Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bistro
Bistro (fr. bistro, bəzən bistrot) - sadə yeməklərin verildiyi Parisin balaca restoran-kafeləri belə adlanır. İlk əvvəl bistro sözü bu cür müəssisələrin sahibini də bildirirdi. Bistro - istirahət etmək, ünsiyyət üçün vacib yerdir, hətta onun parislilərin həyatında oynadığı sosial rolu barədə xüsusi tədqiqatlar aparılmışdır. Bu gün bistro sözü fransız ictimai qida müəssisəsi kimi işlədilir. Bu kafelərin əsas özəlliyi ondadır ki, burada yeməklər standart reseptlərə uyğun olaraq tez bir zamanda hazırlanır. == Adın mənşəyi == Populyar etimoloji versiyaya görə, bistro sözünü rus dilində işlədilən "быстро" (tez,cəld) sözü ilə əlaqələndirirlər. Belə ki,1814-cü ildə Parisin Rusiya tərəfindən mühasirəsi zamanı rus zabitləri və ya kazaklar fransız ofisiantlarından onlara tez qulluq etmələrini tələb etmişdir. Beləliklə, sifariş verildikdən dərhal sonra hazırlanan və süfrəyə verilən yeməklərin verildiyi yer belə adlanmağa başlamışdır. Fransız dilində "I" səsi olmadığından, fransızlar rus sözü olan "быстро" bistro kimi tələffüz etmişdilər.
Distro
Linux əməliyyat sistemləri (və ya distro) — Linux nüvəsini və çox vaxt paket idarəetmə sistemini özündə birləşdirən proqram kolleksiyasından hazırlanmış əməliyyat sistemi. Linux istifadəçiləri əməliyyat sistemini adətən gömülü sistemlərdən (məsələn, OpenWrt) və fərdi kompüterlərdən (məsələn. Linux Mint) tutmuş güclü superkompüterlərə (məsələn, Rocks Cluster Distribution) qədər müxtəlif sistemlər üçün mövcud olan Linux paylanmalarından birini yükləməklə əldə edirlər. Tipik bir Linux paylanması (adətən, dəyişdirilmiş) Linux nüvəsi, başlanğıc sistemi (məsələn, systemd, OpenRC və ya runit), GNU alətləri və kitabxanaları, sənədlər və bir çox başqa proqram təminatından ibarətdir. İstəyə bağlı olaraq, iş masası təcrübəsini təmin etmək üçün (ən çox Mesa 3D qrafika drayverləri) displey serveri, iş masası mühiti, səs serveri və digər əlaqəli proqramlar paylanmaya daxil edilə bilər və ya istifadəçi tərəfindən quraşdırıla bilər. Daxil olan proqram təminatının əksəriyyəti həm kompilyasiya olunmuş binarlar, həm də mənbə kodu formasında təqdim edilən pulsuz və açıq mənbəli proqram təminatıdır və orijinal proqram təminatına dəyişikliklər etməyə imkan verir. Adətən, Linux paylanmalarına istəyə bağlı olaraq bəzi cihaz drayverləri üçün tələb olunan ikili bloklar kimi mənbə kodu şəklində mövcud olmayan bəzi xüsusi proqramlar daxildir. Linux paylanması, həmçinin imkanları bir çox istifadəçinin ehtiyaclarına cavab verəcək şəkildə Linux nüvəsi ilə paketlənmiş tətbiq və yardım proqramlarının (məsələn, müxtəlif GNU alətləri və kitabxanaları) xüsusi çeşidi kimi təsvir edilə bilər. Proqram təminatı əsasən paylanmaya uyğunlaşdırılır və sonra paylanmanın müşayiətçisi tərəfindən proqram paketlərinə birləşdirilir. Proqram paketləri, adətən, verilənlər anbarlarında onlayn olaraq mövcuddur.
Bıstrov burnu
Bıstrov burnu — Cekson adasının şimal-qərbində yerləşir. Koordinatları:81°19′50″ şm. e. 55°40′50″ ş. u.. Bu ad 1963-cü ildə L. S. Qooruxoy tərəfindən (Arktika və Antarktida elmi-araşdırma İnstitutunun əməkdaşı) tərəfindən təklif edilmişdir. Burun dahi rus poleontoloqu Aleksey Nıstrovun şrəfinə adlandırılmışdır (1899–1959). Burun De-Lonq körfəzi sahilində yerləşir. Ondan bir qədər aralıda yerləşən Norveç burnunda Frans-İosif Torpağı arxipelaqının şərqində yerləşir. Burunda quş koloniyasına rast gəlmək mümkündür.
Bıstrov qayası
Bıstrov qayası — Antarktida, Kraliça Mod Torpağı, Voltat dağ massivində yerləşən qaya. Koordinatları: 71°47′ c. e. 12°34′ ş. u.. İlk dəfə Sovet Antarktika ekspedisiyası zamanı 1961-ci ildə xəritəyə salınmışdır. Qaya rus paleontoloqu Aleksey Petroviç Bıstrovun şərəfinə adlandırılmışdır. Bu ad 23 noyabr 1966 ildə Beynəlxalq komisiya tərəfindən təstiqlənmişdir.
Biqastro
Biqastro (isp. Bigastro) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 4,10 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 6 757 nəfərə çatmışdır.
Bişoco
Yapon populyar mədəniyyətində bishōjo (美少女, hərf. {{{1}}} "beautiful girl") həmçinin bishojo və ya bishoujo kimi romanlaşdırılmış sevimli qız obrazıdır.
Bisti
Bisti — Səfəvilər dövlətində sah I Təhmasibin dövründə kəsilmiş gümüş sikkə. 20 dinara bərabər tutulurdu. XVII əsrin sonlarına qədər dövriyyədə olmuşdur.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Biskra (şəhər)
Biskra (ərəb. بسكرة ‎) — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin və dairənin inzibati mərkəzi. Əlcəzair şəhərindən təxminən 400 km cənub-şərqdə, Batna şəhərindən 115 km cənub-qərbdə və Tuqqurt şəhərindən 222 km şimalda yerləşir. Əhalisi 190 min nəfərdir (2005-ci il təxmini). == Tarixi == IX əsrdə şəhərin yerləşdiyi torpaqlar ərəblər tərəfindən zəbt edilmişdir. XII əsrin əvvəllərində Biskra yarımmüstəqil Zab dövlətinin paytaxtı olmuşdur. Buna baxmayaraq, artıq XIII əsrdə bu torpaqlar İfriqiyə dövlətini idarə edən Hafsilər sülaləsinin hakimiyyəti altına keçmişdir. 1552-ci ildə Biskra Osmanlı İmperiyası tərəfindən fəth edilmişdir. Türk hökmranlığı XIX əsrin birinci yarısına qədər davam etmişdir. 1844-cü ildə Biskra fransız qoşunları tərəfindən tutulmuşdur.
Biskra vilayəti
Biskra vilayəti — == Ərazisi == Biskra vilayətinin ərazisi 20 986 Km2-dır. Biskra vilayətinə 12 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Biskra vilayətinin əhalisi 722 356 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bişevo adası
Bişevo adası(xorvatca Biševo, çakavi dilində — Bisovo)- Əhəng daşından təşkil olunmuş Xorvatiya adasıdır. Ada Adriatik dənizində yerləşir. Ada inzibati cəhətdən Split-Dalmasiya regionuna daxildir. == Coğrafiyası == Adanın ümumi sahəsi-5,91 km², uzunluğu təxminən 5 km, ölçüləri təxminən 4,6 × 2,2 km, sahil uzunluğu isə 18147 km-dir. Adanın sahili daşlıqdır. Burada çoxlu sayda körfəz və buxtalar, mağaralar yerləşmişdir. Ada Vis adasından minimum 4,2 km cənubda yerləşmişdir. Adanın ən yüksək nöqtəsi Strajeniça dağıdır. (239 m) Adanın mərkəzi hissəsində münbit torpaqlar üstünlük təşkil edir. Adanın şimal hissəsində isə şam ağacları üstünlük təşkil edir.
Biştab (Əhər)
Biştab — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Horand bölgəsinin Yaft kəndistanında, Horand qəsəbəsindən 12 km. cənub-şərqdədir.
Fidel Kastro
Fidel Alexandro Kastro Ruz ( audio) (isp. Fidel Alejandro Castro Ruz; 13 avqust 1926[…], Biran – 25 noyabr 2016[…], Havana) — Kuba inqilabçısı, 1959–2008-ci illərdə Kuba lideri. == Həyatı == Fidel Kastro 1926-cı ildə Kubanın Mayarı şəhərində anadan olub. Bu, Kastronun doğum tarixi barədə məlumatlardan yalnız biridir. Çünki onun hansı ayda və ildə doğulduğu məxfi saxlanılır. Bəzi məlumatlara görə, Kastro əslində 1927-ci ildə anadan olub. Atası İspaniyadan gələn mühacir-fəhlədir və Kubada iri şəkər plantasiyalarına sahib olub. Kastro və qardaşı Raul nikahdan kənar doğulublar. Sonradan onları atası rəsmi övladlığa qəbul edib. == İlkin illəri (1926–1945) == === Uşaqlıq dövrü === Fidel Alexandro Kastro Ruz 13 avqust 1926-cı ildə Kubada Biran şəhərində (Oriyente vilayəti) İspaniyanın Qalisiya vilayətindən olan Anxelya Kastronun ailəsində anadan olmuşdur.
Kevin Sistrom
Kevin Sistrom (30 dekabr 1983) – Amerikalı kompüter proqramçısı və mütəxəssisi. Kevin Sistrom Mayk Kriqer ilə birlikdə dünyanın ən böyük foto paylaşma saytı olan İnstaqramın qurucusudur. Sistrom, 2016-cı ildə ABŞ üzrə tərtib olunmuş "Ən Zəngin Sahibkarlar" siyahısına daxil edilmişdir. Onun CEO-su olduğu İnstaqram, 2017-ci ilin sentyabr ayından etibarən aylıq 800 milyon istifadəçisi olan, o cümlədən sürətlə böyüyən bir platformaya çevrildi. 24 sentyabr 2018-ci ildə İnstaqramın baş direktoru vəzifəsindən istefa vermişdir. == Həyatı == Kevin Sistrom 1983-cü ilin 30 dekabrında Hollistonda (Massaçusets ştatı) anadan olmuşdur. Anası Diana "Zipcar" şirkətində marketoloq kimi çalışmışdır. O həm də birinci dot-kom balonu zamanı "Monster and Swaipt"də işləyib. Atası Duqlas isə, "TJX" kompaniyasında kadr xidmətləri üzrə vitse-prezident vəzifəsində çalışıb. Kevinin ana nənəsi və babası Henkokda Birinci icma kilsəsinin üzvləri idilər.
Kisoro (rayon)
Kisoro — Uqandanın Qərb bölgəsinə daxil olan rayon. == Yerləşməsi == Kisoro rayonu şimaldan Kanunqu rayonu, şərqdən Kabale rayonu, cənubdan Ruanda və qərbdən Konqo Demokratik Respublikası ilə həmsərhəddir. Kisoro qəsəbəsi Kabalenin qərbində, yol ilə taxminən 45 kilometr (28 mil) məsafədə yerləşir. == Əhali == 1991-ci il əhali siyahıyaalınması zamanı rayon əhalisi 186 870 nəfər olaraq qiymətləndirilmişdir. 2002-ci il siyahıyaalınması zamanı əhalinin sayı 220 300 nəfər idi. 27 avqust 2014-cü il tarixində aparılan ölkə əhalisinin siyahıya alınması zamanı rayon əhalisi 281 705 nəfər təşkil etmişdir. == Din == 2002-ci ilin sentyabr ayına olan məlumata görə rayon sakinlərinin dini mənsubiyyəti: Xristianlıq - 95,8 faiz, İslam - 0,8 faiz, digərləri - 1,3 faiz, heç biri - 2,2 faiz.
Pietro Maksimov
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Pietro Parolin
Pietro Parolin (ing. Pietro Parolin; /ˈpjetro paroˈliŋ/ 17 yanvar 1955) — Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal. 2015-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vatikana rəsmi səfəri zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olmuşdur.
Pietro Pelleqri
Pietro Pelleqri (17 mart 2001-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və İtaliya U-17 milli komandasında hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusudur. Genoa klubu ilə 15 yaşında debüt edən Pelleqri Seriya A-da debüt edən ən gənc (Amadeo Amadey ilə birlikdə) futbolçudur. Pelleqri Genoa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 22 dekabr 2016-cı ildə Torino klubuna qarşı Seriya A görüşündə etmişdir. O, 88-ci dəqiqədə Tomas Rinkonu əvəz etmiş və həmin görüşdə komandası rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. Meydana 15 yaş və 280 günlüyündə daxil olan Pelleqri Amadeo Amadey ilə birlikdə ən gənc Seriya A debütantı rekordunu yeniləmişdir. O, karyerasında ilk qolunu 28 may 2017-ci ildə Roma klubuna qarşı oyunda vurmuş və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, 21-ci əsrdə anadan olanlar arasında Seriya A-da qol vuran ilk futbolçu kimi tarixə düşmüşdür. 17 sentyabr 2017-ci ildə Pelleqri Latsio klubu ilə görüşdə dublla yadda qalmış və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, əsas Avropa liqalarında dublla yadda qalan ilk 16 yaşlı futbolçu kimi tarixə düşmüşdür.
Qalina Bıstrova
Qalina Bıstrova (8 fevral 1934, Naxçıvan – 11 oktyabr 1999, Volqoqrad) — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası. Qalina Doljenkova atasının sərhədçi kimi xidmət etdiyi Naxçıvan şəhərində anadan olub. Atası 1941-ci ildə cəbhəyə gedib, iki ildən sonra səhhəti ilə əlaqədar onu azad ediblər və Pyotr ailəsi ilə birgə Qorkiyə köçüb. Kanabensk rayonunda Qalina yeddi sinif bitirib, sonra isə valideynlərindən gizli olaraq Bədən Tərbiyəsi Texnikumuna daxil olub. Sonradan onun həyat yoldaşı olan Vasili Moiseyeviç Bıstrovun rəhbərliyi ilə yüngül atletika ilə məşğul olub. 1953-cü ildə onların oğlu Sergey anadan olub. Bıstrova karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. 50-ci illərdə onun çanağ bud oynağında kəskin ağrılar başlayıb və həkimlər ona osteoartroz diaqnozunu qoyub. 1972-ci ildə həyat yoldaşı və oğlu Volqoqrad şəhərinə köçüb, sonra Qalina özü də oğlunun yanına köçüb. Qalina Melburn Olimpiadasında 80 metr məsafəyə maneələrlə qaçışda dördüncü olub, bununla da avstraliyalı bürünc mükafatçısı Norma Trauerlə eyni vaxt nümayiş edib.
Raul Kastro
Raul Modesto Kastro Rus (İspanca tələffüz: [raˈul moˈðesto ˈkastɾo ˈrus]; 3 iyun 1931[…], Biran) — qardaşı Fidel Kastrodan sonra 2011–2021-ci illərdə təkpartiyalı kommunist dövlətində ən yüksək vəzifə olan Kuba Kommunist Partiyasının birinci katibi vəzifəsində çalışmış təqaüdçü kubalı siyasətçi və general. Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. Uzunmüddətli xəstəliyinə baxmayaraq F. Kastronun Xalq Hakimiyyəti Milli Assableyasına namizədliyi irəli sürülmüş və yanvarın 20-də keçirilən seçkidə o, qardaşı Rauldan 1 faiz az səs toplamışdı. R. Kastro qardaşından 5 yaş kiçikdir. O, Dövlət Şurası sədrinin birinci müavini idi. F. Kastro 2001-ci ildə Havanada keçirilən mitinqdə huşunu itirəndən sonra qardaşını öz varisi elan etmişdi. Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə — Dövlət Şurasının sədri vəzifəsinə seçib. Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır.
Veronika Kastro
Veronika Kastro (isp. Verónica Castro; d. 19 oktyabr 1952, Mexiko, Meksika) — Meksika aktrisası, müğənni, teleaparıcı. Veronika Kastro 1952-ci ildə Mexiko şəhərində anadan olub. Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Marianna rolunu oynadığı "Varlılar da ağlayır" serialınından sonra isə onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar "Varlılar da ağlayır" serialı qədər sevib baxılan "Yabanı qızıl gül" serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrilmişdi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. Elə bil Bill Klinton Rusiyaya gəlmşdi.
Xonatan Kastro
Xonatan Kastro Otto (3 mart 1994[…], Viqo, Qalisiya) — ispan peşəkar futbolçu. "Selta Viqo" klubunda oynayır.
Yukito Kişiro
Yukito Kişiro (木城 ゆきと, Kishiro Yukito) – yapon manqaka. 1967-ci ildə Tokioda anadan olmuş, Çibada böyümüşdür. Yeniyetməlik illərində "Armored Trooper Votoms", "Mobile Suit Gundam" kimi mexa animelərindən, xüsusilə Yoşikazu Yasuhikonun dizaynlarından, eləcə də, manqaka Rumiko Takahaşinin işlərindən təsirlənmişdir. Karyerasına 17 yaşında "Weekly Shōnen Sunday" jurnalında nəşr olunan "Space Oddity" manqası ilə başlamışdır. Ən tanınmış işi "Battle Angel Alita" manqa seriyasıdır. Manqa əsasında anime və Hollivud filmi çəkilmişdir.
Kastro (Lombardiya)
Kastro (it. Castro) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Berqamo əyalətində yerləşir. Milanın təxminən 80 kilometr (50 mil) şimal-şərqində və Berqamodan təxminən 35 kilometr (22 mil) şimal-şərqdə, Iseo gölünün qərb tərəfində yerləşir. Əhalisi 1437 nəfər (2008), əhalinin sıxlığı 636 nəfər/km². Sahəsi 4 km² ərazini tutur. Poçt kodu — 24063. Telefon kodu — 035. 10 avqust bayramı olan Müqəddəs Lourens və müqəddəs Həvari Yaqub Kommunanın himayədarları kimi hörmətlə qarşılanır.
Bistam döyüşü
Bistam döyüşü və ya Çəmən Bistam döyüşü — 1526-cı ildə Bistam çəmənində Übeyd xanın rəhbərliyi altında özbək qoşunu ilə Səfəvi ordusu arasında baş verən döyüş. == Arxaplan == 1524-cü ildə Durmuş xan Şamlının vəfatından sonra Məşhəd hakimi Burun sultan Təkəli də ustaclı-təkəli qarşıdurmasında qətlə yetirilmişdi. Bu xəbər tez bir zamanda Məşhədə çatdıqda Məşhəd artıq özünü müdafiə edəcək təqdirdə deyildi. Übeyd xan bu fürsəti qənimət sayıb yenidən Xorasana hücum çəkmək planı hazırlıqlarına başladı. Həsən bəy Rumlu "Əhsən ət-Təvarix" əsərində Übeyd xan Özbəyin Tus şəhərini ələ keçirməsi haqqında söhbət adlı başlıqda mövcud vəziyyəti belə şərh edir: "Dərgah əmirlərinin ixtilafı, Xoca Həbibullanın qətli, yolsuz-yordamsız şamluların Xorasandakı istilası, Durmuş xanın ölümü, Burun sultanın qətli və Xorasanın pərişanlığı haqqında xəbərlər Übeyd xana çatdıqda, o, Amudərya çayını keçib Mərvə gəldi. Oradan məiyyəti və ordusu ilə Tus şəhərinə yollandı, sultanlardan və bahadırlardan ibarət bir zümrə ilə həmin şəhərin ətrafına vüqarla qədəm qoydu və şəhəri dairə kimi araya aldı. O zaman Burun sultanın ailəsi və köçü həmin məkanda idi." Beləliklə Übeyd xan Xorasan bölgəsində baş verən qarmaşıqlıqdan istifadə edərək 1526-cı ildə ikinci Xorasan səfərinə başladı. O, ordusu ilə hicri 932 (1525–1526-cı il) Çaharcu bərə körpüsündən keçərək Mərv şəhərinə gəldi. Buradan isə Məşhəd üzərinə yeriyib şəhəri mühasirəyə aldı.Bu zaman Burun sultanın ailəsi bu şəhərdə idi. Yaxın şəhərlərin hakimi olan qızılbaşlar bir müddət şəhəri mühafizə edib qorusalar da, ərzaq azlığı mühasirədəkilərin vəziyyətini çətinləşdirmişdi.Mühasirədəkilər bir müddət sonra Səfəvi sarayından ümidi kəsərək Xorasan şəhərlərinin hakimlərinə adamlar göndərib kömək istədilər.