Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Becaya
Becaya (ərəb. بجاية‎; bər. ⴱⴳⴰⵢⴻⵜ) — Əlcəzairin şimalında yerləşən liman şəhəri, eyniadlı vilayətin inzibati mərkəzi. 2008-ci ilin məlumatlarına görə əhalinin sayı 177,988 nəfərdir. Əlcəzairin ən böyük bərbərdilli şəhərlərindən biridir. == Tarixi == Müasir şəhərin yerində ilk məskunlaşma imperator Vespasian tərəfindən təqaüdçü əsgərləri yerləşdirmək üçün qurulan Roma koloniyası Salda idi. Bu şəhər Vandal dövlətində böyük əhəmiyyətə malik idi və bir müddət onun paytaxtı kimi fəaliyyət göstərmişdir. Orta əsrlərdə becaya qəbiləsindən olan bərbərlər hələ də adını daşıyan şəhəri ələ keçirdilər. XII əsrdə Həmmadilər dövlətinin paytaxtı olmuşdur. Becaya 1510-cu ilə qədər ispanlar onu ələ keçirənə qədər bərbər quldurlarının əsas limanlarından biri olmuşdur.
Bemera
Bərəvat
Bərəvat— İranın Kirman ostanının Bəm şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,388 nəfər və 3,950 ailədən ibarət idi.
Bədəvi
Bədəvilər — Ön Asiyada və Şimali Afrikada yaşayan köçəri ərəblər. Köçəri bədəvilər çoxlu tayfalara və nəsillərə ayrılırdılar. Tayfanın otlaq yeri ümumi idi. Lakin sürülər ayrı-ayrı nəsillərə məxsus idi. Yaxşı otlaqlar üzərində tez-tez tayfa müharibələri – toqquşmaları olurdu. Qan intiqamı adəti də şiddətli vuruşmalara səbəb olurdu. Öldürülmüş və ya təhqir olunmuş ərəbin intiqamını almaq üçün bütün nəsil ayağa qalxırdı. Hər bir tayfa öz tanrısına inanırdı, səcdə edirdi. Bu isə ərəblər arasındakı çəkişməni daha da gücləndirirdi. Hər bir tayfanın başçısı vardı, onlar yürüşlər zamanı döyüşçülərə başçılıq edir, köç üçün yer seçir, nəsil üzvlərini mühakimə edirdilər.
Betela
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Bəcəh
Bəcəh (ərəb. بجح‎; q.misir znmwt) — tarixi Nubiya ərazisində, Nil çayı boyunca və Misirin cənubundakı Əsvan mühafəzəsi daxilində ada və arxeoloji sahə. 1902-ci ildə bəndin tikintisi başa çatdıqdan sonra ada Əsvan SES-in su anbarında yerləşir. == Qədim Misir == Ada əvvəllər Nil çayının birinci axarında yerləşirdi və onun istehkamı qədim Yuxarı Misir və Nubiyaya çıxışa nəzarəti təmin edirdi. File və Agilkiya adalarına, eləcə də onların su anbarındakı qədim arxeoloji sahələrinə yaxın yerdə yerləşən ada Ümumdünya İrsi siyahısına əlavə edilmişdir. Bəcəh adası qədim misirlilər üçün müqəddəs sayılırdı. Onlar inanırdılar ki, Osiris bu adada dəfn edilib və onun üzərində dayanan məbəd Abaton (yunanca "ayaqsız yer") kimi tanınırdı, çünki oraya yalnız kahinlərin ayaq basmasına icazə verilirdi. Məbəd həm Seneka, həm də Lukan tərəfindən qeyd edilmişdir. B.e. III əsrin ortalarında və ya axırlarında Kuş çarı Talaxidamaninin səfirliyi hədiyyələrlə Abatonu ziyarət etmişdir.
Ahmet Bedevi
Manisa Tarzanı (rəsmi qeydlərə görə Ahmeddin Carlak ya da öz ifadəsi ilə Əhməd Bədəvi(türk. Ahmet Bedevi) (d. 1899 Səmərra, Osmanlı İmperiyası - ö. 31 may 1963, Manisa, Türkiyə) — Kərküklü türkman. Türkiyə Qurtuluş Savaşında döyüşdüyü üçün "İstiqlal ordeni" ilə təltif olunmuşdur. Həyatını Manisanın bütün Türkiyəyə nümunə olacaq şəkildə yaşıllaşdırılmasına həsr etmiş və minlərlə ağac əkmişdir. Spil dağında yaşayan və Manisa küçələrində yalnız şort ilə gəzən Ahmeddin Carlaka cammat 1934-cü ilin istehsalı olan "Tarzan" filmi ekranlara çıxandan sonra "Manisa Tarzanı" adını vermişlər. 1963-cü ildə vəfat etdikdən sonra Manisa əhalisinə bir əfsanəyə çevrilmiş, ildə bir çox heykəli tikilmişdir. Hər il ölüm ildönümü 31 may günündə Manisada xatirəsi üçün mərasimlər keçirilir.
Becaya vilayəti
Becaya vilayəti — == Ərazisi == Becaya vilayətinin ərazisi 3 268 Km2-dır. Becaya vilayətinə 19 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Becaya vilayətinin əhalisi 912 577 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bicəvan (Miyanə)
Bicəvan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Türkman bölgəsinin Üçtəpə kəndistanında, Türkman qəsəbəsindən 13 km. qərbdədir.
Bərava (Soyuqbulaq)
Bərava (fars. باراوا‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (27 ailə).
Karolina Qoçeva
Karolina Qaçeva (28 aprel 1980 - Bitola, Makedoniya Respublikası) — Makedoniyalı müğənni. 2002, 2007-ci illərdə Avroviziya Mahnı Müsabiqəsinin iştirakçısı olub. 1995-ci ildə ölkəsini Me Sakas adlı mahnı ilə təmsil edib və müsabiqədən ayrılıb. 2002-ci ildə Od Nas Zavisli mahnısı ilə Makedoniya Respublikasını təmsil edib və 19-cu yerə layiq görülüb. 2007-ci ildə tərcüməsi Mənim Dünyam mənasına gələn Mojot Svet mahnısı ilə müsabiqəyə qatılıb finala çıxa bilmişdir. Lakin finalda 73 balla 14-cü yerə layiq görülmüşdür.
İbrahim Peçevi
İbrahim Peçevi (türk. İbrahim Peçevi; 1574[…], Peç – 1649[…], Buda) — Macar əsilli osmanlı tarixçisi. Macar mənbələrində Vakanüvis adı ilə tanınır. Boşnak əsilli olan anası soylu ailəyə mənsub olmuşdur. Peçevi 14 yaşı olarkən atasını itirmiş və qohumları tərəfindən Anadolu Bəylərbəyi Lala Mehmed Paşanın himayəsinə verilmişdir. Osmanlı imperiyası və Avstriya-Macarıstan imperiyaları arasında baş verən bir çox müharibədə iştirak etmiş İbrahim Peçevi həmin müharibələrdə baş verən hadisələrin qələmə alınmasında mühüm xidmətlər göstərmişdir. 1641-ci ildə dövlət işlərindən kənarlaşaraq həyatını şahid olduğu dövrün tarixini yazmağa həsr etmişdir. Peçevi tərəfindən yazılan əsərlərdə, xüsusi ilə 1520–1640-cı illərin tarixi hadisələri araşdırılmışdır. Peçevi ondan əvvəlki dövrün tarixini yazarkən istifadə etdiyi mənbələri açıq şəkildə göstərmiş və bir növ həmin mənbələrində itməsinin qarşısını almışdır. İbrahim Peçevi eyni zamanda Avropalı tarixçilərin əsərlərinə istinad edən və öz əsərlərində qərb tarixçilərindən mənbə göstərən ilk tarixçi kimi tanınır.
İna Delçeva
İna Delçeva (20 iyul 1977) — Bolqarıstanı təmsil edən bədii gimnast. İna Delçeva Bolqarıstanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində gümüş medalın sahibi olub.
İrina Belova
İrina Belova (28 dekabr 1980) — Rusiyanı təmsil edən bədii gimnast. İrina Belova Rusiyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Lüdmila Buyeva
Lüdmila Panteleyevna Buyeva (rus. Людми́ла Пантеле́евна Бу́ева; 13 noyabr 1926, Bobrov[d], Voronej quberniyası[d] – 7 may 2020, Moskva) — sovet və rus filosofu. Fəlsəfə elmləri doktoru (1968), professor, Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun baş elmi işçisi, Rusiya Təhsil Akademiyasının akademiki (1989). Lüdmila Panteleyevna Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda uzun illər Dissertasiya Şurasının sədri olub. Təhsil fəlsəfəsi sahəsində tanınmış mütəxəssislərdən olub. Onun tədqiqat sahəsinə insanın fəlsəfi problemlərinə və şəxsiyyətin formalaşmasına, sosial mühitin şəxsiyyətin inkişafına təsiri daxil idi. Əsas əsərləri insanın fəlsəfi problemlərinə və şəxsiyyətin formalaşmasına həsr edilib. == Həyatı == Lüdmila Panteleyevna Buyeva 1926-cı il noyabrın 13-də Voronej vilayətinin Şçuçye kəndində kəndli ailəsində anadan olub. İlk təhsilini Sçuçye kənd məktəbində alıb. 1945-ci ildə Varonej şəhərində tam orta məktəbi bitirdikdən sonra Moskvaya yola düşüb.
Cem Belevi
Cem Belevi (4 iyun 1987, İzmir) — türk pop, arabesk müğənnisi və aktyoru. O, daha çox Ayşe ilə "Kim Ne Derse Desin"də əməkdaşlıq etməsi ilə tanınmışdır. Brunel Universitetində beynəlxalq biznes üzrə təhsil almışdır. Anası rəssam, atası isə pianoçudur. == Musiqi Karyerası == 2013-cü ildə Bilmezsin adlı debüt albomunu buraxmışdır. "Günaydın Sevgilim" (Günaydın mənim sevgilim) albomun aparıcı mahnısı və ilk klipi olmuşdur. Albom çox diqqət çəkməsə də, mahnı türk musiqisinin icraçı direktoru Samsun Dəmirdən təsirlənmişdir. Mahnı daha sonra Enbe Orkestrası & Behzat Gerçekerin albomunda yenidən aranjeman edilmişdir. 2014-cü ildə "Kim Ne Derse Desin" filmi üçün Ayşe ilə duet oxumuşdur. Mahnı Türkiyə'də çox uğurlu olmuşdur və ən yaxşı debüt kateqoriyasında 2014 Türkiyə Musiqi Mükafatlarına namizəd olmuşdur.
Betela mastica
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Mara Buneva
Mara Buneva (1902 – 14 yanvar 1928, Skopye) ― makedoniya bolqarı olan inqilabçı, Daxili Makedoniya inqilabi təşkilatının üzvü. O, keçmiş Serb çetnik komandiri və Yuqoslaviyanın Skopye vilayətinin məmuru olan Velimir Preliçi qətlə yetirmiş, özünü isə silahla sinəsindən vuraraq intihar etmiş və bir neçə saat sonra xəstəxanada ölmüşdür. Buneva bu gün əsasən Bolqarıstanda qəhrəman, Şimali Makedoniyada isə mübahisəli bir bulqarofil kimi qəbul edilir. Onun ölümü hər il Skopye, Vardarda özünü güllələdiyi yerdə anılır. == Bioqrafiya == Buneva 1902-ci ildə o dövrdə Osmanlı imperiyasının Kosovo vilayətinin (indiki Şimali Makedoniya) ərazisi olan Tetovo şəhərində anadan olub. Onun ailəsi əslən Setole kəndindəndir. Balkan müharibələrindən (1912–1913) sonra Serbiyanın Cənubi Serbiya adlı vilayətinə çevrilən Vardar Makedoniyası 1915–1918-ci illərdə Bolqarıstanın işğalı altında idi. Bu dövrdə Bunevanın atası Nikola Bunev Tetovonun meri idi və Buneva Skopye qızlar liseyində oxuyurdu. Buneva 1919-cu ildə Bolqarıstana köçdü. O burada Sofiya Universitetində təhsil aldı və bir Bolqarıstan zabiti ilə evləndi.
Stad Boeva
Stad Boeva — Yeni Kaledoniyanın Boulari Bey adlı körfəzin yaxınlığında yerləşən və futbol üçün istifadə olunan idman stadionudur. Stadion bir sıra yerli klublara və 2011-ci ildə Sakit Okean oyunlarında kişilərdən ibarət futbol turnirinə ev sahibliyi etmişdir. Belə ki, Stad Boeva 2011 Sakit Okean oyunlarında futbol turnirində ən böyük qələbələrdən olan və 3 sentyabr 2011-ci ildə keçirilən Papua-Yeni Qvineyanın Kiribatiyə 17-1 qalib gəlməsinə, 5 sentyabr 2011-ci ildə isə Taitinin Kiribatiyə 17-1 qalib gəlməsinə ev sahibliyi etmişdir.
Vera Açeva
Vera Açeva (mak. Вера Ацева; 24 noyabr 1919, Oreoveç (indiki Prilep), Makedoniya Sosialist Respublikası, Yuqoslaviya SFR – 10 noyabr 2006, Skopye, Makedoniya Respublikası) — Makedoniya əsilli Yuqoslaviya kommunisti, İkinci Dünya Müharibəsi iştirakçısı və Yuqoslaviya Milli Qəhrəmanı. Maddi çətinliklər üzündən Açeva oxuduğu gimnaziyanın ikinci ilindən təhsilini yarımçıq qoymalı və iş axtarmalı olmuşdur. O, tütün sənayesində işləmişdir. O, 1940-cı ilin əvvəllərində Yuqoslaviya Kommunist Liqasının üzvü olmuşdur. Həmin ilin sentyabr ayında o, əyalət yığıncağında Yuqoslaviya Kommunist Liqasının Regional Komitəsinə Makedoniyadan üzv seçilmişdir. Vera 1940-cı ilin sentyabrından 1941-ci ilin noyabrına qədər Prilepdə yerli Komitənin Katibi olmuşdur. Açeva Prilep Partizan Hərəkatının ilk təşkilatçılarından biri idi. O, 1944-cü ilin yanvarında Makedoniya Kommunistlər Liqasının üçüncü və dördüncü ərazi komitəsi üzrə siyasi katib olmuşdur. Açeva 1944-cü ilin avqustunda Makedoniya Milli Azadlıq Hərəkatı Antifaşist Yığıncağının birinci sessiyasında iştirak edərək həmin orqanın rəhbər heyətinə seçilmişdir.
Nəcva Kərəm
Nəcva Kərəm (ərəb. نجوى كرم‎; 26 fevral 1966, Zəhlə) — Livanlı müğənni, mahnı yazıçısı və aktrisa. Ərəb musiqisinin janrlarında əsərlər yaradıb. 1989: Ya Habayeb 1992: Shams el-Ghinnieh 1993: Ana Ma'kon 1994: Naghmet Hob 1995: Ma Bassmahlak 1996: Hazi Helo 1997: Ma Hada La Hada 1998: Maghroumeh 1999: Rouh Rouhi 2000: Oyoun Qalbi 2001: Nedmaneh 2002: Tahamouni 2003: Saharni 2004: Shu Mghaira..! 2005: Kibir'el Hob 2007: Hayda Haki 2008: Am Bemzah Ma'ak 2009: Khallini Shoufak 2011: Hal Layle...
Benevan-e-Şarbiyak
Benevan-e-Şarbiyak (fr. Avançon, oks. AvançonBénévent-et-Charbillac, oks. Benevent e Charbilhac) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sen-Bonne-an-Şansor kantonuna daxildir. INSEE kodu — 05020. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 163 nəfər (15-64 yaş) arasında 116 nəfər iqtisadi fəal, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,2%, 1999-cu ildə 72.8%).
Nossaj-e-Benevan
Nossaj-e-Benevan (fr. Nossage-et-Bénévent, oks. Nossatge e Benevent) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05094. 2008-ci ildə əhalinin sayı 13 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 7 nəfərin (15–64 yaş arasında) 6 nəfəri iqtisadi cəhətdən fəal, 1 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici — 85,7%, 1999-cu ildə 75,0%). 6 aktiv adamdan 5 nəfər (3 kişi və 2 qadın) işləyir, 1 qadın işsizdir.
Vaska Bicova-Qaydova
Vaska Bicova-Qaydova (mak. Васка Биџова-Гајдова; 26 iyun 1924, Pirlepe – 5 sentyabr 2004, Skopye) — Yuqoslaviya və Şimali Makedoniya opera müğənnisi (koloratura soprano). Vaska Bicova-Qaydova 1924-cü ildə Prilep şəhərində anadan olmuşdur. Gənclik illərində müxtəlif xorlarda oxuyur və dərs deməyi planlaşdırırdı, lakin dirijor və bəstəkar Stefan Qaydovun məsləhəti ilə Skopyedəki Nina Monastri-Kuneli musiqi məktəbinə daxil oldu və 1951-ci ildə Makedoniya Milli Teatrının opera səhnəsində debüt etdi, "Sehirli fleyta" operasında Gecə Kraliçası rolunu canlandırdı. Sonra müğənni təhsilini Lyublyanada davam etdirdi, 1956-cı ildən 1958-ci ilə qədər isə Vyana Musiqi Akademiyasında (indiki Vyana Musiqi və İfaçılıq İncəsənəti Universiteti) oxudu. 1974-cü il oktyabr Vaska Bicova-Qaydova Makedoniyanın "11 oktyabr" adlı Dövlət Mükafatı, 1979-cu ildə isə Yuqoslaviya Musiqiçilər Birliyinin Qızıl Lira mükafatına layiq görüldü. 5 sentyabr 2014-cü ildə Skopye şəhərində vəfat etdi.
Əbdürrəhman əl-Bədəvi
Əbdürrəhman əl-Bədəvi (1917–2002) — Görkəmli Misir filosofu və ədibdir. Əbdürrəhman Bədəvi 1917-ci il fevral ayının 17-də Misirdə, paytaxt Qahirədən 95 mil aralıda yerləşən Şərabas kəndində anadan olub. İlk təhsilini Qahirədəki əs-Səidiyyə məktəbində alan Bədəvi paytaxtdakı Misir universitetindən fəlsəfə üzrə I dərəcəli diplomla məzun olmuşdur (1938). Bədəvinin dissertasiyası üzrə təyin edilən elmi rəhbər isə tanınmış rus əsilli fransız filosof Aleksandr Koyre olmuşdur. 1950–1956-cı illərdə Bədəvi ölkənin İbrahim Paşa Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1954-cü ildə Misirin yeni konstitusiya layihəsini hazırlayan komitəyə üzv seçilən filosof dövrün ölkə başçısı Camal Əbdünnasirlə mübahisə etdiyinə görə 2 il sonra — 1956-cı ildə komitədən uzaqlaşdırılmışdır. Bədəvi 1956–1958-ci illərdə əsasən bisavad və riyakar diplomatlara dəstək xarakteri daşıyan Misirin İsveçrədəki mədəniyyət attaşesi vəzifəsini icra etmişdir. Alim 1967-ci ildə Fransanın Sorbon universitetində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün C. Nasirin Misirini tərk etməsini "böyük həbsxana"dan qurtulmaq kimi xarakterizə etmişdir. 1967–1973-cü illərdə Liviyanın ali təhsil ocaqlarında elmi fəaliyyətini davam etdirən professor Bədəvinin sözügedən ölkədəki pedaqoji işi dövrün lideri Müəmmər Qəddafinin alimin əməkdaşlıq etdiyi universitetə gəlişi zamanı tələbələrinin ölkə başçısı ilə söz azadlığına dair mübahisəsi və ikincinin qəzəbi ilə başa çatmışdır. Qəddafi Bədəvinin şəxsi kitabxanasını açıq şəkildə yandıraraq, alimin həbsinə göstəriş versə də, dövrün Misir prezidenti Ənvər Sədatın məsələyə müdaxiləsindən sonra alim sərbəst buraxılmışdır.