Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fales
Valaş
Valaxş Karen — Sasani generalı, Karen sülaləsinin nümayəndəsi. Məşhur Karen sülaləsindən olub Azər Valaxşın nəvəsi idi. 665-ci ildə Təbəristanı işğal edərək Fərruxzad Bavəndini oldürmüşdü. Fərruxzadın oğlu Söhrab Mazandarana qaçaraq 673-cü ildə Təbəristana qayıtmış və atasının intiqamını almışdı. Pourshariati, Parvaneh (2008). Decline and Fall of the Sasanian Empire: The Sasanian-Parthian Confederacy and the Arab Conquest of Iran. London and New York: I.B. Tauris. ISBN 978-1-84511-645-3.
Valdes
Valdes (ing. Valdez) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Viləş
Viləş (əvvəlki adları: Nikolayevka; Kalinovka) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Masallı rayonunun Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindəki Kalinovka kəndi Viləş kəndi adlandırılmış, Kalinovka kənd inzibati ərazi dairəsi Viləş kənd inzibati ərazi dairəsi hesab edilmişdir. Əhalisi 2397 nəfərdir. Keçmiş adı Nikolayevka olmuşdur. 1843-cü ildə Volqaboyundan köçüb gələn rus kəndlilərinin məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqəsi Sovet hakimiyyəti illərində sovet dövlət xadimi M.Kalininin şərəfinə Kalinovka adlandırılmışdır. 5 mart 2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir. Kalinovka kəndi azərbaycan ərazisində ən qədim molokan kəndlərindəndir. Rusların ilk məskunları 1828-ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub. Həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz malokan sakinlər burada məskunlaşıblar.
Vələs
Vələs (lat. Carpinus) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinə aid bitki cinsi.
Valeh
Valeh — ad. Valeh Bərşadlı — general, Azərbaycanın müdafiə naziri. Valeh Müslümov — Azərbaycanın Milli Qəhrəmanı Valeh Babayev — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı. Valeh Cəfərov — kimya elmləri doktoru, professor. Valeh Mirzə — Azərbaycanın tanınmış şair və publisisti.
Ales
Ales (fr. Alès) — Fransada yerləşən Ales rayonun inzibati mərkəzi. == Tarixi == XVI əsrdə Ales mühüm quqenot mərkəzi idi. Şəhərin 1629-cu ildə Fransanın kralı XIII Luis tərəfindən ələ keçirildikdən sonra Nantesin fərmanını təsdiqləyən sülh müqaviləsi bağlanmışdı.
Vals
Vals (fr. valse; alm. Walzer – fırlanmaq) – alman, çex və avstriya xalq rəqslərindən yaranmış rəqsdir. Xarakter cəhəti ¾ ölçüdə müşayiətin, özünəməxsus bərabər həcmli ritmik quruluşdan – birinci vurğuda bas , ikinci, üçüncü vurğularda akkord – ibarətdir ki, bu da müxtəlif xarakterli melodiyalar üçün plastik fon yaradır. Vals müxtəlif sürətlə ağır və ya tez tempdə ifa olunur. Rəngarəng obrazları və hissələri təcəssüm etdirmək imkanlarına malikdir. XIX əsrin 30-40-cı illərindən rəqs musiqisi və konsert janrı kimi geniş yayılmış, hətta simfonik musiqiyə daxil olmuşdur. Vals qısa vaxt ərzində Iohann Ştraussun musiqisinin təsiri ilə Viyanada və 1822-ci ildə etibarəndə İngiltərədə geniş yayılmışdır, Aristokrasiyanın bəyənməsi ilə baloların imtina edilməz əyləncəsinə çevrilrişdir. Günümüzdə vals "Viyana valsı" və "Modern vals" olmaqla iki fərqli kateqoriyadan və ritmdə dünya rəqs literaturadında yer almaqdadır.
Fales (Miletli)
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. == Həyatı == Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Fales teoremi
Fales teoremi — bucağın tərəflərini kəsən paralel düz xətlər bu bucağın bir tərəfi üzərində konqruyent parçalar ayırırsa,onda həmin düz xətlər o biri tərəf üzərində də konqruyent parçalar ayırır.A¹A²=A²A³ olarsa, B¹B²=B²B³ olar.
Irimeyvəli vələs
== Ümumi yayılması: == Rusiyanın Avropa hissəsi, Moldova, Balkan yarımadası, Apennin yarımadası, Kiçik Asiyada və Şimal-Qərbi Iranda (Astarabad) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması: == Lənkəran dağlarında yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer: == Оrta və aşağı dağ qurşaqlarının güney yamaclarında meşədə və kоlların arasında rast gəlinir. == Təbii ehtiyatı: == Azərbaycanda çox deyildir. == Biоlоji хüsusiyyətləri: == Təbiətdə ağac və ya qоllu-budaqlı kоldur. Yarpaqları 3-9 sm uzunluqda və 2,5-4 sm eindədir, оval-ellipsşəkillidir, uc hissəsi uzanmamışdır, kənarlarında demək оlar ki, eyni böyüklükdə dişlər vardır. Yarpaqlarının qaidə hissəsı dəyirmi- pazvarı və ya azca ürəkvaridir və çanağı təхminən 3 sm uzunluqda və 2 sm enindədir. Yarpaq yanları bütövdür, dilimləri yохdur, 5-8 damarı vardır, ümumi görünüşü оval- rоmbşəkillidir və ya enli rоmbşəkillidir. Adətən, kənarlarında bərabər оlmayan iri dişləri vardır.
Jimmy Wales
Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. == Həyatı == 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı.
Kampos Sales
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Miletli Fales
Miletli Fales (yun. Θαλής; təq. e.ə. 625[…], Milet – ən tezi e.ə. 548 və ən geci e.ə. 545[…], Milet) — Qədim yunan filosofu, Miletli (Kiçik Asiya) riyaziyyatçı. Milet (İon) fəlsəfə məktəbinin yaradıcısı, riyaziyyatçı, fizik, astronom. Fales Aristotelin zamanından etibarən ilk yunan filosofu hesab edilir. Onun "Yeddi yunan müdriklərdən" biri olduğunu iddia edənlər də var. Falesin əslən haralı olması bir qədər mübahisə doğurur.
Sivrimeyvəli vələs
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. İranın şimal-qərb hissəsində yayılmışdır. Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Valeh Əhmədov
Valeh Əkbərzadə
Valeh Ələsgərov
Valeh Ələsgərov (19 oktyabr 1946, Qarayeri, Samux rayonu) — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini. 1946-cı il oktyabrın 19-da Samux rayonunun Qarayeri qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun neft və qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Əməkdar mühəndisdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Çoxsaylı elmi əsərlərin və ixtiraların müəllifidir. Rus və ingilis dillərini bilir. 1970-ci ildən "Permneft" birliyi "Kunqurneft" NQÇİ-də böyük mühəndis, növbə rəisi, sex rəisi, baş mühəndis, 1982-ci ildən "Permneft" Elmi Tədqiqat və Layihə İnstitutunda bölmə müdiri işləmişdir. 1985-ci ildən "Muradxanlı" NQÇİ-də baş mühəndis, idarə rəisinin müavini, 1987-ci ildən "Azərneft" Birliyində baş mühəndis, baş direktorun müavini, 1992-ci ildən "Azərneft" Dövlət Konserninin vitse-prezidenti, ARDNŞ-nin birinci vitse-prezidenti, şirkətin prezidentinin müşaviri olmuşdur. 1995-ci ildən Azərbaycan Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Viktor Valdes
Viktor Valdes öz futbol yolunu Barselonanın gənclər komandasında başlayıb. O, bura 1992-ci ilin 1 iyulunda gəlmişdir. Lakin sentyabrda o, ailəsi ilə birlikdə Tenerifəyə köçdülər. Valdes klubu tərk etməyə məcbur oldu. O, kluba 3 ildən sonra dönə bildi. Qayıtdıqdan sonra o, böyük zirvələrə çata bildi.
Viləş FK
Viləş — Masallının futbol klubudur. 1967-ci ildə qurulub və cənub bölgəsini təmsil edir. 10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etmişdir. 2000/2001-ci il futbol sezonunda çempionatın bürünc medalını qazanmışdır. İki dəfə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2003-cü ildə maliyyə problemlerinə görə komanda bağlanmışdır. Sonradan 2005-ci ildə komanda yenidən fəaliyyətə başladı. 2006-2007 mövsümündə Azərbaycan Birinci Liqasınunda komanda 1-ci yeri tutaraq Azərbaycan Premyer Liqasında oynama şansını əldə etdi. 2006-cı ildə klub Masallı adlandırıldı. Ancaq sonradan komanda yenidən bağlandı və yenidən quruldu.
Viləş çayı
Viləşçay — Yardımlı və Masallı rayonlarından axıb Qızılağac körfəzinə tökülür. İranın Mazandaran vilayətinin Kelar- dəşt mahalinda oxşar adlı Velaşt gölü var. Talışın ərazisindən axan ən uzun çaydır. Uzunluğu 115 km, hövzəsinin sahəsi 935 km²-dir. Başlanğıcını Talış silsiləsinin Quludaş zirvəsindən (2203 m) alır. Yuxarı axımında Peştəsər, orta axımında isə Alaşar-Burovarsilsilələrini çəpinə keçir və çox dərin və dar dərələr əmələ gətirir. Axırıncı 25 km məsafədə Lənkəran düzənliyindən axır. Başlıca qolları, sağdan Şərətük (uzunluğu 29 km), soldan Mətəli (uzuluğu 21 km) çaylarıdır. Bilavasitə Xəzər dənizinə tökülən çaydır. Suyun çox hissəsini yağış (70%), qismən də yeraltı (20%), qar (10%) sulardan alır.
Veles (tanrı)
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Valeh Rəhimov
Valeh Yaqub oğlu Rəhimov (29 fevral 1976, Veri Əliabadı, Lerik rayonu – 11 fevral 1995, Qarabağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ şəhidi. Rəhimov Valeh Yaqub oğlu – 29 fevral 1976-cı ildə Lerik rayonu, Veri-Əliabad kəndində anadan olub. 1983-cü ildə Veri-Əliabad 8-illik kənd natamam orta məktəbinin birinci sinfinə daxil olub. O, 1993-cü ildə Veri kənd orta məktəbinin onuncu sinfini bitirib. Orta məktəbi bitirdikdən sonra, 1994-cü ildə Lerik rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, cəbhə bölgəsinə yola salınıb. Valeh Rəhimov Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində düşmən təxribatların qarşısını almaq məqsədi gedən döyüş əməliyyatlarında iştirak etmiş, düşmənə qarşı mübarizədə fəallıq göstərərək öz əsgəri borcunu yerinə yetirmişdir. Valeh Rəhimov 11 fevral 1995-ci il tarixində düşmənin növbəti təxribatının qarşısını almaq məqsədi döyüş əməliyyatlarında qəhrəmancasına Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyinin müdafiəsi zamanı şəhid olub. Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək Veri-Əliabad kənd qəbiristanlığında dəfn olunub. Ölümündən sonra oxuduğu Lerik rayonu, Veri-Əliabad kənd məktəbinə onun adı Lerik rayonu Valeh Rəhimov adına Veri-Əliabadı kənd ümumi orta məktəbi verilib..
Valer Jil
Valer Jozef Jül Jil (fr. Valère Joseph Jules Gille; 3 may 1867, Anderlext – 1 iyun 1950) — Belçikalı şair, jurnalist, redaktor, kitabxanaçı və muzey işçisi, Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasının üzvü. == Həyatı == Valer Jil 1885-ci ildən Lyoven Katolik Universitetində təhsil almışdır. 1887-ci ildən o, Jorj Rodenbax, Maks Valler, Anri Mobel, İvan Jilken, Alber Jironun da daxil olduğu "Gənc Belçika" adlı ədəbi-bədii jurnalı və eyniadlı ədəbi birliyin ətrafında birləşən simvolist şairlər qrupunun üzvü olmuşdur. 1889-cu ildə İvan Jilken və Alber Jiro ilə birlikdə "Gənc Belçika" jurnalının redaktoru kimi fəaliyyət göstərmişdir. 1891-ci ildə redaktorluq vəzifəsindən istefa vermiş və Belçika Kral Kitabxanasının kuratoru olmuşdur. Valer Jilin 1897-ci ildə Parisdə çap olunmuş "Tsitra" (La Cithare) adlı şeirlər toplusu Fransa Akademiyası tərəfindən yüksək qiymətləndirilmişdir. 8 yanvar 1921-ci ildə Belçika Kral Fransız Dili və Ədəbiyyatı Akademiyasına üzv qəbul edilmiş və 1925-1946-cı illərdə onun direktoru vəzifəsində çalışmışdır. 1945-ci ildə Virtza Muzeyinin kuratoru işləmişdir. == Seçilmiş əsərləri == Le Château des merveilles (1893) La Cithare (1897) Le Collier d’Opale (1899) Les Tombeaux (1900) Le Coffret d'ébène (1901) La Corbeille d’octobre (1902) Le joli Mai (1905) La Victoire ailée (1921) Du Symbolisme (1940) La Jeune-Belgique.
Valen (Fransa)
Valen (fr. Valeins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Tuasse kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01428. 2010-ci ildə əhalinin sayı 88 nəfər təşkil edirdi. 2010-cu ildə 52 yaşda (15-64 yaş arasında) 39 nəfər İqtisadi cəhətdən fəal, 13 nəfər hərəkətsizdir (fəaliyyət göstəricisi - 75.0%, 1999-cu ildə - 75.6%). 39 fəal sakindən 38 nəfər (20 kişi və 18 qadın) işləyir, 1 qadın işsizdir. 13 hərəkətsiz 2 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 2 nəfər digər səbəblərə görə hərəkətsiz idi.
Alces alces
Sığın (lat. Alces alces) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin sığınkimilər cinsinə aid heyvan növü. Fəsiləyə daxil olan ən iri növ hesab olunur. Erkəyinin bədəninin uzunluğu 3 metrdək, süysününün hündürlüyü 2,3 metrədək, kütləsi 570 kq-dək olur. Dişisi erkəkdən nisbətən kiçikdir. Ayaqları uzun, dırnaqları ensiz və itidir. Başı uzun, burnu donqar, ətli üst dodaqı sallaqdır. Quyruqu qısadır. Erkayinin kürəşəkilli buynuzu var. Dişisi buynuzsuzdur.