Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Birdja
Birdja (gürc. ბირჯა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 400 m hündürlüktə, Qara dənizdən 11 km və Suxumidən 15 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 443.
Brijit
Brijit (fr. Brigitte) — ad.
Bаydji
Badji — İraqın Səlahəddin mühafəzəsində şəhər.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Bredli Geym
Bredli Geym (8 noyabr 1995) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Bredli Geym Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Bredli Geym 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 48.438 saniyəlik nəticəsi ilə 86-cı yeri tutdu.
Bredli Kuper
Bredli Kuper (5 yanvar 1975, Filadelfiya, Pensilvaniya) — ABŞ teatr, serial və kino aktyoru. "Alias" serialındakı rolu onu dünyaya tanırdırdı. Kuper "Çağırılmamış qonaqlar" (2005), "Həmişə "Hə" de" (2008), "Söz vermək evlənmək demək deyil" (2009), "Uşaq Veqasda" (2009), "A komandası" (2010), "Qaranlıqlar məmləkəti" (2011), və "Mənim sevgilim dəlidir" filmlərində əhəmiyyətli rollarda iştirak etdi. "Mənim sevgilim dəlidir" filmindəki rolu ilə 2011-ci ildə Qızıl Qlobus Mükafatına namizəd göstərildi. People jurnalı tərəfindən həyatda olan ən seksual kişi seçildi. == Həyatı == Kuper Filadelfiya , Pensilvaniya, da doğuldu, JENKINTOWN da böyüdü . Anası Gloria İtalyan -Amerikan , atası Charles J. Cooper ( 2011-ci ildə 71 yaşında vəfat etmişdir) İrlandiya - amerikandır və Merill Lynch da borsacıdır . Holly adında bir bacısı vardır. Katolik olaraq yetişdirilmişdir. Kuper GERMANTOWN ACADEMY davam edərkən eyni zamanda Filadelfiyada Gündəlik Xəbərlər də çalışdı.
Bredli Vinsent
Bredli Vinsent (30 noyabr 1991) — Mavritaniyalı üzgüçü. Bredli Vinsent Mavritaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bredli Vinsent birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.89 saniyəlik nəticəsi ilə 49-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Bridgit Mendler
Bricit Kler Mendler (18 dekabr 1992) — Amerika aktrisası, müğənni, musiqiçi və söz yazıçısıdır. Ən məşhur rolu isə Uğurlar, Çarli!dəki Teddi Dankan roludur. Və ən məşhur film rolu isə, "Lemonade Mouth"-dakı Oliviya Vayt roludur. Musiqi sahəsində isə, 2012 üçün Hollivud Rekords şirkəti ilə razılaşmışdır.
Brijit Bardo
Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[…], XV arondisman, Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi. Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr.
Brijit Makron
Brijit Makron (fr. Brigitte Macron, qızlıq soyadı. Tronyö (fr. Brigitte Trogneux), əvvəllər — Ozyer (fr. Auzière), doğ. 13 aprel 1953, Amyen, Fransa) — Fransanın 25-ci prezidenti, fransız siyasətçi Emmanüel Makronun xanımı. İxtisasca orta məktəbdə fransız və latın dilləri müəlliməsidir. Fransanın (2017-ci il mayın 15-dən) birinci xanımıdır. == Həyatı == Brijit Tronyö şokolatye və şirniyyat mağazaları şəbəkəsinin sahibi Jan Tronyö (1909—1994) və onun xanımı Simonanın (qızlıq soyadı. Puyol, 1910—1998) ailəsində anadan olub.
Britni Spirs
Britni Cin Spirs (ing. Britney Jean Spears; 2 dekabr 1981[…]) — ABŞ müğənni və ifaçısı (pop və müasir R&B janrlarında). 2005-ci ildə Qremmi mükafatı laureatı olmuşdur ("Toxic" mahnısına görə). Amerika musiqi tarixində albomları ən yaxşı satılan səkkizinci qadın müğənnidir. Onun "…Baby one more time" adlı ilk albomu onu dünyaca məşhur eləmiş və albomun eyniadlı sinqlı Billboard Hot 100 çartında birinci yerə yüksəlmişdir. Spirsin ikinci "Oops!…I Did It Again" adlı albomu 2000-ci ilin yazında çıxmış və onun pop-ulduz statusunu daha da möhkəmləndirmişdir. Onun üçüncü albomu "Britney" 2001-ci ilin payızında buraxılmışdır və növbəti albomu- "In The Zone" 2003-cü ilin payızında işıq üzü görmüşdür. Karyerasındakı fasilədən sonra 2007-ci ilin oktyabrında "Blackout" albomu çıxmışdır. Albomun ilk sinqlı olan "Gimme More" dünyaca məşhur mahnı olmuşdur. "Piece of me" mahnısına gorə o üç mükafat qazanıb — "ən yaxşı pop-mahnı", "ən yaxşı qadın videosu"na və "2007-ci ilin ən yaxşı videosu"na görə.
Devid Bredli
Devid Bredli (aktyor, Böyük Britaniya) — Böyük Britaniya aktyoru. Devid Bredli (aktyor, ABŞ) — ABŞ aktyoru. Devid Bredli (mühəndis) — peşəkar İT mühəndisi.
Luidji Lilio
Luidji Lilio (ing. Aloysius Lilius, rus. Луиджи Лилио, təq. 1510[…], Çiro[d], Kalabriya – təq. 1576, Roma) — İtaliya həkimi və riyaziyyatçısıdır; Roma papası XIII Qriqori (1582-ci il) tərəfindən aparılan islahat nəticəsində qəbul edilmiş təqvimin layihəsinin yaradıcılarından biridir, o, indi də Qriqorian təqvimi adlanır. == Həyatı == 1510-cu ildə doğulub. 1576-cı ildə vəfat edib.
Mikania bradei
Mikania bradei (lat. Mikania bradei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Uilford Brimli
[mənbə göstərin] Anthony Wilford Brimley (27 sentyabr 1934, Solt-Leyk-Siti – 1 avqust 2020) — aktyor. 27 sentyabr 1934-cü ildə doğulub.
Bredli Ceyms
Bredli Ceyms (1983) — ingilis aktyoru. Televizyaya ilk çıxışı 2008-ci ildə ITV kanalının Lewis adlı dizisiylə olmuşdur. Merlin dizisində canlandırdığı Artur Pendraqon obrazı ilə də məşhurlaşmışdır.
Garcinia brieyi
Garcinia epunctata (lat. Garcinia epunctata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü.
Yorklu Brijit
Yorklu Brijit (ing. Bridget of York; 10 noyabr 1480 – 1517) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı. Atasının ölümü və əmisi III Riçardın taxtı ələ keçirməsindən qısa müddət sonra, 3 yaşlı Brijit mərhum kral IV Eduardın Elizabet Vudvildən doğulan digər övladları kimi qeyri-məşru elan olundu. Övladlarının canını qorumaq istəyən sabiq kraliça övladlarını sabiq kralın ailəsinin sığındığı Vestminster Abbadlığına yolladı. Bir ilə yaxın burada yaşayan uşaqlar, III Riçardın qardaşı uşaqlarının can təhlükəsizliyinə təminat verməsinin ardından azadlığa çıxarıldı. Böyük bacıları əmisinin himayəsində saraya göndərildi. Brijit və bacısı Ketrin isə azyaşlı olmaları səbəbilə analarıyla qaldılar. III Riçardın ölümü və Henri Tüdorun hakimiyyəti ələ almasının ardından, IV Eduardın övladlarının qeyri-məşru olmasıyla bağlı yazılan qanun ləğv edildi. VII Henri Brijitin ən böyük bacısı Elizabetlə evləndi. Brijitin isə şotland bir əsilzadəylə evləndirilməsi müzakirə edilsə də, bu baş tutmadı.
Metyu Bredi
Metyu Bredi (18 may 1822, Uorren[d], Nyu-York ştatı və ya Nyu-York ştatı – 15 yanvar 1896[…], Manhetten, Nyu-York ştatı) — Amerika vətəndaş müharibəsi zamanı ən vacib şəxslərin fotolarını çəkərək XIX əsrin ən məşhur fotoqrafı olmuşdur. Metyu Bredi fotoqrafiyanın qurucusu hesab olunur. Bredi Nyu-Yorkun Uorren qraflığında irlandiyalı mühacir Endryu və Culiya Bredinin ailəsində anadan olub. Gələcək fotoqraf 16 yaşında Nyu-Yorkun Saratoqa qraflığına köçdü. 1841-ci ildə Bredinin bədii qabiliyyəti ona ixtisaslı mütəxəssis Samuel Morse ilə təhsil almağa icazə verdi. 1844-cü ildə Nyu Yorkda öz fotoqrafiya studiyası var. Bredi məşhur amerikalıların portretlərini sərgiləməyə başladı. 1849-cu ildə Bredi Vaşinqtonda studiya açdı və burada 1850-ci ildə evləndiyi Culiya Handi ilə tanış oldu. Bredi nin ilk işi dagerreotip texnikasında edildi, və işinə görə bir çox mükafatlar aldı. 1850-ci illərdə dagerreotip məşhurlaşan ambrotiplə əvəz olundu.
Pridi Banomyong
Pridi Banomyong (Tay dili: ปรีดี พนมยงค์; 11 may 1900 - 2 may 1983), kral titulu ilə də tanınır Luang Praditmanutham (Tay dili: หลวงประดิษฐ์มนูธรรม) Tayland siyasətçisi və professoru idi. Tayland Regent, baş nazir və Taylandın böyük dövlət xadimi idi; eyni zamanda bir çox nazir vəzifələrini tutmuşdur. Xana Ratsadonun mülki qanadının lideri, Mənəvi və Siyasi Elmlər Universitetinin və Tayland Bankının yaradıcısı idi. Ayutthaya vilayətində kasıb bir cütçü ailəsində anadan olsa da yaxşı təhsil aldı. 1919-cu ildə, on doqquz yaşında, ölkənin ən gənc vəkillərindən biri oldu. 1920-ci ildə Fransada təhsil almaq üçün təqaüd qazandı, burada Kaen Universitetini magistr dərəcəsi ilə bitirdi və 1927-ci ildə Paris Universitetindən doktorluq dərəcəsini bitirdi. tələbələr. Siam'a qayıtdıqdan sonra hakim, məhkəmə katibliyi və professor vəzifələrində çalışdı. 1932-ci il Siam inqilabından sonra ölkənin ilk iki konstitusiyasının hazırlanmasında mühüm rol oynadı və sosialist iqtisadi planını təklif etdi. Plana qarşı sərt reaksiya onu qısaca özünü sürgün etdi.
Rebekka Brids
Rebekka Elizabet Brids (ing. Rebecca Elizabeth Breeds; 17 iyun 1987, Sidney) — Avstraliya aktrisası.
Şandor Brodi
Şandor Brodi (mac. Bródy Sándor; 23 iyul 1863, Eqer – 12 avqust 1924, Budapeşt) — Macarıstan yazıçısı və jurnalisti. Eqer şəhərində orta təhsilini tamamladıqdan sonra özünü bütünlükdə ədəbiyyata həsr elədi. 1888-ci ildən 1890-cı ilə qədər Kolosvarda nəşr olunan "Erdélyi Híradó" jurnalının redaktoru olmuşdur, eləcə də "Erdélyi Képes Ujság", "Magyarság" qəzetləri üçün də məqalələr yazırdı. 1890-cı ildən "Magyar Hírlap" qəzetinin üzvü oldu və 1882-ci ildən Macarıstanın ədəbi mətbəələri üçün məqalələr, felyetonlar, hekayələr və romanlar yazmağa başladı. Əsərlərində həyatın qaranlıq tərəflərini təsvir edirdi və müasir fransız realistik məktəbinin şagirdi olmuşdur. "Regénytárgyak", nağıllar, 1892; "A kétlelkű asszony", roman, 1893; "Az Egri diákok", 1894; "Nyomor", stories, 1884; "Faust orvos", roman, 1888–90; "Don Quixote kisasszony", roman, 1888; "Emberek", hekayələr, 1888; "Színészvér", hekayələr, 1891; "Hófehérke", roman, 1894; "Apró regények", 1895; "Két szőke asszony", roman, 1895; "Éjszaka", hekayələr, 1895; "Rejtelmek", hekayələr, 1895; "Az asszonyi szépség", 1897; "Tündér Ilona", novel, 1898; "Az ezüst kecske", de luxe edition, 1898; "Egy férfi vallomásai", 1899; "Fehér könyv", 1900–01. Brodinin əsərləri Macarıstandan kənarda da sevilir. Bütün əsərləri alman dilinə tərcümə edilmişdir və bir sıra məqalələri isə fransız, ingilis, danimarka, xorvat, rumın və serb qəzetlərində və dövri mətbəələrində dərc edilmişdir. "Magyar Hirlap" qəzetinə verdiyi etdiyi töhfələr əsasən siyasi və ya tənqidi xarakter daşıyırdı.
Bidri (qəbilə)
Bidri (türk. Bıdri) — əsasən Türkiyədə Qozluq və Sasonda yaşayan ərəb qəbiləsi. == Dili == Qəbilənin danışdığı ərəb dialekti Türkiyənin Şanlıurfa, Mardin və Hatay vilayətlərində, eləcə də ərəb dünyasında danışılanlardan əhəmiyyətli dərəcədə fərqlidir və başa düşülən deyil. == Tarixi == Regionda yaşayan ərəblər ermənilər ilə birgə yaşasalar da, sonda bir neçə tayfa istisna olmaqla, əksəriyyəti ermənilərin qırğınında iştirak etmişdilər.
Luiza Brili
Luiza Brealey (ing. Louise Brealey; 27 mart 1979) — həmçinin Loo Brealey kimi tanınır, ingilis aktrisası, yazıçı və jurnalist. Şerlok televiziya serialında Molli Huper rolu ilə məşhurdur. == Bioqrafiya == Luiza Brealey 27 mart 1979-cu ildə Northemptonda anadan olub. Məktəbi bitirdikdən sonra o, Kembric Universitetinə daxil olub. Brealey daha sonra Lee Strasberg Teatr və Film İnstitutunda aktyorluq təhsili almaq üçün Nyu-Yorka köçür. O, komediya ustası Filip Qollierdən də dərslər alıb. === Teatr karyerası === Luiza Brealey 2001-ci ildə London Kral Məhkəməsində Sliding With Suzanne filmində 14 yaşlı Sofi rolunda səhnəyə çıxdı. 2005-ci ildə Bristolun Old Vic Teatrında səhnəyə qoyulan Tom Stoppardın "Arcadia" filmində rol aldı. === Kino karyerası === Luiza Brealeynin debüt filmi tibb bacısı rolunu oynadığı "Fəlakət" serialı idi.
Sensor qridi
Sensor qridi — simsiz sensor şəbəkələrini qrid hesablama ilə birləşdirən konsepsiya. Bu, real vaxt rejimində verilənlərin toplanmasına və sensor məlumatlarının emalı və idarə edilməsi üçün hesablama və saxlama resurslarının paylaşılmasına imkan vermək üçün həyata keçirilir. Sensor qridi ekoloji monitorinq kimi mürəkkəb nəzarət tapşırıqlarını yerinə yetirmək üçün geniş miqyaslı infrastrukturların qurulması, geniş ərazidə yerləşdirilən heterogen sensor, verilənlər və hesablama resurslarının inteqrasiyası üçün nəzərdə tutulmuş texnologiyadır. Sensor qridi anlayışı ilk dəfə "Discovery Net" layihəsində müəyyən edilmişdir. Burada "sensor şəbəkələri" və "sensor qridləri" arasında fərq qoyulmuşdur. Sensor qridi böyük həcmdə sensor verilənlərinini toplanması, işlənməsi, paylaşılması, vizuallaşdırılması, arxivləşdirilməsi və axtarışına imkan verir. Sensor qridinə əsaslanan arxitektura ekologiya və yaşayış mühitinin monitorinqi, pasiyentlərin sağlamlığının monitorinqi, hava şəraitinin monitorinqi və proqnozlaşdırılması, hərbi və daxili təhlükəsizlik məqsədli nəzarət, məhsulların və istehsal proseslərinin izlənməsi, fiziki strukturların və tikinti sahələrinin təhlükəsizlik monitorinqi, ağıllı evlər və ofislər üçün tətbiq olunur. Bu cür tətbiqlər, eləcə də müxtəlif növ verilənlərin təhlili və verilənlərin hasilatı üçün müxtəlif arxitekturalar istifadə edilə bilər.