Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Otuz
Otuz — say sistemində ədədlərdən biridir. İyirmi doqquzdan sonra, otuz birdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 3, 5, 6, 10, 15 və 30 ədədlərinə qalıqsız bölünür.
Otuz altı
Otuz altı — say sistemində ədədlərdən biridir. Otuz beşdən sonra, otuz yeddidən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz beş
Otuz beş — say sistemində ədədlərdən biridir. Otuz dörddən sonra, otuz altıdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz beş ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz bir
Otuz bir — say sistemində ədədlərdən biridir. Otuzdan sonra, otuz ikidən əvvəl gəlir. == Riyaziyyatda == === Say sistemində === Otuz bir ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz doqquz
Otuz doqquz — say sistemində ədədlərdən biridir. Otuz səkkizdən sonra, qırxdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Otuz doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Otuz dörd
Otuz dörd — say sistemində ədədlərdən biridir. Otuz üçdən sonra, otuz beşdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz dörd ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir. Belə ki, 1, 2, 17 və 34 ədədlərinə qalıqsız bölünür.
Otuz iki
Otuz iki — say sistemində ədədlərdən biridir. Otuz birdən sonra, otuz üçdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz iki ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz səkkiz
Otuz səkkiz — say sistemində ədədlərdən biridir. Otuz yeddidən sonra, otuz doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz üç
Otuz üç — say sistemində ədədlərdən biridir. Otuz ikidən sonra, otuz dörddən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === === Say sistemində === Otuz üç ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Tuz gölü
Tuz gölü (türk. Tuz Gölü) — Türkiyənin ikinci ən böyük gölü. Gölün duzluluğu 340 ‰-dir. Anadolunun mərkəzində, Konyadan 105 km şimal-şərqdə və Ankaradan 150 km cənub-şərqdə yerləşir. Strabon Qalatiya və Kapadokiya sərhədindəki Tatta gölündən bəhs edərkən bu gölü nəzərdə tuturmuş. İlin çox hissəsi dayazdır (1-2 m) və duz gölünün sahəsi 1500 km²-dir. Adətən uzunluğu 80 km və eni 50 km olur. Dəniz səviyyəsindən 905 m yüksəkdədir. Göl Türkiyənin mərkəzi platosundakı tektonik çuxuru doldurur. Gölə iki böyük dərə axır amma göl əsasən yeraltı mənbələrdən və yağışla qidalanır.
Otuz altı stratagem
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat. Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
Otuz altı stratagema
Otuz altı stratagema (çin. ənən. 三十六計, çin. sadə. 三十六计, pinyin: sān-shí-liù jì) — Qədim Çinə aid hərbi traktat. Stratagema (yun. στρατήγημα — hərbi hiylə, kələk ) — hərbi, mülki, siyasi, iqtisadi və şəxsi məqsədlərə çatmaq üçün orijinal yolun hiyləgər planı. Qədim Yunan dövrünə aid olsa da, Avropada geniş istifadəsi Qədim Roma yazıçısı Sekst Yuliya Frontinaya məxsus lat. “Strategemata” kitabından sonra olmuşdur. Hal-hazırda stratagema 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunur.
Otuz tiran (Afina)
Otuz tiran (və ya Otuzların hakimiyyəti) — Pelloponnes müharibəsindən sonra e.ə. 404-403-cü illərdə Afinanı idarə etmiş spartameyilli hökmdarlar qrupunun kollektiv ləqəbi. Otuz tiran, spartalı sərkərdə Lisandrın rəhbərliyi altında, Kritiy və Feramen tərəfindən hakimiyyətə gətirilmiş oliqarxik hökmdarlar idilər. Onlar çox qəddar idilər və cəmi bir illik hakimiyyət ərzində, Feramen də daxil olmaqla, 1500 afinalını cəzalandırmışdılar. Buna baxmayaraq Fibin köməyi ilə Frasibul onları tezliklə devirdi. Hakimiyyətdən məhrum olduqları müddətdən bir il sonra Otuzların əksəriyyəti öldürülmüşdü.
Otuz altıncı simfoniya (Motsart)
Motsartın otuz altıncı simfoniyası (Linz simfoniyası) Volfqanq Amadey Motsart tərəfindən 1783-cü ildə yolüstü Avstriyanın Linz şəhərində dayanarkən bəstələnmişdir. Simfoniyanın ilk premyerası 4 noyabr 1783-cü ildə Linz şəhərində baş tutmuşdur. == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Simfoniyanın ifa müddəti 32 dəqiqədir. Adagio, 3/4 — Allegro spiritoso, 4/4 Poco adagio, 6/8 Menuetto, 3/4 Final (Presto), 2/4 == Tarixi == 1783-cü ilin yayında Motsart arvadı Konstanse Veber ilə birlikdə atası evinə getməyi qərara alır. Onun məqsədi həyat yoldaşı ilə atası arasındakı gərgin münasibətləri yaxşılaşdırmaq idi, amma onun bu cəhdi heç bir nəticə vermədi. Elə həmin ilin oktyabrında atasının rəftarından məyus olan bəstəkar Vyanaya qayıtmaq qərarına gəli və yolda onlar bir neçə gün Linz şəhərində qalmaq qərarına gəlirlər. Ciddi maliyyə problemləri ilə arşılaşan Motsart atasına məktublarında qeyd etdiyi kimi "hər cığırda bir simfoniya bəstələməyə məcbur olduğunu" yazırdı. Bu şəhərdə olarkən o, "Linz" adlı yeni simfoniyasını yaratdı. Tez bir zamanda bu əsər çox məşhur oldu və bu gün də ən çox səslənən simfonik əsərlərindən biri olaraq qalmaqda davam edir.
Otuz beşinci simfoniya (Motsart)
Otuz beşinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1782-ci ildə Vyanada yazılmışdır. Tarixinə görə "Haffner Simfoniyası" adlanır. Motsart altı il əvvəl, 1776-cı ildə Zalsburq şəhərinin meri Sigmund Haffnerin bacısı Mari Elisabetin toyu münasibətilə "Haffner serenadası"nı bəstələmişdi. Bu simfoniya ilə "Haffner serenadası" tamamilə fərqli əsərlərdir.' == Quruluşu == Motsartın otuz beşinci simfoniyası 4 hissədən ibarətdir. Allegro con spirito, 2/2 Andante, Sol majorda 2/4 Menuetto və Trio,3/4 Presto, 2/2 === Birinci hissə: Allegro con spirito === === İkinci hissə: Andante === === Üçüncü hissə: Menuetto === === Dördüncü hissə: Presto === == Mənbə == Boynick, M 1996, Wolfgang Amadeus Mozart - Simfoniya 35 [onlayn] [ aydınlaşdırma harada lazımdır?]. Cuyler, L 1995, The Symphony, 2-ci edn, Harmonie Park Press, Michigan. Downs, PG 1992, Klassik Musiqi, WW Norton, New York. Eynşteyn, A 1945, Motsart: Xarakteri, İşi. Tərcümə edən Artur Mendel və Nathan Broder. Oxford University Press, London; Nyu-York.
Otuz birinci simfoniya (Motsart)
Otuz birinci simfoniya (Paris Simfoniyası) 22 yaşlı Volfqanq Amadey Motsart tərəfindən 1778-ci ildə Parisdə bəstələnmişdir. == Tarixi == 23 mart 1778-ci ildə Motsart və anası Anna Maria Motsart ilə birlikdə Zalsburgdakı işindən ayrıldıqdan iş tapmaq ümidi ilə Almaniyanın Münhen, Ausburq və Mannheim səhərlərinə getdi. Lakin ciddi bir iş tapa bilmədiyinə görə gənc bəstəkar Parisə gəldi. Bu Volfqanq Amadey Motsartın Fransaya üçüncü səfəri idi. Simfoniya Motsartın Parisə uğursuz səfəri zamanı Zalsburqda olduğundan daha yaxşı bir iş tapmaq ümidi ilə bəstələnmişdir. Simfoniyanın premyerası ilk dəfə 12 iyun 1778-ci ildə Spirituel konsertinin direktoru Cozef Le Grosun köməyi ilə səfirin evində təşkil olunan xüsusi konsertdə baş tutmuş, ilk ictimai çıxış isə altı gün sonra Spirituel konsertində olmuşdur. Bu Simfoniya haqqında Londonda nəşr olunan "Courier de l'Europe"nin 26 iyun tarixli nömrəsində dərc olunmuş məqalədə qeyd olunmuşdur ki, "erkən yaşlarından ən böyük musiqiçilər arasında ad çıxarmış bu sənətkar bu gün mövcud olan ən yaxşı bəstəkarlardan biri sayıla bilər".Simfoniya yenidən 15 avqust 1778-ci ildə Spirituel konsertində ifa olunmuşdur. Bu münasibətlə Motsart ikinci simfoniyanın ikinci hissəsini bir Andante ilə əvəz etdi (ilk variantda Andantino idi). Musiqişünas Otto Erix Deutsch bu dəyişikliyin səbəbini (Andantinonun) tamaşaçı "zövqü üçün kifayət etməməsi" ilə əlaqədar olması kimi qiymətləndirmişdir.Volfqanq Amadey Motsartın anası 3 iyul 1778-ci ildə vəfat etdi. Motsart atasından Zalsburqun baş yepiskopu Hieronymus von Colloredonun onu daha yaxşı şərtlərlə əvvəliki işinə bərpa etməyə hazır olduğunu eşitdikdən sonra Mannheim və Münhen yolu ilə geriyə - Zalsburqa qayıtdı.
Otuz doqquzuncu simfoniya (Motsart)
Otuz doqquzuncu simfoniya Volfqanq Amadey Motsart tərəfindən Qırxıncı və Qırx birinci simfoniyalarla birlikdə 1788-ci ildə, iyun-avqust aylarında, bir neçə həftə ərzində yazılmışdır. Bu simfoniyanın ilk premyerası məlum deyil, lakin İvan Andersviçin qeydlərinə əsasən ilk qeyd olunan tarix 1792-ci ilə aiddir. Simfoniyanın ifa müddəti 30 dəqiqədir. Motsart bu əsərləri ciddi maliyyə çətinlikləri və depressiya ilə xarakterizə olunan gərgin bir şəraitdə yazmışdı. (Maykl Puchbergə 27 iyun 1788-ci il tarixli məktub): "Yanıma gəlin və məni ziyarət edin; Mən həmişə evdə oluram; — 2 ay ərzində digər yaşayış yerlərindən daha çox yaşadığım 10 gündə daha çox çalışdım və tez-tez məni sıxan, yalnız çox çətinliklə davam gətirdiyim qara düşüncələr olmasaydı, daha yaxşı olardım." == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir. Adagio – Allegro, 2/2 Andante con moto, 2/4 Menuetto. Allegretto, 3/4 Final. Allegro, 2/4 === Birinci hissə: Adagio – Allegro === === İkinci hissə: Andante con moto === === Üçüncü hissə: Menuetto. Allegretto === === Dördüncü hissə: Final. Allegro === == Mənbə == Wolfgang Amadeus Mozart: Symphony E flat major K. 543.
Otuz dördüncü simfoniya (Motsart)
Motsartın otuz dördüncü simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1780-ci ildə yazılmış, 29 avqustda tamamlanmışdır. Bu əsər müəllifin Zalsburqda yazılmış simfoniyalarının sonuncusudur. Simfoniyanın davam etmə müddəti təxminən 22 dəqiqədir. Hazırda simfoniyanın əlyazmasının I hissəsi (f.1-18) Fransa Milli Kitabxanasında, ikinci hissəsi isə (f.19-28) Polşanın Krakov şəhərində yerləşən Jagellon Universitetinin Kitabxanasında saxlanılır. == Quruluşu == Simfoniyaların əksəriyyəti dörd hissədən ibarət olsa da, bu simfoniyada erkən klassizm üçün səciyyəvi olan yalnız üç hissə vardır.
Otuz ikinci simfoniya (Motsart)
Otuz ikinci simfoniya Volfqanq Amadey Motsart Parisdən Zalsburqa qayıtdıqdan sonra, 1779-cu ilin 26 apreldə tamamlamışdır. Simfoniyanın əlyazması hazırda Nyu-York İctimai Kitabxanasında saxlanılır. == Quruluşu == Simfoniya 3 hissədən ibarətdir və ifa müddəti 8 dəqiqədir. Allegro spiritoso, 4/4 Andante, 3/8 Primo tempo, 4/4 === Erster Satz: Allegro spiritoso === === İkinci hissə: Andante === Introduction de l'Andante : === Üçüncü hissə: Primo tempo === == Mənbə == François-René Tranchefort (istiqamət), Simfonik Musiqi Bələdçisi, Paris, Fayard, kol. "Musiqinin əsasları",1998-ci il( 1 st ed.1986), 896 səh. ( ISBN 2-213-01638-0 ), səh. 513 Bertrand Dermoncourt (istiqamət), Tout Motsart: Encyclopédie de A à Z, Paris, Robert Laffont, kol. "Kitablar",2005, 1093 səh. ( ISBN 2-221-10669-5 ), səh.948 == Xarici keçid == Sinfonia: (dabey noch für 2 clarini) [autograph score in Mozart's hand in the New York Public Library] Symphony No.32 in G major, K.318 (Mozart, Wolfgang Amadeus) στο IMSLP.org Η παρτιτούρα της 32ης Συμφωνίας στο DME.at Pajot, Denis. "K318 Symphony #32 in G-major".
Otuz səkkizinci simfoniya (Motsart)
Otuz səkkizinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1786-cı ilin sonlarında bəstələnmişdir. Motsartın Praqaya ilk səfəri zamanı, 19 yanvar 1787-ci ildə orada ilk premyerası olmuşdur. İlk dəfə Praqada ifa olunduğu üçün Otuz səkkizinci simfoniyanın "Praqa Simfoniyası" da adlandırıldığı qeyd olunur. == Quruluşu == Simfoniya 3 hissədən ibarətdir. Adagio—Allegro, 4/4 Andante, 6/8 Final (Presto, 2/4 === Birinci hissə: Adagio – Allegro === === İkinci hissə: Andante === === Üçüncü hissə: Presto === == Mənbə == Wolfgang Amadeus Mozart: Symphony D major „Prague“. Band 446, Ernst Eulenburg, London/ Zürich ohne Jahresangabe (Taschenpartitur, Vorwort von 1931). W. Meves: Symphonies de W. A. Mozart. Collection Litolff No. 168. Henry Litolff’s Verlag, Braunschweig ohne Jahresangabe (ca.
Otuz yeddinci simfoniya (Motsart)
Otuz yeddinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən yalnız giriş hissəsi yazılan, qalan hissələri digər Avstriya bəstəkarı İohann Mixail Qaydnıya məxsus, 1783-cü ilə aid edilən musiqi əsəridir. == Tarixi == Volfqanq Amadey Motsartın ölümündən sonra, onun sənədləri arasında köhnə Motsart nəşrində 37 nömrəli Simfoniya olaraq xatırlanan Köxel kataloqunda 444 nömrəsi ilə qeydə alınan bir simfoniya tapılmışdı. Otuz yeddinci simfoniya uzun müddət Motsartın əsəri hesab olunurdu, lakin Lotar Perger 1907-ci ildə sübut etdi ki, Motsart bu simfoniyanın yalnız giriş hissəsini (Adagio maestoso) bəstələmişdi; qalan hissələr isə İohann Mixail Qaydn tərəfindən 1783-cü ilin may ayında Salsburq şəhərindəki Mixaelbeuern monastrına yeni abbatın vəzifəyə təyin olunması ilə əlaqədar bəstələnmiş 25 nömrəli simfoniyadır. Musiqişünasların fikrincə, 3-cı və 37-ci simfoniyalar arasındakı ziddiyyət belə deməyə əsas verir ki, Mosart otuz yeddinci simfoniyanın əsl və yeganə bəstəkarı olsaydı, bu simfoniya, ehtimal ki, 1783-cü ildən xeyli əvvəlki tarixə aid olmalı idi. 1780-ci illərin əvvəllərində Volfqanq Amadey Motsart çoxsaylı Vyana konsertləri üçün həm özünün, həm də digər bəstəkarların yeni və köhnə əsərlərindən istifadəyə ehtiyac duymuşdu. Mənbələrə görə Motsart 4 noyabr 1783-cü ildə, atası Leopolda yazdığı bir məktubda "Əlimdə simfoniya yoxdur, buna görə tələsməli və bəstələməliyəm" deyir. Bəzi tədqiqatçılar iddia edirlər ki, əslində Volfqanq Amadey Motsart uzun müddət M. Qaydnın yaxın dostu idi və 1783-cü ildə, M. Qaydn xəstələnəndə və arxiyepiskop Koloredonun tələb etdiyi kompozisiya əsərini tamamlamaq üçün bu əsəri dostundan satın almışdı. Digər musiqişünasların fikrincə isə, vaxt çatışmazlığına görə Motsart İohann Mixail Qaydnın 25-ci simfoniyasının surətini çıxarmış, amma bu əsərə Adagio maestoso tempində yeni bir giriş yazmışdı. Motsartın təqdimatı ilə simfoniyanın ifası təxminən 15 dəqiqədir. == Mənbə == Neal Zaslaw: Mozart’s Symphonies.
Otuz üç (film, 1965)
"Otuz üç" (rus. Тридцать три) — 1965-ci ildə Georgi Daneliyanın rejissorluğu ilə çəkilmiş komediya filmi. Baş rolu Yevgeni Leonov ifa edir. == Məzmun == Yuxarı Çalalar (rus. Верхние Ямки) əyalətinin diş həkimi (Gennadi Yaloviç) gözlənilməz elmi kəşfə rast gəlir. O, pasienti İvan Sergeyeviç Travkinin (Yevgeni Leonov) ağız boşluğunda 33-cü dişi aşkara çıxarır. Ağrıdan əziyyət çəkən Travkini Moskvaya aparırlar. Orada əvvəlcə paxıl Proxorov (Nikolay Parfönov) səyləri nəticəsində dəlixanaya düşür. Sonra isə beynəlxalq elmi müşavirə qəhrəmana və (yuxusunda) Marsa göndərilən nümayəndəyə çevrilir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifləri: Valentin Yejov, Viktor Koneski, Georgi Daneliya Quruluşçu rejissor: Georgi Daneliya Quruluşçu operator: Sergey Vronski Quruluşçu rəssam: Aleksandr Borisov Bəstəkar: Andrey Petrov Səs operatoru: Vladimir Kraçkovski Dirijor: Emin Xaçaturyan İkinci rejissor: M. Çernova İkinci operator: V. Abramov Montaj edən: T. Zinçuk Geyim rəssamı: İ. Belyakova Qrim rəssamı: N. Baldina Rejissor assistentləri: L. Buşarova, D. Kuznesov Operator assistentləri: V. Qriqoroviç, A. Cirkvelov Rəssam assistenti: L. Kozlov Quraşdırılmış səhnələrin operatoru: Boris Travkin Quraşdırılmış səhnələrin rəssamı: A. Rudaçenko Redaktor: İ. Sergiyevskaya Mahnıların mətni: Yuri Levitanski Filmin direktoru: Y. Roqozovski == Rollarda == Yevgeni Leonov — İvan Sergeyeviç Travkin Nonna Mordyukova — Qalina Petrovna Pristyajnyuk İnna Çurikova — Rozoçka Lyubaşkina Lyubov Sokolova — Lyuba Travkina Marqarita Qladunko — Frosya Viktor Avdyuşko — Mişa Gennadi Yaloviç — Arkadi Borisoviç Şeremetyev Nikolay Parfönov — Proxorov Villor Kuznesov — İqor Bezrodnı Saveli Kramarov — Rodion Xomutov Arkadi Trusov — Anatoli Petroviç İvanov Vyaçeslav Nevinnı — Vasili Lyubaşkin Georgi Svetlani — Mitriç Vladimir Basov — vilayət muzeyinin direktoru Frunzik Mkrtçyan — professor Bruk (titrlərdə F. Mkrtıçan) Nikolay Daneliya — Travkinlərin birinci oğlu Valya Şarikov — Travkinlərin ikinci oğlu Mariya Vinoqradova — Raisa Yakovlevna Olesya İvanova — Qorina Klavdiya Kozlyonkova — qulluqçu Boris Lavrov — Aleksandr Fyodoroviç (titrlərdə V. Lavrov) Sergey Martinson — Valentin Petroviç Lyubaşkin Daniil Netrebin — diş hesablamaları üzrə komissiyanın üzvü Alevtina Rumyanseva — televiziyada rejissor köməkçisi İrina Skobseva — Vera Sergeyevna Svetlana Svetliçnaya — Nina Svetlova Yuri Saransev — taksi sürücüsü İnna Fyodorova — sanitar Pyotr Şşerbakov — Viktor Viktoroviç Pavel Vinnik — Valentin İvanoviç (titrlərdə yoxdur) İlya Rutberq — Brukun köməkçisi (titrlərdə yoxdur) Mixail Loqvinov — qonaq (titrlərdə yoxdur) == Yaranma tarixi == 1965-ci ildə filmin prokatda qalması heç iki həftə də çəkmir.
Otuz üçüncü simfoniya (Motsart)
Otuz üçüncü simfoniya Volfqanq Amadey Motsart tərəfindən 9 iyul 1779-cu ildə tamamlanmışdır. Simfoniyanın əlyazması hazırda Polşanın Krakov şəhərində Yagellon Kitabxanasında saxlanılır. 1785-ci ildə Motsart otuz üçüncü simfoniyasını Vyana Artaria nəşriyyatında çap etdirdi. Volfqanq Amadey Motsart bir il sonra, 8 avqust 1786-cı ildə Donauesçingendəki Şahzadə Fürstenberqə məktubunda qeyd edirdi ki, Ⅶbir orkestrə sahib olun ki, insanlar yalnız öz ölkəm üçün bəstələdiyim əsərlərə sahib ola bilsinlər, bu mənim kiçik düşüncələrimə görə çox xoş olardı.” == Quruluşu == Simfoniya 4 hissədən ibarətdir və ifa müddəti təxminən 23 dəqiqədir. Allegro assai, 3/4 Andante, 2/4 Menuetto, 3/4 Final: Allegro assai, 2/4 === Birinci hissə: Allegro assai === === İkinci hissə: Andante moderato === === Üçüncü hissə: Menuetto === === Dördüncü hissə: Allegro assai === === Dördüncü hissə: Allegro assai === == Mənbələr == Wolfgang Amadeus Mozart: Sinfonia in si bem, K. 319. P. R. 798, Ricordi-Verlag, Mailand (Taschenpartitur). W. Meves: Symphonies de W. A. Mozart. Collection Litolff No. 168. Henry Litolff´s Verlag, Braunschweig ohne Jahresangabe (Ausgabe von ca.
Atuc
Atuc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Toponimik tədqiqatlarda bu oykonim belə izah olunur: Atuc mənbələrdə və bəzi müasir türk dillərində rast gəlinən "iki arx arası əkin sahəsi", "suvarma üçün ayrılan lək və ya şum sahəsi" mənalı "atız" sözünün "c" dialekt variantını əks etdirir. Yaşayış məntəqəsi XIX əsrdə Qonaqkənddən gəlmiş ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 19 nəfər əhali yaşayır.
Atum
Atum — Atum bəzən Atem və ya Tem kimi tərcümə olunur, Misir mifologiyasında mühüm tanrıdır. == Adı == Atumun adının "tamamlamaq" mənasını verən tm felindən törədiyi güman edilir. Beləliklə, o, xaosa çevrilən dünyanı yaratmaqla yanaşı, "mükəmməllik timsalı" kimi şərh edilmişdir. Yaradıcı kimi o, dünyanın əcdadı hesab olunurdu. Dünyanın əsas substansiyası, tanrılar və başqa hər şey onun təbiətindən yaranmışdır. == Mənşəyi == Atum ən qədim dövrlərdən bəri ən mühüm və tez-tez xatırlanan tanrılardan biridir, bunu padşahın yaradıcısı və atası kimi təsvir olunduğu Piramida Mətnləri də sübut edir. Bir neçə müqəddəs kitab Atumun necə yarandığı ilə ziddiyyət təşkil edir. Bəziləri Atumun öz adını çəkərək yaratdığını, bəziləri isə onun mavi lotus çiçəyindən və ya yumurtasından gəldiyini iddia edir. == Rolu == Heliopolit yaratma mifində Atum kurqanda ilkin sulardan özünü yaradan ilk tanrı hesab olunurdu. İlk miflərdə deyilir ki, Atum Şu tanrısı və ilahə Tefnutu ağzından tüpürərək yaradıb.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Etüd
Etüd — təsviri incəsənətdə gələcək əsərin hazırlıq eskizi. Etüd — musiqi əsəri. Etüd — şahmat kompozisiyalarından biri. Etüd — teatr pedaqogikasında aktyorluq texnikasının təkmilləşdirilməsi üçün istifadə edilən məşq. Etüd — rol oyununun emosional tədrisi. Etüd — sovet fotoaparatı. Etüd — sovet diaproyektoru.
Oğuz
Oğuz (əvvəlki adı: Vartaşen) — Azərbaycanda şəhər, Oğuz rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonunun Vartaşen şəhəri Oğuz şəhəri adlandırılmışdır. == Tarixi == Vartaşenin çoxdan qurulduğu, Bejanov tərəfindən sübut edildiyi kimi, bir çoxu kəndin yanında olduğu kimi, qədim kurqan və qəbiristanlıqlardır. Vartaşen və Nic qəsəbələri, əfsanələrə görə, qədim dövrlərdə Kür çayının cənubundakı qədim erməni Utik vilayətində məskunlaşmış Utievlər və ya biri üçün doğma yerlər idi. 1722-ci ildə I Pyotrun Qafqaz ekspedisiyası zamanı ona ünvanladığı bir məktubda özlərini "Ağvanlar" adlandırdılar. 1807-ci ildə Şəki xanı Cəfər Kuli Xanın (azərbaycanlı) rus olduğu Vartaşen və Nici ermənilərə verəcəkdi, rus çarı I Alexander-a bir məktub yazdı: 1824-cü il Şəki əyalətinin kameral təsvirinə əsasən Kərimli kəndində (indiki Oğuz şəhərində) 657 təsərrüfatda 3153 nəfər əhali yaşayırdı ki, onların da 1646 nəfərini kişilər, 1507 nəfərini isə qadınlar təşkil edirdi. == Əhalisi == 1 yanvar 2013-cü il tarixli məlumata əsasən əhalisi 6,891 nəfər olsa da.2019-cu ilin məlumatına görə 7,400 nəfərdən artıq şəhərdə yaşayır.1819-cu il üçün Şəki vilayətinin təsviri Vartaşenin "Tatar" (Azərbaycan) kəndini göstərir. Vartaşen məktəbinin keçmiş müdiri Mixail Bejanov "Qafqazın yerlərini və tayfalarını təsvir etmək üçün materiallar toplusu" kitabında Udinlərin Vartaşen və Nic kəndlərində yaşadıqlarını və bir çox "tatar" (yəni Azərbaycan) sözlərini özündə cəmləşdirən Dağ dilində danışdıqlarını qeyd edir. 1908-ci il üçün "Qafqaz təqvimi" nə görə kənddə 1090 udin, 629 rus və 35 azərbaycanlı ("Tatarlar" mənbəyində) yaşayırdı. 1921-ci il Azərbaycan Kənd Təsərrüfatı Siyahıyaalmasına görə Vartaşendə 1262 nəfər yaşayırdı, Udilər üstünlük təşkil edən milliyyət idi.
Ptoz
Ptozu (yun. πτῶσις — düşmə) Yuxarı göz qapağının düşməsi ya sallanması Çəpgözlük İki görmə Gözün qıcıqlanması Gözün tam qapana bilməməsi Göz qapağının açıq saxlamaq üçün daim gərginlikdən yorulma Göz qapağının bir və iki tərəfdə sallanması == Müxtəlifliyi == Bir və ikitərəfli Anadangəlmə və qazanılma Tam və natamam == Səbəbi == Anadangəlmə ptoza səbəb göz qapağını qaldıran əzələnin ya olmaması ya da inkişafdan qalmasıdır. Qazanılmış ptozlara səbəb göz qapağını qaldıran əzələni innervasiya edən sinir liflərinin, gözün hərəki sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir. Botoks inyeksiyasından sonrakı yatrogen fəsad == Müalicəsi == Əsas xəstəliyin ya patoloji halın aradan qaldırılması. Cərrahi müdaxilə == Həmçinin bax == Horner sindromu == Ссылки == "Ptoz əlamətləri". 2010-12-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-07.
Qotuz
Qotuz - İrəvan quberniyasının İrəvan qəzasında kənd adı. 1949-cu ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. 1577-ci ildə Şah II Ismayılın fərmanında Çuxur Sə'd mahalında Kutuzvəng kəndinin adı qeyd olunur . Qotuz dağının adındandır. == Toponimi == Qotuz dağı. XIX əsrdə Qars əyalətinin Ərdəhan dairəsində Qotuz - Köy kənd xarabalığının adı ilə mə'naca eynidir. Türk dillərində kut, qut qışlaqda "düşərgə", "dayanacaq", "qutan" sözündən və yunanca "us" şəkilçisindən ibarətdir.
Stul
Stul ya da Səndəl əsas mebellərdən biri olan, bir növ oturacaqdır. Əsas xüsusiyyətləri, 90 ° və ya bir az daha böyük bir açı ilə bir -birinə arxa və oturacaq olaraq bağlanan iki parça davamlı materialdır, ümumiyyətlə üfüqi oturacağın dörd küncü dörd ayağa və ya oturacağın digər hissələrinə bağlanır. Ayaqları ümumiyyətlə oturan şəxsin bud və dizlərinin 90 ° və ya daha az bir açı meydana gətirməsi üçün kifayət qədər yüksəkdir. == Tarix == Stul qədim dövrlərdən bəri istifadə olunur, baxmayaraq ki, əsrlər boyu istifadə üçün yox, dövlətçilər üçün simvolik bir cihaz idi.
Utuq
Utuq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Utuq oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimi “suvanlan biçənək, otlaq, tarla” mənalannda işlənən utuk, “dağ çökəkliyi, dağ ətəyində düzən” və ya “küləkdən qorunan təbii daldalanacaq yer”, “heyvanlann qışlaması üçün əlverişli yer” mənalı ottok sözü ilə əlaqələndirirlər. Kəndin əhalisi etnik tatlardır. Şirvanı Şimali Qafqazla birləşdirən ticarət yolu üzərində yerləşən Utuq kəndinin toqr. IX-X əsrlərdə meydana gəlməsi ehtimal edilir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 337 nəfər əhali yaşayır.
VTOL
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).