Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bordo
Bordo - Fransanın cənub-şərqində, Akvitaniyada şəhər, Jironda departamentinin inzibati mərkəzi. Əhalisi 250,8 min (2008). Biskay körfəzindən 97 km aralıdır. Haronna çayı mənsəbində mühüm dəniz portu. İri nəqliyyat qovşağı. Beynəlxalq aeroport. Parislə dəmiryol əlaqəsi var. Dünyanın şərabçılıq paytaxtlarından biri hesab olunur. == Tarixi == E.ə. III əsrdən Burdiqala adı ilə kelt tayfalarından biri olan bituriqlərin əsas şəhəri kimi məlumdur.
Bordo (dəqiqləşdirmə)
Bordo
Bordo (rayon)
Bordo (fr. Bordeaux) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri . Departamenti — Jironda. Suprefektura — Bordo. Rayonun əhalisi 2006-cı ildə 933 025 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 212 nəf / km² . Rayon ərazisi — 4397 km².
Bordo FK
FC Girondins de Bordeaux — Fransız futbol klubu. Oyunlarını Bordodakı 35.200 nəfərlik Stade Chaban Delmas oynayan klub, 6 dəfə Liqa 1 çempionluğu qazanma müvəffəqiyyəti göstərmişdir. 1995-96 mövsümündə UEFA Intertoto Kubokunu qazanıb UEFA Kubokunda seçmələrə qalmış və daha sonra final oynamış ancaq Bayern Münhenə 2-0 və 3-1 məğlub edərək çempion olmağı bacarmışdır.
Bordi
Bordi - 1468-ci ilə aid ermənicə mənbədə Rəvan əyalətinin Sisəcan nahiyəsində kənd adı. Buradi adının ermənicə yazılmışdır. Fars dilində bur əkilməmiş yer, boşaldılimış yer və deh kənd sözlərindən ibarətdir.
Boro
Boro (ing. borough /ˈbʌrə/ , /ˈbɜroʊ, ˈbʌroʊ/ — əsasən ingilisdilli ölkələrdə inzibati-ərazi vahidləri. Boro Kanada, Böyük Britaniya, ABŞ, Avstraliya və İrlandiyada vardır. Müxtəlif ölkələrdə müxtəlif ərazi vahidlərini nəzərdə tuta bilər. Təntənəli qraflıq sayılan Böyük London şəhəri 32 borodan ibarətdir.
Bardo (dəqiqləşdirmə)
Bardo müqaviləsi
Bardo (qevoq)
Bardo (dz. བར་ད།, ing. Bardho) — Butanın Jemqanq dzonqxaqında qevoq. == Coğrafiya == Qevoqun ərazisi Jemqanq dzonqxaqının şərqi və bir qədər mərkəzi hissəsində yerləşir. Qevoq 210 km2-lik bir ərazini əhatə edir. Bu qevoq, Çamqxar çayının (ing. Chamkhar Chu) vadisində, çayın şərq sahillərində yerləşir. Qevoqun ərazisinə daxil olan yaşayış məntəqələri arasında dəniz səviyyəsindən ən yuxarıda olanın hündürlüyü 1770 metr, ən şağıda olanın hündürlüyü isə 1050 metrdir. Bardo qevoqu 5 çivoqa – Bardo, Xomşar, Pxulabi, Lanqdorbi və Diqala çivoqlarına bölünür. Qevoqun ərazisində 15 kənd mövcuddur.
Bardo müqaviləsi
Bardo müqaviləsi — Tunis bəyliyinin Fransa tərəfindan işğalından sonra imzalanan müqavilə. Müqavilə 12 may 1881-ci ildə imzalanmışdır. Fransız qanunlarında müqavilə "zəmanət və qoruma müqaviləsi" adlanır.
Borno ştatı
Borno ştatı (ing. Borno State) — Nigeriyanın Şimal-şərq geosiyasi zonasında ştat. == Adı == Ştatın adı Berberlərin evi mənasını daşıyır. Keçmişdə o Bornu adını daşıyırdı. Bu ad Bornu İmperiyasından qalıb.
Bricit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], XV arondisman, Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi. Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr.
Brijit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], XV arondisman, Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi. Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr.
Jül Borde
Jül Borde (fr. Jules-Jean-Baptiste-Vincent Bordet; 13 iyun 1870[…] – 6 aprel 1961[…], Brüssel) – Belçikalı immunoloq və mikrobioloq. Bordetella bakteriya cinsi onun adını daşıyır. 1919-cu ildə "İmmunitetlə əlaqədar kəşflərinə görə" Fiziologiya və ya tibb üzrə Nobel mükafatını qazanmışdır. == Həyatı == Jül Borde 1870-ci ildə Belçikanın Suan şəhərində anadan olmuşdur. 1892-ci ildə Brüssel Universitetini bitirmişdir. 1894–1901-ci illərdə Parisdəki Paster İnstitutunda işləyirdi. Burada bir neçə ilini İlya Meçnikovun laboratoriyasında keçirdi. 1900-cü ildə Belçikaya qayıtdı və Paster İnstitutuna rəhbərlik etdi. 1907–1935-ci illərdə Brüssel Universitetində Bakteriologiya və Parazitologiya şöbəsinə də rəhbərlik etmişdir; 1935-ci ildən həmin üniversitetin fəxri professoru olmuşdur.
Eddi Qordo
Eddi Qordo (ing. Eddy Gordo) — Tekken video oyun seriyasındakı personaj. == Haqqında == === Tekken 3 === Eddi Braziliyanın ən zəngin ailələrindən birində anadan olub. Uşaqlıqdan bilirdi ki, böyüyəndə atasının işini idarə edəcək. Bir gün məktəbdən evə qayıdan Eddi atasını ölümcül vəziyyətdə tapır. Ölüm ayağında olan atanın deyə bildiyi son şey oğlunun günahı öz üzərinə götürməsini xahiş etməsi oldu. Törətmədiyi bir qətlə görə həbsxanada olarkən Eddi böyük gücə malik köhnə kamera yoldaşına diqqət edirdi. Məlum olub ki, bu adam Braziliya döyüş sənəti olan kapoeyra ilə məşğul olub . Eddi onun tələbəsi oldu və 8 il ərzində kapoeyra üzrə yüksək məharət əldə etdi. Qəhrəman həbsdən çıxandan sonra atasının qatillərini tapmağa qərar verir.
Bodo dili
Bodo (Devnaqari:बोडो) Çin-tibet dillərinin Barik dilləri bölümünün Bariş dilləri bölməsinə aid olan bir dildir və Hindistanın şimali-şərqində və Nepalda Bodolar tərəfindən danışılır.Hindistanın Assam əyalətinin dillərindən biri və Hindistanda xüsusi bir konstitusiya statusu verilən 22 planlanan dillərindən biridir.
Bord xun
Bürdxun — İranın Buşehr ostanının Dəyyer şəhristanının Bürdxun bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4 300 nəfər və 931 ailədən ibarət idi.
Nikolas Bodo
Nikolas Bodo (fr. Nicolas Baudeau; 24 aprel 1730, Ambuaz[d] – 1792[…], Paris) - Fransanın Ambuaz şəhərində doğulmuş, katolik keşiş, teoloq və iqtisadçı. Bodo Şanselad monastırında keşiş oldu və burada teologiyanı tədris etdi. O, 1765-ci ildə Fransada ilk dəfə iqtisadiyyatla bağlı dövri nəşr olan Éphémérides du citoyen-i təsis etdi və ilk başda fiziokratlara müxalif oldu. Ancaq, Bodo 1766-cı ildə nüfuzlu fiziokrata çevrildi. Fransız sözü "économiste" ilk dəfə yazılı şəkildə Bodonun kitabında əks olunmuşdu. Təşəbbüskarlıq konsepsiyasının ilk istifadəsi də Bodoya ithaf edilə bilər. Bodonun nüfuzlu əsərlərindən biri olan Idées d'un citoyen sur l'administration des finances du Roi 1764-cü ildə Kleman Çarlz Fransua di Liverdi tərəfindən qurulan, məqsədi avara və dilənçilərlə bağlı yeni qanunların hazırlanması və sədəqələrin mərkəzi bölüşdürülməsi olan komisiyanın tənqidi idi. Bodoya görə, kasıblara verilən sədəqələrə hökumətin müdaxiləsi yoxsulluğu aradan qaldırmaq üçün olan qanunların həyata keçirilməsindən daha vacib bir hədəf idi. Bodo 1768-ci ildə fiziokratik ideyaları Polşaya gətirməsi üçün Vilnus yepiskopu İqnasi Yaqub Massalski tərəfindən işə götürüldü.
Novo Brdo
Novo Brdo və ya Artana (serb. Ново Брдо; alb. Novobërda və ya Novobërdë, və ya Artana və ya Artanë) — Kosovo və Metohiyaya aid şəhər, Priştina rayonuna aiddir. Orta əsrlərdə Novo Brdo (sözbəsöz tərcüməsi: Yeni dağ, Novus Mons, Novamonte, Nyeuberghe) böyük şəhər və strateji hərbi qala idi, mühüm mədən mərkəzi olduğu üçün ətrafdakı mədənlərdən dəmir filizi, qızıl və gümüş çıxarılırdı. Məşhur yazıçı Vladislav Qrammatik burada anadan olmuşdur. 1439-cu ildə Smederevonun süqutundan sonra 1441-ci ilə qədər şəhər Serbiya krallığının paytaxtı olmuşdur. Novo Brdo 1 iyun 1455-ci ildə qırx günlük mühasirədən sonra təslim olaraq Osmanlı hakimiyyəti altına düşdü.
Robert Börd
Robert Börd (ing. Robert Byrd) — Əslən Kaliforniyadan olan memar və dizayner. Robert Börd ən mükəmməl inşaat işlərini 1920-1950-ci illərdə həyata keçirmişdir. Sonrakı fəaliyyətini oğlu Qari ilə birgə davam etdirmişdir. "10050 Cielo Drive", Kaliforniya; "Robert Taylor Ranch", Los-Anceles; "2274 Ben Lomond Drive", Los-Anceles; "The Tree House", Los-Anceles.
Tengir Ordo
Tengir Ordo – yəni Tenqrinin xalqı. 2005-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə qırğız millət vəkili Dastan Sarıqulov tərəfindən qurulan və türkçülüyə əsaslanan təşkilat. Sovet İttifaqı dağılandan sonra bu rejimdən qurtulan türk xalqları yenidən öz köklərini və milli şəxsiyyətlərini axtarmağa başladılar. Bu inkişaf əvvəlcə Tatarıstanda 1990-cı illərdə, daha sonra Rusiya və Qırğızıstanda meydana gəldi. Tatarıstanda bu hərəkatın adı əvvəlcə "Bizneng yol" (Bizim yolumuz) idi, lakin sonradan "Tengirizm" (Tengrisizm) daha tez-tez eşidilirdi. Zaman keçdikcə Tengrisizm xalq arasında geniş yayılmış bir həvəs olmağı dayandırdı və dövlət tərəfindən dəstəklənməyə və institutlar qurulmağa başladı. 5.000 üzvünün olduğu deyilən Tengir Ordonun hədəfləri tenqriçilik adı verilən islam öncəsi türklərin inanc və mədəniyyətini araşdırmaq və bu təməl üzərinə yeni türk millətçiliyi inşa etməkdir. Orta Asiya türkləri arasında islam öncəsi mədəniyyəti daha yaxşı yayma və daha önəmlisi bir-birinə yadlaşdırılan türk xalqlarını yenidən bir-birinə yaxınlaşdırma məqsədindədir. Qırğızıstanda, xüsusilə Konversiya Universitetində aktivdir. Bu günə qədər Qırğızıstanda yox, həmçinin Qazaxıstanda da uğurlu olmuşdurlar.
İslinqton (boro)
İslinqton (ing. Islington) — London şəhərinin rayonu.
Borgo di Terzo
Borgo di Terzo (it. Borgo di Terzo), İtaliyada, Lombardiya bölgəsindin Berqamo vilayətində olan kommunadır. Əhalisi 1096 nəfərdir (2008), əhalinin sıxlığı 589 nəfər / km²-dir. Sahəsi 2 km² ərazini əhatə edir. Poçt kodu — 24060. Telefon kodu — 035.
Boro (Nyu-York)
Boro (ing. Borough) — Nyu-Yorkun inzibati vahidləri. Şəhərin beş inzibati vahidi var: Manhetten, Bruklin, Kuins, Bronks, Staten-Aylend. Hər bir inzibati vahidi öz seçdiyi prezident idarə edir.
Odessa - Bordı neft kəməri
Odessa - Bordı neft kəməri — 2001-ci ildə Qara dənizdəki Odessa şəhəri ilə Lvov vilayətinin Brodı şəhəri arasında tikilmiş və Drujba neft kəməri ilə birləşdirilən kəmər. İstismar uzunluğu - 667 km, layihə gücü - ildə 14,5 milyon ton neft təşkil edir. Bu layihə Xəzər və Qazaxıstan neftini Türkiyə boğazlarından yan keçməklə Odessa yaxınlığındakı Yujnı limanından Şərqi və Mərkəzi Avropanın neftayırma zavodlarına, Qdansk limanı vasitəsilə isə Şimali Avropaya nəql etməli idi. Neft kəməri 1996-2002-ci illərdə tikilib. Tikintinin dəyəri 453 milyon dollar olur. Ehtimal edilirdi ki, sonradan Broddan Polşanın Plokka şəhərinə bir boru xətti çəkiləcək. Bu boru xətti artıq neft kəməri ilə Qdanska birləşdirilir. Lakin 2002-2004-cü illərdə Odessa-Brodı neft kəmərində işlər durur, səbəb isə Ukrayna hökumətinin Xəzər dənizində fəaliyyət göstərən neft şirkətlərindən onun xammalla yüklənməsinə zəmanət almaması idi. Rusiya Aralıq dənizi limanlarına öz neftinin tədarükü üçün bu xətdən əks rejimdə istifadə etməyə çalışırdı. 2004-cü il avqustun 18-də Rusiya və Ukrayna uzunmüddətli neft tranziti sazişi imzalayır və bu müqaviləyə əsasən, Drujba boru kəmərindən neft Ukraynanın Yujnı limanının terminallarına çatdırılmalı idi.
Jan Moris Emil Bodo
Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Müntəzəm cərəyan kodlarının ardıcıl verilməsi vasitəsilə çoxdəfəli teleqraflamanı ilk dəfə əməli surətdə həyata keçirmiş, 1874-cü ildə ikidəfəli, 1876-cı ildə isə beşdəfəli ardıcıl teleqraflama aparatına görə patent almışdır. Bodonun ilk aparatları Paris-Bordo xəttində işə salınmışdır (1877). Teleqraflamada sürət vahidi–bod onun şərəfinə adlandırılmışdır (1927).
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Boldu
Beilschmiedia (lat. Beilschmiedia) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.