Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Votum
Votum (lat. votum, voturn — istək, iradə) — səsvermə ilə ifadə edilən fikirdir. Bir sıra ölkələrin parlament təcrübəsində hökumətin və ya nazirin fəaliyyətinin təsdiqlənməsi və ya rədd edilməsi bu şəkildə ifadə edilir (etimad votumu və etimadsızlıq votumu). Etimadsızlıq votumunda hökumət və ya nazir istefaya gedir. Votumdan həmçinin Konstitusiyaya dəyişikliklərdə istifadə olunur. Bu halda, ikiqat votumdan istifadə edilə bilər, yəni cəhdlər etməklə zaman aralığında eyni məsələ barədə iki dəfə səs vermək.
Batum
Batumi (gürc. ბათუმი; 1936-cı ilə qədər Batum) və ya Batum— Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtı. Şəhərin əhalisi 152 839 nəfərdir (2014). Turizm mərkəzi olan Batuminin əhalisi yay aylarında 400 000 min nəfərə çatır. Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır. == Tarixi == Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Bitum
Bitum — karbohidrogenlərdən və onların oksigenli, kükürdlü, azotlu törəmələrindən ibarət qatrana oxşar təbii və ya süni mürəkkəb üzvü maddələrin ümumi adı. İki növə bölünür – süni və təbii. Bərk və özlü neft bitumları yer qabığında qumdaşı və əhəngdaşı laylarına hoparaq həmçinin çatları dolduraraq yataqlar əmələ gətirir. Bitum yataqları neftli, qazlı sahələrlə əlaqədardır. Süni (texniki bitum) əsasən, tərkibində asfalt–qatran maddələri çox olan ağır neft qalıqlarını (mazut, qudron və s.) 300 – 350 °C-də yüksək vakuumda distillə etməklə və neft emalı qalıqlarını (qudron və s.) 260 – 280 °C-də havanın oksigeni ilə oksidləşdirməklə alınır. Bitum adətən yol inşaatında, plastik kütlə və s. hazırlanmasında işlədilir. Sənayedə işlədilən bitumun ümumi miqdarının 90%-i süni bitum növlərinin payına düşür. == Bitum == Bu məfhum müxtəlif məna daşısa da çox hallarda neft və onun törəmə məhsullarının adlandırılmasında istifadə olunur. Qədim zamanlarda bitum deyildikdə meftin bərk və qatı xəmirəbənzər foması başa düşülürdü.
Boxum
Boxum (alm. Bochum‎) — Almaniyada şəhər. Əhalisinin sayına görə (365.742) Almaniyanın 16-cı ən böyük şəhəridir.
Doğum
Doğum — hamiləliyin başa çatması və döl, cift, döl qişalarının ana orqanizmindən ayrılaraq, təbii doğum yollarından keçməsi ilə müşayiət olunan mürəkkəb fizioloji proses. Doğum populyasiyada vahid zaman ərzində orqanizmin yeni fərdlərinin həyata gəlməsi hadisəsi, yəni doğum əmələ gəlir. Yeni fərdlərin əmələ gəlməsi yumurtadan çıxma, toxumla cücərmə və bölünmə yolu ilə ola bilər. Zaman vahidi ərzində doğulanların sayı sabit kəmiyyət olmayıb populyasiyanın fərdlərinin ölçü və yaşından, həm də mühit şəraitindən asılı olaraq dəyişir. Doğum çox olduqda ərazi vahidinə düşən fərdlərin sayı artaraq sıxlığı yüksəlir. Bu zaman ərazi, dişilər və yem üstündə fərdlərarası rəqabət güclənir. Nəticədə fərdlər arasında ölüm halları artır.
Jotun
Jotun A/S və ya Jotun Group, Norveçdə qurulmuş, kimya sektorunda fəaliyyət göstərən çox millətli şirkət. Mərkəzi Norveçin Sandefjord şəhərində tapılar.
Kostum
Kostyum — klassik kişi və ya qadın geyimi. İnsanlar müxtəlif paltarlardan istədiyi kimi yararlana və müasir dəbə uyğun geyinə bilər. Lakin xüsusi şəxslər vardır ki, əsasən də daha yüksək cəmiyyətin nümayəndələri geyimlərinə ciddi yanaşır və ən xırda detalı belə nəzərdən qaçırmırlar. Onlar gecə keçirilən mərasimlərin hamısına uyğun paltarlar hazırlayırlar. Yəqin ki, bunların içərisində ən çətin tikilənlərdən biri kostumdur. Məhz buna görə də bu geyim növünə daha çox diqqət ayrılır. == Kostyumun tarixi == Kostumun tarixi İngiltərədən başlayır, hansı ki, XIX əsrdən formalaşmış və həmin dövrdə "siqaret çəkənlər kurtkası" – "smoking jacket" kimi dəyərləndirilmişdir. Bu səbəbdən kurtka çox soyuq idi, daha əvvəllər isə isti forması da yaradılmışdı. Atlasdan hazırlanan geyim özündə qoxu saxlamırdı. Yeməkdən sonra kişilər adətən siqaret çəkmək üçün qadınlardan uzaq bir yerə yığışardılar.
Kotam
Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır. == Tarixi == Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir. == Əhalisi == Əhalisi 410 nəfərdir.Kəndin əhalisi 1958 ci ildə Yuxarı Kotam adlanan ərazidən köçüb gəlib yeni Kotamda məskunlaşmışdır.Kəndin əhalisinin 20 ci əsrdə ermənistanın təcavüzkar siyasəti nəticəsində Sisian və Qafan rayonlarından köçüb gəldikləri güman edilir. == İqtisadiyyatı == Əhalisi bağçılıq,əkinçilik,arıçılıq,kiçikbuynuzlu heyvandarlıq və.s məşğuldur.Əsasəndə bu kənddə arıçılıq inkişaf etmişdir.Arıçılıq köçmə(yerdəyişikliyinə əsasən) təsərrüfat sahəsidir.Yayda arıları Yuxarı Kotam deyilən əraziyə aparırlar.Ora iqliminə,təbiətinə nisbətən yaxşı ərazidi.Qışda isə əsasən həyətyanı sahələrdə baxılır.Həmçinin Kotam kəndində xurnik,əncir,nar kimi meyvələrin ağacları geniş yayılmışdır.Naxçıvan Muxtar Respublikasının xüsusilə əncir ehtiyyatlarının (daxili bazara çıxarılan)yarıdan çoxunu bu kənd qarşılayır. == İnfrastrukturu == Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
Kvorum
Kvorum – [lat. quorum – kafilik, yetərlilik, məqbulluluq, kifayətlilik] Yığıncağı səlahiyyətli hesab etmək üçün iştirakçıların zəruri sayı. Kvorum adətən qanunla və yaxud təşkilatların nizamnaməsində müəyyən edilir; Iclasın səlahiyyətlərini, hüquqiliyini tanımaqdan ötrü iştirakçıların sayı; Qəbul edilən qərarların qanuni olması üçün hər hansı bir yığıncaqda, toplantıda iştirak edənlərin zəruri sayı (yetərsay); Yetərsay, yetərsəs. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. == Xarici keçidlər == What is Quorum?
Kütüm
Kütüm və ya Ziyad balığı (lat. Rutilus frisii kutum) — Xəzər dənizində, duzsuz və az duzlu suda yaşayan balıqdır. Azərbaycanın və İranın Xəzər sahillərində tutulur. Balığın əti və kürüsü delikates hesab olunur. Azərbaycanda kütümdən Kütüm küküsü və Kütüm ləvəngisi hazırlanır. Sümüklü balıqdır. == Yayılması == Xəzərin cənubi-qərbində yaşayan əhalinin ən sevimli balığı olan kütüm yalnız Xəzər dənizində yayılmışdır. Ətindən təzə, hisə verilmiş və duzlanaraq qurudulmuş halda istifadə olunur. Kütümün Xəzər dənizi Xəzərdə arealı Terek çayından başlamış Qorqan körfəzinə qədər olan ərazini əhatə edir. İl ərzində Orta və Cənubi Xəzərin qərb sahili boyu 9–24 m dərinliklər kütümün ən çox yayıldığı zonalardır.
Lokum
Lokum və ya loqum (/lɔ.kʊm/) nişasta və şəkərdən ibarət gel əsasında qənnadı məmulatları ailəsi. Məşhur növlər əsasən doğranmış xurma, püstə, fındıq və ya gel ilə bağlanmış qozdan ibarətdir. Ənənəvi növlər tez-tez qızılgül suyu, mastik saqqızı, berqamot portağalı və ya limonla ətirlənir. Digər ümumi ləzzətlərə darçın və nanə daxildir. Şirniyyat tez-tez qablaşdırılır və yapışmasının qarşısını almaq üçün şəkər tozu, kopra və ya tartar tozu ilə tozlanmış kiçik kublar şəklində yeyilir. İstehsal prosesində sabunotu emulsiyalaşdırıcı əlavə kimi istifadə edilə bilər. Lokumun mənşəyi dəqiq bilinməsə də, şirniyyatın XVIII əsrin sonlarından etibarən Osmanlı imperiyasında, Yunanıstanda, Kiçik Asiyada və Səfəvi Azərbaycanında istehsal edildiyi məlumdur.
Loqum
Lotus
Lotus (lat. Lotus) — paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Loxum
Lokum və ya loqum (/lɔ.kʊm/) nişasta və şəkərdən ibarət gel əsasında qənnadı məmulatları ailəsi. Məşhur növlər əsasən doğranmış xurma, püstə, fındıq və ya gel ilə bağlanmış qozdan ibarətdir. Ənənəvi növlər tez-tez qızılgül suyu, mastik saqqızı, berqamot portağalı və ya limonla ətirlənir. Digər ümumi ləzzətlərə darçın və nanə daxildir. Şirniyyat tez-tez qablaşdırılır və yapışmasının qarşısını almaq üçün şəkər tozu, kopra və ya tartar tozu ilə tozlanmış kiçik kublar şəklində yeyilir. İstehsal prosesində sabunotu emulsiyalaşdırıcı əlavə kimi istifadə edilə bilər. Lokumun mənşəyi dəqiq bilinməsə də, şirniyyatın XVIII əsrin sonlarından etibarən Osmanlı imperiyasında, Yunanıstanda, Kiçik Asiyada və Səfəvi Azərbaycanında istehsal edildiyi məlumdur.
Qohum
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Qotur
Qotur, qoturluq (lat. scabies) — qoturluq gənəsi Sarcoptes scabiei vasitəsilə yoluxulan dəri xəstəliyi. Davamlı birbaşa təmasda olduqda insandan insana keçir.
Qotuz
Qotuz - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. 1577-ci ildə Şah II Ismayılın fərmanında Çuxur Sə'd mahalında Kutuzvəng kəndinin adı qeyd olunur . Qotuz dağının adındandır. Qotuz dağı. XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qotuz - Köy kənd xarabalığının adı ilə mə'naca eynidir. Türk dillərində kut, qut qışlaqda "düşərgə", "dayanacaq", "qutan" sözündən və yunanca "us" şəkilçisindən ibarətdir.
Toxum
Toxum – çiçəkli bitkilərin inkişafında əsas rol oynayan müstəqil çoxalma orqanıdır. Toxumun içərisində rüşeym, onun da ətrafında rüşeymin müvəqqəti qidasını təşkil edən ehtiyat maddəsi olur. Hər toxum xaricdən qabıqla örtülür. Toxumun xarici qabıq hissəsi müxtəlif sərtlikdə və rəngdə, səthi isə çopur, qırışıq, hamar, kələ-kötür, tikanlı, tüklü ola bilir. Çiçəkli bitkilər örtülü toxumlu bitkilər adlanır. Buna səbəb toxumun tozlanma və mayalanma nəticəsində əsas bitkidə qapalı yumurtalıqda əmələ gəlməsi və ilk inkişafını yumurtalıqda əsas bitki üzərində keçirməsidir. Toxumlar böyüklüyünə və çəkilərinə görə, eləcə də birləpəli və ikiləpəli olduqları üçün çox müxtəlifdir. Onlar cürbəcür rəngdə və formada olur. Toxumdakı ləpə xaricdən qabıqla örtülmüşdür. Qabıq toxumu xarici təsirlərdən qorumaqla yanaşı onun tamlığını təmin edir.
Çorum
Çorum — Türkiyənin Çorum ilinin inzibati mərkəzi.
Çotur
Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 9 km cənub-qərbdə yerləşir. Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim türk dilində "uc", "kənar" mənasında işlənən "çotur" sözü əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarameç qoyulmuşdur.
Öptüm
Öptüm - Sezən Aksunun 2011-ci il mayın 15-də yayınlanan studiya albomudur. Albomda Camal Sürəyanın "Sayım" adlı şeiri də yer alır.
Şötük
Şötük — ən çox quzu və dəvə yunundan, eləcə də zərif qoyun yunundan hazırlanmış ipliklərdən hörülən əşya. Şötükdən ulaq və qəflə-qatırı alıqlamaq üçün istifadə olunardı. Hörülmə üsulu çatıda olduğu kimi yerinə yetirilsədə çatıya nisbətən boş hörülərdi. Şötük hazırlandıqdan sonra bir ucuna doğanaq tikilərdi.
Dözüm
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M. P. Vaqif. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M. Rahim.
Kontum
Kontum (vyet. Kon Tum) — Vyetnamın mərkəzi dağlıq hissəsində vilayət tabeliyində olan şəhər, Kontum vilayətinin inzibati mərkəzi. == Əhalisi == Şəhərin əhalisi 143,467 nəfərdir. Onlardan 41,990 nəfəri etnik azlıqlardır ki, bu da təxminən əhalinin 29,26%-ni təşkil edir.
Galium verum subsp. verum