Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Brom
Brom (Br) (q.yun. βρῶμος — "pis qoxulu","üfunətli" ) – Dmitri Mendeleyevin yaratdığı kimyəvi elementlərin dövri cədvəlində 35-ci elementdir. Brom atom nömrəsi 35, element simvolu Br, reaktiv qeyri-metal halogenlər qrupunun 4-cü elementi olan kimyəvi elementdir. Kimyəvi elementlərin dövri cədvəlinin 17-ci qrupuna aiddir (dövri sistemin köhnəlmiş qısa formasına görə VII qrupun əsas alt qrupuna aiddir və ya VII A qrupuna aiddir), cədvəlin dördüncü dövründədir. Elementin atom kütləsi vahidi 79.901 … 79.907-dir. Br simvolu ilə təyin edilmişdir (lat. Bromum). Normal şəraitdə olan sadə maddə brom,həm yodun,həm də xlorun qoxusunu xatırladan güclü xoşagəlməz "ağır" qoxu olan qırmızı-qəhvəyi rəngli ağır bir kaustik mayedir. Uçur,zəhərlidir. Brom molekulu diatomikdir (Br2 formulu) == Tarixi == Brom sərbəst olaraq iki kimyaçı tərəfindən kəşf edildi: 1825-ci ildə Karl Yakob Lyovix və 1826-cı ildə Antuan Jerom Balar tərəfindən kəşf edilib.
Böv
Bövlər (lat. Solifugae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. 50–70 mm, az qismi 10–15 mm ölçüdə olurlar. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Solpuqi" sözü latın dilindən tərcümədə "günəşdən qaçan deməkdir. == Ümumi quruluşu == Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.
Brok Lesnar
Brok Lesnar — peşəkar güləşlə məşğul olan amerikalı idmançı. Super ağır çəkili idmançılar arasında dəfələrlə WWE qalib gələn Brock özünü UFC yarışlarındada sınamışdır.Lesnar Vebsterdə, ABŞ-də Cənubi Dekota ştatında, Stefaninin Lesnarın ailəsində doğuldu O süd fermasında böyüdü və O Vebster Orta Məktəbində təhsil aldı.17 yaşında Milli Qvardiyaya qoşuldu.Daha sonra O, Minnesotasının Universiteti tələbəsi oldu.
Brok adası
Brok adası (ing. Brock Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Kraliça Yelezaveta adaları və Parri arxipelaqına daxildir. == Coğrafiya == Adanın sahəsi 764 km², sahil xətdinin sahəsi 174 km təşkil edir. düzbucaqlı formasına malik olan adanın uzunluğu 37 km, eni isə 22 km-dir. Hamar relyefə malikdir. Ərazisi 20–40 metr hündürlüyə malik təpələrdən ibarətdir. Cənubda hündürlük nisbətən çoxdur. Maksimal hündürlük 67 metrdir. Brok adası Kanada Arktik arxipelaqının şimal-şərqindədir.
Broş adası
Broş adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adanın maksimal hündürlüyü 85 metrdir. Kuna adasında yerləşən burnun davamını təşkil edir. Qayadan ibarətdir. Qrili adasından Şternek boğazı ilə ayrılır. Yaxınlığında yerləşən adalar: Kun adası, Keyn adası, Qrili adası. Ada Qustan Broşun şərəfinə adlandırılmışdır. O, Avstriya-Macarıstan ekspedisiyasının Şimal qütbünə təşkil etdiyi donanmanın çex əsilli leytenantıdır.
Maks Brod
Maks Brod alman dilli yəhudi yazıçısı, tərcüməçisi və bəstəkarı olmuşdur. Onun yaratdığı ədəbi əsərlər böyük əhəmiyyət kəsb etməsə də, Frans Kafka və bəstəkar Leos Yanaçekin işlərinin geniş yayılmasında gördüyü işlərə böyük qiymət verilmişdir. == Həyatı == Maks Brod 1884cü ildə alman dilində danışan yəhudi ailəsində anadan olmuşdur. O Praqada yerləşən Karla-Ferdinand univeristetini bitirir. 1912-ci ildə sionizmə qurşanr, sonralar 1918-ci ildən "Yəhudi milli şurası"nın viçeprezidenti seçilir. 1902-ci ildə o Franç Kafka ilə tanış olur və onunla dostlaşır. Kafkanın sağlığında onun əsərlərinin çap olunmasında Brodun rolu böyük olmuşdur. Kafkanın vəfatından sonra onun əlyazmalarını çap etdiri və Kafkanın tərcümeyi halı haqqında kitab yazır. 1939-cu ildə həyat yoldaşı ilə birlikdə Fələstinə köçür. Habima teatrı üçün əsərlər yazır.
Mart.Crov.
Raul Nereo Martinez Krovetto (isp. Raúl Nereo Martínez Crovetto; 1921, Buenos-Ayres – 1988) — Argentina botaniki. == Elmi fəaliyyəti == Raul Nereo Martinez Krovetto toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Raúl Martínez Crovetto. 1996. Zoonimia y etnozoología de los Pilagá, Toba, Mocoví, Mataco y Vilela. Ed. J. Pedro Viegas Barros. BAires: Instituto de Lingüística, Facultad de Filosofía y Letras de la UBA Raúl Martínez Crovetto. 1981.
Slаvоnski-Brоd
Slavonski-Brod — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brodsko-Posavskaya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.
Trevor Brovn
Trevor Brovn (12 iyun 1979, Melburn) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Trevor Brovn Avstraliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Warner Bros
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Warner Bros.

Yvette Broç
Yvette Broç (d. 22 noyabr 1990) — Niderlandı təmsil edən həndbolçu. Yvette Broç Niderland yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 36:26 hesabı ilə məğlub olan Niderland yığması, Rio-de-Janeyro Olimpiadasını 4-cü yerdə başa vurdu.
Brok Belle
Brok Belle (29 aprel 1982, Orinc qraflığı, Kaliforniya) — amerikalı pornoaktyor.
Fibula (broş)
Fibula — Arxeoloji (antik) termin. Fibula (/ˈfɪbjʊlə/, pl.: fibulae /ˈfɪbjʊli/) paltarı, adətən sağ çiynində bərkitmək üçün istifadə edilən broş və ya sancaqdır.Fibula müxtəlif inkişaf yolları var, lakin hamısı sancaq prinsipinə əsaslanırdı. Ən müasir broşlardan fərqli olaraq, fibulalar sadəcə dekorativ deyildi; Fibulalar başlanğıcda praktiki funksiyaya xidmət edirdilər: hər iki cins üçün xalat və papaq kimi paltarları bərkitmək üçün istifadə edilirdi. İngilis dilində "fibula" müasir zərgərlik üçün istifadə olunan söz deyil, daha çox arxeoloqlar tərəfindən istifadə edilən termindir. Yüzlərlə müxtəlif növ fibula var. Onlar adətən tarixi dövrlərə, coğrafiyaya və yaxud mədəniyyətlərə əsaslanan növlərə bölünürlər. Fibular də ümumi formalarına görə siniflərə bölünür. Fibula, Neolit dövründən Tunc dövrünə qədər paltarları bağlamaq üçün istifadə edilən düz sancaqları əvəz edirdi. Orta əsrlərdə fibulaları paltar düymələri əvəz etmişdir. Onların nəsli, müasir dövrdə bəzək əşyası kimi istifadə edilən broşlardır.
Brok Universiteti
Brok Universiteti — Kanadanın Ontario ştatının Sent-Katarin şəhərində ictimai tədqiqat universiteti. Niaqara yarımadasında, UNESCO-nun Biosfer Qoruğunun bir hissəsi olan Kanadada yeganə universitetdir. == Tarixi == Brok Universiteti 1964-cü ildə Ontario Qanunverici orqanı tərəfindən qəbul edilən akt əsasına yaradılmışdır. Universitet Britaniya və Kanada qüvvələrinə komandanlıq etmiş general-mayor ser İsaak Brokun şərəfinə adlandırılıb. Brok Universiteti ilk dəfə 1964-cü ilin sentyabrında açılanda dərslər Sent-Luis şəhərinin mərkəzindəki Pol küçəsində yerləşən Sent-Каtarins məktəbində keçirilirdi. Riçard L. Hearn 1967-ci ildə universitetin ilk rektoru təyin edildi. == Akademik strukturu == Universitet peşəkar dərəcələr də daxil olmaqla, bakalavr və magistr səviyyələrində geniş proqramlar təklif edir. Brok 2008-ci ildə tədqiqat nəşrinin nəticəsi və təsir göstəricilərinə görə bakalavr kateqoriyasında Kanada universitetləri arasında üçüncü yeri tutmuşdur (ən son sıralama tamamlanmışdır). Brok Universiteti Kanadada və beynəlxalq miqyasda MICA (Hesablama və Tətbiqlərlə İnteqrasiya Edilmiş Riyaziyyat) proqramını təklif edən yeganə məktəbdir. Universitetin Sağlamlıq Elmləri Departamenti Kanadada İctimai Səhiyyə üzrə yeganə bakalavr dərəcəsini təklif edir.
Slavonski-Brod
Slavonski-Brod — Xorvatiyanın altıncı böyük şəhəridir. Roma İmperiyası dövründə şəhər Marsonia adlanırdı. Şəhər Brodsko-Posavskaya bölgəsinin inzibati mərkəzidir. Şəhərin adı xorvat dilində Slavyan gəmisi deməkdir. Şəhər tarixi Slavoniya bölgəsindəki Sava çayının sahilində yerləşir. Şəhərin əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 59,507 nəfərdir.
Siqne Bro
Siqne Bro (d. 5 mart 1999) — Danimarkalı üzgüçü. Siqne Bro Danimarkanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil edib. Siqne Bro birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 2:02.23 saniyəlik nəticəsi ilə 54 üzgüçü arasında 27-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Le-Bröy (Alye)
Le-Bröy (fr. Le Breuil) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03042. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 545 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 319 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 220 nəfər iqtisadi fəal, 99 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 69.0%, 1999-cu ildə 66.1%). Fəal olan 220 nəfərdən 191 nəfəri (110 kişi və 81 qadın), 29 nəfəri işsiz (12 kişi və 17 qadın) idi. 99 hərəkətsiz 25 nəfər arasında şagird və ya tələbə, 39 nəfər təqaüdçü, 35 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Warner Bros. Pictures
Warner Bros. Entertainment, Inc. və ya sadəcə Warner Bros. — ABŞ şirkəti, film və teleserialların istehsalı ilə məşğul böyük müəssələrdən biri. Hal-hazırda Time Warner şirkətinin filialıdır və ofisi Kaliforniya, What's Opera, Doc?, Birds Anonymous, ABŞ-də yerləşir.
Warner Bros. Records

İosif Broz Tito
İosip Broz Tito (serb-xorv. Јосип Броз, Josip Broz; Tito soyadı ilə əlaqəli partiya təxəllüsü; Sovet sənədlərində İosip Frantsoviç Brozoviç adı ilə qeyd edilmişdir; 7 may 1892[…], Kumrovets[d], Xorvatiya və Slavoniya krallığı[d], Avstriya-Macarıstan – 4 may 1980[…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR) — Yuqoslaviya inqilabçısı, siyasi, dövlət, hərbi və partiya xadimi, 1945-ci ildən 1980-ci ilə — ölümünə qədər Yuqoslaviyanın lideri. 1937-ci ilin dekabrından Yuqoslaviya Kommunist Partiyasına rəhbərlik etmişdir. 1966-cı ildən Yuqoslaviya Kommunistlər İttifaqqının sədri olmuşdur. II Dünya Müharibəsi zamanı Tito işğal altındakı Avropada ən təsirli müqavimət hərəkatı adlandırılan Yuqoslaviya partizanlarının lideri idi. Prezidentliyinin avtoritar olaraq tənqid olunmasına və siyasi rəqiblərin repressiyalarına səbəb olmasına baxmayaraq, bəzi tarixçilər onu səxavətli diktator hesab edirlər. Həm Yuqoslaviyada, həm də xaricdə məşhur bir şəxsiyyət idi. Onun birləşdirici simvol sayılan daxili siyasəti, Yuqoslaviya Federasiyası xalqlarının dinc yanaşı yaşamasını təmin edirdi. Qoşulmama Hərəkatının əsas lideri olaraq dünyanın diqqətini özünə çəkirdi və bu sahədə Hindistanda Cəvahirləl Nehru, Misirdə Camal Əbdül Nasir, İndoneziyada Sukarno və başqaları ilə əməkdaşlıq edirdi. 1980-ci ildə Titonun ölümündən sonra Yuqoslaviya respublikaları arasında münaqişə ocaqları yaranmağa başladı.
İosip Broz Tito

Super Mario Bros.
Super Mario Bros. - "Nintendo" oyun şirkəti tərəfindən 1985-ci ildə yaradılan macəra oyunudur. Bu videooyun daha çox "Super Mario" adı ilə tanınır. Mario oyundakı yaşadığı uydurulmuş ölkənin şahzadəsi olan Şahzadə Piçi qurtarmağa çalışır. Bu videooyun eyni zamanda dünyanın ən çox satılan oyun ardıcıllığı olmağı bacarmışdır. Videooyun məşhur Yapon oyun mühəndisi Şiqeru Miyamato tərəfindən 1985-ci ildə inkişaf etdirilmişdir. Miyamato "Zelda" və "Donkey Kong" kimi videooyun seriyalarının hazırlanmasında iştirak etmişdir. Xüsusilə, uşaqlar arasında yaratdığı fanatiklik dalğası səbəbiylə Nintendo şirkətinə aid olmayan yüzlərlə "Mario" adlı müxtəlif oyunlar çıxmışdır. Bu oyunların çoxu Fleş formatında olub, Arkada oyun saytlarında vardır. Orijinal "Mario" oyununa çox yaxın olan oyunlar da çıxmışdır.
Sen-Marten-de-Brom
Sen-Marten-de-Brom (fr. Saint-Martin-de-Brômes, oks. Sant Martin de Bromes) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Valansol kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04189. 2008-ci ildə əhalinin sayı 512 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 308 nəfər arasında (15-64 yaş arasında) 208 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,5%, 1999-cu ildə 71.5%). Fəal 208 nəfərdən 172 nəfəri (95 kişi və 77 qadın), 36 nəfəri işsizdir (14 kişi və 22 qadın).
Le-Brok (Dənizkənarı Alplar)
Le-Brok (fr. Le Broc) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Qras dairəsi, Nitsa-3 kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Karro kantonunun (Qrass dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 18,65 km², əhalisi — 1237 nəfərdir (2006) artım tendensiyası ilə: 1376 nəfər (2012), əhalinin sıxlığı 73,8 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 1346 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 1376 nəfər.
Bora-Bora
Bora-Bora adası - Sakit Okeanda Fransanın xarici ümumiliyində adadır. Ada təxminən 230 kilometr şimal-qərbi, laqun ilə və maneəli mərcan rifinin əhatə edilir. Adanın mərkəzində iki pikə, Pahia iki Dayağına və Otemanu-ya, 727 metrdə ən yüksək nöqtəyə qalxan nəsli kəsilmiş vulkanın qalıqlarıdır. Taiti dildə adanın orijinal adı Pora Pora kimi daha yaxşı verilə bilər, "Əvvəl Apardı" bildirərək ; erkən transkripsiya 18-cidə tapdı və 19-cu əsr hesabları, Bolabolla-dır və ya Bollabolla-dır. Əsas tənzimləmə , Vaitape adanın qərbi tərəfindədirlər, əsas kanalın qarşısında laquna. Adanın məhsulları əsasən məhdudlaşdırılır, nə tarixən olan kopra üçün iqtisadi əhəmiyyətdən dənizdən və hindqozu ağaclardan əldə edilə bilər. 2007 avqust siyahıyaalması ərzində, adada əhali təxminən 8 880 əhali var idi.
Berol
Berol (fr. Bairols) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Villar-syur-Var kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 15,24 km², əhalisi — 103 nəfərdir (2006) artım tendensiyası ilə: 108 nəfər (2012), əhalinin sıxlığı 7,1 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 109 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 108 nəfər.