Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Badə
Badə — haqq aşıqlarına və dastan qəhrəmanlarına röyada müqəddəslərin əli ilə ərməğan olunan rəmzi məcazi içki. İnanışa görə, üzərində ilahi aləmin nəzəri olan gənc bir adam (yetim bir oğlan, çoban, tacir oğlu, əkinçi və s.) yatıb yuxuya gedir və röyada ağ libaslı dərviş, Xızır və ya Həzrət Əli ona mey dolu badə təklif edir. Gənc adam əvvəlcə badədən imtina edib onun haram buyrulduğunu bildirir. Badə verən onu inandırır ki, bu, haram badələrdən deyildir. Gənc badəni içdikdən sonra badə verən müqəddəs ona haqq aşiqliyi verildiyini söyləyib qeyb olur. Gənc oğlan yuxudan ayılıb özünün başqa bir adama çevrildiyini görür. O, bədahətən söz demək, saz çalmaq, qayibdən xəbər söyləmək istedadı qazanır. Beləcə, haqq aşığına çevrilir və ona verilmiş butanın arxasınca yollanır.
Baden-Baden
Baden-Baden (alm. Baden-Baden‎) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005). == Ümumi məlumat == Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.
Badə İşçil
Badə İşçil (8 avqust 1983)— Türkiyə aktrisası. == Həyatı == Badə İşçil 1983-cü ildə avqust ayının 8-i İstanbulda dünyaya gəlib. Yeditəpə Universiteti Moda Dizayn Fakultəsinin məzunu olub. 2007-ci ildə Badə İşçil Cine5 kanalında nəşr olunan Metropol Cafe adlı komediya serialına ilk dəfə rol alıb. Amma onu əslində daha da məşhur edən rolu isə 2009 və 2011-ci illər arasında "Ezel" adlı televiziya serialında Şəbnəm Sertuna obrazıdır. "Ezel"in ardından hələ də davam etməkdə olan "Kuzey Güney" adlı televiziya serialında Banu Sinaner xarakterini canlandırmaqdadır. Badə İşçilin ən böyük şikayəti xarici görünüşündən ötrü insanların fərqli baxması, yanılmasıdır. Bir reportajında ​​da vəziyyəti belə şərh edir: "Saçımın rəngi və türk standartlarına görə fərqli bir tipin meydana gəlməsi "sarı saçına, mavi gözünə güvənir" kimi təəssürat yaradır." Məni tanımayanlar özündən razı və ərköyün zənn edir. Halbuki çox cana yaxın və səmimi biri olduğumu düşünürəm. Dünya malı yalan gəlir mənə.
Bəngü-Badə
"Bəngü-Badə" (azərb. بنگ و باده‎) və ya "Tiryək və Şərab" və ya "Bəngü-Badə münəzərəsi" ("Şərab ilə həşişin mübahisəsi") — Füzulinin Azərbaycan dilində yazdığı allegorik və satirik əsəridir. == Yazılma tarixi == Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai Bağdadı ələ keçirdikdən sonra və 1508-ci ildə Kərbəla və Nəcəf (Füzulinin ehtimal olunan doğum yerləri) şəhərlərini ziyarət etdikdən sonra, gənc şair Füzuli Azərbaycan türkçəsində yazdığı özünün ilk poeması "Həşiş və şərab"ı İsmayılın hakimiyyətinə həsr etdi. İtalyan şərqsünas Alessio Bombaci və bəzi digər tədqiqatçılar güman edirlər ki, Füzuli bu poemanı Şah İsmayıla həsr edib, bundan başqa həmçinin şair əsərin ön sözündə şahı çoxlu tərifləyir.Bəzi tədqiqatçılar hesab edirdilər ki, 1508-ci il elə poemanın yazıldığı ildir. Lakin əsərdə qeyd olunur ki, Şah İsmayılın əmri ilə 1510-cu ildə Mərv döyüşündə səfəvilərə məğlub olan özbək xanı Məhəmməd Şeybani öldürülür və onun kəlləsindən qızıl inkrustasiyalarla bəzədilərək, şərab badəsi düzəldilir; bu məlumat deməyə əsas verir ki, "Bəngü Badə" 1510 və 1524 illəri arasında yazılmışdır. == Məzmunu == Əsərin əsas qəhrəmanları Bəngü (həşiş) və Badədi (şərab kuboku), onlar Füzulinin tənqidinin əsas hədəflərini özlərində təcəssüm etdirilər, yəni bütün dünya üzərində hökmranlığını əldə etmək istəyən lovğa və təkəbbürlü feodal obrazlarını. Həm Bəngü, həmdə Badə bütün dünyanı şəxsən özlərinə tabe etmək istəyirlər.Xudbinlik Bəngü hesab edir ki, bütün insanlar yalnız tək ona tabe olmalıdır. O, deyir: Badənin ziyafətində məlum olur ki, Bəngü Badə qədər təkəbbürlüdü. Badə xidmətçisinin Bəngünün ünvanına təriflər yağdıranda qəzəblənir və xidmətçisinin Bəngüya gizli itaətkarlığından şübhələnir. İki özünə vurğun eqoistlərin mübahisəsi müharibə ilə bitir və nəticədə Badə qələbə çalır Bu iki padşahların mənasız müharibələrinin nəticəsi isə çoxlu sayda insanların ölümü olur.
Bəngü Badə

Abadə
Abadə- İranın Fars ostanının şəhərlərindən və Abadə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 52,042 nəfər və 14,184 ailədən ibarət idi.
Bada
Bada (kor. 바다 — dəniz) — sensor ekranlı mobil telefonlar üçün platformadır. Samsung Electronics şirkəti tərəfindən SHP (Samsung Hand-Held Platform) platformasının üzərində davamı kimi hazırlanıb. == Tarix == İlk versiyası 10 noyabr 2009-cu ildə anons edilmişdir. Platformanın 1.0 versiyası və ilk bada-telefonu(badafon) Samsung Wave S8500 14 fevral 2010-cu ildə Barselonada təqdim olunmuşdur. 2010-cu ilin may ayında isə Samsung Wave S8500-in satışı başlanmışdır. Həmçinin bada SDK/IDE proqramm təminatının yaradılması üçün ilk alətlər vasitəsi istifadəyə verilmişdir. 15 fevral 2011-ci ildə bada 2.0 alfa versiyası nümayiş olundu. == Təsvir == bada bağlı tipli platformadı, hansında ki istehsalçının SDK-sını istifadə etməklə, yalnız bu platformada işləyən programlar yaratmaq mümkündür. bada çoxsəviyyəli arxitekturaya malikdir.
Baden
Baden—Almaniyanın cənub-qərbində region. Mərkəzi Karlsruedir. Beden paytaxtdan cənubda 25 km-də Vyana meşələrinin,çöllərinin və üzüm bağlarının yaşıl təpəlikləri arasında yerləşir. Faydalı kükürd mənbələri ilə zəngin olan bu kurort mərkəzi II əsrdə Roma düşərgələri buraya yerləşdiyi vaxtdan-Antik Roma dövründən məşhur idi.Mark Avreliy həyatının son illərini burada keçirmişdir. 1804-1834-cü illərdə bu şəhər yayda imperiya iqmətgahı olmuşdur, bütün zadəganlar və incəsənət xadimləri bura toplanardılar.Badenin mineral suları bu gün də çimmək,içmək və revmatik xəstəliklərin,artirozun bel sütunu və oynaq xəstəlilərinin qarşısının alınması və həmçinin ümümi sağlamlıq məqsədilə istifadə olunur.İmperatriça Maria Terezanın şərəfinə1792-ci ildə yaradılmış eqzotik bitki kolleksiyası olan “Terezienband”(Tereza hamamı) və Tereziengarten(Tereza bağı) kimi yerlərə də səyahət etmək lazımdır. Baden parkları ayrıca görməli yerlədir.Bu kurort parkında hər gün orkestra çalır ” Bethoven məbədi”-nin çardağı , Ştraus və Lannerunun şərəfinə gül saatları və heykəlləri var və iyunun sonundan sentyabrın əvvəlinə qədər burada “yay arenasına”dair operetta festivalı keçirilir. DoblHoffparkit parkı Şloss-Vajkersdorf qalası və hər il “Baden gül günlərinin” keçirildiyi ecazkar güllər sayəsində tanınır. Şəhər kənarında yerləşən bağlar və parklar Viyana meşəlıri və helental boyu uzanan üzüm bağları ilə birləşir. Əzəmətli Menotti villası, Junger qalereyası, imperator frans-Jozefin müzeyi, oyuncaqlar və oyunlar müzeyi, böyük hippodrom, “bidermayer”stilində olan evlər və villalar yerləşən sakit dalanlar , böyük piyada keçidi, və s Badendə yerləşir.Möhtəşəm Konqres Sarayında kazino ,Bethovenin ev müzeyində isə qalereya vardır.Badenə yaxın ərzaidə isə ən gözəl kilsələrdən biri Klosternojburg,tarixi Purkersdorf və bir sıra möhtəşəm villalar və parklar var.
Banə
Banə- İranın Kürdüstan ostanının şəhərlərindən və Banə şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 69,635 nəfər və 15,857 ailədən ibarət idi.
Bate
Bate (mac. Baté) — Macarıstanın Şomod medyesində yerləşən kənd.
Böde
Böde (mac. Böde) — Macarıstanın Zala medyesində yerləşən kənd. == Coğrafiyası == Kənd Zala əyalətində, Zalaeqerseq şəhərinin cənubunda yerləşir.
Zadə
ŞəxslərLütfi Zadə — azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi.ToponimZadə (Qabon) — Qabonda departament.
Bad
Bad (sinql) — Maykl Cekson tərəfindən ifa olunmuş mahnı. Bad (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Abadə Təşk
Abadə Təşk — İranın Fars ostanının Neyriz şəhristanının Abadə Təşk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,213 nəfər və 1,614 ailədən ibarət idi.
Abadə şəhristanı
Abadə şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Abadə şəhəridir.
Alber Baye
Alber Baye (d. Lion 1880 - ö. Paris 1961) — fransız sosioloq, jurnalist, tədqiqatçı mütəfəkkir və yazar. Sorbonne-da sosiologiya dərsləri verdi. Mənəvi hadisələri məntiqli surətdə elmləşdirmək məqsədi ilə yazdı; Azad düşüncədən yana mövqe aldı. Elm əxlaqının insan inkişafına təsirini sorğuladı. Əsərlərində bunu vurğuladı. İlk dövrlərdən günümüzə qədər düşüncənin inkişafının analizini etdi. Demokratiya tərəfdarı olduğu üçün, radikal, sosialist meyilli qəzetlərdə işlədi. İkinci dünya müharibəsində fransızları faşizmə və alman hücmlarına qarşı müqavimətə yönəltdi.
Arta Dade
Arta Dade (alb. Arta Dade; 15 mart 1953, Tirana) — Albaniya pedaqoqu və siyasətçisi. Dade Albaniyanın Sosializm partiyasının üzvüdür. Dade mədəniyyət (1997 — 1998) naziri, xarici işlər naziri (2001 — 2002) vəzifələrində çalışmışdır. == Bioqrafiyası == Arta Dade 15 mart 1953-cü ildə Tiranada anadan olmuşdur. Məktəbi bitirdikdən sonra 1972-ci ildən 1975-ci ilə qədər Tirana Universitetində xarici dillər fakultəsinin ingilis dili bölməsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Dade Tiranada yerləşən Asim Vokshi adına orta məktəbdə ingilis dili müəllimi kimi işləmişdir. 1985-ci ildə o, Tirana Universitetində fəaliyyətə başlamış, 1997-ci ilə qədər xarici dillər fakultəsinin ingilis dili bölməsində dərs deyimişdir. 1992-ci ildə Dade Böyük Britaniyada aspirantura təhsilini bitirmişdir. 1991-ci ildə Albaniya Sosializm partiyasına üzv seçilmişdir.
Badd sahili
Badd sahili (ing. Budd Coast) — Şərqi Antarktidanın Uilks Torpağı ərazisində, 109°16' və 115°33' şərq uzunluğunda yerləşən bölgə.. Badd sahili dənizə daxil olan böyük bir yarımada formasındadır. Bölgə nəhən buz qatı altında yerləşir. Yarımadanın qərb sahilində Qrirson vahəsi yerləşir. Vahədə Avstraliyaya məxsus olan Uilks stansiyası fəaliyyət göstərir. Badd sahili 1840-ci ildə ABŞ ekspedisiyasının rəhbəri Çarlz Uilks tərəfindən kəşf edilmiş və ekspedisiyada iştirak edən gəmilərdən birinin kapitanı Tomas Baddın şərfinə adlandırmışdır.
Baden-Vürtemberq
Baden-Vürtemberq (alm. Baden-Württemberg) – Almaniyanın parlamentar idarəolunan yarım-suveren federal əyalətdir. Əyalət Almaniyanın cənub qərbində yerləşir və Fransa ilə ölkənin cənub sərhəddini təşkil edir. Paytaxtı əyalətin ən böyük şəhəri olan Ştutqart-dır. O, 1952-də müharibədən sonrakı qısa ömürlü Vürtemberq-Baden,(Cənubi-)Baden və Vürtemberq-Hohenzolern əyalətlərinin (bu əyalətlər koalisiya ölkələri tərəfindən qədim Baden və Vürtemberq əyalətlərinin işğal bölgələrinə ayrılmasından yaranmışdı) birləşməsindən qurulmuşdur. Əyalətin Ştutqartdan sonrakı böyük şəhərləri Karlsrue və Manhaym-dır. Başqa şəhərlərinə Frayburq-im-Braysqau, Haydelberq, Haylbron, Pfortshaym, Roytlingen, Tübingen və Ulm şəhərləri daxildir. Sahəsi 35 751,65 km², əhalisi 10 747 479 nəfər, əhali sıxlığı 1 km²-ə 300 nəfərdir. Almaniyanın ən böyük üçüncü əyalətidir. Baden-Vürtemberq Almaniyanın ən çox məhsul ixrac edən (2018), ikinci ən az işsizliyə (Oktyabr, 2019), dördüncü ən yüksək adambaşına düşən ÜDM-a (2019) və eləcə də ən çox adambaşına düşən patentlər sayına (2018) malik əyalətidir.
Baden-Württemberg

Badi Valastro
Bartolo "Badi" Valastro - italyan əsilli amerikalı tanınmış şef, televiziya veriliş qəhrəmanı. Özünün şəxsi Karlonun şirniyyat evi adlı mağazası vardır. Badi Valastro ilk dəfə 2009-cu ildən efirə çıxmış "Tort şefi"(Cake Boss) televiziya həyatına başlayıb. Daha sonra "Mətbəx şefi"(Kitchen Boss) (2011), "Şirniyyat evi xilasedicisi Badi" (Buddy's Bakery Rescue) (2013) verilişləri yayımlanıb.
Badər Alhomoud
Badər Alhomoud (ərəb. بدر الحمود‎; 13 sentyabr 1985) — Səudiyyə film rejissoru, yazıçısı.. == Həyatı == Badər Alhomoud 1985-ci ildə ash-Sharqiyyahda, doğulub.
Banə şəhristanı
Banə şəhristanı — İranın Kürdüstan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Banə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 116,773 nəfər və 24,709 ailədən ibarət idi. == Tarixi == İslamdan öncə Banədə qəqo adlanan bir zərdüşti tayfa yaşam sürərmiş ki ərəblərin bu bölgəyə yürüş keçirməsindən sonra ixtiyarəddinlilər onun hökümətini ələ keçirdə bildilər.Qəməri 13-ücü yüzilliynə qədər banənin adı bərujəimiş ki kürd dilində günəş işığını çox tutan yer deməkdir.Banə birinci dünya müharibəsindən öncə və ikiinci dünya müharibəsində iki yol od tutub,bütünlükdə məhv olmuşdur.Banənin şimal-şərqində eramızadək gəlib çıxmış köhnə qəbristanın qalıqları mövcüddür. == Etmiologiyası == Ban sözü kürdcədə yüksək və uca yer anlamında istifadə edilir.Şəhərin hündür bir məntəqədə yerləşməsindən asılı olaraq buraya belə ad verilib.
Bavə (Sərdəşt)
Bavə (fars. باوه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 172 nəfər yaşayır (35 ailə).
Baye (Alye)
Baye (fr. Bayet, oks. Baiet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-syur-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 668 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 407 nəfər (15-64 yaş arasında) 341 nəfər iqtisadi cəhətdən fəal, 66 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.8%, 1999-cu ildə 67.8%). 341 fəal şəxsdən 308 nəfəri (167 kişi və 141 qadın), 33 nəfəri işsizdir (17 kişi və 16 qadın).
Аpе
Ape (latış. Ape‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.