BAĞÇACIQ

Bağça”dan kiç. Suyun sahilində bir bağçacıq var. S.Vurğun.
BAĞÇA-BAĞ
BAĞÇALI
OBASTAN VİKİ
Bağçacıq
Bağçacıq — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. Bağçacıq (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Bağçacıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.
Bağçacıq (Həştrud)
Bağçacıq (fars. باغچه جيق‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 73 nəfər yaşayır (12 ailə).
Bağçacıq (Maku)
Bağçacıq (fars. باغچه جوق‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,738 nəfər yaşayır (393 ailə).
Bağçacıq (Talin)
Bağçacıq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. == Tarixi == Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erm. SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə adı dəyişdirilib Particak qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 10 nəfər, 1873 - cü ildə 82 nəfər, 1886-cı ildə 93 nəfər, 1897-ci ildə 140 nəfər, 1904 - cü ildə 101 nəfər, 1914 - cü ildə 107 nəfər, 1916-cı ildə 152 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Bağçacıq (Talın)

Bağçacıq (Vedi)
Bağçacıq — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd olmuşdur. Rayon mərkəzindən 22–23 km şimal-şərqdə, Vedi çayının yanında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildə və 1728-ci ilə aid mənbələrdə çəkilir. == Toponimi == Toponim bağça sözünə -cıq şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == 1828–1832-ci illərdə kəndin Azərbaycan türklərindən ibarət əhalisi qovulmuşdur. Bir neçə ildən sonra onun bir hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır.
Bağçacıq (Ərdəbil)
Bağçacıq (fars. باغچه چيق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 57 nəfər yaşayır (8 ailə).
Bağçacıq (Duzluca)
Bağçacıq — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. == Tarix == Kəndin adı 1928-ci il qeydlərində Bağçəcik kimi qeyd olunur.

Digər lüğətlərdə