Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bakur
Bakur — qədi türk dillərində bək "knyaz" "qəbilə başçısı" və ur (uru) "oğlan uşağı", bütünlükdə "Bəy – oğul" mənasında. Erməni tədqiqatçıları bu Bakur adını yəhudilərdə Bəkor "ilkin", "ilk doğulan" (ərəblərdə Bəkir) adı hesab edir və onun Qafqaz Albaniyasına xristian dini ilə gətirildiyini yazırlar. Bu səhvdir. III əsrdə şimaldan Gürcüstana gəlmiş türkdilli çinlilərin başçısının adı Çin-Bakur (çin sözü türkcə "qüvvətli" deməkdir, məsələn, Çin-Timur və b.) idi. Eranın ilk əsrlərində nəinki şimalda yaşayan türk xalqları, heç Zaqafqaziya xalqları xristian deyildilər. Qədim türkcə bakur həm də "böyük" mənasındadır, bəlkə də Bakur məhz "adsanca böyük" deməkdir.
Baku
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Bakiç Vidyay
Bakiç Vidyay (erz. Бакич Видяй), əsl adı Viktor Mixayloviç Çiçaykin (rus. Виктор Михайлович Чичайкин; 4 iyun 1977, Povodimovo, Mordoviya MSSR[d]) — Rusiya və erzyan estrada müğənnisi, mahnılarının demək olar ki hamısını erzyan dilində ifa edir. Mordoviyanın əməkdar mədəniyyət işçisidir (2016). == Həyatı == Viktor Çiçaykin 1999-cu ildə Oqaryov adına Mordoviya Dövlət Universitetinin milli mədəniyyət fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Müəllimlər onu parlaq emosionallıq, musiqi qabiliyyəti, plastikliyə malik istedadlı bir şagird kimi qeyd edirlər. Piano, düymə qarmonu, gitara və zərb alətlərində çala bilir, mahnılarının həm müəllifi, həm də ifaçısıdır. Musiqi karyerasına 14 yaşında "Altair" qrupunda başladı. Bakiç Vidyay A.P. Çexovun "Vanya əmi" (Serebryakov), A.S, Puşkinin "Daş qonaq" (Don Juan) və "Su pərisi" (Knyaz), V. Kavtayevin "Sevgi dövrü" (İqor) kimi tələbə tamaşalarında və "Mastorava" (Şeytan) və "Ermez" kimi xalq tamaşalarında rol almışdır. O, Mordoviya Milli Teatrının aktyoru olmuşdur, "Mordoviya" Dövlət Televiziya və Radio Yayım Şirkətinin əməkdaşı kimi çalışmışdır.
III Bakur
III Bakur (gürc. ბაკურ, lat. Bacurius; VI əsr – 580) — Chosroid sülaləsindən olan sonuncu İberiya hökmdarı. III Bakur 580-ci ildə vəfat etmişdir. Onun ölümü ilə yerli Kartli sülaləsi kimi tanınan Chosroid sülaləsinin varlığına son qoyulmuş, İberiya monarxiyası öz müstəqilliyini itirmiş və Gürcüstan rəsmən Sasanilər imperiyasının tərkibinə daxil edilmişdir. O, İberiya hökmdarı olaraq atası VI Parsmanın yerinə hakimiyyətə gəlmişdir. Dəqiq taxta çıxma vaxtı bilinmir. O, ölkəni Sasani hökmdarı IV Hörmüzün vassalı kimi idarə etmişdir. Onun hakimiyyəti altında olan torpaqlar kifayət qədər kiçik olmuşdur. Onun hakimiyyəti çox məhdud əraziləri əhatə edirdi.
I Bakur
I Bakur — Quqark knyazlığının dördüncü knyazı, Vaxtanq Qorqasalinin qaynı.
Nerses Bakur
Katolikos Nerses Bakur (689 – 706) — Albaniyanın XIX katolikosu. Qafqaz Albaniyasında xalkedonçuluğu yaymağa çalışıb. Varaz Trdatın hakimiyyəti dövründə kürsüdə oturub. Onun bu hərəkəti ortodoks aləmində səs-küy yaymışdı. == Katolikosluğu == Katolikosluğa çar Varaz Trdatın həyat yoldaşı çariça Sparamanın köməyi ilə gəlmişdi. Böyük Arran yepiskopu İoveli vəzifəsindən çıxararaq yerinə Vəng keşişi Zəkəriyyanı gətirmişdi. Şimal Qafqaz hunlarını xristianlaşdırmış yepiskop İsraili və Girdiman yepiskopu Yeliazarı qovdurdu. Onun bu hərəkətinə Qəbələ yepiskopu İohann və Amaras yepiskopu Simeon etiraz etdi. Onlar məclis çağırıb Nersesi lənətlədilər və Ermənistan katolikosu I İlyadan (703-717) kömək istədilər. İlya da öz növbəsində Xəlifə Əbdülmalikdən kömək istədi.
Aquatherm Baku
Aquatherm Baku- Azərbaycanın və Qafqaz regionunun HVAC texnologiyaları sahəsində beynəlxalq biznes sərgisidir. == Məqsəd == Aquatherm Baku həm regional, həm də beynəlxalq istehsalçılar üçün ən son sənaye yeniliklərini nümayiş etdirmək üçün biznes platformasıdır. == Tarix == === 2016 === 2016-cı ildə ziyarətçilərin sayı 8085 nəfər təşkil etmiş, 93% bu sahənin peşəkarları təşkil edib, 67% isə yeni işgüzar əlaqələr qurublar. === 2017 === 2017-ci ildə sərgi Azərbaycandan, Çindən, Fransadan, İrandan, İtaliyadan, Küveytdən, Türkiyədən və digər ölkələrdən şirkətləri bir araya gətirmişdir. AquaTherm Azerbaijan sərgisinin iştirakçıları siyahısında: Euroclima, Yusiko, BestTechniK, Azertexnolayn, Alarko Carrier Sanayi ve Ticaret, Egeplast Ege Plastik, Turan Makine, Termo ISI, Polimart, Ultratek, Sumqayıt Texnologiyalar Parkı (STP), Kaskad – Hidro, Yetsan Pazarlama Isi Sistemleri və digərləri yer alıb. === 2018 === "Aquatherm Baku 2018" sərgisində müxtəlif istehsalçıların təklif etdikləri məişət və sənaye kondisionerləri, yastı su qızdırıcılarının geniş çeşidi də nümayiş olunmuşdur. Həmçinin otaqlarda mikroiqlimi uzaqdan idarə etmək üçün İT texnologiyalar da təklif edilmişdir.
Baku.fm
Baku.FM - İnternet Radiosu mərkəzi ofisi Amerika Birləşmiş Ştatlarında yerləşən və Azərbaycan dilində 24 saat mahnılar və verilişlər təqdim edən radio. Radionun ikinci ofisi Bakıda yerləşir və Bakı ofisinin kollektivi canlı internet bağlantısı vasitəsilə əsas serverə bağlanmaqla yayımlanır. Baku.FM-in əsas məqsədi dünyanın müxtəlif regionlarında yaşayan Azərbaycanlıları bir araya gətirəcək məkan formalaşdırmaq, olduqca interaktiv formada onlayn diskussiyalar təşkil etmək, problemləri öz efirində müzakirəyə çıxarmaq, Azərbaycanla bağlı xəbərləri öz imkanları daxilində bütün dünyaya yaymaqdır. Baku.FM-in həm də dinləyicilərinə yeni və klassik milli musiqilər dinlətməklə əyləndirmək və dinləyicilərin sifarişilə verilişlər təşkil etmək, musiqilər səsləndimək kimi məqsədləri var. Radionun qurucusu Anar Orucovdur.
Baku.ws
"Baku WS" — Azərbaycanda fəaliyyət göstərən müstəqil informasiya agentliklərindən biri. Azərbaycan və rus dillərində fəaliyyət göstərən Agentlik siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb. 5 yanvar 2004-cü il tarixində Orxan Məmmədov dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə "baku.ws" saytını yaradıblar. Dostları daha sonra saytı başqalarına satmaq istəsələr də, cəmi 40 dollara Orxan saytı alıb və inkişaf etdirib. "baku.ws" saytının 2020-ci ildə olan statistikasına əsasən sayta 4 milyondan çox giriş olub. Agentliyin özəl xəbərlərini gün ərzində 100-dən çox yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir. "Baku WS" informasiya agentliyi mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir. 2013-cü ildə "baku.ws" saytı "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "İlin ən yaxşı əyləncə saytı" kimi qalibi olmuşdur. 2018-ci ildən Global Media Groupa daxildir. == Tarixi == 5 yanvar 2004-cü il tarixində Orxan Məmmədov dostları ilə birlikdə sayt yaratmaq qərarına gəlib və beləliklə "baku.ws" saytını yaradıblar.
Baku (jurnal)
"Baku" jurnalı — Moskva şəhərində nəşr olunan jurnal. Jurnalın baş redaktoru Leyla Əliyevadır. == Haqqında == "Baku" jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən "Baku" jurnalının ingilisdilli versiyası — "Baku International" nəşr edilməyə başlayıb.
Baku (qəzet)
Bakı və Baku qəzetləri – Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanlardır. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Bakı və Baku qəzetləri respublika paytaxtının bir növ salnaməsinə çevrilmişdir. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri Bakıda yeni yaradılan nəhənq sənayə müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırmışdır. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapmış və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Qəzetlərin şöhrətlənməsində onların yaradıcısı və ilk baş redaktoru Nəsirulla Əsədulla oğlu İmanquliyevin mühüm rolu olmuşdur. N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, eyni zamanda Bakı Dövlət Universitetində müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf etmişdir.
Baku Cup
Baku Cup, Azərbaycanda və regionda ilk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) rəhbərliyi ilə 2011-ci ilin iyul ayında mükafat fondu 220 000 (iki yüz iyirmi min) ABŞ dolları olan peşəkar qadın tennisçiləri arasında keçiriləcək olan beynəlxalq reytinqli turnirdir.
Baku Electronics
Baku Electronics — Azərbaycanda elektronika, mebel, nəqliyyat satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Baku Electronics 1994-cü ildə pərakəndə, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"-in bir parçası olaraq Azərbaycanda yaradılıb. Hazırda Respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir."Baku Electronics" Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi markaların rəsmi distribütoru, Apple brendinin isə rəsmi satış təmsilçisidir. == Tarixi == Baku Electronics şirkəti 1994-cü ildə Türkiyədə yerləşən "NAB Holdinq" tərəfindən Azərbaycanda yaradılıb. İlk mağazanın fəaliyyətə başlamasından 1 il sonra 1995-ci ildə "Samsung Electronics"-in Azərbaycanda rəsmi distribütoru oldu. 2001-ci ildən etibarən "Groupe SEB" şirkətlər qrupunun "Tefal", "Moulinex", "Rowenta", "Krups" kimi şirkətlərini rəsmi distribütoru oldu. 2007-ci ildə isə "Lagostina"-nın rəsmi distribütoru oldu. == Loqo == Loqodakı əsas rəng (qırmızı) yenilik, müasirlik, dinamika və təravət göstəricisidir. Qırmızı rəng "Baku Electronics"-in müasir reklam kampaniyalarını, dinamik şəkildə böyüyən mağazalar şəbəkəsini və daim yenilənən məhsul siyahısını təmsil edir. == Mağaza Sayı == Hazırda "Baku Electronics" mağaza şəbəkəsi Bakı və ətraf kəndlər, Xırdalan, Sumqayıt, Bərdə, Gəncə, İsmayıllı, Lənkəran, Mingəçevir, Quba, Şəki, Şəmkir, Xaçmaz bölgələrində 30-dan artıq mağazası ilə fəaliyyət göstərir.
Baku TV
Baku TV — 2018-ci il fevralın 18-də jurnalist Orxan Məmmədov tərəfindən təsis edilən, Ramin Cəfərovun rəhbərlik etdiyi internet televiziyası. "Baku TV" televiziyasının Youtube və Telegram kanalı, Instagram və Facebook səhifələri fəaliyyət göstərir. Azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının youtube kanalında izləyici kütləsi yarım milyona yaxındır. İnternet televiziyası 2020-ci il tarixində "YouTube" platforması tərəfindən təsdiqlənmiş, 2021-ci ildə "Google" tərəfindən beynəlxalq xəbər platformalarının siyahısına daxil olmuşdur. 18 dekabr 2021-ci il tarixində "Baku TV" internet televiziyası "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "informasiya və xəbərlər" nominasiyası üzrə "İlin ən yaxşı internet televiziyası" kimi qalibi olmuşdur. Global Media Groupa daxildir. == Tarixi == === Yaranma tarixi === "Baku TV" internet televiziyası 2018-ci ilin fevralın 18-də jurnalist Orxan Məmmədov tərəfindən təsis olunmuşdur. Kanalın təsisçisi Orxan Məmmədov, direktoru Ramin Cəfərovdur. "baku.ws" saytının yaradıcısı olan Orxan Məmmədov saytının təsis edilməsindən 14 il sonra bu saytın internet televiziyasını yaradaraq, müəyyən izləyici kütləsini bu kanal üzərində qərarlaşdırmışdır. Ramin Cəfərov internet televiziyasının yaranma tarixini və fəaliyyətini bu cür izah edir: İnternet televiziyası qısa zaman ərzində məşhurlaşmışdır.
Baku Tower
Baku Tower – Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli ofis binasıdır. Bina inşa edildikdən sonra Bakının və Qafqazın ən hündür göydələni olacaq. == Tarixi == "Azinko Holding" MMC və "Azvil Tikinti" MMC-nin Bakıda yeni biznes mərkəzi tikmək planı haqqında ilk məlumat 2014-cü ildə yayımlanmışdır. Lakin həmin məlumatda binanın 49 mərtəbəli olacağı və 252 metr hündürlükdə planlaşdırılması bildirilirdi. Layihənin "Arxin-M Ltd" tərəfindən hazırlanması, memarın isə Eren Yorulmazer olduğu bildirilir.Binanın inşa prosesində onun mərtəbələrinin sayı və hündürlüyü ilə bağlı dəyişikliklər edilmişdir. Belə ki, 2015-ci ildə yayımlanmış məlumatlarda binanın 50 mərtəbəli olacağı qeyd edilirdi. Həmçinin 2015-ci ildən "Hill International" şirkəti də "Azvil Tikinti" MMC-nin məsləhətçisi kimi tikintiyə qoşulmuşdur. Bu şirkətlə bağlanmış müqavilənin təxmini məbləğinin 3,7 milyon dollar olması məlumat verilir. "Hill International" isə tikintinin bütün mərhələlərində iş qrafikinə, inşaatın keyfiyyətinə və texniki məsələlərə nəzarət etməyi öhdəsinə götürmüşdür.2017-ci ildə "Nargis" jurnalı tərəfindən yayımlanmış məlumatda binanın 52 mərtəbəli və 277 metr hündürlüyə malik olacağı bildirilmişdir.Bina inşaat işlərinin tamamlanmasından sonra Flame Towers (33 mərtəbə) qülləsini geridə qoyaraq Azərbaycanın ən hündür göydələni olacaq. == Memarlıq xüsusiyyətləri == Binanın yer sahəsi bir hektar yarıma yaxın, ümumi sahəsi isə 84486 m2-dir.
Baku qəzeti
Bakı və Baku qəzetləri – Bakı Şəhər İcra Hakimiyyətinin təsis etdiyi mətbu orqanlardır. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Bakı və Baku qəzetləri respublika paytaxtının bir növ salnaməsinə çevrilmişdir. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri Bakıda yeni yaradılan nəhənq sənayə müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırmışdır. Şəhər qəzetləri qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapmış və geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Qəzetlərin şöhrətlənməsində onların yaradıcısı və ilk baş redaktoru Nəsirulla Əsədulla oğlu İmanquliyevin mühüm rolu olmuşdur. N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərmiş, eyni zamanda Bakı Dövlət Universitetində müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf etmişdir.
Fairmont Baku
"Fairmont Baku" — Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərində, "Alov qüllələri" kompleksində yerləşən beşulduzlu otel. "Fairmont" otellər qrupuna aiddir. Müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq və milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. Azərbaycan dövlətinin və xalqının milli-mənəvi dəyərlərinə, zəngin irsinə göstərdiyi həssas münasibət bu otel kompleksinin inşası zamanı başlıca meyarlardan olmuşdur.Otelin nömrələrin hamısından şəhərə və Xəzər dənizinə gözəl mənzərə açılır. Otel qülləsində ümumi sahəsi 2,3 min kvadratmetrdən çox olan və özündə idman zalı, hovuz və digər istirahət yerlərini birləşdirən xidmət sahələri yaradılmışdır. Bundan əlavə, burada ümumi sahəsi 5 min kvadratmetrdən çox olan müxtəlif konfrans zalları da fəaliyyət göstərir. Beş konfrans zalında minimum 430, maksimum 1000 nəfərlik tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Burada müxtəlif ziyafət zalları, restoran və kafelər qonaqlara yüksək səviyyəli xidmət göstərəcəkdir. Binada 219 avtomobil üçün dayanacaq vardır. Oteldə 18 lift işləyir.
Gold Baku
Gold Baku — Azərbaycanda istehsal olunan məşhur spirtli konyak və ya brendi içkisi. Müddəti ən azı 10 il saxlanılmış konyak spirtlərindən hazılanır. Qızılı-kəhrəba rəngi, zərif təravəti, şokolad və vanil çalarları vardır. Konyakın dadı yumşaq, məxməri və harmonikdir. Aperitiv kimi, təmiz halda süfrəyə vermək tövsiyə olunur, siqar, meyvə və kofe ilə yaxşı uyğunlaşır. +20 °C (və ya otaq temperaturunda) süfrəyə vermək tövsiyə olunur.
Green Baku
Qrin Baku (ing. Green Baku) — əhalinin müxtəlif təbəqələrinin diqqətini Abşeron yarımadasının məişət tullantıları probleminə yönəltmək məqsədilə yaradılmış ekoloji qeyri-hökumət təşkilatıdır. Təşkilat Azərbaycanın ilk özünümaliyyələşdirən QHT-lərindəndir. Green Peace və 350.org kimi beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən tanınmaqdadır. == Qurulma tarixi == Təşkilat 2010-cu ilin iyul ayında Azərbaycan Texniki Universitetinin birinci kurs tələbəsi tərəfindən facebook səhifəsində qurulub. 2010-cu il avqust ayının sonunda üzvlərinin sayı artıq mini keçmişdir. Təşkilatın yaranma tarixi olaraq ilk aksiyanın keçirildiyi gün-5 sentyabr 2010cu il götürülür. "Qlobal iqlim həftəsonu" aksiyası (10.10.10) çərçivəsində Azərbaycanı təmsil edib. == Əsas fəaliyyət == Hərakatın fəaliyyəti küçələrdən məişət tullantılarının azaldılmasına, aǧac əkininə, şəhər sakinləri və məktəblilərlə maarifləndirici işlərin aparılmasına, həmçinin hökumət və könüllü təşkilatlarının işlərinin koordinasiyasına yönəldilmişdir. Məişət tullantılarının təmizlənməsi üzrə aksiyalar Xəzər dənizi çimərliklərində və Bakının mərkəzi küçələrində keçirilir.
Hilton Baku
Hilton Baku — Bakının tam mərkəzində, Heydər Əliyev Beynəlxalq Hava Limanından 30 dəqiqəlik məsafədə yerləşən Hilton Baku oteli Xəzər dənizinin və şəhərin möhtəşəm mənzərəsindən zövq alacağınız məkandır. YUNESKO tərəfindən Dünya İrsinə daxil edilən və 12-ci əsrə aid İçəri Şəhər oteldən gəzinti məsafəsindədir. Alış-veriş edin, yerli əyləncələrdən həzz alın və ya şəhər mərkəzindəki kafelərdə dincəlin. Müasir üslublu geniş otel otaqlarından və lüks nömrələrdən şəhərin və Xəzər dənizini seyr edə bilərsiniz.Otaqda naqilsiz internet və işgüzar səfəriniz üçün hər cür şərait mövcuddur. Executive otaq sifariş edərək, 17-ci mərtəbədə yerləşən Executive Lounge-dan istifadə edə bilərsiniz. Həmçinin, 18 konfrans və iclas otaqları, geniş banket zalı və tam təchiz edilmiş Biznes Mərkəzi də xidmətinizdədir. Geniş teraslı Sky Grill restoranındakı nahar və panoram görünüşlü 360 dərəcə fırlanan Bardakı kokteyllər zövqünüzü oxşayacaq. Bununla yanaşı, Hiltonda Eyforiyaya qapana bilərsiniz. Zəngin Spa, unikal müalicə prosedurları, idman zalı və örtülü hovuz sizin xidmətinizdədir.
Baku (qəzet, 1902)
"Baku" qəzeti — 1902–1918 illərdə Bakı şəhərində rus dilində nəşr olunmuş ictimai-siyasi gündəlik qəzet. == Haqqında == Qəzet 1902–1918 illər ərzində qısa fasilələrlə rus dilində çapdan çıxmış və bu müddət ərzində 3786 sayı nəşr olunmuşdur. Qəzetin əsas hədəf kütləsi neft sənayeçiləri idi. Bakı şəhərinin mədəni həyatı, azərbaycanlı jurnalist və publisistlərin məqalələri, Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı yeniliklər qəzetin tez-tez müraciət etdiyi bölmələr olmuşdur. Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsi 1913-cü ildə H. Minasazov tərəfindən tərcümə olunaraq bu qəzetdə nəşr olunmuşdur. Qəzet "Molla Nəsrəddin" jurnalı ilə olan yaxınlığına görə də tanınır. Qəzetdə "Molla Nəsrəddin" jurnalının yeni buraxılışları haqqında yeniliklər oxuculara çatdırılır, jurnalın müsbət tərəfləri göstərilirdi. "Molla Nəsrəddin" jurnalına aid bir sıra felyetonlar və karikaturalar barədə şərhlər qəzetdə öz əksini tapmışdır. "Molla Nəsrəddin" jurnalı 1908-ci ildə bağlanmaq təhlükəsi ilə üzləşəndə 22 nəfər azərbaycanlı tələbənin imzaladığı etiraz məktubu "Bakı" qəzeti tərəfindən dərc olunmuşdur.
Baku British School
Bakı Britaniya Məktəbi (ing. Baku British School) — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Tarixi == 15 sentyabr 2007-ci ildə Bakı Britaniya Məktəbi öz qapısını 100-dən çox şagirdin üzünə açdı. 2007-ci il dekabr ayında məktəb ilk semester buraxılışını qeyd etdi. 20 mart 2008-ci ildə BSB (Bakı British School) ilk Novruz Bayramını məktəbin həyətində, şagirdlərin çıxışı ilə təntənəli şəkildə keçirtdi. 25 iyun 2008-ci il məktəb ilk yay buraxılışını qeyd etdi. 22 iyun 2009-cu il ilk son zəng qeyd edildi. Bakı Britaniya Məktəbi 22 iyun 2009-cu ildə, məktəbin şagirdləri, muəllimləri, valideynləri, 25 məzunu və 200 dən çox qonağı ilə, Rus Dram Teatrında təntənəli şəkildə ilk son zəngini qeyd etdi. == İbtidai təhsil == İbtidai təhsildə, şagirdlər SAT proqramları (standartlaşdırılan qiymətləndirmə testləri) götürürlər. Bu proqram 2-ci sinifdən 6-cı sinifə qədər hər il götürülür.
Baku Crystal Hall
Bakı Kristal Zalı — Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi nəzərdə tutulan idman-əyləncə kompleksi. Əvvəllər rəsmi olaraq təsdiqlənməsə də 2012 Avroviziya Mahnı Müsabiqəsidə burada keçirilmişdi. == Ümumi məlumat == 5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. 10 yanvar 2012-ci il tarixinə zalın çox funksional arenasının dam örtüyü tamamilə quraşdırıldı. Dam örtüyünün çəkisi 2400 tondu. İnşaat prosesində 500 nəfər çalışmışdır. Avroviziya müsabiqəsinin keçirilməsi üçün 6 həftəyə ərsəyə gəlmiş olan — "Bakı Kristal Zalı"nın səhnəsində işıq effektləri və televiziya avadanlıqları quraşdırılıb. "Bakı Kristal Zalı"nda istifadə olunan möhtəşəm işıqlandırma sistemi, 2500-dən çox projektor, 3.000 metrdən artıq naqil Almaniyadan gətirilib. Səhnənin bəzi elementləri hazır şəkildə Hamburq şəhərindən paytaxtımıza gətirilib. 2 ədəd yük təyyarəsi ilə isə Avropanın müxtəlif şəhərlərindən müasir işıq-diod texnologiyası və videokamera sistemi daşınıb.
Baku Flame Towers
Alov qüllələri (ing. Flame Towers) — Bakı şəhərində bina. Hündürlüyü 182 m-dir. Xarici görünüşü ilə bu tikinti alov dillərini xatırladır. == Layihə == Flame Towers — üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Bura yataqxanalar, mənzillər və ofislər daxildir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikilişinə 2007-ci ilin oktyabr ayından başlanmışdı və bu işi Azərbaycan-Türk kompaniyası "DİA Holding" yerinə yetirmişdir. Binaların tikintisinin başa çatdırılması 2010-cu ilə planlaşdırılırdı. Amma əlverişsiz hava şəraitinə görə bu vaxt 2012-ci ilə qədər uzadıldı və məlumata görə 2013-cü ildə inşası başa çatmışdır.
Baku Marshals Club
Baku Marshals Club Bakı Şəhər Halqası Əməliyyat Komitəsi tərəfindən təsis edilib. Baku Marshals Club marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirləri təşkil edir, müsahibələr və təlimlər keçirir , eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur. Klubun əsas hədəfləri arasında Azərbaycanda Marşalaşma ənənələrini genişləndirmək və inkişaf etdirmək, dünyanın digər Marşal klubları və icmalarla təcrübə mübadiləsi və ünsiyyət qurmaqdır .Bakı Marşal Klubu , klub üzvləri arasında komanda ruhunu gücləndirmək və inkişaf etdirmək üçün müxtəlif motivasion, məlumatlandırma və komanda yaratma tədbirlərinin təşkili üçün məsuliyyət daşıyır. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. Formula 1 aləmində Marşallara həmçinin Yarış Rəsmiləri də deyilir. Onların işi Formula 1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır. == Ulduz elçisi == Mayın 6-da Marriott Abşeron otelində təşkil olunmuş tədbirdə BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim edib.Ulduz elçinin təqdim olunmasından sonra BŞH-nin əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nın rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev bildirib ki, Azərbaycanda marşallıq fəaliyyətinə daha geniş maraq oyatmaq və Formula-1 Avropa Qran Prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib. == Xarici keçidlər == ==== KİV-də məqalələr ==== Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramına qeydiyyat başlayıb (Azertag.az) Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir (Az.trend.az) Marşal Proqramına qeydiyyat başladı (Sputnik.az) Marşal (Bakucitycircuit.az) Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub (Azertag.az) Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub (Asanradio.az) Arxivləşdirilib 2016-06-28 at the Wayback Machine == Mənbə == Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir. Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub. == Sosial Hesabları == Baku Marshals Club Facebook-da.
Babur
Qazi Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) (14 fevral 1483 — 26 dekabr 1530) — Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarıdır. Baburun Çağatay türkcəsində yazdığı və həyatından xronoloji olaraq bəhs etdiyi Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. Xətti Babur deyilən yazı sistemini təkmilləşdirən Babur eyni zamanda Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. == Soyu və ailəsi == Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmiş monqol boyu idi. Monqolların gizli tarixi (rus. Монголын Нууц Товчоо) adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir.
Babül
Babül — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Babül şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və 287 ailədən ibarət idi.
Bakal
Bakal — Rusiya Federasiyasında yerləşən şəhər Çelyabinsk vilayətinə daxildir
Bakbo
Bakbo (vyet. Bắc bộ), həmçinin Tonkin (fr. Le Tonkin) — Vyetnamda tarixi və coğrafi region. Vyetnamın ən şimal və geniş hissəsidir == Tarixi == Bakbo Fransa Hind-Çini dövründə general Eduard Jamon komandanlığı altında Fransa ordusu tərəfindən fəth edilmiş və "Tonkin protektoratı" adlandırılmışdır.1954-cü ildə Cenevrə razılaşmasının nəticələrinə görə, Tonkin və Annamın şimal hissəsi (17-ci paralelə qədər) Şimali Vyetnamın (VDR) bir hissəsi olmuşdur. 1964-cü ilin avqustunda ABŞ-nin Vyetnam müharibəsinə açıq müdaxiləsinin başlanmasının səbəblərindən biri Tonkin körfəzi olayı adlanan hadisə idi. Burada ABŞ və Şimali Vyetnam donanmalarının iştirak etdiyi iki epizod baş tutmuşdur. Hal-hazırda Bakboya Vyetnamın 16 əsas inzibati vahidi, o cümlədən 14 vilayət, Hanoy və Hayfonq şəhərləri daxildir.
Bakuvi
Bakuvi — təxəllüs.