Tuzla adası
Tuzla adası (krımtat. Tuzla, Тузла, ukr. Тузла, türkcə. tuz "duz", türk., qıpçak. tuzlu "duzlu") — qumdan təşkil olunmuş, sahəsi 3,5 km² təşkil edən ada. Adanın uzunluğu 5 - 6,5 km, eni isə 0,5 km təşkil edir. Kerç boğazı, Azov dənizi, Kerç yarımadası ilə Taman yarımadası arasında yerləşir. 2003-cü ildə Rusiya ilə Ukrayna arasında ada ilə əlaqədar yaranan konfliktdən sonra məşhurlaşmışdır.
== Tarixi ==
2,5 min il öncə adanın yerləşdiyi sahillərdə suyun səviyəsi 4 metr aşağı olmuşdur. Bu isə onu deməyə əsas verir ki, adanın sahəsi indikindən dəfələrlə böyük və Taman yarımadasına birləşik olmuşdur.