Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Para Para
Para Para(yap: パラパラ) Yaponiya mənşəli bir qrup rəqsidir. Para Para, 1980-ci illərdən başlayaraq, Avropada İtalo-disko və Avro diskonun satılmağa başladığı dövrdən mövcud olmuşdur. Para Para və Avrobit bir-biri ilə sıx əlaqədədir. Avrobit sənətkarı Deyv Rocers, Para Para'nı Avrobitə qulaq asarkən rəqs edilə biləcək və əsasən çox cəld olan bir rəqs növü olaraq qeyd etmişdir.
Dara
Dara bu mənalarda gələ bilər: I Dara — Əhəməni hökmdarları. II Dara — Əhəməni hökmdarları. III Dara — Əhəməni hökmdarları.
Kara
Kara — qızlardan ibarət Koreya musiqi qrupudur. Girls Generation musiqi qrupu 5 üzvdən ibarətdir. Qrup 2007-ci ildə qurulub.
Nara
Nara (şəhər)
Para
Para (port. Pará) — Braziliyanın şimalında yerləşən ştat. Şimalda Amapa ştatı, Qayana və Surinam, şərqdə Maranyan və Tokantins, cənubda Matu-Qrosu, qərbdə Amazonas və Rorayma ştatları ilə sərhədlənir. Şimal-şərqdən Atlantik okean ilə sərhədlənir. İnzibati mərkəzi Belen şəhəridir. Para sahəsinə görə Braziliyanın ikinci böyük ştatıdır. == Coğrafiyası == Ərazisinin böyük qismi düzənlikdən ibarətdir. Az bir qismi isə dağ çöllərinon payına düşür. Bu isə Qviana və Braziliya platosuna daxildir. Ən dayaz nöqtələrdə Amazon meşələri yayılmışdır.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Sara
Sara (film, 1992)
Ayumi Hara
Ayumi Hara (d. 21 fevral 1979) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib, 2 qol vurub.
Bara Din
Bara din — Bara Din, Pakistanda hər il dekabrın 25-də Cinnahın xatirəsinə təşkil olunan bir tətildir. Milad ilə eyni vaxtda, urdu və pəncab dilində "Böyük gün" mənasını verir. Qeyd etmələr həm Pakistan, həm də Hindistanda yaşayan Milad qeyd etməyən qeyri-xristianlar üçün alternativdir.
Belen (Para)
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Corcia Lara
Corcia Lara (31 may 1980, Afina) — Yunanıstanı təmsil edən su poloçusu. == Karyerası == Corcia Lara, Yunanıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasına 10:11 hesabı ilə məğlub olan Yunanıstan yığması, Afina Olimpiadasını gümüş medalına sahib oldu. Daha sonra Corcia Lara, Yunanıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Yunanıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını 8-ci pillədə başa vurdu.
Dara Şükuh
Sultan Məhəmməd Dara Şükuh (20 mart 1615 və ya 1615, Acmer – 30 avqust 1659 və ya 1659, Dehli) — Böyük Moğol İmperiyasının sultanı Şahcahanın oğlu, Allahabadın söbədarı. == Həyatı == 20 mart 1615-ci ildə Əcmir yaxınlarında doğulmuşdu. Şahcahanın böyük oğludur. Anası, xatirəsinə Tac Mahal inşa edilən və daha çox Mümtaz Mahal deyə anılan Ərcümənd Banu Bəyimdir. Muhamməd Dara gələnəğə uygun olaraq İslami təlim-tərbiyə gördü; Ərəbcə, Farsca və Sanskritcə öyrəndi. Özəlliklə nəzari elimlərlə ilgiləndi, dini və təsəvvufi bilgisini təkviyə etmək üçün bu sahədəki əsərlərin bəlli başlılarını incələdi. Ona ilahi bilgi və ilhamın verildiyi inancı ilə bu yoldakı çalışmalarını daha da artdırdı. Şahzadə Dara Şükuh 1633-cü ildə 12.000 "zat" (6000 "süvarilik") bir mənsəbə sahib idi. Eyni il Səfəvilərin Qəndəharı təhdid etmələri və bunu 1642-ci ildə təkrarlamaları üzərinə şəhəri müdafiə etməyə gedən orduda ona önəmsiz bir komandanlıq verilmişdi. 1645-ci ildə Allahabad söbədarlığına (valilik) gətirildi.
Eyyub Qara
Eyyub Qara (ivr. ‏איוב קרא‏‎; 12 mart 1955) — İsrail siyasətçisi və ictimai xadimi. O, 15, 16, 18, 19 və 20-ci çağırış Knessetin üzvü olmuşdur. Qara 15-ci çağırışda Knessetin vitse-prezidenti vəzifəsində çalışmışdır. O, İsrailin 32-ci hökumətində Negev və Qalileyanın inkişafı üzrə nazir müavini vəzifəsində çalışmışdır. Qara 28 may 2017-ci ildə rabitə naziri vəzifəsinə təyin edilmişdir.
Hacı Qara
Yaşayış məntəqələriHacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Hiromi Hara
Hiromi Hara (d. 19 oktyabr 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 75 oyun keçirib, 37 qol vurub.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
III Dara
III Dara (e.ə. 380 – e.ə. 330, Baktriya) — Əhəməni dövlətinin sonuncu şahənşahı (E.ə. 336-330-cu illər). == Həyatı == Əhəmənilər sülaləsinin sonuncu hökmdarı bir çox qardaşlarını güdaza verən, cinsindən və yaşından asılı olmayaraq bütün qohum-əqrəbasını tələf edən qanlı müstəbid III Artakserks Əhəmənilər imperiyanın ömrünü bir neçə il uzatmışdı. III Artakserks mərkəzi hakimiyyəti müəyyən dərəcədə möhkəmlətməyə müvəffəq oldu, lakin e.ə. 338-ci ildə zəhərlə öldürüldü. Şah ailəsi demək olar tamamilə tələf edildikdən sonra, e.ə. 336-ci ildə İran şahənşahının taxtında Əhəməni sülaləsinin yan şaxələrindən birinin nümayəndəsi olan Kodoman əyləşdirildi. III Dara adını qəbul edən bu şahın hökmranlığının tarixi Makedoniyalı Aleksandrın yunan-Makedoniya qoşunlarının zərbələri altında böyük İran dövlətinin məhv olması tarixidir.
II Dara
II Dara, (II Dara Oxus); (e.ə. 475 – e.ə. 404, Babil) — 423-404-cü illərdə Əhəmənilər şahənşahı. I Artakserksin yunan cariyəsi Kosmartidenadan olan oğlu. Hakimiyyətə gələnə qədər adı Oks idi və 423-cü ildə II Dara adını götürdü. Yunanlarla müharibələr etmişdir, hakimiyyəti dövründə 405-ci ildə Misirdə üsyan baş vermişdir. 404-cü ildə Babildə ölmüşdür.
I Dara
Böyük Dara (E.ə. 549 - E.ə. 485, Qədim Farsca: 𐎭𐎠𐎼𐎹𐎺𐎢𐏁, Xerxes Dārayawauš) — E.ə. 522 - E.ə. 485 illər arasında İranı idarə edən imperator. Müasir fars dilində adı داریوش (Dâryûsh), İbranicə mənbələrdə דַּרְיָוֶשׁ (Daryaweş) Antik Yunancada Δαρεῖος(Darios), Latınca və Romalı tarixçilərin qeydlərində isə Darius formasında keçir. Ayrıca Darius apardığı fəthlər ilə farslar üçün çox önəmli sayılır. Dārayava(h)uš == Həyatı == I Dara e.ə.522-486-cı illərdə Əhəmənilər dövlətinin hökmdarı olub. Onun dövründə İran dünyanın ən güclü dövləti idi. Bu dövlət Egey dənizindən Hind çayına qədər və Qafqaz dağlarından Həbəşistana qədər əraziləri əhatə edirdi.
Kara-Kul
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" - qara, "Kul" - göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur. == Əhalisi == 2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər . == Coğrafiyası == Kara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek - Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir. == Tarixi == Kara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir . 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi. == Coğrafiyası == Şimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır.Kara-Kul şəhərinin yaxınlığında Toktoqul SES-nın istinad divarları yerləşir.
Kara-angolam
Alangium (lat. Alangium) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinə aid bitki cinsi.
Kara (albom)
Kara - Türk müğənni və bəstəkarı Soner Sarıkabadayının debut albomu. == Albom haqqında == 2010-cu ildə Buz adlı mahnısı ilə hitə çevrilən və ən əsası onu tanıtdıran Soner Sarıkabadayının ilk albomu Kara ifaçı üçün musiqi karyerasına bir başlanğıc olub. İfaçının Kara albomunu dinləyəndə tanıdığınız klassik pop albomlarından fərqli olduğunu anlaya bilərsiniz. Albomda 10 mahnı və 3 sound mix yer alıb. Albomun prodüsserliyi Naci Bayşu, digər təşkilat işləri Mehmet Çelik və Gökhan Turan tərəfindən aparılmışdır. Gün Doğmaz, Yanıyorum, Arama, Alev Alev, Yalan Değil, Adalatin albomun seçilən mahnılarındandır. Kara albomuna adını verən və klip çəkilən mahnı həm də çıxış sinqlıdır. Albom 2001-ci ildə Bay Müzik etiketi ilə yayımlansa da 2010-cu ildə Esen Müzik etiketi ilə yenidən CD şəklində satışa çıxarılmışdır.
Kara Bono
Kara Bono (ing. Cara Buono; 1 mart 1974 və ya 1 mart 1971, Bronks, Nyu-York ştatı) — amerikalı aktrisa. Əsasən Qəribə şeylər (2016-cı ildən) serialı və Halk (2003) filmi ilə tanınır. == Həyatı və təhsili == Bono 1 mart 1974-cü ildə Nyu-York şəhərinin Bronks bölgəsində italyan ailədə dünyaya gəlmişdir. İki qardaşı və bir bacısı var.Bono Forelle Laquardiya tam orta məktəbində təhsilini almışdır. Daha sonra isə Kolumbiya Universitetində ingilis dilində siyasət ixtisasında bakalavr təhsili almışdır. Bakalavr diplomunu üç ildə əldə etmişdir. == Karyerası == Bono ilk aktrisalıq təcrübəsini 12 yaşında "Kabus ev" tamaşasında yaşamışdır.Bono film karyerasına Etan Hok və Ceremi Ayrons ilə brilikdə "Su ölkəsi" filmində başlamışdır. Yer aldığı digər filmlərin siyahısında "Növbəti dayanacaq möcüzələr ölkəsi" (1998),"Çatni popkorn" (1999), "İki Nina" (1999) və "Xoşbəxt qəzalar" (2000) yer alır. 1999-cu ildə "Qəlbimin dərinliklərində" adlı telefilmdə gənc qız Cerri Kammins rolunda kiçik səhnədə yer almışdır.
Kara dənizi
Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır. == Fiziki-coğrafi vəziyyət == Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub. Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir. Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir.
Lara Fabian
Lara Fabian (fr. Lara Fabian, əsl soyadı Krokart (nid. Crokaert, Fabian isə anasının qızlıq familiyasıdır; 9 yanvar 1970) — fransız dilli müğənni. Onun fransız, ingilis, ispan, portuqal, rus və s. dillərində mahnıları var. == Həyatı == Lara Fabian 9 yanvar 1970-ci ildə Brüssel yaxınlığındakı Etterbek kommunasında anadan olmuşdur.