Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəybala
Bəybala — Azərbaycanlı kişi adı. Bəybala Əbil — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri Bəybala Əliyev — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin matrosu (dənizçi) Bəybala Abbasov — Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi Bəybala bəy Sultanov — Rusiya imperiyası II Dövlət Dumasının Müsəlman fraksiyasının üzvü. Bəybala Xankişiyev — iqtisadiyyat üzrə fəlsəfə. Bəybala Adıgözəlov — Azərbaycanın dövlət xadimi Bəybala Usubaliyev — Azərbaycanlı elm adamı, kimya elmləri doktoru. Bəybala Həsənov — kimyaçı alim, kimya elmləri doktoru.
Bəybala Abbasov
Abbasov Bəybala Xudkar oğlu (27 noyabr 1923, Siyəzən rayonu – 16 fevral 2012, Bakı) — Azərbaycan Respublikasının əməkdar həkimi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor. == Həyatı == Bəybala Abbasov 1923-cü il 17 noyabrda Siyəzən rayonunun Zərgərli kəndində anadan olmuşdur. Dağlıdır. 1949-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib, həmən ildə ümumi cərrahiyyə üzrə 6 aylıq kurs bitirdikdən sonra, 1950-ci ildə Azərbaycan Tibb Universitetinin topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasına 3 illik ordinator vəzifəsinə seçilib. 1953-cü ildə N. A. Semaşko adına xəstəxananın nəzdində olan operativ cərrahiyyə klinik şöbəsində müdir, 1958-ci ildən 1963-cü ilədək cərrahi şöbələr üzrə baş həkimin müavini vəzifəsində çalışmışdır. 1957-ci ildən uzun müddət Səhiyyə nazirliyinin müalicə komissiyasının 4-cü şöbəsinin konsultantı olub, mürrəkkəb cərrahi əməliyyatlar aparmışdır. 1960-cı ildə "Boyun nahiyyəsində ümumi yuxu arteriyası və onun şaxələrinin xarici quruluşca müxtəlifliyi və xarici yuxu arteriyanın yerini dəyişməklə onların defektlərinin əvəz edilməsi mümkünlüyü" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1961-ci ildən 1963-cü ilədək ATU-nun topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasının dosenti seçilmişdir. 1963–1968-ci illərdə Leninqrad şəhərində Hərbi tibb Akademiyanın topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasında "Qarın aortasının rezeksiyası və plastikası" adlı doktorluq dissertasiyası müdafiə edib və Bakıya qayıdıb. 1968-ci ildə ATU-nun topoqrafik anatomiya və operativ cərrahiyyə kafedrasının dosenti vəzifəsində çalışmışdır.
Bəybala Adıgözəlov
Bəybala Məhəmməd-Soltan oğlu Adıgözəlov (29 may 1932, Göyçay rayonu – 15 avqust 2008, Bakı) — Azərbaycanın dövlət xadimi, Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri (1967–1981, 1985–1990). == Həyatı == Bəybala Adıgözəlov 1932-ci il mayın 29-da Azərbaycan SSR-in Göyçay rayonunda qulluqçu ailəsində doğulub. 1940–1950-ci illərdə Göyçay şəhərindəki 3 saylı məktəbin rus bölməsində oxuyub və həmin məktəbi gümüş medalla bitirib. 1950-ci ildə xüsusi seçimlə (qəbul imtahanları vermədən) Moskvaya oxumağa göndərilib və orada Moskva kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilnəsi institunu mühəndis-mexanik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirb. B. Adıgözəlov 2008-ci il avqustun 15-də Bakıda vəfat etmişdir. == Fəaliyyəti == 1958-ci ilin martında Azərbaycan Elmi-Tədqiqat kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi institunun əyani aspiranturasına daxil olub və elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə edib. Elmlər namizədidir. 5 elmi əsərin və ixtiranın müəllifidir.1960-cı ildə B. Adıgözəlov Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunub. 1961-ci ilin dekabrından 1963-cü ilin sentyabrına qədər B. Adıgözəlov Azərbaycan KP Mərkəzi Komitəsində çalışıb.1963-cü ilin sentyabrında Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) katibi, kənd təsərrüfatı həmkarlar ittifaqı təşkilatlarına rəhbərlik üzrə AHİŞ-in Bürosunun sədri, eyni zamanda kənd təsərrüfatı işçiləri və fəhlələri həmkarlar ittifaqı Respublika Komitəsinin sədri vəzifələrində çalışıb. 1967-ci ildə respublikada Azərbaycan SSR Dövlət Təbiəti Mühafizə Komitəsi yaradıldı.
Bəybala Həsənov
Həsənov Bəybala Ruşan oğlu(1943-2003) - kimyaçı alim, kimya elmləri doktoru., AMEA Aşqarlar Kimyası İnstitutunda «Aşqarların fiziki – kimyəvi tədqiqi» laboratoriyasının sabiq müdiri == Həyatı == Həsənov Bəybala Ruşan oğlu 1943 - cü ildə İmişli rayonunda anadan olmuşdur. 1960 - cı ildə məktəbi gümüş medalla bitirmişdir. B.R.Həsənov 1963 – cü ildə S.M.Kirov adına ADU – nun kimya fakultəsinə daxil olmuş və 1968 – ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra 1968 – ci ildə təyinat üzrə Azərbaycan SSR Elmər Akademiyasının Aşqarlar Kimyası İnstitutuna işə qəbul olunmuşdur.1970 – ci ildə Aşqarlar Kimyası İnstitutunun nəzdində aspiranturaya qəbul olmuş,SSRİ məkanında ən nüfuzlu elmi – tədqiqat ocaqlarından biri olan Latviya EA Uzvi – sintez İnstitutunda namizədlik dissertasiyasıni yerinə yetirmiş,1977 – ci ildə uğurla müdafiə etmişdir. 1979 – cu ilin may ayından müsabiqə yolu ilə «Aşqarların fiziki – kimyəvi tədqiqi » laboratoriyasının müdiri seçilmişdir. 1982 – ci ildə Azərbaycan KP MK Marksizim – Leninizim Universitetini müvəffəqiyyətlə bitirmişdir.O, işlədiyi İnstitutun ictimai həyatında fəal iştirak etmiş, partiya təşkilatının katibi vəzifəsində çalışmışdır.B.R.Həsənov üzvi maddələrin quruluşu,xassələri,reaksiyayaygirmə qabiliyyəti və fiziki – kimyəvi parametrləri arasındakı əlaqələrin aşkara çıxarılmasında orijinal tədqiqatlar aparmışdır. 1992 – ci ildə «Fenol və tifenol törəmələrinin quruluşu və qrafit anod üzərində elektrokimyəvi oksidləşmə reaksiyalarında reaksiyayaygirmə qabiliyyəti» mövzusunda dissertasiya müdafiə edərək kimya elmlər doktoru alimlik dərəcəsi almışdır. 1999 – cu ildən ömrünün sonunadək Türkiyənin Van şəhərində Yüzüncü İl Universitetində dərs demişdir. B.R.Həsənov 2003 – cü ildə Türkiyənin Van şəhərində vəfat etmişdir. == Elmi istiqaməti == B.R.Həsənov fiziki – kimya,elektrokimya,üzvi kimya və üzvi sintez, üzvi maddələrin fiziki – kimyəvi tədqiqatları, o cümlədən molekulyar spektroskopiya, üzvi maddələrin quruluşu və reaksiyayaygirmə qabiliyyəti, üzvi elektrokimya,voltamperometriya kimi elmi sahələrdə geniş tədqiqat işləri aparmış, statistik analiz həyata keçirmişdir.
Bəybala Usubaliyev
Bəybala Tacı oğlu Usubəliyev (1 oktyabr 1951, Ağsu rayonu – 18 mart 2022, Bakı) — Azərbaycanlı elm adamı, kimya elmləri doktoru. == Həyatı == Bəybala Usubaliyev 1 oktyabr 1951-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1969-cu ildə orta məktəbi bitirərək, 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakultəsinə daxil olmuşdur. 1970-ci ildən təhsil almaqla yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi kimya" İnstitutunda laborant vəzifəsində işləməyə başlamışdır. 1974–76-cı illərdə hərbi xidmətdə olmuşdur. Hələ tələbəlik illərində dünya şöhrətli alim, ictimai xadim Xudu Məmmədovun rəhbərliyi altında elmi işlərdə iştirak etməyə başlamış və bir neçə elmi məqalə dərc etdirmişdir. 1978-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi kimya" İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. 1978–1982-ci illərdə AMEA-nın "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunda dissertant kimi elmi fəaliyyətə başlamışdır. 1982-ci ildə görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədovun rəhbərliyi altında "Mis və gümüşün aromatik karbon turşuları ilə iki nüvəli kompleks birləşmələrinin sintezi, quruluşu və termoqrafik tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, kimya elmlər namizədi elmi adını almışdır. 1982–1991-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Qeyri-üzvi və Fiziki kimya" İnstitutunun struktur kimya laboratoriyasında mühəndis, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır.
Bəybala Xankişiyev
Bəybala Xankişiyev (tam adı: Bəybala Aslan oğlu Xankişiyev; 10 oktyabr 1939, Qalaqayın, Sabirabad rayonu – 21 mart 2015, Bakı) — iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin ilk azərbaycanlı professoru, Azərbaycan Respublikasının əməkdar iqtisadçısı. == Həyatı == Bəybala Xankişiyev 10 oktyabr 1939-cu ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuşdur. 1956-cı ildə orta məktəbi bitirdikdən sonra Maliyyə və Kredit Kollecinə ("Dövlət büdcəsi") daxil olmuşdur. Texniki məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Sığorta İdarəsinin Sığorta Təftiş Sabirabad filialının baş mühasibi vəzifəsində işə başlamışdır. Sonra Bakı şəhərinin Kirov rayonunun Dövlət Sığorta Şirkətinin müfəttişliyinə köçürülmüşdür. 1960-cı ildə Bakı Dövlət Universitetinə (İqtisad Fakültəsinə) daxil olmuşdur. Universitetini bitirdikdən sonra Azərbaycan İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuşdur. 1974-cü ildə məzun olmuş və dissertasiyasını müdafiə etmiş, sonra Moskva Maliyyə İnstitutunun iqtisad elmləri doktoru, iqtisad elmləri namizədi almışdır. 1963-cü ildə Bakı Axşam Neft Texnikumunda həmkarlar ittifaqının sədri, 1966-cı ildə DOSAF-da Təftiş Komissiyasının iki dövr (1975-ci ildən 1995-ci ilə qədər) Ali, Elm və Maarif işçiləri həmkarlar ittifaqının, Respublika Komitəsində təftiş Komissiyasının sədri seçilmişdir. 1976-cı ildə dosent vəzifəsində çalışmışdır.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53%) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir. Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Bəybala Əbilov
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53%) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir. Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Bəybala Əliyev
Meyvana (Sərdəşt)
Meyvana (fars. ميونه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 82 nəfər yaşayır (15 ailə).
Bəybala bəy Sultanov
Bəybala bəy Sultanov (10 (22) mart 1879, Axtı – 20 mart 1918, Bakı) — Rusiya imperiyası II Dövlət Dumasının Müsəlman fraksiyasının üzvü. == Həyatı, təhsili və peşəsi == 10 mart 1879-cu ildə Məlik bəy Sultanovun ailəsində doğulub, ləzgi və müsəlman idi. Moskva universiteti Tibb fakültəsini bitirmişdi. 1902–1905-ci illərdə Kürə dairəsində rayon həkimi, 1909–1910-cu ildə Qayakənd kənd həkimi işləmişdir. 1914–1918-ci illərdə Bakı şəhər Mixaylovskaya xəstəxanasının 1 saylı klinikasında (indiki Hacı Qasımov adına 1 saylı doğum evi) işləmişdir. == Siyasi fəaliyyəti == 6 fevral 1907-ci ildə Rusiya imperiyası II Dövlət Dumasına seçilmişdir. İctimai təhsil və aqrar komissiyalarının üzvü idi. == Ölümü == Mart soyqırımı zamanı Stepan Lalayan tərəfindən öldürülmüşdür. == Ailəsi == Atası Məlik bəy Sultanov dvoryan sinfinə mənsub idi. Bəybala bəy kumık əsilli Umay Hacıyeva ilə evlənmiş, Məhəmməd-Mirzə adlı oğlu olmuşdu.
Mirzə Bəybaba Fəna
Mirzə Bəybaba Fəna (1787, Şuşa – 1867, Şuşa) — şair, Fatma xanım Kəminənin atası. Mirzə Bəybaba bəy Mirzə Əliyar bəy oğlu 1787-ci ildə Şuşa şəhərində dünyaya pənah gətirmişdi. Mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Böyük xanın yanında katib işləyirdi. Mirzə Bəybaba gözəl xəttat idi. Şuşa şairlərinin cüngünü tərtib etmişdi. Bir neçə kitabın üzünü köçürmüşdü. Mirzə Bəybaba bəy Cahan xanımla ailə qurmuşdu. Mehdi bəy, Yəhya bəy adlı oğulları, Fatma xanım adlı qızı vardı.