Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Barkarola
Barkarola (it. qayıq) — Venesiyalı qondolyerlərin xalq mahnısı. Bu musiqi formasını "qondolyera" da adlandırırlar. Jak Offenbax "Qofmanın nağılları" operasında barkaroladan istifadə etmişdi. == Mənbə == Баркарола // Михеева Л. В. Музыкальный словарь в рассказах. —М.: Советский композитор, 1984.
Karakalla
Karakalla (lat. Caracalla, 4 aprel 188[…], Luqdun[d], Qalliya[d] – 8 aprel 217[…], Haran[d], Roma imperiyası) — 198-ci ildən 217-ci ilə Roma imperatoru.
Baradla mağarası
Baradla mağarası (mac. Baradla–Domica-barlangrendszer) — Macarıstanın ən uzun və tədqiq edilmiş mağaralarından biri. Aqqtelek karstının bir hissəsi olub uzunluğu 25,5 km-dən çoxdur və 5.3 km uzunluğundakı Domika mağarası ilə birlikdə Baradla-Domika mağara sistemini əmələ gətirir. Mağara stalaktitləri ilə məşhurdur. == Haqqında == Mağara sisteminin təbii girişi Aqqtelek kəndində — kəndin kənarına tərəf baxan ağ yarğanın ayağında yerləşir. Onun buğumlu və əyri-üyrü əsas kanalı daş tunel və bir neçə nəhəng mağara ilə birlikdə 10 m genişliyində və 7–8 m hündürlüyündədir. Əsas qolu bir neçə qısa və uzun qollarla əlaqələnir. Mağaranın əsas hissəsində misilsiz mənzərə yaradan, müxtəlif rəngli və ölçülü stalaktitlər yerləşir. Mağarada yerləşən yeraltı çay isə daşqınlar vasitəsilə qidalanır. Mağaraya olan təbii girişlər qədim zamanlarda açılmışdır və burada Neolitik dövrün izləri tapılmışdır.
Natella Barkaya
Cəbəl-Barkal
Cəbəl-Barkal ( ərəb. جبل بركل‎) — Xartumdan təxminən 400 km şimalda, Sudanın Şimal əyalətindəki Kərimə şəhərində, Nil çayının böyük əyilməsində, Nubiya adlanan bölgədə yerləşən olduqca kiçik bir dağ. Dağın 98 m hündürlüyü, düz bir zirvəsi var və yəqin ki, ticarətçilər tərəfindən Mərkəzi Afrika, Ərəbistan və Misir arasındakı vacib marşrutda böyük çayı keçməyin asan olduğu nöqtə olaraq istifadə edilmişdir. 2003-cü ildə dağ, tarixi Napata şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmidşir. Ərazidə Cəbəl-Barkal muzeyi yerləşir. Cəbəl-Barkal piramidaları Nubiya piramidaları nümunələridən biridir. == Məbədlər == Cəbəl-Barkal ətrafındakı dağıntılara ilk dəfə 1820-ci illərdə Avropa tədqiqatçıları tərəfindən izah edilən ən az 13 məbəd və 3 saray daxildir. 1862-ci ildə Üçüncü Aralıq dövrünə aid beş kitabə Misirli bir zabit tərəfindən bərpa edilərək Qahirə Muzeyinə aparıldı. 1916-cı ildə ərazidə Harvard Universiteti və Boston İncəsənət Muzeyinin ortaq ekspedisiyası tərəfindən Corc Reysnerin rəhbərlik etdiyi elmi arxeoloji qazıntılar aparıldı. 1970-ci illərdən sonra Serqio Donadoninin rəhbərliyi altında Roma Sapienza Universitetinin komandası, 1980-ci illərdə isə Timoti Kendallın rəhbərliyi altında Boston Muzeyindən başqa bir komanda araşdırmaları davam etdirdi.
Çarlz Qlover Barkla
Çarlz Qlover Barkla (7 iyun 1877[…], Vidnes[d], Çeşir[d] – 23 oktyabr 1944[…], Edinburq) — İngiltərə fiziki. O, 1917-ci ildə Fizika üzrə "Nobel mükafatı"nı qazanmışdır. Çarlz Qlover Barkla 7 iyun 1877-ci ildə İngiltərənin Lankaşir əyalətinin Vidnes şəhərində anadan olub. Liverpool İnstitutunda, oğlanlar üçün özəl məktəbdə və Liverpool Universitydə oxuyub. Riyaziyyat və fizikanı öyrənmək üçün 1894-cü ildə Liverpul Universitet Kollecinə daxil olub. 1898-ci ildə fizika üzrə birinci dərəcəli fərqlənmə diplomu ilə məzun oldu və növbəti ildə magistr dərəcəsi aldı. Həmçinin 1899-cu ildə o, 1851-ci il Sərgisi üzrə Kral Komissarları tərəfindən tədqiqat təqaüdünə layiq görüldü və o, J. J. Tomson ilə birlikdə Cavendish Laboratoriyasında işləmək üçün Kembricdəki Triniti Kollecinə getdi. 1900-cü ildə King's College-ə köçdü və 1902-ci ildə Oliver Lodge Fellow kimi Liverpoola qayıtdı. 1905-ci ildən 1909-cu ilə qədər o, ardıcıl olaraq Universitetdə nümayişçi, fizika üzrə dosent və qabaqcıl elektrik enerjisi üzrə xüsusi müəllim, 1909-cu ildə isə H. A. Vilsondan sonra London Universitetində fizika üzrə Wheatstone professoru vəzifəsini icra etdi. 1913-cü ildə Barkla Edinburq Universitetində Təbiət Fəlsəfəsi kafedrasını qəbul etdi və ölümünə qədər bu vəzifəni icra etdi.