Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Dino Qrandi
Dino Qrandi ingiliscə oxunuş: "Dino Grandi " (4 iyun 1895 – 21 may 1988, Boloniya, İtaliya), 1-ci Konte di Mordano, İtalyan faşist siyasətçisi, ədliyyə naziri, xarici işlər naziri və parlamentin prezidenti idi. Hüquqşünas kimi təhsil alan Qrandi Birinci Dünya Müharibəsində (1914-18) vuruşdu, bundan sonra faşist eskadristilərinə (kənddə terror törədən silahlı dəstələrə) qoşuldu. Faşistlərin milli konqresində (7 noyabr 1921) Qrandi Benito Mussoliniyə uduzaraq, liderlik üçün uğursuz bir təklif etdi. Qrandi Mussolinini hökumətin başçısı təyin edən Romaya yürüşdə iştirak etdi (1922-ci il oktyabr). 1924-cü ildə daxili işlər nazirinin müavini təyin edildi, 1929-cu ilin sentyabrında isə xarici işlər nazirliyinin rəisi oldu. Böyük Britaniyada səfir təyin edildi (iyul 1932) və İtaliyaya ədliyyə naziri və Fasces və Korporasiyalar Palatasının prezidenti olmaq üçün geri çağırılmadan əvvəl İngiltərə-İtaliya müqaviləsi (1938) bağladı. O, İtaliyanın İkinci Dünya Müharibəsində iştirakına qarşı idi. Qrandi 1943-cü ilin fevralında Nazirlər Kabinetində əvəz olundu, lakin Faşizm Böyük Şurasının sədri olaraq qaldı. Məhz 1943-cü il iyulun 24-dən 25-nə keçən gecə bu qurumun iclasında Qrandi Mussoliniyə hücum etdi və ona etimadsızlıq təklifi irəli sürdü; Şuranın bu qətnaməni qəbul etməsi Mussolinini faktiki olaraq devirdi. Tezliklə Qrandi Lissabona qaçdı və 1944-cü ildə Veronadakı faşist tribunalı tərəfindən qiyabi ölümə məhkum edildi.
Kampu-Qrandi
Kampu-Qrandi – mərkəzi-qərb bölgəsində yerləşən və Boliviya və Paraqvay ilə həmsərhəd olan Braziliyanın Mato Grosso do Sul əyalətinin paytaxtı. Sao Paulo və ya Minas Geraisdən Mato Qrossoya doğru quru yolu ilə getmək məcburi yol idi.
Qrandi silsiləsi
Qrandi silsiləsi — 1 − 1 + 1 − 1 + … sonsuz ardıcıllığı və ya ∑ n = 0 ∞ ( − 1 ) n {\displaystyle \sum _{n=0}^{\infty }(-1)^{n}} silsiləsi . Ardıcıllıq İtalyan riyaziyyatçı, filosof və keşiş Quido Qrandinin şərəfinə 1703-cü ildə etdiyi müvafiq çalışmalar səbəbi ilə adlandırılmışdır. Ümumi anlamda cəmi olmayan dağılan ardıcıllıq olaraq qəbul edilən bu ifadənin Sezaro cəmi ½-dir.
Qvido Qrandi
Qvido Qrandi (ing. Guido Grandi, 1 oktyabr, 1671, İtaliya – 4 iyul, 1742, İtaliya) — İtaliyalı həndəsəçidir; gülə oxşayan ləçəkli əyriləri öyrənmişdir.
Timbo-Qrandi
Timbo Qrande (port. Timbó Grande) — Braziliyanın Cənub regionunun Santa Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 7640 nəfərdir. Ərazisi 597 кm²-dir. Əhalinin sıxlığı 12,8 nəfər/кm²-dir. Bələdiyyə 26 aprel 1989-cu ildə yaradılmışdır.
Caselle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Kazelle Landi
Kazelle Landi (it. Caselle Landi) — İtaliyanın Lombardiya regionunda şəhər.
Mahatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri, milliyətçi. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Maxatma Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri, milliyətçi. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Qandi (film)
Qandi (ing. Ghandi)— 1982-ci ildə çəkilmiş, Mahatma Qandinin həyatı barədə bioqrafik filmdir. 20-ci yüzilliyin ilk yarısında Böyük Britaniyanın Hindistanda koloniyalar qurması və Hindistanın vəziyyətindən bəhs edən filmin rejissoru Riçard Attenboroudur. Qandi rolunda Ben Kinqsley Oskar mükafatı almışdır. İngiltərə və Hindistanın ortaq çəkdiyi filmin premiyerası 30 noyabr 1982-ci ildə Yeni Dehlidə keçirilmişdir. Film Qandinin 1893-cü ildə yalnız ağdərililər üçün nəzərdə tutulan vaqona mindiyi üçün Cənubi Afrika qatarından qovulması səhnəsi ilə başlayıb, 1948-ci ildə öldürülməsi və dəfni ilə bitir. Filmdə onun Hinduizmə sitayiş etməsinə baxmayaraq, İslam və Xristianlıq kimi digər dinlərə də hörmətlə yanaşması da əks olunmuşdur. Qandi filmi Hindistanda 30 Noyabr, Birləşmiş Krallıqlarda 3 Dekabr, ABŞ-də isə 6 dekabr 1982-ci il tarixlərində ekrana buraxılmışdır.
Qandi Smriti
Qandi Smriti (ing. Gandhi Smriti, Birla evi və ya Birla Bxavan adı ilə də məşhurdur) — Hindistanın Yeni Dehli şəhərində yerləşən və Mahatma Qandiyə həsr edilmiş muzeydir. Muzey Tis Canuari Roud (əvvəllər Albukerke Roud) yolunun kənarında yerləşmişdir. Mahatma Qandi həyatının son 144 gününü bu evdə keçirmişdir. Qandi 30 yanvar 1948-ci ildə öldürülmüşdür. Ölümündən sonra yaşadığı ev muzeyə çevrilmişdir. Əvvəlcə bina Birla ailəsindən hind işgüzar maqnatlarına aid idi. Hal-hazırda ev Qandinin Əbədi Multimediya Muzeyi kimi fəaliyyət göstərir. Bu muzey 2005-ci ildə yaradılmışdır. 12 yataq otağı olan ev 1928-ci ildə Qxanşyamdasom Birla tərəfindən tikilmişdir.
Raciv Qandi
Raciv Ratna Qandi (hind. राजीव गाँधी, 20 avqust 1944[…], Bombey, Britaniya Hindistanı – 21 may 1991[…]) — hind siyasi xadimi, 1984—1989-cu illərdə Hindistanın baş naziri. 20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandi ailəsində anadan olmuşdur. Raciv babası Cəvahirləl Nehrunun evində böyüyüb. Hindistanda seçilmiş bir məktəbdə, daha sonra London Universiteti və Kembric Universitetinin Triniti Kollecində təhsil almışdır. 1965-ci ilin yayında Raciv İtaliyadan Sonya Qandi ilə görüşdü. Sonya ilə ingilis dilini öyrəndi və Raciv mühəndis-mexanik ixtisasında təhsil aldı. 1968-ci ilin yanvarında Raciv və Sonya Dehlidə evləndilər. 1970-ci ilin iyun ayında onların oğlu Rahul, 1972-ci ilin yanvarında qızları Priyanka anadan oldu. 1968-1980-ci illərdə Hindistana qayıtdıqdan sonra Hindistan Havayollarında pilot, sonra isə ekipaj komandiri olaraq çalışdı.
Rahul Qandi
Rahul Qandi (19 iyun 1970, Yeni Dehli) — Hindistanlı siyasətçi, Hindistan Milli Konqresinin başçısının köməkçisi, Lok Sabha üzvü, Hindistan Gənclik Konqresi və Mili Tələbələr Birliyinin Başçısı, həmçinin Hindistan Parlamentinin üzvü. Atası Raciv Qandi, anası Sonya Qandidir. Təhsili ilə əlaqədar düzgün və dəqiq məlumatlar yoxdur. Gənc yaşlarından siyasətə qoşulmuşdur.
Sonya Qandi
Sonia Gandhi (d. 9 dekabr 1946[…]) əsl adı Edvige Antonia Albina Maino olan İtaliya mənşəli Hindistan siyasətçisidir. Hindistan Milli Konqresinin. ex former lideri və köhnə başçısı Rajiv Gandhinin həyat yoldaşı, Rahul Qandinın isə anasıdır. 2004-cü ildə Forbes jurnalı tərəfindən dünyanın ən güclü üçüncü qadını olaraq göstərilmişdir. Bu anda da 13-cü sırada yer alır. Ayrıca olaraq Time jurnalının dünyanı təsirləmiş 100 ad siyahısında yer almışdır.
İndira Qandi
İndira Priyadarşini Qandi (Hind dili: इंदिरा प्रियदर्शिनी गांधी, d. 19 noyabr 1917 – ö. 31 oktyabr 1984) — Hindistanın məşhur siyasi xadimi. Hindistanda 2 dəfə (1966-77, 1980-84) baş nazir olmuş siyasətçi. Hindistan tarixindəki tək qadın baş nazir olan Qandi, həmçinin ən uzun müddət fəaliyyət göstərən ikinci baş nazir olmuşdur. İndira Qandi Hindistanın ilk baş naziridir. Dünyada isə ikinci xanım baş nazir hesab olunur. İndira Qandi ölkənin müstəqilliyi yolunda mübarizə aparan qəhrəmanı Cəvahirləl Nehrunun ailəsində anadan olmuşdu. O, siyasi aləmin içində böyüdüyü üçün gənc yaşlarında təcrübəli siyasətçi kimi formalaşmışdı. Bu da Hindistanın müstəqilliyi tarixində ona dördüncü baş nazir olmaq imkanı vermişdi.
Qandi (dəqiqləşdirmə)
Qandi — Hindistanda daha çox istifadə edilən soyad.
Keymada Qrandi adası
Keymada Qrandi adası (port. Ilha da Queimada Grande) və ya İlan adası — Braziliyada, San-Paulodan 90 kilometr uzaqlıqda yerləşən ada. == İlanlar adası == Bu adada dünyanın ən zəhərli ilanları məskunlaşıb. Adanın ilanları hər hansı bir kontinental ilandan dəfələrlə zəhərlidir. Onların sayı burada çox olduğundan bura dünyanın ən təhlükəli yeri hesab olunur. Belə ki, bu adada hər 6 kvadrat metr əraziyə bir ilan düşür. Braziliya hökuməti adaya hətta alimlərin də buraxılmasını qadağan edib.
Riu-Qrandi (Parana)
Riu-Qrandi — Braziliyanın cənubundan axan çay. Öz başlangıçını Mantikeyradan Atlantik okeanın sahilinə yaxın ərazidən Minas-Jerays ştatından götürü. Uzunluğu 1230 km-dir. Çay Braziliya öndağlığından axır. Yuxarı axarda astanalar müşahidə edilir. Paranaiba çayı ilə birləşərək Parana çayını əmələ gətirir. Əsasən yağış suları ilə qidalanır. Elektrik enerjisi istehsalında istifadə edilir. İki SES 1,2 kVt enerji verir.
Riu-Qrandi Respublikası
Riu-Qrandi Respublikası (port. República Rio-Grandense) və ya bəzən Piratini Respublikası (port. República do Piratini) — Birtərəfli qaydada müstəqilliyini elan etmiş, Braziliyanın Riu-Qrandi-du-Sul vilayəti ərazisində 1836 11 sentyabrdan 1845 5 mart tarixinə qədər mövcud olmuş dövlət. Riu-Qrandi Respublikası Farrapus müharibəsi zamanı meydana gəlir. Dövlət 11 sentyabr 1836-cı ildə general Antonio di Soza Netu tərəfindən elan edilir. 5 noyabrda üsyançılar general Bentu Qonsalvisi birinci prezident elan edirlər. Ancaq bir müddət sonra Qonsalvis hakimiyyət qüvvələri tərəfindən əsir götürülür. Onun səlahiyyətlərini Qomis Jardin icra edir. Respublika mövcud olduğu on ilə yaxın müddətdə beş paytaxt dəyişir: Piratii, Aleqreti, Kasapava-du-Sul, Baje (iki həftə ərzində) və San-Borja. 1839-ci ildə üsyançılar Santa-Katarina vilayətinin ərazisinə daxil olurlar və 24 iyun tarixində Julian Respublikasının müstəqilliyini elan edirlər.
Mohandas Karamçand Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Qandi (film, 1982)
Qandi (ing. Ghandi)— 1982-ci ildə çəkilmiş, Mahatma Qandinin həyatı barədə bioqrafik filmdir. 20-ci yüzilliyin ilk yarısında Böyük Britaniyanın Hindistanda koloniyalar qurması və Hindistanın vəziyyətindən bəhs edən filmin rejissoru Riçard Attenboroudur. Qandi rolunda Ben Kinqsley Oskar mükafatı almışdır. İngiltərə və Hindistanın ortaq çəkdiyi filmin premiyerası 30 noyabr 1982-ci ildə Yeni Dehlidə keçirilmişdir. Film Qandinin 1893-cü ildə yalnız ağdərililər üçün nəzərdə tutulan vaqona mindiyi üçün Cənubi Afrika qatarından qovulması səhnəsi ilə başlayıb, 1948-ci ildə öldürülməsi və dəfni ilə bitir. Filmdə onun Hinduizmə sitayiş etməsinə baxmayaraq, İslam və Xristianlıq kimi digər dinlərə də hörmətlə yanaşması da əks olunmuşdur. Qandi filmi Hindistanda 30 Noyabr, Birləşmiş Krallıqlarda 3 Dekabr, ABŞ-də isə 6 dekabr 1982-ci il tarixlərində ekrana buraxılmışdır.
Riu-Qrandi-du-Norti
Riu-Qrandi-du-Norti (port. Rio Grande do Norte) — Braziliyanın şərqində yerləşən ştat. Braziliyanın şinal-şərq regionuna daxildir. Ştatın inzibati mərkəzi Natal şəhəridir. Riu-Qrandi-du-Norti qərbdən Seara, cənubdan Paraiba ştatı ilə sərhədlənir. Riu-Qrandi-du-Norti ştatı Cənubi Amerikada özünün çimərlikləri, qum dyunları və təmiz havası ilə məşhurdur. Ştat ərazisində iki tip iqlim hakimdir: rütubətli və quru tropik. Rütubəli iqlim əsasən sahil zonada, quru iqlim isə sahil ərazilərdən başqa bütün ərazilərdə hakimdir. Quru iqlim əsasən az yağıntı ilə əlaqədardır. Bəzən bir necə il ərzində belə yağıntı düşmür.
Riu-Qrandi-du-Sul
Riu-Qrandi-du-Sul (port. Rio Grande do Sul) — Braziliyanın ən cənub ştatı. İnzibati mərkəzi Portu-Aleqridir. Şimaldan Santa-Katarina ştatı, cənubdan Uruqvay, qərbdən isə Argentina ilə sərhədə malikdir. Riu-Qrandi-du-Sul ÜDM istehsalına görə Braziliya ərazisində dördüncü, əhalisinin sayına görə beşinci və insan potensialının inkişafına görə isə dördündü-beşinci yerləri tutur. Ştatın adı bir sıra kartoqrafik sıhvlərin sayəsində meydana gəlmişdir. Bölgəyə gələn ilk portuqallar Patus gölünü Böyük Çayın mənsəbi gesab edirdilər (bu çayın Riu-Qrandi olması hesab edilir). Böyük çayın xəritədə tərtibini verən 1670-ci ildə hollandiyalı Federik de Vit olmuşdur. İlk dəfə məhz o, Patus adını ortaya atmışdır. 1698-cu ildə Nikolaus Bisser xəritədə gölün konturlarını vermişdir.
Mahatma Qandi Dəniz Milli Parkı
Mahatma Qandi Dəniz Milli Parkı (hind. महात्मा गांधी समुद्री राष्ट्रीय उद्यान) — Hindistana məxsus Andaman adalarında yerləşən milli park. Milli park Andaman və Nikobar adalarının paytaxtı Port-Blerdən 29 km uzaqlıqda yerləşir, sahəsi 281,5 km2 təşkil edir. 15 adadan və açıq dəniz kriklərindən ibarətdir. Milli parkın Colli Buoy və Red Skin adaları ekoturizm potensialına sahibdir. Bəzi mövsümlərdə milli parkdakı sualtı həyatı və mərcan riflərini görmək üçün şüşəli qayıq, dayvinq və snorkelinq xidmətləri təklif olunur. == Tarixi == Mahatma Qandi Dəniz Milli Parkı 24 may 1983-cü ildə Vəhşi həyatın qorunması haqqında qanuna (1972) əsasən sulatı həyatı — mərcan riflərini və geniş yayılmış dəniz tısbağalarını qorumaq üçün yaradılmışdır. Adalar məskunlaşılmamış olsalar da, qonşu 8 kənddə 3000 nəfər yaşayır. == Adalar == == Ekosistemlər == Milli parkdakı mərcan riflərinin çoxu sahilyanı mərcan rifləridir. Vegetasiyanın tipi və ölçüsü adadan adaya dəyişir.
Alando
Alando (fr. Alando, kors. Alandu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Korte. Kommunanın INSEE kodu — 2B005. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 27 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 158 nəfərdən (15–64 yaş) 99-u iqtisadi fəal, 59-u qeyri-fəal (fəaliyyət göstəricisi 62,7%, 1999-cu ildə 52,5%) olmuşdur. Fəaliyyətdə olan 99 nəfərdən 85 nəfəri işləyir (63 kişi və 22 qadın), 14 nəfər isə işsiz (6 kişi və 8 qadın).
Klavdi
Tiberi Klavdi Neron Germanik (1 avqust e.ə. 10, Luqdun[d] – 13 oktyabr 54, Roma) — Yulilər-Klavdilər sülaləsindən Roma imperatoru (41-54). Klavdi senatın hesabına imperator hakimiyyətini genişləndirmiş, əyalət adamlarına, xüsusən qallara Roma vətəndaşlığı hüququ vermiş, maliyyə işini yaxşılaşdırmış, böyük tikinti aparmışdı. 42-ci ildə Anadoluda Likiyanı, 43 ildə Britaniyanı, 44-45 illərdə Mavretaniyanı Romaya birləşdirmişdi. Klavdi bizə çatmamış iki tarix əsərin müəllifidir. Arvadı Aqrippina tərəfindən zəhərlənmişdir.
Qarandi
Qarandi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qarandi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 13 nəfər əhali yaşayır.
Quandl
Quandl ədədi göstəricilərin axtarış sistemidir. Sayt bir neçə milyon maliyyə, iqtisadi və sosial sahələrə aid informasiya bazasına girişi təmin edir. Quandl bazasını çoxsaylı mənbələrdən təmin edərək istifadəçilərin rahat axtarış aparmasına və müxtəlif formatda yükləməsinə imkan verir. Bütün Quandl məlumatlarının bir API vasitəsilə idarə edilməsi mümkündür. API girişi aşağıdakılar daxil olmaqla çoxsaylı proqramlaşdırma dilləri vasitəsilə mümkündür R, Python, Matlab və Stata. Quandl göstəricilər bazasının mənbələrinə BMT, Dünya Bankı, Eurostat və daha bir neçə yüz nüfuzlu mənbələr daxildir.. Axtarış sistemində həmçinin Azərbaycan üzrə çoxlu sayda göstəriciləri də tapmaq mümkündür. Pulsuzdur (məsələn, digər bir çox göstərici bazaları pulludur); Python, Stata, Excel, R, MatLab və digər prqramlarla sinxronizasiya imkanı var; Qrafik formasında vəya zaman sırası formasında kompüterə yükləmək mümkündür; Rahat şəkildə göstəricinin tezliyini yəni rüblükdən (əgər varsa) illiyə vəya tərsinə dəyişmək mümkündür və s.
İlanlı
İlanlı (Qobustan) — Qobustan rayonunda kənd. İlanlı (Poldəşt) — İlanlı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd. İlanlı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd. İlanlı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda dağ. İlanlı — İrəvan quberniyasının Göyçə mahalında, indiki Basarkeçər (Vardenis) rayonunun Daşkənd kəndində dağ. İlanlı — Füzüli rayonu ərazisində dağ.
Aland
Aland adaları (isv. Åland — Oland) və ya Ahvenanmaa fin Ahvenanmaa) — Finlandiyaya aid muxtar vilayət. Aland adaları Baltik dənizində yerləşən 8 000 adadan ibarət arxipelaqdır. Bu adaların əhalisi lap qədimdən İsveç dilində danışıb və 1808-ci ilədək İsveç krallığının tərkibinə daxil olub. 1808-1809-cu illər savaşının yekunlarına görə İsveç Finlandiyanı və Aland adalarını Rusiyaya verməyə məcbur olub, Sonuncu isə 1856-cı il Aland müharibəsində (Krım müharibəsinin bir hissəsi) məğlub olandan sonra Aland adalarını hərbsizləşdirilmiş zona kimi tanımaq zorunda qalıb. XX əsrin əvvəllərində ümumxalq səsverməsi keçirilib və Norveç dinc yolla İsveçdən ayrılıb. 1917-ci ildə Rusiya Finlandiyanın müstəqilliyini tanıyıb. Bu zaman Aland adalarının İsveç əhalisi öz qədim vətənləri olan İsveçlə birləşmək arzusunda bulunub. İsveç kralına adaların bütün yaşlı əhalisinin imzaladığı xahişnamə təqdim olunub. 1917-ci ilin dekabrında Finlandiya Aland əhalisinin arzusu əleyhinə gedərək onların öz müqəddəratlarını təyinetmə şərtlərini onunla razılaşdırmağı təklif edib.
Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
Eland
Eland — Baltik dənizində ada. Skandinaviya yarımadasının cənub şərq sahilləri yaxınlığındadır. İsveçə məxsusdur. Uzunluğu şimaldan cənuba 136 km, sahəsi 1342 km²-dir. Əsasən, moren çöküntülərilə örtülmüş əhəng daşından təşkil olunmuşdur. Ərazisində şam meşələri var. Əhalisi əkinçilik və maldarlıqla məşğul olur. Mühüm şəhəri Borqholmdur.