Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
DMOZ
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. == Tarixi == Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. == Ümumi məlumat == Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Evaz
Evaz-İranın Fars ostanının Laristan şəhristanının Evaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,315 nəfər və 3,297 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Əçomi xalqından ibarətdir, Açomi dilində danışırlar və şafi sünni müsəlmandırlar.
Evoj
Evoj (fr. Évosges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01155. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 85 yaş arasında (15-64 yaş arasında) 71 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 83,5%, 1999-cu ildə 70,7%). 71 aktiv sakindən 63 nəfər (32 kişi və 31 qadın), 8 nəfər işsiz (4 kişi və 4 qadın) işlədi. Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 7 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kröz
Kröz (fr. Creuse, oks. Cruesa) — Fransa mərkəzində yerləşən , Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 23. İnzibati mərkəzi — Qere. Əhalisi — 127 919 nəfərdir (departamentlər arasında 100-cü yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi 5565 km²dir. Departament vasitəsilə Kröz çayı və onun bir neçə qolu axır. Departamentə 2 rayon, 27 kanton və 260 kommun daxildir. == Tarixi == Kröz — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı meydana çıxan ilk 83 departamentdən biridir.
Lvov
Lvov (ukr. Львів) — Ukraynanın Lvov vilayətinin inzibati mərkəzi. Ölkənin milli-mədəni və elmi-təhsil mərkəzidir, həmçinin böyük sənaye mərkəzi və nəqliyyat qovşağıdır. Qalitsiyanın və Qərbi Ukraynanın paytaxtı hesab edilir. Lvovun sahəsi təxminən 180 km²-dir. == Adı == Rus mənbələrinə görə Lvov şəhərin adını knyaz Danilo Qalitski öz Lev adlı oğlunun şərəfinə qoyub. Tarix boyu bu şəhər rəsmi olaraq adını dəyişməyib, lakin müxtəlif dillərədə bu şəhərin adı bu cür fərqlənir: ukr. Львів (Lviv), pol. Lwów, rus. Львов (Lvov), alm.
Mioz
Mioz (miosis: yun. μείωσις — kiçilmə, daralma) — göz bəbəyinin (diametri 2,5 mm dən az) daralması. Göz bəbəyini daraldan əzələnin yığılmasından ya da göz bəbəyini genişləndirən əzələnin iflicindən əmələ gəlir.
Nivoz
Nivoz (fr. nivôse, lat. nivosus — qarlı) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş, 1793 cü ilin oktyabrından 1 yanvar 1806 cı ilə qədər qüvvədə olmuş təqvimə əsasən IV ay (21/23 dekabr — 19/21 yanvar) .
Ptoz
Ptozu (yun. πτῶσις — düşmə) Yuxarı göz qapağının düşməsi ya sallanması Çəpgözlük İki görmə Gözün qıcıqlanması Gözün tam qapana bilməməsi Göz qapağının açıq saxlamaq üçün daim gərginlikdən yorulma Göz qapağının bir və iki tərəfdə sallanması Bir və ikitərəfli Anadangəlmə və qazanılma Tam və natamam Anadangəlmə ptoza səbəb göz qapağını qaldıran əzələnin ya olmaması ya da inkişafdan qalmasıdır. Qazanılmış ptozlara səbəb göz qapağını qaldıran əzələni innervasiya edən sinir liflərinin, gözün hərəki sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir. Botoks inyeksiyasından sonrakı yatrogen fəsad Əsas xəstəliyin ya patoloji halın aradan qaldırılması. Cərrahi müdaxilə Horner sindromu "Ptoz əlamətləri". 2010-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
Svop
Svop (ing. swap — dəyişmə, mübadilə) — mübadilə əməliyyatıdır ki, qiymətli kağızların, valyutanın və s. alışı (satqısı) haqqında sövdələşmənin bağlanması eyni və ya digər şərtlərlə müəyyən vaxtdan sonra onların əks satışı (alışı) haqqında sövdənin bağlanması ilə müşayiət olunur. Hecirləmə məqsədilə bağlanılan öhdəliklərin və ya aktivlərin mübadiləsi haqqında saziş svoplar haqqında saziş. Bir qayda olaraq, svoplar haqqında saziş bankla və onun müştəriləri arasında bağlanır. Valyuta və faiz svopları, eləcə də onların kombinasiyası (valyuta, faiz svopu) haqqında sazişlər daha çox yayılmışdır. Valyuta svopu haqqında sazişə görə, bank hər hansı valyutada borca xidmət göstərmənin dəyərinin bank tərəfindən ödənilməsi əvəzinə, müştərinin borcuna görə bütün gələcək tədiyələrin milli valyutada həyata keçirilməsini öhdəsinə götürür. Valyuta svopları haqqında ilk sazişlər Böyük Britaniyada bağlanmışdır. Bir çox illər ərzində Britaniya hökuməti xarici investisiya qoyulması üçün bu ölkənin firmaları tərəfindən xarici valyutanın alınmasını məhdudlaşdırmışdı. Bu məhdudiyyətlər bir çox firmaları kompensasiya kreditləri haqqında sazişin bağlanmasına sövq etdi.
Ucoz
uCoz — 29 oktyabr 2005-ci ildə yaradılmış, Web 2.0 prinsip əsasında və SaaS platformada fəaliyyət göstərən sistemdir. Ona saytın pulsuz idarəetmə sistemi və qeyri-məhdud disk məkanı olan hostinq daxildir.. İndiyə kimi sistemdə bir milliondan artiq sayt yaradılıb. uCoz.ru rusiyanın 14 ən popular saytlardan biridirAlexa Internet. Sistem çıxış kodunun bağlılığına sahib olmaqla, server skriptlərinin və verilənlər bazasının yüklənməsi imkanlarının yoxluğu ilə digərlərdən seçilir. Lakin bu, PHP, Perl və ASP-dən istifadənin qeyri-mümkünlüyü və saytın uCoz-dan digər platformaya keçidin çətinliyi ilə əlaqədar bir sıra əlverişsiz şərait ortaya qoyur. uCoz sistemi bir neçə dilə tərcümə olunub, özü "olduğu kimi" şəklində pulsuz rejimdə təqdim olunur və istənilən istifadəçinin onun imkanlarını öyrənib test keçirməsınə şərait yaradır. Bundan istənilən şəxs yararlanmaq arzusunda olarsa, vaxt qeyri-məhduddur. Lakin bu rejimdə yaradılan saytlarda sistemə aid olan reklam və müəllif hüquqları haqqinda məlumat yerləşəcək. Bunları sistemin lisenziyasını almaqdan sonra aradan qaldırmaq olar.
VTOL
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Veyz
𐕛 (səslənməsi /v/, transkripsiyası V, v) — Alban əlifbasının 44-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Վէզ (Vēz) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki V səsi ilə eyniləşdirirlər. Bu hərfə alban dilindəki orijinal sözlərdə adətən ilk hərf kimi rast gəlinsə də, ortada və sonda çox nadir hallarda görmək mümkündür.
Vivo
Vivo Communication Technology Co. Ltd. — Çin texnologiya şirkəti. Dünyanın ən böyük smartfon istehsalçılarından biridir. Vivo 2009-cu ildə Çində yaradılıb. Şirkət 2012-ci ildə "Vivo X1" smartfonunu təqdim edir. 2014-cü ildən başlayaraq xarici bazarlara inteqrasiya edən Vivo, Hindistan və Cənub-Şərqi Asiya ölkələrində fəaliyyətə başlayır. 2017-ci ildə Vivo FIFA-nın Rəsmi Sponsoru olur. Forbes nəşrinin məlumatına görə şirkət, bu razılaşma üçun ildə 60 milyon avroya qədər reklam üçün pul ödəyəcək. 2017-ci ilin birinci rübünün nəticələrinə görə Vivo 600,2 milyon smartfon satır.
Vyor
Vyör (fr. Vieure) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03312. 2008-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 137 nəfər (15-64 yaş) arasında 107 nəfər iqtisadi fəal, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78.1%, 1999-cu ildə 66.5%). Aktiv fəaliyyət göstərən 107 nəfərdən 97 nəfər (57 kişi və 40 qadın), 10 nəfər işsizdir (4 kişi və 6 qadın). 30 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 9 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Üvəz
Quşarmudu (lat. Sorbus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanın dağ-meşə rayonlarında quşarmudunun 11 növü yayılmışdır.
Əvəz
Əvəz — kişi adı. Əvəz Şükürov — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1994–1995). Əvəz Qurbanlı — şair, yazıçı və jurnalist Əvəz Verdiyev — Sovet İttifaqı Qəhrəmanı.
Ovod
Ovod (ing. Gadfly) — irland yazıçısı Etel Lilian Voyniç tərəfindən yazılmış roman. Roman 1897-ci ildə ABŞ-də nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. "Ovod" romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Azərbaycan dilində "Atmilçəyi" adı ilə də tərcümə və nəşr edilib. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. "Ovod" (Atmilçəyi və ya Mozalan) təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir.
En Vivo
En Vivo – Amerikalı pop qrupu Ha*Ashın 2-cü canlı albomudur. 6 dekabr 2017-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. = Albomdakı mahhnılar = == CD1 == == CD2 == == DVD == == Mənbə == En Vivo - Genius.
Faizli svop
Hövz mahalı
Hövz və ya Hovuz mahalı — Şirvan xanlığının inzibati ərazilərindən biri. == Tarixi == Ağsu və İsmayıllı rayonlarının ərazisində mövcud olmuşdur. Mahalın naibi Mərdan bəy idi. == Əhalisi == Burada 1821-ci ildə 1 oba (Alpout) və 38 kənddə (Basqal, Zərgəran, Tircan, Pirəbülqasım, Keyvəndi, Mücülü, Sərdahar, Zərnava, Gəndəxanı, Biznan, Kürdivan, Tağlabiyan, Zeyvə, Hinqar, Bilistan, Nüydi, Kəlfərəc, Sulut, Kalva, Sarsura, Kiçitan, Muğanlı, Varna, Qalazeyvə, Göylüc, Şamdalan, Pirqaraçuxa, Bəyliyan, Girdə, Gürcivan, Yenikənd, Nuran, Zərqava, Xasıdərə, Şəbiyan, Surxanı, Çiyni, Acıdərə) 641 ailə yaşayırdı. == İqtisadiyyatı == Hovuz mahalının sakinləri əkinçilik, bağçılıq, kömürçülük, ipəkçilik, kələğayı toxuculuğu, sərraclıq, çarvədarlıq, ticarət, misgərlik, dəmirçilik, papaqçılıq, dabbaqlıq, əyiricilik, xarratlıq, bənnalıq, boyaqçılıq, həkimliklə məşğul olurdular. == İstinadlar == == Həmçinin bax == Şirvan xanlığı == Xarici keçidlər == Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru. "Şirvan xanlığının süqutu: özündən sonra qalanlar…" (az.). Musavat.az. İstifadə tarixi: 2017-04-03. Fariz Xəlilli-Tarix üzrə fəlsəfə doktoru.
Komu Vnız
Komu Vnız (ukr. Кому Вниз) - 1988-ci ildə Kiyevda yaranmış Ukraynanın rok qrupudur.
Lvov tarixi
Lvov — əsrlər boyu bölgənin elmi, mədəni və milli mərkəzi olmaqla Qərbi Ukraynanın ən böyük şəhəri. Qədim dövrlərdə Qalisiya-Volın dövlətinin paytaxtı, daha sonra isə Rusiya voyevodasının, Qalisiya və Lodomeriya krallığının inzibati mərkəzi olmuşdur. 1918-ci ildə Qərbi Ukrayna xalq respublikasının paytaxtı olmuşdur. Şəhər Polşa Respublikasının tərkibinə daxil olduqdan sonra, Lvov eyniadlı vilayətin mərkəzinə çevrildi. İkinci Dünya müharibəsində ilk növbədə sovet ordusu tərəfindən, sonra isə alman ordusu tərəfindən ələ keçirildi. Müharibədən sonrakı dövrdə Sovet İttifaqının tərkibinə qatıldı. 1991-ci ildən - müstəqil Ukraynanın Lvov vilayətinin inzibati mərkəzidir. Lvovun inkişaf tarixinin bütün mərhələlərini nəzərə alaraq, şəhərin inkişafında öz ruhunu formalaşdıra Lvov memarlığında ən azı dörd növü görə bilərik: şəhərin əsas tonlarını müəyyən edən Rus memarlığı, böyük ticarət yolu şəhəri olan Renessans Lvovu, Sessesiya (lat. secessio — tərk etmə; secedo — tərk edirəm sözündən) — üç şəhərin (ukrayn, polyak və yəhudi) milli dirçəlişi və eləcə də Ukrayna və Polşanın milli müqavimətinin şəhəri. Lviv multikultural irsi olan şəhəridir.
Lvov vilayəti
Lvov oblastı (ukr. Львівська область, Lvivska oblast) — Ukraynada ərazi vahidi. Ukraynanın qərb hissəsində yer alan Lvov, Karpat dağlarının zirvələrindən Buq Çayı hövzəsinə qədər uzanır və bu iki bölgə arasındakı Yuxarı Dnestr Çayı vadisi ilə Roztocze Yaylasını əhatə edir.