 1980 – həbsxanadan qaçırılandan sonra İrana gedən Ağca, daha sonra Türkiyəyə qayıdaraq, Ankara Məbusevlərində (millət vəkili evləri) gizlənib. 30 avqust 1980-ci ildə Faruk Özgünün adına çıxarılmış pasportla Bolqarıstana gedib. 13 may 1981-ci ildə Vatikanda Papa II İoann Paveli tapança ilə vurub.
Tun Bağa Tarxan
Tun Bağa Tarxan — Uyğurların dördüncü xaqanı. == Hakimiyyətə gəlişi == İdigəni öldürməsindən sonra taxta çıxan Bayan Çur xaqanın qardaşı Tun Bağa Tarxan Çin hakimiyyətini qəbul etdi və Tenqriçiliyə geri qayıtdı. Hakimiyyətə gələndən sonra əsas fəaliyyəti digər uyğur əsilzadələrini öldürmək olan xaqan 788-ci ildə Çinlilərlə yeni bir müqavilə imzaladı. Müqaviləyə görə: Xaqan - imperatorun vassalı elan olunur. Uyğur səfiri 200dən çox atlı saxlaya bilməz. Çin 1000 at qarşılığında ipək verəcək. Uyğurlar Çinə hücum etməyəcək.Xaqan 789-cu ildə imperatorun qızı Yünan (uyğurca titulu - Qutluq Bilgə Konçuy) ilə evlənəndən bir il sonra öldü. Yerinə oğlu Tolosu keçdi.
Abuca
Abuca (ing. Abuja, yor. Abùjá) — 1991-ci il 12 dekabr tarixindən etibarən Nigeriyanın paytaxtı. Ölkənin mərkəzində-Cos platosunda yerləşir. Şəhərin əhalisi 778 567 nəfər (2006), aqlomerasiyanın əhalisi təxminən 1,4 milyon nəfərdir (2005). == Tarixi == Şəhərin əsası 1828-ci ildə, kiçik düşərgə-istehkam düşərgəsinin yerində salınmışdır. Abucaya federal paytaxt funksiyasının verilməsi haqqında qərar 1976-cı ildə qəbul edilmiş, 15 illik hazırlıq, yenidənqurma və inşaat işlərindən sonra bu qərarın icrası təmin edilmişdir. Əksər hökumət idarələri isə rəsmən 1991-ci ilin dekabrında köçürülmüşdür. Ölkənin əvvəlki paytaxtı Laqos şəhəri olmuşdur. Şəhər yapon memarı Kendzo Tanqe tərəfindən layihələndirilmişdir.
Ağçay
Ağçay (çay) — Azərbaycanda çay. Ağçay (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ağçay (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Ağçay (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.
Bacaq
Qıç və ya qılça — aşağı ətraflar olub, ağırlıq daşıyan və hərəkəti təmin edən bədən üzvüdür. Bir çox heyvanda ayaq qıçın son hissəsində pəncələr və ya dırnaqlardan təşkil olunmuş, bir və ya daha çox seqment və ya sümükdən ibarət olan orqandır.
Bagel
Bagel - ABŞ, Kanada və Böyük Britaniyada geniş şəkildə istehlak edilən mayalı xəmirdən hazırlanmış qalın və halqa şəkilli çörək növü. İlk dəfə Polşada ortaya çıxdığı fərz edilən bagelin istehsalında maya, un, şəkər, duz və su istifadə edilir. Dad baxımından küncütsüz simiti xatırladır. İlk zamanlar yəhudilər tərəfindən istehlak edilən bagel, sonralar ABŞ və Kanadaya yayılmışdır. Amerikada xüsusilə, Nyu-York və Kaliforniya ştatlarında çox istehlak edilir. Simitdən fərqli olaraq suda qaynadılan bagelin küncütlü, çörəkotulu, sarımsaqlı, soğanlı, xaş-xaşlı növləri vardır.
Baget
Baget (fr. une baguette de pain) — fransız çörəyidir.Bəzi tarixçilər, bagetin inqilabdan sonra Napoleon Bonapart tərəfindən icad edildiyini qarşıya qoyur. O günə qədər yumru bişirilən çörəklər bu haldaykən daşına bilmirdi. Rusiya səfərinə hazırlanan Fransız İmperatoru, çörəklərə incə, uzun bir şəkil verilərək əsgərlərin şalvarına dayaza bilməsini planlamışdı. Beləcə baget, Napoleonun ordularıyla bütün Avropaya yayıldı.
Bagio
Bagio - Filippində şəhər. Bagio paytaxt Maniladan 250 km. şimalda, yumşaq iqlimi və təmiz havası ilə seçilən dağ kurort şəhəridir. Şəhər dəniz səviyyəsindən 1525 m yüksəklikdədir və ölkənin yay paytaxtı sayılır.Əhalisi 273 min (2005). Luson adalarında, Mərkəzi Kordilyer dağlarında, 1450–1600 metr hündürlükdə dir. Filippin hökumətinin yay iqamətgahıdır. ABŞ-nin hakimiyyət orqanları (1898–1934-cü illərdə Filippin ABŞ-nin müstəmləkəsi olmuşdur) tərəfindən 1905-ci ildə Amerika vətəndaşlarının istirahət yeri kimi salınmışdır; amerikan arxitektoru D.H.Börnhemin layihəsi əsasında tikilmişdir. 1954-cü ildə Bagioda SEATO-nun yaranması haqqında müqavilə imzalanmışdır. Turizm mərkəzi (ildə təqribən 1 mln. nəfər), dağ-iqlim kurortudur.