İosif Broz Tito

İosip Broz Tito (serb-xorv. Јосип Броз, Josip Broz; Tito soyadı ilə əlaqəli partiya təxəllüsü; Sovet sənədlərində İosip Frantsoviç Brozoviç adı ilə qeyd edilmişdir; 7 may 1892[1][2][…], Kumrovets[d], Xorvatiya və Slavoniya krallığı[d], Avstriya-Macarıstan4 may 1980[1][2][…], Lyüblyana, Sloveniya Sosialist Respublikası[d], Yuqoslaviya SFR[3]) — Yuqoslaviya inqilabçısı, siyasi, dövlət, hərbi və partiya xadimi, 1945-ci ildən 1980-ci ilə — ölümünə qədər Yuqoslaviyanın lideri. 1937-ci ilin dekabrından Yuqoslaviya Kommunist Partiyasına rəhbərlik etmişdir. 1966-cı ildən Yuqoslaviya Kommunistlər İttifaqqının sədri olmuşdur[4]. II Dünya Müharibəsi zamanı Tito işğal altındakı Avropada ən təsirli müqavimət hərəkatı adlandırılan Yuqoslaviya partizanlarının lideri idi. Prezidentliyinin avtoritar olaraq tənqid olunmasına və siyasi rəqiblərin repressiyalarına səbəb olmasına baxmayaraq, bəzi tarixçilər onu səxavətli diktator hesab edirlər. Həm Yuqoslaviyada, həm də xaricdə məşhur bir şəxsiyyət idi. Onun birləşdirici simvol sayılan daxili siyasəti, Yuqoslaviya Federasiyası xalqlarının dinc yanaşı yaşamasını təmin edirdi. Qoşulmama Hərəkatının əsas lideri olaraq dünyanın diqqətini özünə çəkirdi və bu sahədə Hindistanda Cəvahirləl Nehru, Misirdə Camal Əbdül Nasir, İndoneziyada Sukarno və başqaları ilə əməkdaşlıq edirdi[5].

İosip Broz Tito
serb-xorv. Јосип Броз, Josip Broz
bayraq
Yuqoslaviya Kommunistlər İttifaqının Baş katibi
17 mart 1943 – 4 may 1980
ƏvvəlkiDraqo Maruşiç
SonrakıBranko Mikuliç
14 yanvar 1953 – 4 may 1980
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
7 mart 1945 – 14 yanvar 1953
ƏvvəlkiDraqo Maruşiç
Sonrakıvəzifə ləğv edilib
bayraq
Yuqoslaviya İttifaq İcraiyyə Veçesinin 1-ci Sədri
14 yanvar 1953 – 29 iyun 1963
SonrakıPetar Stamboliç
bayraq
YSFR Rəyasət Heyətinin 1-ci Sədri
16 may 1974 – 4 may 1980
SonrakıLazar Kolişevski
Şəxsi məlumatlar
Doğum adı Josip Broz
Doğum tarixi
Doğum yeri Kumroves,Xorvatiya və Sloveniya Krallığı, Avstriya-Macarıstan
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Lyublyana, Slavoniya Sosialist Respublikası, YSFR
Vəfat səbəbi ürək çatışmazlığı
Dəfn yeri
  • Güllər evi[d]
Partiya Yuqoslaviya Kommunistlər İttifaqı
Fəaliyyəti mexanik, inqilabçı, dövlət xadimi
Atası Frans Broz
Anası Mariya Yaverşek
Həyat yoldaşları 1) Pelageya Denisovna Belousova (1918—1936)
2) Lüsiya Bauer
3) Gerta Has
4) Davorianka Paunoviç
5) Yovanka Budisavleviç (1952-dən)
Uşaqları oğulları Jarko Leon və Aleksandr
qızı: Zlatitsa
Dini Ateist
Hərbi xidmət
Döyüşlər
Rütbəsi Yuqoslaviya marşalı[d]

Təltifləri "Qələbə" ordeni Star of People's Friendship "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Suvorov" ordeni 1-ci dərəcəli "Qrünvald xaçı" ordeni Order of the Gold Lion of the House of Nassau Grand Star of the Decoration for Services to the Republic of Austria Hərbi medal (Fransa) Grand Cross of the National Order of Merit "Rumıniya Ulduzu" ordeni Knight Grand Cross in the Order of the Netherlands Lion "Fəxri legion" ordeninin Böyük xaçı Grand Cordon of the Supreme Order of the Chrysanthemum Grand Cross Special Class of the Order of Merit of the Federal Republic of Germany Knight Grand Cross with Collar of the Order of Saint Olav‎ Grand Cross of the Order of the Star of Romania Order of San Marino Grand Cordon of the Order of Leopold Grand Cross with Collar of the Order of the White Rose of Finland Serafimlər ordeni Medal of Victory and Freedom 1945 Partisan Cross (Poland) Grand Cross of the Order of Polonia Restituta Grand Cross of the Order of Polonia Restituta Grand Cross of the Order of Military Virtue Knight Grand Cross with Collar of the Order of Merit of the Italian Republic Grand Cross of the Order of the Redeemer Grand Collar of the Military Order of Saint James of the Sword Grand Collar of the Order of Prince Henry Order of the Nile Order of the Yugoslav Star Order of Freedom (Yugoslavia) Order of the Hero of Socialist Labour Order of the People's Liberation Order the Red Banner Grand Cross of the Order of the Condor of the Andes "Karl Marks" ordeni "Karl Marks" ordeni Grand Cross of the Order of the Bath Yuqoslaviyanın Xalq Qəhrəmanı Czechoslovak War Cross 1939–1945 Order of the Yugoslavian Great Star Order of the National Flag, 1st class Military Order of the White Lion Československá medaile za zásluhy I. stupně Order of the Slovak National Uprising Knight of the Order of the Elephant
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1980-ci ildə Titonun ölümündən sonra Yuqoslaviya respublikaları arasında münaqişə ocaqları yaranmağa başladı. 1991-ci ildə Yuqoslaviya dağıldıqdan sonra yeni yaranan respublikalar arasında 1990-cı illərin sonlarına qədər davam edən bir neçə silahlı münaqişə başladı. Bu münaqişələrin nəticələri hələ də keçmiş Yuqoslaviya respublikalarının həyatına təsir göstərir.

Titonun Kumrovetsdəki ata evi

Yosip Broz 1892-ci ilin mayın 7-də Avstriya-Macarıstanın bir hissəsi olan Xorvatiyanın Kumrovets kəndində anadan olmuşdur. Sonralar 1893-cü ili doğum ili olaraq qeyd etdi və almanların ona qarşı uğursuz sui-qəsd cəhdi etdiyi 1944-cü ilin bir gününün xatirəsinə mayın 25-ni doğum tarixi olaraq seçdi[8]. Məhz mayın 25-i Yuqoslaviya Sosialist Federativ Respublikasında rəsmi bayram günü kimi qeyd edilirdi[9]. Doğuşdan sonra Katolik Kilsəsində xaç suyuna salınmışdı [10]. Gələcək Yuqoslaviya liderinin atası Frano (Frans) Broz (Horv. Franjo Broz) milliyətcə xorvat idi. Titonun doğulduğu vaxt ailəsi artıq üç əsr idi ki, Kumrovetsdə yaşayırdı. Franioya əcdadlarından 4 hektar torpaq və yaxşı bir ev miras qalmışdı, ancaq bu mirasın idarə edilməsində o, çox da qabiliyyətli deyildi. İosipin anası Maria Broz, qız soyadı Javerşek (Sloven. Marija Broz, Marija Javeršek) Kumrovetsdən 16 kilometr məsafədə yerləşən Podsreda kəndindən olan bir sloven qadın idi. Qeyd etmək lazımdır ki, Titonun qarışıq mənşəyinə baxmayaraq, bir çox təqqiqatçı onu etnik Xorvat hesab edirdi[6]. On beş uşaqlı bir ailədə o, yeddinci uşaq idi; bəzi qardaş və bacıları körpəlikdə və ya yeniyetmə yaşlarında ölmüşdü [7][8].

Həyatının ilk illərini İosip Podsreddə, nəvəsinə xüsusi qayğı göstərən ana babası Martin Javerşekin (Slovencə Martin Javeršek) evində keçirmişdi. Orada o, fortepianoda ifa etməyi öyrənmişdi [9]. Məktəbdə təhsil almaq üçün İosip Kumrovetsə qayıdanda, o, slovencə xorvat dilindən daha yaxşı danışırdı [10][11].

1900-cü ilin iyul ayında [9] səkkiz yaşlı İosip Broz 1905-ci ildə təhsilini başa vuraraq yalnız dörd sinif [11] bitirdiyi Kumrovets ibtidai məktəbinə daxil oldu [10]. Sonradan ömrü boyu yazıları orfoqrafik səhvlər buraxaraq, yazırdı. Məktəbi tərk etdikdən sonra İosip əvvəlcə dayısının yanında, sonradan isə ailə təsərrüfatında işləmişdir [11].

1907-ci ildə Franio Broz oğlunu ABŞ-yə işləməyə göndərməyə çalışdı, lakin ailə bilet pulunu toplaya bilmədi [12]. Bundan sonra on beş yaşlı İosip, əmisi oğlu Yuritsanın (Horv. Jurica Broz) hərbi xidmət etdiyi Sisak şəhərinə yola düşdü. Əvvəlcə İosip Yuritsanın köməkliyi ilə restoranda işə düzəldi. Ancaq çox keçmədən bunun özünə uyğun iş olmaması hesab edərək, işdən çıxdı. Bundan sonra milliyətcə çex mexanik Nikola Karas (çex. Nikola Karas) onu üç il tələbə kimi qəbul etdi, sənəti öyrənməklə bərabər ona mənzil və qida da verdi. Atasının imkanı olmadığı üçün, öz iş paltarının haqqını o özü pulu ilə ödədi. Sonradan İosipin kiçik qardaşı Stepanda Karasın şagirdi oldu [10][13]. Sosistlərə rəğbət bəsləyən İosipin ustası tələbəsini də sosialist hərəkatına cəlb etdi. 1909-cu ildə Karas tərəfindən dəstəklənən Broz 1 may bayramının qeyd edilməsi tədbirlərinə qoşuldu. Sosialist qəzeti olan "Slobodna Reç"i (Xorvatca-"Pulsuz Söz") əvvəl oxumağa və sonradan yaymağa başladı. 1910-cu ilin sentyabrında üç illik şagirdlikdən sonra Zaqrebə köçdü və burada Sisakdakı əlaqələri sayəsində iş tapa bildi. Burada o, Metalllurgiya İşçiləri İttifaqına qoşuldu və onların ilk nümayişində iştirak etdi [14]. Həmçinin o, Xorvatiya və Slavoniya Sosial Demokrat Partiyasına da üzv oldu [15].

İosip Broz (dairə ilə işarələnib) Kamnikdə fabrikdə fəhlələr arasında 1911-ci il

1910-cu ilin dekabrında Broz Kumrovetsə döndü[16], lakin 1911-ci ilin əvvəlində yenidən iş axtarışına çıxaraq doğma kəndini tərk etdi. Bir neçə ay ərzində bir neçə yaşayış və iş yerini dəyişdirdi — Lyublyana, Triest və yenidən Kumrovetsdə yaşadı. 1911-ci ilin yazında velosiped təmir emalatxanasında işlədiyi Zaqrebə qayıtdı və bir may tətilində iştirak etdi [14]. Lyublyanada [16] qısa bir müddət işləyərək, 1911-ci ilin mayından 1912-ci il mayınadək Kamnikdəki bir fabrikdə işə düzəldi. Zavod bağlandıqdan sonra Çexiyanın Çenkov kəndində yerləşən fabrikə işə götürüldü. Çenkovda İosip işəgötürənin onları ölkənin digər bölgələrindən daha ucuz işçi qüvvəsi ilə əvəz etmək cəhdinə etiraz edən yerli çex işçilərinin tətilinə qoşuldu və nəticədə tətilçilər iş yerlərini qoruya bildilər. Daha sonra Broz Pilsenə köçdü, burada bir müddət "Şkoda" fabriklərində çalışdı və sonra Münhenə getdi. Mannheymdəki Benz avtomobil fabrikində çalışdı və arada Rura da səfər etdi. 1912-ci ilin oktyabrında böyük qardaşı Martinin ailəsi ilə birlikdə yaşadığı Vyanaya gəldi. Orada Qridlin fabriklərində işlədi, ardından "Daymler"in Viner Noyştadakı fabrikinə keçdi və burada avtomobillərin sınaq yürüşü ilə məşğul oldu. Bu illər ərzində qılıncoynatma və rəqs etməyi öyrəndi [17][18], alman dilini mənimsədi və çex dilində səlis danışmağa başladı [19].

Avstriya-Macarıstan ordusunda xidmət. I Dünya Müharibəsi

[redaktə | mənbəni redaktə et]

1913-cü ilin mayında Broz iki il xidmət etməli olduğu Avstriya-Macarıstan İmperiya və Kral Ordusuna çağırıldı [19][20]. Əsgəri qeydiyyata alarkən doğum tarixində bir səhv edildi — anadan olma vaxtı kimi 1892-ci ilin martın 5-i yazıldı [28]. Əvvəlcə Vyanada xidmət etməyə göndərilsə də, lakin sonra öz istəyi ilə 25-ci Domobran Zaqreb Piyada Alayına köçürüldü. 1913–1914-cü illərin qışında yeniçağrışçı Broz xizək sürmə dərsləri aldı, ardından Budapeştdə unter-zabitlər məktəbində oxumağa göndərildi [21]. Məktəbi bitirdikdən sonra, Broz baş unter-zabit rütbəsini aldı (22 yaşında). O, bu alayın ən gənc unter-zabiti idi [19][21][22]. Titonun bioqrafı Casper Ridlinin [en] dediyinə görə bu ümumiyyətlə Avstriya-Macarıstan ordusunda ən gənc rütbəyə malik zabit idi [23]. Orduda mülki həyatda öyrəndiyi qılıncoynatma bacarıqlarından uğurla istifadə edərək, qılıncoynatma yarışlarında bir sıra qələbələr qazandı: 1914-cü ildə alay çempionatını qazandı[21] və həmin ilin mayında Budapeştdə keçirilən Ümumordu Qılıncoynatma Çempionatında ikinci yeri tutdu [23].

1914-cü ilin avqustunda Avstriya-Macarıstan Birinci Dünya Müharibəsinə qoşuldu, bununla əlaqədar 25-ci Domobran Zaqreb Piyada alayı Serbiya sərhədinə təxliyə edildi. Burada unter-zabit Broz əsgərləri üsyana çağırdığına görə həbs edildi və sərhəd Uyvidek şəhərinin Petrovaradin qalasına (hazırkı Serbiyanın Novi Sad şəhəri) salındı [24]. Sonradan Titonun özü bu həbslə bağlı ziddiyyətli xəbərlər xatırlayırdı. Öz bioqraflarından birinə verdiyi müsahibədə, o, ruslar tərəfə fərailik etmək niyyətini bildirdiyinə görə həbs olunduğunu, digər tərcümeyi-hallında Tito, həbsin texniki səhv səbəbiylə olduğunu söyləmişdi [21]. Nəhayət, Brozun həbsinin üçüncü bir versiyası var ki, o da onun məğlubiyyət əhval-ruhiyyəsini yayması idi. Belə ki, gələcək Yuqoslaviya lideri öz şəxsi söhbətlərindən birində müharibədə Avstriya-Macarıstan ordusunun məğlub olacağına ümid etdiyini söyləmişdi. Ancaq o qısa müddət sonra həbsdən azad edildi və bəraət aldı [25].

1915-ci ilin əvvəlinə qədər 25-ci alay Serbiya cəbhəsində vuruşdu, sonra Şərq cəbhəsinə, Qalisiya bölgəsinə göndərildi [21]. Rus cəbhəsində Broz kəşfiyyatçı idi. O, kəşfiyyatda özünü cəsur bir hərbçi kimi göstərdi və yaxşı bir komandir olduğunu sübut etdi. Bir dəfə onun komandiri olduğu kəşfiyyat dəstəsi cəbhə xəttini keçib 80 rus əsgərini əsir götürdü və "əsirlər"lə mövqelərinə itkisiz döndü. Kəşfiyyat sahəsindəki şücaət və təşəbbüsə görə Broz cəsarətə görə medala mükafatlandırıldı. Lakin bu barədə məlumatlar yalnız ölümündən sonra 1980-ci ildə dərc edildi[26].

Rus əsirliyində. 1917-ci il inqilabı

[redaktə | mənbəni redaktə et]

1915-ci ilin yazında, Dnestr çayı üzərində Mitkeu (Bukovina) kəndi yaxınlığında baş vermiş döyüşdə, unter-zabit Broz rus qoşunlarının cəbhə xəttini keçmək cəhdini dəf edərkən, Rusiya ordusunun çərkəz süvarisi tərəfindən nizə ilə belindən yaralandı. O, ağır yaralanaraq əsir düşdü. Brozun əsir düşməsinin dəqiq tarixi mənbələrdə müxtəlif şəkildə verilir. Əksər yerlərdə bu martın 25-i[27] yazılsa da, amma İngilis jurnalist Riçard Vest yazır ki, Broz martın 21-i [28] əsir düşmüşdü. Casper Ridli isə bu hadisənin tarixini aprelin 4-ü göstərir.

Əsir düşdükdən sonra Broz Volqa sahilində yerləşən Sviyajsk şəhərində 13 ay keçirdi. Bura da o, Sviyajsk Uspensk Monastırının binasında yerləşən hərbi hospitalda sətəlcəm və tif xəstəliyindən müalicə almışdı[21]. Hospitalda olduğu müddətdə rus dilini öyrəndi. Bu işdə ona iki yerli məktəbli qız kömək etmişdi. Onların sayəsində o, rus ədəbiyyatının klassikləri Lev Tolstoyİvan Turgenevlə də tanış oldur [21][28][29].

Hospitalın terləşdiyi Sviyajsk Uspensk Monastırının binası

Sağaldıqdan sonra Uraldakı əmək düşərgəsinə göndərildi. 1917-ci ilin fevralında isə sərbəst buraxıldı. 1917-ci ilin aprelində yenidən həbs olundu, lakin qaçmağa müvəffəq oldu və 16–17 iyulda Petroqraddakı nümayişlərdə iştirak etdi.

Finlandiyaya gedərkən Broz saxlanıldı və Petropavlovsk qalasında 3 həftə məhbəsdə yatdı. O, yenidən Kunqura göndərildi, ancaq qatardan qaçmağa nail oldu.

Rusiyadakı vətəndaş müharibəsinin iştirakçısı oldu (Qırmızı orduya qoşuldu). 1918-ci ilin iyununda rus qadınla evləndikdən sonra, "ağlar"ın hakimiyyəti altında olan Omskda mexanik olaraq işə düzəldi. 1920-ci ilin yanvarında Rusiyanı tərk etdi.

Yuqoslaviyanın kommunist hərəkatında iştirak

[redaktə | mənbəni redaktə et]
İosip Broz Lepolqav həbsxanasında dindirilmədə, 1928

1920-ci ildə artıq Yuqoslaviyanın bir hissəsi olan vətəninə qayıtdıqdan sonra Broz Yuqoslaviya Kommunist Partiyasına (YKP) daxil oldu. Elə həmin ilin sonunda Kommunist Partiyası qadağan edildi, 1921-ci ildə repressiyaya məruz qaldı və dağıdıldı.

1925–1926-cı illərdə İosip Kralevitsadakı gəmiqayırma zavodunda işlə düzəlir və rəhbəri olduğu Kommunist Partiyası təşkilatını yaradır. 1926-cı ildə Zaqrebə döndü və burada həmkarlar ittifaqı hərəkatında iştirak etməyə başladı. 1927-ci ildə Kommunist Partiyasının Zaqreb şəhər komitəsinin təşkilat katibi oldu.

Dəfələrlə təqibə və həbslərə məruz qaldı. 1928-ci ilin avqustunda daha bir həbsdən sonra kommunist təbliğatında ittiham olundu. 1929-cu il fevralın 21-də 5 il 7 ay katorqa işlərinə məhkum edildi. 1934-cü ildə azad edildikdən sonra Kommunist Partiyasının rəhbərliyinə daxil oldu.

1934–1936-cı illərdə Moskvada Kominterndə SSRİ Xarici İşçilər Nəşriyyatının direktoru işləmişdir. 1937-ci ilin dekabrında Yuqoslaviyaya qayıtdı və SSRİ-də güllələnən Yuqoslaviya Kommunist Partiyasının baş katibi Milan Qorkiçin yerinə YKP-na rəhbər seçildi. 1938-ci ilin avqustunda, 1939-cu ilin yanvarında və 1939-cu ilin sentyabr-noyabrında yenidən Moskvaya səfərlər etdi[30].

Kommunist Partiyasında işləyərkən Broz soyadının bir hissəsi olan "Tito" ləqəbini aldı. Bir versiyaya görə, Broz partiya üzvlərinə nə edəcəyini və necə edəcəyini qısaca izah etmək vərdişinə malik idi: "Bunu edəcəksiniz (bu və ya digər "ti-to" — Xorvat dilində)" — sözü belə bir ləqəbin əmələ gəlməsinə səbəb olmuşdur. Broz özü isə bu versiyanı təkzib edirdi və Titonun sadəcə bir xorvat soyadı olduğunu, heç bir məna daşımadığını söyləyirdi[31]. Titonun ömrüboyu 30-dan çox təxəllüsdən istifadə etdiyi güman edilir.

Titonun Yuqoslaviya Kommunist Partiyasının baş katibi olması məsələsi 1940-cı ilin oktyabrında Zaqrebdə keçirilən V gizli partiya konfransında möhkəmləndirildi[30].

Tito 1942-ci ildə

Nasist Almaniyası 1941-ci ildə Yuqoslaviyanı işğal etdikdən sonra ilk olaraq müqavimət hərəkatını kommunistlər qurdular. Yuqoslaviyanın Xalq Qurtuluş Ordusunun əsasını təşkil edən partizan dəstələri təşkil edildi və 1941-ci ilin iyulun 4-dən Tito onlara başçılıq etməyə başladı. Yuqoslaviya partizan dəstələri ən uğurlu hərəkatlardan idi və onların nəzarətində böyük ərazilər var idi.

Müharibənin ilk aylarında işğalçılarla mübarizə zamanı Yuqoslaviya Kommunistləri Çetnik dəstələri ilə əməkdaşlıq etməyə çalışırdılar. Avqust — sentyabr aylarında partizanlar və çetniklər bir sıra birgə əməliyyatlar keçirdilər. Sentyabr ayında Tito ilə Çetniklərin lideri Draqolyub Mixailoviç arasında şəxsi görüş keçirildi. Lakin ideoloji ziddiyyətlər tezliklə özünü hiss etdirməyə başladı və elə də möhkəm olmayan ittifaq qarşıdurmaya çevrildi. 1941-ci ilin noyabrından Çetniklər və kommunist partizanları öz aralarında əsl vətəndaş müharibəsi aparırdılar[32]. Çetniklər müttəfiqlərin enişini gözləmək və sonra almanlarla müharibəyə qoşulmaq lazım olduğunu düşünürdülər. Tito və partizanları isə hesab edirdilər ki, almanlarla müharibəyə dərhal girmək lazımdı.

İtaliyanın təslim olmasından sonra YXAO bölmələri əvvəllər italiyalıların işğalı altındakı əraziləri ələ keçirməyə çalışdılar. Sürgündəki Yuqoslaviya hökuməti Mixayloviç ilə münasibətlərini kəsdi və Titonu ali baş komandan kimi tanıdı. Amerikalılaringilislər YXAO-ya hərbi yardım göstərməyə başladılar. Onlar Xorvatiyadakı düşmən hədəflərinə hava zərbələri endirməklə də partizanlara kömək edirdilər.

1944-cü il may ayının 25-də YXAO-nun komandanlığının yerləşdiyi Drvar şəhərinə alman desantı endirildi. Titonu ələ keçirmək və ya öldürmək məqsədi daşıyan əməliyyat ("At gedişi" — əməliyyatı) müvəffəqiyyətsizliyə düçar oldu.

1945-ci il aprelin 5-də Tito Sovet qoşunlarının Yuqoslaviya ərazisinə müvəqqəti girməsi barədə Stalinlə müqavilə imzaladı. Qırmızı Ordunun bölmələri ilə birlikdə YXAO ölkəni azad etdi. Hitler koalisiyası üzərindəki qələbədəki roluna görə 1945-ci ilin payızında Tito "Qələbə Ordeni"nin sonuncu (sonradan ləğv edilmiş L. Brejnevin ordeni sayılmamaqla) kavaleri oldu.

Yuqoslaviyaya rəhbərlik

[redaktə | mənbəni redaktə et]
Broz Tito 1949-cu ildə
Marşal İosip Broz Tito 1960-cı ildə

Ölkə azad edildikdən sonra Yuqoslaviya Demokratik Federativ Respublikası elan edildi və Tito onun baş naziri və xarici işlər naziri oldu. SSRİ ilə münasibətlər pisləşdi. Yuqoslaviya Kommunist Partiyasının rəhbərləri Yuqoslaviyanın Balkan Federasiyasına daxil olmasını istəyən Stalinə tabe olmaqdan imtina etdilər[33]. Bununla əlaqədar SSRİ ilə dövlətlərarası və partiyalararası münasibətlər kəsildi. 1949-cu ildə Sovet rəhbərliyi Yuqoslaviya ilə dostluq, qarşılıqlı yardım və müharibədən sonrakı əməkdaşlıq müqaviləsini ləğv etdi. Yuqoslaviya rəhbərliyini gözdən salmağa yönəlmiş təbliğat kampaniyası start verildi.

İddia edilirdi ki: Yuqoslaviyada "faşist tipli anti-kommunist polis rejimi" mövcuddur. Sovet nəşrləri bu dövrdə "Tito-Rankoviçin qanlı dəstələri" haqqında yazırdı. Bəzi məlumatlara görə, Sovet xüsusi xidmət orqanları, Stalinin ölümü səbəbindən ləğv edilən Titoya sui-qəsd hazırlayırdılar.

Bu müddətdə Yuqoslaviya ABŞ və digər NATO ölkələri ilə yaxınlaşdı. Amerika Birləşmiş Ştatları Yuqoslaviyanı silahla təmin etdi. Ona xeyli sayda təyyarə, tank və digər döyüş silahları verdi. 1953–54-cü illərdə Yuqoslaviya YunanıstanTürkiyə ilə hərbi maddələr də daxil olmaqla müqavilə imzaladı[34].

1953-cü ildə Tito ölkənin prezidenti seçildi və ömrünün sonuna qədər bu vəzifəni tutdu.

1955-ci ildə Yuqoslaviyaya səfər edən N. Xruşşovun dövründə Sovet-Yuqoslaviya əlaqələri bərpa edildi. Buna baxmayaraq, Titonun rəhbərlik etdiyi Yuqoslaviya Kommunist Partiyası SSRİ-nin ideoloji və siyasi təzyiqlərinə uğurla müqavimət göstərməyə davam edirdi. Yuqoslavlar sosialist quruculuğu üçün öz modellərini irəli sürdülər. Tito 1956-cı ildə Sovet qoşunlarının Macarıstana hücumunu dəstəkləsə də, 1968-ci ildə Varşava Müqaviləsi Təşkilatı qüvvələrinin Çexoslovakiyaya müdaxiləsini pislədi.

1970-ci illərin ortalarında Titonun həyat yoldaşı Jovanka dövlət əleyhinə fəaliyyətdə günahlandırıldı. Bir versiyaya görə, Tito onu bir sıra cinayətlərdə, o cümlədən SSRİ-nin xeyrinə casusluqda, dövlət sirlərini açmaqda və çevriliş hazırlamaqda ittiham etdi.

Başqa bir versiyaya görə, ittihamlar qondarma idi və onları Titonun idarə etdiyio Stane Dolantsla Nikola Lyuiçiçin başçılıq etdiyi bir qrup sui-qəsdçilər saxtalaşdırmışdılar. Məhkəmə problemlər yarada bilərdi, bu səbəbdən təqsirləndirilən şəxs sadəcə Belqradın mərkəzində hər bir şəraiti olan bir iqamətgahda təcrid olundu. Jovankanın bacısı Nadya təhdid edilərək, baş verənləri danışmaq qadağan edildi. Miloşevic bu qərarı ləğv etmədi və beləliklə, Jovanka 25 il ev həbsində yatdı və yalnız 2000-ci ildə sərbəst buraxıldı[35].

Titonun hakimiyyəti illərində Yuqoslaviya Qoşulmama Hərəkatında önəmli bir rol oynayırdı.

Onun hakimiyyət illərində YSFR-nda yaşayış və iqtisadi inkişaf səviyyəsi, əksər Avropa ölkələrini əhəmiyyətli dərəcədə üstələyirdi. Yalnız ADR istisna olmaqla, YSFR sosialist düşərgəsi ölkələri arasında da ən yüksək göstəricilərə malik idi.

Xəstəlik, ölüm və dəfni

[redaktə | mənbəni redaktə et]

1980-ci ildə İosip Broz Tito ağır xəstələndi. Xəstəliyin səbəblərindən biri uzun müddət papiros çəkmə idi. Sol ayağında damarların tıxanması aşkar edildi. Yanvar ayında onun sol ayağı amputasiya edildi, lakin bu onun vəziyyətinin yaxşılaşmasına səbəb olmadı. 1980-ci il mayın 4-də gecə 88 yaşına üç gün qalmış Lyublyanada vəfat etdi. Bundan əvvəl o, 100 gündən çox komada yatmışdı. Belqradda "Çiçəklər Evi" mavzoleyində dəfn edilmişdir. Sonrakı on il mayın 4-də 15.05 dəqiqədə bütün Yuqoslaviyada İosip Broz Titonun vəfat günü bir dəqiqəlik sükutla qeyd olunurdu[36].

İosip Broz Tito yeni bir kommunist hərəkatının — Titoizmin banisi idi. Bu hərəkat Titonun Stalinlə fikir ayrılığından sonra yaranmışdır. Titoizmin əsas prinsipi ondan ibarət idi ki, hər bir dövlətdə kommunizmə nail olmaq vasitələri xarici qüvvələr tərəfindən deyil, (Sovet İttifaqının başa düşüldüyü) dövlətin özü tərəfindən müəyyənləşdirilməlidir (yəni Yuqoslaviya). Tito hakimiyyəti boyu qoşulmama siyasəti yürüdür və Varşava Paktı Təşkilatında iştirak etmirdi. Qarşılıqlı İqtisadi Yardım Şurasının işində Yuqoslaviya rəsmi girmədən xüsusi razılaşmalar əsasında iştirak edirdi. İqtisadiyyatda "özünü idarə edən sosializm" ilə təcrübələr aparılırdı.

Ailəsi və varisləri

[redaktə | mənbəni redaktə et]

İosip Broz beş dəfə evli olsa da, üç dəfə rəsmi nigaha daxil olmuşdu. İosip Brozun arvadları bunlar idi:

  • Pelaqeya Denisovna Belousova (1904–1967). Omskda İosip ilə rəsmi nikaha girmişdir. Onların dörd uşağı doğulmuşdu: birincisi körpəlikdə tələf olmuş, digər iki (Zlatitsa və Hinko) uşaqlıqda ölmüşdü. Dördüncü oğlu Jarko isə sağ qalmışdı. İosipdən boşandıqdan sonra onun Nina adlı bir qızı olmuşdu.
  • Elsa Lusiya Bauer (1914–1937) təxəllüsü ilə tanınan Anna Köninq (Alman: Anna Köning). İosip ilə rəsmi nikaha girmişdir. O, 1937-ci ildə Almaniyanın xeyrinə casusluq ittihamı ilə Moskvada güllələnmişdir.
  • Herta Haas (1914–2010). İosip ilə rəsmi nikahı olmamışdır. Aleksandr "Mişa" adlı oğlanları olmuşdur. İosipdən ayrıldıqdan sonra Hassın daha iki qız olmuşdur.
  • Davoryanka Paunoviç (1921–1946). İosip ilə rəsmi nikahı olmamışdır. Vərəm xəstəliyindən əziyyət çəkirdi, SSRİ-də müalicə almış, lakin çox keçmədən Yuqoslaviyaya dönmüş və orada vəfat etmişdir.
  • Jovanka Budisavleviç-Broz (1924–2013). İosip ilə rəsmi nikahda olmuşdur. 1970-ci illərdə əri tərəfindən çevriliş hazırlamaqda ittiham edilmiş və ev dustaqlığına salınmışdır. Buna baxmayaraq o, həbsinin ərinin təşəbbüsü ilə olmadığına inanırdı. Hökm yalnız 2000-ci ildə Voyislav Koştunisa tərəfindən ləğv edilmişdir. 2009-cu ildən Serbiyanın tam hüquqlu vətəndaşlığını almışdır.
Tito İndoneziyz prezidenti Sukarno ilə, 1960-cı il

Hal-hazırda keçmiş Yuqoslaviya respublikalarında İosip Brozun çox sayda nəvə və nəticələri yaşayır. Onların hamısı Broz soyadını daşıyır.

  • Böyük oğlu Jarko üç dəfə evli olmuşdur. Tamara Veger ilə ilk evliliyindən onun oğlu Yoşka (indiki Serbiya Kommunist Partiyasının lideri) və qızı Zlatitsa olmuşdur. Tereza Kuyunciç ilə ikinci evliliyindən — oğulları Vukaşin və İvan doğulmuşdur. Zlata Broz-Elinek ilə üçüncü evliliyindən — qızları Svetlana və Sonya, eləcə də oğlu İvan olmuşdur.
    • Titonun Yoşki Broz tərəfdən nəticələri: Neboyşa, Viktor (birinci evliliyindən) və Tamara (ikinci evliliyindən). Nəticələri: Luka, Filip və Lazar.
  • Kiçik oğlu Aleksandr Mira Kosiç ilə evlidir. Onların Aleksandra (Saşa) adlı qızı və Andrey adlı oğlanları var.

Mənşə məsələsi

[redaktə | mənbəni redaktə et]

Bir sıra tarixçilər Titonun kəndli mənşəli olmasına şübhə ilə yanaşırlar. Çünki o, gəncliyi barədə çox danışmır və hətta qohum və dostlarını axtarmağa belə çalışmırdı. Titonun özünü qələmə verdiyi insan olmadığı haqqda bir neçə nəzəriyyə var. "Ümumi" versiyalardan birinə görə, Yuqoslaviya İosip Broz adını alan və Yuqoslaviyanın etnik sakini olmayan polyak, alman və ya hətta rus mənşəli olan bir saxtakar tərəfindən idarə olunurdu(sübut kimi isə onun serb-xorvat dilində nitq və yazma səhvlərinin çox olması göstərilirdi). Başqa bir "ümumi" versiyaya görə, Titonun valideynləri kəndli deyildi, kübar adlı-sanlı nəsildən idi (bu versiyanın tərəfdarları hesab edir ki, ən azı 10 dildə danışa bilən, yaxşı aristokratik davranışa sahib olan, şahmatı bacaran, fortepianoda yaxşı ifa edən və yaxşı qılıncoynadan prinsipcə kəndli ailəsindən ola bilməzdi)[37].

2015-ci ildə Saşa Broz xorvatiyalı admiral və yazıçı Davor Domazet-Loşonu babasına böhtan atmaqda günahlandırdı. Domazet-Loşo "Admiralın qeydləri" kitabında Titonu Vyanalı bir zəngin ilə qulluqçusunun qanunsuz oğlu olduğunu iddia etmişdi[38]. Saşa Brozun buna reaksiyası ironik şəkildə Titonun şəcərəsini göstərmək oldu. Domazet-Loşonu isə yalnız ucuz bestseller yazmaq cəhdində günahlandırdı[39].

1945-ci ildə Tito Zaqrebin fəxri sakini adına layiq görülmüşdü[40].

Digər ölkələr

[redaktə | mənbəni redaktə et]
Titonun Belqraddakı mavzoleyi

Titonun şərəfinə adlandırılmışdır:

  • Monteneqronun paytaxtı Podqoritsa 1946-dan 1991-ci ilədək Titoqrad adlandırılırdı
  • 1946-dan 1991-ci ilə qədər Makedoniyanın Veles şəhəri Titov-Veles adlandırılırdı
  • Kosovanın Kosovsk-Mitrovisa şəhəri Titova-Mitrovisa adlandırılırdı
  • Serbiyadakı Ujitça şəhəri 1946-cı ildən 1992-ci ilə qədər Titovo-Uzice adlandırılırdı
  • 1945-ci ildən 1997-ci ilə qədər Xorvatiyanın Korenisa şəhəri Titova Korenisa adlandırılırdı
  • Bosniya və Herseqovinadakı Drvar şəhəri Titov-Drvar adlanırdı
  • Serbiyadakı Vrbas şəhəri 1946–1991-ci illərdə Titov-Vrbas adlanırdı
  • 1981-ci ildən 1991-ci ilə qədər Sloveniyanın Velenye şəhəri Titovo-Velenye adlandırılırdı
  • Marşal Tito meydanı, Zaqreb, Xorvatiya
  • Moskvadakı İosip Broz Tito Meydanı
  • Rusiyada Omsk şəhərində küçə
  • Angolanın Luanda şəhərində küçə
  • Omsk vilayəti, Maryanovsky rayonu, Bogolyubovka kəndində İosip Broz Titonun işlədiyi dəyirman yerli əhəmiyyətli tarix abidə sayılır
  • Makedoniyada Ohridv şəhərində Marşal Tito prospekti
  • Əsas asteroid kəmərindəki asteroid
  • Monteneqronun Bar şəhərindəki Marşal Tito küçəsi
  • Monteneqroun Tivat şəhərindəki marşal Tito küçəsi
Tivat şəhərində olan küçə

Marşal Tito haqqında "Sivi Sokol" (Serb. Sapsan), "Dost Tito, mi ti se kunemo" (Serb. yoldaş Tito, sizə and içirik) və "Marşal Tito Uz" (Serb. Marşal Tito ilə) və s. mahnılar bəstələnmişdir. Son mahnı isə II Dünya Müharibəsi vaxtı Yuqoslaviya partizanlarının himni olmuşdu. Titonun ölümündən sonra onun xatirəsinə aid mahnı "Titusun özünün videosunu sınayın" (Serb. Mən Titonu üç dəfə gördüm) Corc Balaşeviç tərəfindən "Rani Mraz" qrupu ilə ifa edilmişdir. Veli Briyun adasındakı Xorvatiya milli parkı Brionidə Tito Muzeyi faliyyət göstərir[42]. Titoya həmçinin Belqraddakı Yuqoslaviya Tarixi Muzeyinin ekspozisiyasının bir hissəsi həsr edilmişdir. 2018-ci il 19 dekabr tarixində Monteneqronun paytaxtı Podqoritsanın mərkəzində marşal Titoya abidə ucaldılmışdı[43].

Marşal Tito bir sıra bədii filmlərin personajıdır:

  • Yuqoslaviya dağlarında (1946) — İvan Bersenev
  • Qurtuluş (kinoepopeya) (1972) — Nikolay Yeremenko
  • Suteska / Beşinci hücum (1973) — Riçard Burton
  • Ujits Respublikası (1974) — Marko Todorovic
  • Azadlıq Əsgərləri (kinoepopeya) (1977) — Nikolay Yeremenko
  • İqman Marşı (1983) — Lazar Ristovski
  • Tito və Mən (1992) — Voislav Brajovic
  • Anderqraund (1995) — kameo
  1. 1 2 Banac I. Josip Broz Tito // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Tito // filmportal.de. 2005.
  3. Deutsche Nationalbibliothek Record #118622935 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. "Большой энциклопедический словарь". 2017-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  5. "ГИРЕНКО Ю. С. СТАЛИН — ТИТО. 1991". 2019-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  6. Югославия в XX веке: очерки политической истории / К. В. Никифоров (отв. ред.), А. И. Филимонова, А. Л. Шемякин и др. — М.: Индрик, 2011. — С. 298. Режим доступа: http://www.inslav.ru/resursy/elektronnaya-biblioteka/2372-2011-jugoslavija-v-xx-veke Arxivləşdirilib 2016-08-07 at the Wayback Machine
  7. Vinterhalter, 1972. səh. 44
  8. Ridley, 1994. səh. 44
  9. 1 2 Ridley, 1994. səh. 46
  10. 1 2 3 Vinterhalter, 1972. səh. 49
  11. 1 2 3 Swain, 2010. səh. 5
  12. West, 1995. səh. 32
  13. Swain, 2010. səh. 5–6
  14. 1 2 Swain, 2010. səh. 6
  15. Dedijer, 1952. səh. 25
  16. 1 2 Ridley, 1994. səh. 54
  17. Vinterhalter, 1972. səh. 55
  18. Swain, 2010. səh. 6–7
  19. 1 2 3 West, 1995. səh. 33
  20. Vinterhalter, 1972. səh. 58
  21. 1 2 3 4 5 6 7 Swain, 2010. səh. 7
  22. Vinterhalter, 1972. səh. 64
  23. 1 2 Ridley, 1994. səh. 59
  24. Ridley, 1994. səh. 62
  25. Ridley, 1994. səh. 62–63
  26. West, 1995. səh. 41–42
  27. Boris Graljuk. O zarobljavanju vodnika 25. domobranske pukovnije Josipa Broza kod Okne u Bukovini 25. ožujka 1915.g. Arxivləşdirilib 2016-10-19 at the Wayback Machine // "BOJIŠNICE I GROBIŠTA HRVATSKIH VOJNIKA NA KARPATSKOM RATIŠTU U PRVOM SVJETSKOM RATU".
  28. 1 2 West, 1995. səh. 42
  29. Ридли, 1994. səh. 64
  30. 1 2 Югославия в XX веке: очерки политической истории / К. В. Никифоров (отв. ред.), А. И. Филимонова, А. Л. Шемякин и др. — М.: Индрик, 2011. — С. 299. Режим доступа: http://www.inslav.ru/resursy/elektronnaya-biblioteka/2372-2011-jugoslavija-v-xx-veke Arxivləşdirilib 2016-08-07 at the Wayback Machine
  31. Иосип Броз Тито: создатель "иного" социализма Arxivləşdirilib 2016-08-20 at the Wayback Machine (rus.)
  32. "Генерал Дража Михайлович". 2009-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  33. "Second World War Contemporary European Archivist". 2014-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  34. "Советско-Югославский конфликт". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  35. Журнал "Story". — изд. "Форвард Медиа Групп". — № 2/2009. — С. 11.
  36. Иосип Броз Тито на сайте Belopolye
  37. Маршал Тито: тайна за семью печатями Arxivləşdirilib 2016-08-20 at the Wayback Machine (rus.)
  38. Кем был Иосип Броз? Тайну открыла внучка Тито Arxivləşdirilib 2016-12-26 at the Wayback Machine (rus.)
  39. Saša Broz: Tito je bio posvojeno dijete punokrvne Kolumbijke i nasljednika kralja Karla XXL. Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (xorv.)
  40. "Počasni građanin Grada Zagreba: 1945. — 1990. (SFR Jugoslavija)" (xorvat). Официальный сайт Загреба. 2011-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-07-20.
  41. Государственный Совет, Указ 190 от 12 мая 1972 года (Указ 190 / 1972) о присвоении звания "Герой Социалистической Республики Румыния" и награждении орденом "Победа социализма" товарища Иосипа Броз Тито.
  42. "Музеи, маленькие и большие — Музей Иосипа Броза Тито на Бриони, Хорватия". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
  43. {fr}Monténégro : le monument au maréchal Tito est inauguré à Podgorica. News-front, 20.12.2018 Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine