Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bigger than Us
Bigger than Us (azərb. Bizdən daha böyük‎) — Böyük Britaniyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Maykl Rays "Bigger than Us" mahnısı ilə Böyük Britaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnı 2018 Avroviziya Mahnı Müsabiqəsində İsveçrəni təmsil edən "Stones" mahnısının bəstəkarı Laurell Barker, İsveç müğənnisi Con Lundvik və Anna-Klara Folin, Conas Tander tərəfindən bəstələnmişdir. Bəstəkarlardan Con Lundvik eyni müsabiqədə İsveçi təmsil etmişdir.
Bigger than the Universe
"Bigger than the Universe" (azərb. Kainatdan daha böyük‎) — İsveçli ifaçı, musiqi prodüseri, bəstəkar və söz yazarı Sven Anders Baqqenin mahnısı. O, ölkəsinin ənənəvi musiqi hadisəsi sayılan sayca 62-ci Melodifestivalendə məhz bu mahnı ilə, 2-pilləyə qədər yüksəlmişdir. == Mahnı == Pop janrlı "Bigger than the Universe" mahnısının sözləri və bəstəsi Pyetr Buström, Zimmi Consson, Tomas "G:Son" və ifaçının özü tərəfindən ərsəyə gətirilmişdir. Mahnının insanlara bəxş edə biləcəyi duyğu, əsasən ruhani yüksəlişdir. İfaçı yerdən əbədiyyən xilas olmaq və hər kəslə birgə, bütün qaranlıqların aydınlıqla əvəz olunacağı daha xoşbəxt bir məkanı vətən seçmək niyyətindədir, və əgər bu qurtuluş həqiqətən baş tutarsa, artıq hər kəs "Qalib" və hər söz "Şeir" olacaq. O, "Ümid yağmuru altında kainatdan daha böyük olan ruhumun doğuşunu görə bilirəm" cümləsi ilə qəlbinin simfoniyasını paylaşır. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "Bigger than the Universe" mahnısı Anders Baqqenin səsləndirməsiylə, İsveçin böyük musiqi hadisəsi hesab edilən Melodifestivalen 2022-də iştirak etmişdir. Mahnı uzun seçim mərhələlərini uğurla geridə qoyaraq, 12 mart 2022-ci il tarixində keçirilən böyük finala yüksəlməyi bacarmış və finalın telesəsvermə nəticələrinə əsasən 90 xalla qələbə qazanmışdır. Jüri səsverməsinin təsiri ilə yekun olaraq 121 xal toplayan musiqi əsəri, Melodifestivalenin sayca 62-ci buraxılışını 2-ci sırada tamamlamışdır.
Bilgəh
Bilgəh – 1937-ci ildən Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. == Ümumi məlumat == Əhali 9,3 min (2008). Tam orta məktəb, 2 məktəbəqədər müəssisə, internat məktəbi, mədəniyyət evi, kitabxana, musiqi məktəbi, birləşmiş şəhər xəstəxanası, kardioloji sanatoriya, pansionat, rabitə şöbəsi var. Bilgəh dənizkənarı iqlim kurortudur. İqlimi quru subtropikdir. Yayı isti və quru, qışı mülayimdir. Avqustda orta temp-r 25 °C, yanvarda 0–3 °C-dir. Yağıntının illik miqdarı 200–300 mm; əsasən, şimal (xəzri) və cənub (giləvar) küləkləri əsir. Bilgəh sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır; S. Aşurbəyli əsərlərində "Bilgəh" adının 18-ci əsrin əvvəllərində bu ərazidə yaşamış "bilgə" türk tayfasının adından götürüldüyünü qeyd edir. Mütəxəssislər indiki Bilgəhin yerində Köhnə Bilgəh olduğunu, onun Əşburan burnu adlandığını da söyləyirlər.
Biogen
Biogen — ölü canlıların çürüməsindən əmələ gəlmiş maddə. == Biogen çöküntülər == Biogen çöküntülər canlı orqanizmlərin həyat fəaliyyəti ilə əlaqədar olaraq əmələ gələn, biogen mənşəli üzvi maddədən, yaxud mineral skelet qalıqlarından təşkil olunmuş çöküntülər. Dəniz və okeanların biogen çöküntülər silisium və karbonat tərkibli olur; üstünlük təşkil edən çöküntü əmələ gətirən orqanizm qruplarına görə onlara ad verilir. Müasir Biogen çöküntülər okean dibinin yarıdan çox hissəsini örtür. Kontinental (göl, çay, bataqlıq) biogen çöküntülər sapropel və torflardan, həmçinin diatomalı göl lillərindən və qabıq əhəngdaşlarından ibarətdir. == Biogen proseslər == 1. Mineralogiya və geologiyada orqanizmlərin bilavasitə iştirakı ilə mineral və süxur əmələgəlmə prosesləri. Məsələn: onların həyat fəaliyyəti nəticəsində (kalsit və ya opaldan ibarət skelet və ya qabıqların, riflərin) yaxud üzvi qalıqların dəyişməsi nəticəsində (kömür və b.) əmələ gəlməsi. 2. Geomorfologiyada morfogenetik əhəmiyyətli orqanizmlərin fəaliyyəti.
Biogerm
Biogerm [yun. germa – təpə] - su hövzəsinin dibində orqanizmlərin qurduğu, əsasən kalsium-karbonatdan təşkil olunmuş təpə. Canlı halda kalsium-karbonat qabığı quran bu orqanizmlər (mərcanlar, mamırabənzərlər, süngərlər, qurdlar, foraminiferlər, yaşıl və qırmızı yosunlar və b.) öldükdən sonra yaşadıqları vəziyyətdə qalırlar. Biogerm hündürlüyü bir neçə sm-dən onlarla və yüzlərlə m-dək, tutduğu sahə bir neçə km2 ola bilər. Bu qurumların sinxronik çöküntülərlə təması müxtəlif tipli (dik, pazvari yaxud tədrici və i.a.) olur. Biogerm ştokvari, lokal linza və b. şəkillərdə olurlar. Biogerm rif fatsiyaları üçün səciyyəvidir və rifin tərkib elementidir. Əsasən dəniz çöküntüsü olub, bəzən şirin su hövzələrində rast gəlir. == Həmçinin bax == Orqanizm == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Bitlər
Anoplura (lat. Anoplura) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin psocodea dəstəsinə aid heyvan fəsiləüstü. == Xarici quruluşu == Bitlər məməlilərin daimi paraziti olan xırda, qanadsız cücülərdir. Hər iki cinsi qansorandır. Bitlərin bədəni bel-qarın istiqamətində yastılanmış, oval, uzunsov və ya enli, 1-5 mm uzunluğundadır. Erkəklər adətən dişilərdən kiçik olur. Başı qabaq tərəfdən daralmışdır. Ağız orqanları adətən irəli yönəlmiş, heyvanların qalın örtüklərini deşmək və qan sormaq üçün yaxşı uyğunlaşmışdır. Bir cüt sadə gözü başın yanlarında, bığcıqlardan arxada yerləşmişdir. Üç döş seqmenti adətən kip bitişmişdir.
Bəlqər
Bulxer, Bəlqər — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 17 km məsafədə, Abaran çayının sağ qolu üstündə, Alagöz dağının ətəyində yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Bulxeyir, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətiriin icmal dəftəri"ndə Əbülxeyir, Bulxeyir, Qafqazın 5 verstlik xəritəsində Blxer formalarında qeyd edilmişdir. Kəndin adı erməni mənbələrində Plxer, Bulxayır kimi də göstərilir. Sarmatiyada yaşayan xalqlardan birinin adı bulxi olmuşdur. Bu qənaətə gəlmək olar ki, bulxi etnoniminə türk dilində "igid, qoçaq"mənasında işlənən ər sözünün qoşulması əsasında bulxer etnonimi yaranmışdır. Fikrimizcə, bulxer bulqar etnoniminin fonetik variantıdır. Xəzər, salar, toxar, quqar və s. türk etnonimləri də həmin konstruksiya əsasında formalaşmışdır. Belə qənaətə gəlirik ki, toponim bulxer etnonimindən əmələ gəlmişdir.
Ebinger
Con Edvin Ebinger (ing. John Edwin Ebinger, 1933, Sinsinnati, Ohayo) — ABŞ botaniki. == Əsərləri == John E. Ebinger, H. Clarke & D. Seigler. 1990. Acacia constricts (Fabaceae: Mimosoideae) and related species from the Southwestern U. S. and Mexico. Amer. Jour. Bot. 77:305-315 John E. Ebinger, D. Bergman. 1990.
Bloqer
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif tipli hiper əlaqələri özündə toplayan veb-saytdır. İngilis dilindəki “web” və “log” sözlərinin birləşməsindən alınan “weblog” sözlüyünün zamanla təhrif olunmuş formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni media alətlərindən biri hesab olunur. Bloqçu (blogger) – bloq yaradan insandır. Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə oxucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə video, mp3, kiçik çat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa başlamışdır.
Ginger
Ginger — ABŞ hip-hop oğlan qrupu Brockhampton-un beşinci studiya albomu. 23 avqust 2019-cu ildə Question Everything və RCA tərəfindən buraxılıb.
Nigger
Zənci (isp. negro "qara (rəng)", — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Həmçinin bax == Zəncilər == İstinadlar == == Xarici keçidlər == Анучин Д. Н.. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Bajer
Bajer (fr. Bagert) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Sent-Krua-Volvestr kantonuna daxildir. Kommunanın dairəsi — Sen-Jiron. INSEE kodu — 09033. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 58 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 30 yaşdan yuxarı (15-64 yaş arasında) 16 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 53,3%, 1999-cu ildə 58.1%). Aktiv olan 16 nəfərdən 14 nəfər (8 kişi və 6 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi. Aktiv olmayan 14 nəfər arasında 1 nəfər tələbə və ya tələbə, 3 nəfər - təqaüdçü, 10 nəfər digər səbəblərə görə fəaliyyətsizdir..
Bibər
Bibər (lat. Capsicum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Bibərin vətəni Cənubi Amerikadır. İspanlar tərəfindən Avropaya gətirilmiş və qısa vaxtda tropik və subtropik ölkələrdə yayılmışdır. Acı və şirin növləri olan, fərqli rənglərdə tərəvəz və ədviyyat olaraq istifadə edilən bitkilərin ümumi adıdır. Bibər xüsusilə C vitamini baxımından olduqca zəngindir. == Faydaları == İştahı açar, mədəni qüvvətləndirər və həzmi asanlaşdırar. Revmatizmə yaxşı gəlir. Qanamaları önləyər. Cinsi arzunu artırar.
Bığır
Bığır (İsmayıllı) — Azərbaycanın İmişli rayonunda kənd. Bığır (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Digər
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984–1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Niger
Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir. Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə. == Tarixi == === Tarixəqədərki dövr === Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər.
Hana Singer
Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi.
Herold Belger
Herold Karloviç Belger (alm. Herold Belger‎, 28 oktyabr 1934, Engels, Volqa Alman Muxtar Sovet Respublikası, RSFSR, SSRİ — 7 fevral 2015, Almatı, Qazaxıstan) — Qazaxıstan tərcüməçisi, nasir, publisist, ədəbiyyatşünas. Qazax ədəbiyyatı klassiklərinin (Mailin, Musrepova, Nurpeisova və s.) rus dilinə tərcüməçisi, çoxsaylı roman, hekayə və ədəbi tənqidi əsərlərin müəllifidir. O, həmçinin Qazaxıstanda və Rusiyada almanların mövcud durumu və mədəniyyəti barədə də çox saylı araşdırma müəllifidir. Sülh və Ruhani Razılaşma üçün Prezident Mükafatı laureatıdır (1992). == Həyatı == Herold Karloviç Belger Volqa almanları ailəsində anadan olub. 1941-ci ildə Böyük Vətən müharibəsi başladıqdan az sonra İosif Stalinin əmri ilə, etnik alman olaraq, SSRİ-dəki bütün almanlar kimi Qazaxıstana sürgün edilmişdir. Gənc Heroldun ailəsi İşim çayının sahilindəki indiki Yskaka Ybırayeva (SKO) qəsəbəsi yaxınlığında qazax aulunda məskunlaşdı. Burada elə Herold qazax dilini mükəmməl mənimsəmişdir. Belger ilk təhsilini qazax orta məktəbində almış, sonradan Almatıdakı Qazaxıstan Pedaqoji İnstitutunun (indiki Abay Universiteti) filologiya fakültəsində oxumuşdur.
Justin Bieber
Castin Drü Biber (ing. Justin Drew Bieber; 1 mart 1994[…]) — Kanada müğənnisi. Pop ikonası hesab olunur. == Həyatı == == Şəxsi həyatı == == Fəaliyyəti == === Karyerasının başlanğıcı === 2007-ci ildə "So So Def Recordings" səsyazma şirkətinin əməkdaşı olan Skuter Braun YouTube-da dolaşarkən təsadüfən Castin Biberin Ne-Yo-nun "So Sick" mahnısına etdiyi kaver ifasına rast gəlib. O, Castinin səsinə məftun olmuş və uzun sürməmişdi ki, onun harada yaşadına dair məlumat əldə etmişdi. Castinin təkcə səsi deyil, üstəlik xarizması da var idi və bu Skuterin diqqətini çəkmişdi. Skuter üçün Castin qənimət kimi bir şey idi. O, vaxt itirmədən Kanadaya yola düşüb. Əvvəlcə anası Castini yəhudi olan Skuterin əlinə əmanət etmək istəməyib. Skuter Castinin anasını bir təhər razı sala bilib.
Kevin Bikner
Kevin Bikner (23 sentyabr 1996) — ABŞ-lı tramplindən xizəklə tullanan. O, 19 mart 2017-ci ildə Vikersundda 244.5 m məsafəyə tullanaraq ölkə rekordunu yeniləmişdir.
Korbinian Burger
Korbinian Burger (27 aprel 1995-ci ildə anadan olub) — 3.Bundesliqa təmsilçilərindən olan Sonnenhof Qrosaşpax klubunda müdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Qroyter Fürth === Burger Bayern Münhen akademiyası vasitəsilə inkişaf etmişdir. 28 iyul 2017-ci ildə o, Qroyter Fürth klubuna transfer olmuşdur. O, peşəkar karyerasında debütünü 13 avqust 2017-ci ildə Morlautern klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Almaniya Kuboku görüşündə Qroyter rəqibinə 5-0 hesabı ilə qalib gəlmişdir. === Sonnenhof === 16 iyul 2018-ci ildə Burger Sonnenhof Qrosaşpax klubu ilə müqavilə imzalamışdır. Burger klub ilə debütünü 28 iyul 2018-ci ildə Karl Zeiss Jena klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 3.Bundesliqa görüşündə Sonnenhof rəqibinə 2-3 hesabı ilə məğlub olmuşdur.
Marqaret Berger
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marqaret Berqer
Marqaret Berger — 11 oktyabr 1985-ci ildə anadan olmuş Norveçli müğənni. Marqaret Berger 2013 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "I Feed You My Love" mahnısı ilə təmsil edərək ölkəyə 4-cü yeri qazandırmışdır.
Marsel Berger
Marsel Berger (14 Aprel 1927-15 Oktyabr 2016) — Fransalı riyaziyyatçı. Fransız differensiyal həndəsəsinin banisi, Ən yüksək elmi araşdırmalar institutunun (İHES) proffessorudur. Lasseube şəhərinin La Kastera bölgəsində yaşamışdır. Berger Mixail Qrimovun Paris Universitetində və İHES-də işə qəbul olunarkən ona yaxından kömək etmişdir. == Mükafatları və uğurları == 1956 Pekkot mükafatı, Fransa kolleci 1962 Maurise Odin mükafatı 1969 Karriyere mükafatı, Elmlər Akademiyası 1978 Lekonte mükafatı, Elmlər Akademiyası 1979 Qaston Xuliya mükafatı 1991 Lester R. Ford mükafatı == Elmi işləri == Berger, M.: Geometry revealed. Springer, 2010. Berger, M.: What is... a Systole? Notices of the AMS 55 (2008), no. 3, 374–376.
Mühitdin Birgən
Mühitdin Birgən (1885, İstanbul – 1 oktyabr 1951) — türkiyəli yazıçı, jurnalist və siyasətçi. 1922–1923-cü illərdə Bakıda yaşamış, Respublika Maarif Komissarlığının kollegiya üzvü seçilmiş, Ali Pedaqoji İnstitutda humanitar ixtisaslar üzrə beş fəndən, Bakı Dövlət Universitetində isə "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. 1939-cu ildə Türkiyə Böyük Millət Məclisinin 6-cı çağırışında Mardindən millət vəkili seçilib. == Haqqında == Mühitdin Birgən 1885-ci ildə İstanbulda anadan olub. Unkapı rüşdiyyəsində, daha sonra isə Vəfa edadiyyəsində orta təhsilini bitirdikdən sonra Darülfünunda Ədəbiyyat fakultəsini bitirib. 1906–1908-ci illərdə Hicaz dəmiryollarında fəaliyyət gösətrib. 1908-ci ildən etibarən müxtəlif məktəblərdə fəlsəfə dərsi deyib. 1908-ci ildə İttihad və Tərəqqi ilə yaxınlaşaraq "Tanin" qəzetində yazılar yazmağa başlayır. Sonradan qəzetin yazı işləri müdiri olan o, İttihad və Tərəqqi partiyasında daha da yüksəlir və Məclisi Məbusana 3-cü çağırış Çorum nümayəndəsi kimi seçilir. 1920–1921-ci illərdə "Hakimiyet-i Milliye" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
Patrik Berger
Patrik Berger (d. 10.11.1973, Praqa, Çexoslovakiya) — çex futbolçu.