Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nida
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir Nidaların müxtəlif məna növləri var: Sevinc, heyranlıq, təəccüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey,Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz. Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey.
Qida
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Düyü (qida)
Düyü taxıl və yemək növüdür. Mənşəcə bataqlıq otudur. Asiyanın bir çox yerində əsas yemək kimi yeyilir. Dünyanın isti yerlərində, əsasən Asiya, Afrika, İtaliyanın şimalında və Şimali Amerikanın qərb sahillərində yetişdirilir.
Nida (Nerinqa)
Nida (lit. Nida, alm. Nidden‎) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə. Kazimir Buqa qəsəbənin adını XV əsrdə Nyda (Neyde) kimi adı çəkilən Prussiya çayının adına oxşadırdı. Çünki Kelt dillərinin arealında su hovuzlarının oxşar adları (Mayna Nidda axını, Saara Niyed axını və s.) qalmışdı. K. Buqa güman edirdi ki, ola bilsin, Nida adı sanskrit mənşəlidir, burada nedati “axır, keçir” deməkdir. XIV-cü əsrin əhl-səliblərin hərbi yollarının təsvirində adı çəkilən qədim Nida, müasirindən 2 km cənubda, Baltik dənizinə yaxın yerləşirdi. XVII-ci əsrin sonunda küləklər onu qumla örtmüşdü. Bugünkü Nida üç kiçik kənd: Nida, Skruzdine və Purvinenin birləşməsi nəticəsində əmələ gəlib. XIX-cu əsrin sonunda Nidanı burada yayı keçirən alman ekspressionistləri şöhrətləndirməyə başladı və Nida rəssamlar koloniyasını (Makc Pexşteyn, Lovis Korinf, Karl Şmidt-Rotluf, Ernst Molenxauer və s.) yaratdı.
Nida (dəqiqləşdirmə)
Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsi. Nida işarəsi — durğu işarəsi. Nida cümləsi Nida (Nerinqa) — Litvada Nerinqa şəhəri tabeliyində qəsəbə.
Nida cümləsi
Nida cümləsi söylənilən fikrə emosional münasibət bildirən cümlələrə deyilir. Nəqli cümlə, sual və əmr cümlələri adi tonla tələffüz edildiyi kimi, yüksək tonla tələffüz edilərək, hiss-həyəcanla dolğunlaşdırıla bilir və bu zaman nida cümlələri yaranır; məs.: Zaman bizə bir anadır! Biz zamanın övladıyıq! Mən həyatın bu hökmünü ömrüm boyu alqışladım! (S.Vurğun) Bir ayaqları gorda olan bu quru-taqqanaq qocalar bu sehri hardan alırdılar?! (İ.Hüseynov) Qoy göyün ulduzu göyə nur saçsın, Yerin də arzusu yerdə gül açsın! (S.Vurğun) S.Vurğundan verdiyimiz ilk cümlələr nəqli, ikinci misal sual, sonuncusu əmr cümləsi əsasında yaranmış nida cümlələridir. Nida cümlələrinin formalaşmasında intonasiyanın rolu əsasdır. İntonasiya vasitəsilə adi nəqli cümlələrdə şadlıq, sevinc, qəzəb, nifrət, təəccüb, heyrət, istehza, təəssüf və s. kimi hisslər ifadə olunur, emosional münasibət cümlənin yüksək tonla tələffüzünə, nida cümləsi kimi formalaşmasına səbəb olur; məs.: Bəsdi!
Nida işarəsi
Nida işarəsi (!) — Aşağıdakı hallarda işlədilən durğu işarəsi: Nida cümləsinin sonunda. Məsələn: Azərbaycan dilində /Yanğın!/, /Fəlakət!/; əmr cümlələrində /Rədd ol burdan!/; Çağırış və müraciət həyəcanlı olanda. Məsələn: Azərbaycan dilində /Yaşasın müstəqil Azərbaycan!//; Nida cümlələrində özəksonu zəifləyir, zaman ləngiyir. /Ana! O, müqəddəs bir kainatdır//.
Qida bankı
Qida bankı (ing. Food bank) — aclıqdan çətinlik qarşısını almaq üçün kifayət qədər ərzaq alınması olan insanlara qida paylayan xeyriyyəçi təşkilat. Amerika Birləşmiş Ştatları və Avstraliyada, qida bankları anbar kimi fəaliyyət göstərirlər. Dünyada ilk qida bankı, 1967-ci ildə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. Standard model olan qida banklarında məhsullar qida talonları ilə verilir. 2014-cu ilin statistikasına görə, ABŞ-də hər 7 nəfərdən biri qida banklarından yardım almaq məcburiyyətindədir. 200 qida bankına sahib olan və ildə 17 milyonu uşaq olmaqla ümumilikdə 37 milyon insanı qidalandıran "Feeding America" adlı yardım təşkilatı problemin ABŞ diametrində olduğunu deyir. Ucuz və asan hazırlanan qida axtarışı, insanları pizza kimi qeyri-sağlam seçimlərə məcbur edərək, gələcəkdə piylənmə və digər sağlamlıq problemlərinə də yol açır. Bəzi bölgələrdə məktəblər "kürək çantası" deyilən bir layihə ilə ən yoxsul ailələrə həftə sonunda istehlak üçün cümə günündən qida paylanır. Avropada ilk qida bankı, 1984-ci ildə Fransada yaranmışdır.
Qida bloku
Qida bloku- (ing. power supply unit) kompüterin korpusunun içərisində sistem lövhəsi ilə yanaşı yerləşən xüsusi funksiyaya malik qurğu. Qida blokunun bir sıra vəzifələri var: Ötürülən gərginliyi qəbul edərək, dəyişən cərəyanı sabit cərəyana çevirir; Gərginliyi sistem lövhəsinə və onun elementlərinə paylayır; Xarici yaddaş qurğularına gərginlik ilə təmin edir; Sərinkeş vasitəsilə sistem blokunun içərisinidəki temperatoru nizamlayır; Qida blokunun əsas texniki xarakteristikası onun gücüdür. Gücün (görülən işin bu işin görülməsinə sərf olunan zaman müddəti) vahidi vattdır. Sistem blokunun daxilinə nə qədər çox qurğular quraşdırılarsa, (yaddaş qurğuları, yaddaş mikrosxemləri, genişləndirmə lövhələri və b.) qida bloku da daha güclü olmalıdır. Adi kompüterlər 150–200 vatt , daha güclü sistemlər isə 300 və hətta 350 vatt güc işlədir. Kompüter çalışarkən əsasən çıxan səs mənbəyi məhz qida blokunun səsidir, daha doğrusu sistem blokunun daxilində temperaturu tənzimləmək üçün qida blokunda quraşdırılmış sərinkeşdir.
Qida borusu
İnsanın qida borusu — Həzm sistemi kanalının bir hissəsi. Yarıməzələvi borudan ibarət olub, udlaqdan qəbul edilmiş qidanın mədəyə ötürülməsi funksiyasını yerinə yetirir. Yetkin insanın qida borusunun uzunluğu 25–30 sm-dir. VI–VII boyun fəqərələrindən başlayaraq udlaqın davamı olub, döş boşluğundan keçərək döş qəfəsinin X–XI fəqərələri səviyyəsində qarın boşluğunda mədəyə açılır. Qida borusu diafraqmadan qida borusu dəliyi vasitəsiylə keçir ki, hansı ki qida borusu ilə yanaşı hər iki azan sinir də bu dəliklə diafraqmadan qarın boşluğuna keçir.
Qida boyaları
Qida boyaları — fərdi üzvi maddələr və onların qarışığı və ya qeyri – üzvi piqmentlər və onların qarışığıdır. Qida boyaları təbii, sintetik və qeyri – üzvi olurlar. Məhsulun xarici görüşünü müəyyənləşdirən maddələr qrupudur. Qida rəngləndiriciləri kosmetika, əczaçılıq məhsulları, ev sənətkarlığı layihələri və tibbi cihazlar da daxil olmaqla müxtəlif qeyri-ərzaq sahələrində də istifadə olunur. İnsanlar müəyyən rəngləri müəyyən ləzzətlərlə əlaqələndirirlər və yeməyin rəngi konfetdən şəraba qədər hər şeydə qəbul edilən ləzzətə təsir edə bilər.
Qida gücü
Qida gücü – Beynəlxalq siyasətdə qida gücü, bir millətin və ya millətin bir qrupunun davranışlarını manipulyasiya etmək üçün digər millətdən və ya millətlərin bir qrupundan əmtəə təklif etdiyini və ya saxladığı bir siyasi nəzarət üsulu olaraq kənd təsərrüfatından istifadə edir. Silah kimi potensial istifadə OPEC-in əvvəllər neftdən siyasi silah olaraq istifadə edildikdən sonra tanındı. Ərzaq bir millətin siyasi hərəkətlərinə böyük bir təsir göstərir. Qida gücü hərəkətlərinə cavab olaraq, bir millət, ümumiyyətlə, öz vətəndaşlarının ərzaqla təmin etməsi üçün fəaliyyət göstərir. Qida qüvvəsi siyasətin ayrılmaz bir hissəsidir. Qida qüvvəsi ideyası embarqolar, məşğulluq və ərzaq siyasətində istifadə olunur. Bir millətin qida gücünü səmərəli şəkildə istifadə etməsi üçün millətə səmərəli şəkildə tətbiq edilməli və sərhəd nümayiş etdirməlidir, konsentrasiyanı təmin etməli, dispersiya və fəaliyyət müstəqilliyini tələb etməlidir. Qida qüvvəsini istifadə etmək üçün kifayət qədər kənd təsərrüfatı ixrac edən dörd əsas ölkə ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyadır. Kiçik miqyasda, xüsusilə də bəzi Afrika ölkələrində ərzaq qüvvələri daxili döyüşlərdə və öz xalqına qarşı çıxan münaqişələrə qarşı çıxaraq silah kimi istifadə edilmişdir. Dünyada kifayət qədər kənd təsərrüfatını bu hipotetik ərzaq gücünü tətbiq etmək üçün ixrac edən dörd ölkə var: ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya.
Qida kimyası
Qida kimyası – canlı materiyanın kimyəvi tərkibini, insan, heyvan, bitki və mikroorqanizmlərin həyat fəaliyyətini təşkil edən kimyəvi çevrilmələri və bu çevrilmələr zamanı orqanizmdə baş verən dəyişiklikləri öyrənən elmdir. Qida kimyası müstəqil elm kimi XIX əsrin ortalarında yaranmışdır. Onun bir elm kimi formalaşmasında üzvi kimyanın, fiziologiyanın və anatomiyanın böyük rolu olmuşdur. Lakin onun sürətlə inkişafı XX əsrdən başlayır. XX əsrin başlanğıcında bioloji kimyanın kimyəvi əsasları yaranmşdır. Bu dövrdə canlı materiyanın tərkibinə daxil olan birləşmələrin əsas tipləri ayırd edilmişdir. XX əsrin ortalarından sonra bioloji kimya sürətlə inkişaf etdi. Molekulyar biologiya, gen mühəndisliyi, biotexnologiya, bioqeyri-üzvi və bioüzvi kimya kimi elm sahələrinin yaranması və inkişafı bioloji kimyanın sürətli inkişafına stimul yaratdı. Biokimyəvi proseslər termodinamikanın (termokimyanın) qanunları ilə sıx bağlıdır. Biokimyəvi reaksiyalar ani vaxtda millisaniyə (ml.
Qida məhsulları
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qida məhsulu
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qida məmulatları
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qida məmulatı
Qida və ya qida məhsulları — orqanizmin xaricdən qəbul etdiyi üzvi və qeyri-üzvi maddələr yığımı. Qidalar çox sadə kimyəvi maddələrdən mürəkkəb üzvi birləşmələrə qədər geniş miqyasda çeşidlilik göstərir. İnsanın hər gün yeyib-içdiyi qidalar çox müxtəlifdir. Onlar orqanizmi lazımi qədər zülallar, yağlar, karbohidratlar, mineral maddələr, vitaminlər və adi su ilə təmin etməlidir.. Ən çox zülal toyuq yumurtasının ağındadır. Lakin pendir və kəsmik də, xalis zülaldan ibarətdir. Zülal ətdə və balıqda da çoxdur. Bir parça xəmir götürüb, onu suda yuyun,əlinizdə rezinə oxşayan yapışqanlı bir şey qalacaq. Bu zülaldır. Alimlər zülalı protein (yun.
Qida təhlükəsizliyi
1996-cı ildə qida problemləri ilə bağlı keçirilən Dünya Qida Sammitində qida təhlükəsizliyi anlayışı müəyyən edilmişdir. Qida təhlükəsizliyi “bütün insanlar sağlam və aktiv həyat tərzi keçirmələri üçün istənilən vaxt kifayət miqdarda keyfiyyətli qida əldə etdikdə” yaranan vəziyyət olaraq müəyyənləşdirilmişdir. Bir qayda olaraq, qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qida üstünlüklərini təmin edən qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Qida təhlükəsizliyi həmçinin insanların aktiv və sağlam həyat tərzi sürmələri üçün istənilən vaxt kifayət qədər qida əldə edə bilmək imkanları əsasında qurulmuşdur. Qida təhlükəsizliyi aclıq, quraqlıq, müharibələr, iqtisadi qeyri-sabitlik kimi risk faktorları səbəbindən gələcəkdə qida qıtlığını aradan qaldırmaq üçün qida sabitliyini və məhsuldarlığını artırmaqla bağlı tədbirləri özündə ehtiva edir. Qida sabitliyi: uzun müddət boyunca qida əldə edə bilmək imkanıdır. Qida əldə etmək imkanı: qidanın qiymət baxımından əlçatan və münasib olması və yerləşməsi, o cümlədən insanların və məişət təsərrüfatının üstünlüklərinin nəzərə alınması. Qidanın mövcud və əlçatan olması: bu məfhum istehsalat, paylaşdırma və mübadilə yolu ilə qida məhsullarının təchizatı ilə bağlıdır. Bu sualın cavabı ABŞ Kənd Təsərrüfatı Nazirliyinin və BMT Qida və Kənd Təsərrüfatı Təşkilarının qida təhlükəsizliyi üzrə müəyyən etdiyi iki əsas anlayışla bağlıdır. 1) Qida təhlükəsizliyi o zaman mövcud olur ki, bütün insanlar bütün hallarda sağlam və aktiv həyat tərzi sürə bilmək üçün öz pəhriz ehtiyaclarını və qida üstünlüklərini təmin edə bilməkdən ötrü kifayət qədər təhlükəsiz qida məhsullarını fiziki və iqtisadi baxımdan əldə edə bilsinlər (FAO).
Qida zəhərlənməsi
Qida zəhərlənməsi - bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır. Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Düzgün diaqnoz üçün qan analizi vacibdir. Adətən qida zəhərlənməsi bir neçə günə düzəlir lakin bəzi zəhərlənmə halları var ki, həddən artıq ciddi problemlərə yola aça bilər və bu zaman ciddi həkim nəzarətinə ehtiyac vardır. Zəhərlənmədə ishal baş verən zaman ishalı dayandırmaq üçün istifadə edilən hər hansı bir dərman orqanizmdəki toksinlərin ishalla xaric olunmasının qarşısını alarsa bu hal xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Onun üçün də bu kimi dərmanların yalnız həkim məsləhəti ilə qəbulu məsləhətdir.
Qida zənciri
Qida zənciri — canlılar yaşamaq üçün qidalanmalıdırlar. Qida maddələri canlıların böyüməsi, inkişafı, hərəkəti və digər bioloji poseslərini həyata keçirmək üçün enerji mənbəyi rolunu oynayır. Hər bir orqanizm üzvi maddədə olan enerjidən istifadə edir. Üzvi maddələrin parçalanması müəyyən mərhələyə qədər çatdırılır. Enerji ilə zəngin qida qalıqları başqa orqanizmlərin qidasını təşkil edir. Beləliklə, canlıların müxtəlif növləri arasında qida əlaqələri yaranır. Qeyri-üzvi maddələrdən üzvi maddə hazırlayan avtotrof canlılar qida zəncirinin əsas halqasıdır. Bura xlorofil piqmentinə malik bütün canlılar və xemosintezedici bakteriyalar aiddir. Bu canlılar qida zəncirinin başlanğıc halqasını təşkil edir. Quruda yaşayan bitkilər üzərinə düşən Günəş enerjisinin 1%-dən istifadə edərək üzvi maddələr hazırlayır.
Qida çatışmazlığı
Qida çatışmazlığı — qeyri-kafi qidalanma (natamam və ya qismən aclıq) nəticəsində yaranan bir sıra şərtləri əhatə edən ümumi termin. Uzun müddət davam edən qida çatışmazlığının əlamətləri zəiflik, arıqlıq, anemiya və tez-tez qarında şişkinlikdir. Qida çatışmazlığı adətən inkişaf etməkdə olan ölkələrdə yoxsulluqla əlaqələndirilir. Bununla belə, qida çatışmazlığı inkişaf etmiş ölkələrdə də müşahidə edilir və özünü artıq çəkidən əziyyət çəkən insanların faizinin artmasında göstərir. Ümumi aclıq çox vaxt distrofiyaya və kvaşiorkaya (qidada zülal çatışmazlığı fonunda ağır distrofiyanın bir növü) gətirib çıxarır.
Qida əlavələri
Qida əlavələri — istehsal, qablaşdırma, daşınma və ya saxlama zamanı qida məhsullarına texnoloji məqsədlər üçün əlavə olunan maddələr, istədiyiniz xüsusiyyətləri vermək üçün, məsələn, müəyyən bir aroma (ləzzət), rəng (boyalar), raf ömrü (konservantlar), dadı, tutarlılığı və s. Bəzi insanlar əlavəsiz yemək yeməyə meyllidirlər, baxmayaraq ki, sözün ciddi mənasında duz və istiot da bunlardır. Bir çox ölkələrin qanunvericiliyi məhsul istehsalında istifadə olunan əlavələrin göstərilməsini tələb edir. Təsnifat üçün hər iki tam ad (ABŞ-da; məsələn, "sirkə turşusu") və "E" hərfindən əvvəl olan seriya nömrələri (Avropa Birliyində) istifadə olunur: məsələn, E260 — sirkə turşusunun sayıdır . Kodda E olmayan aşqarlar var — məsələn, 154 əlavə əlavəsi yalnız İngiltərədə istifadə olunan Qəhvəyi FK boyasıdır. Qida əlavələri və çirkləri üzrə beynəlxalq standartlar, Beynəlxalq Kənd Təsərrüfatı Təşkilatının (JECFA) Birgə Mütəxəssislər Komitəsi və FAO / ÜST Beynəlxalq Komissiyası tərəfindən qəbul edilmiş və ÜTT ölkələri üçün məcburi olan Codex Alimentarius tərəfindən müəyyən edilir. Avropa İttifaqında qida əlavələrinin təsnifatı üçün nömrələmə sistemi hazırlanmışdır (1953-cü ildən qüvvədədir). Hər bir əlavənin "E" hərfi ilə başlayan unikal nömrəsi var. Nömrələmə sistemi yekunlaşdırıldı və Alimentarius Kodeksi beynəlxalq təsnifatı üçün qəbul edildi. Kodun birinci rəqəmi əlavənin ümumi məqsədini göstərir: Boya kodları 1-dən başlayır; 2 - konservantlar; 3 üçün: 300-322 - antioksidantlar, 333-399 - antioksidantlar və stabilizatorlar; 4 - emulqatorlar və stabilizatorlar; 5 - topaklaşmaya və yığılmağa qarşı maddələr; 6 - dad və qoxu gücləndiriciləri; 7 və 8 istifadə edilmir (710-713 antibiotikləri istisna olmaqla); glazerlər, yumşaldıcılar və digər çörəkçilik yaxşılaşdırıcılar və digər maddələr üçün kodlar 9-dan başlayır.
Qida mühəndisliyi
Qida mühəndisliyi — Qida məhsulları üzrə mühəndis yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə məşğul olur. Qida məhsulları üzrə mühəndisin vəzifələrinə ət kombinatlarında, çörək bişirilən müəssisələrdə, məhsulun keyfiyyətinə riayət edilməsinə və həmçinin hazırlanmasına nəzarət edilməsi, istehsal prosesində yeni texnologiyaların tətbiqi, məhsulun keyfiyyətinin yaxşılaşdırılması daxildir. Qida mühəndisliyi yüksək keyfiyyətli qida məhsullarının təminatı ilə əlaqədar sahədir. ABŞ alimləri 1989-cu ildə qida məhsulları və texnologiyanın Milli Təhlükəsizlik Mərkəzi yaradılmasının təşəbbüsçüləri oldular. Ölkəmizdə 1941-ci ildən etibarən tədrisinə başlanılmışdır. Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr məhsulun, xammalın keyfiyyətini və onun xüsusiyyətlərini təhlil etməyi, qida əlavələrindən lazımi miqdarda istifadəni, istehsal prosesini, müxtəlif növ məhsulların istehsal mərhələlərini və s. öyrənir. Bundan əlavə mühəndis müxtəlif məhsul qruplarını yaratmaq üçün istifadə olunan avadanlıqların və avtomatlaşdırma sistemlərinin dizaynında, işə salınmasında iştirak edir. Texnoloji proseslərə nəzarət edir, emalatxananın işini yaxşılaşdırmağa kömək edən yeni həllər və avadanlıqlar axtarır. Bu sahə fizika, riyaziyyat və kimya ilə maraqlananlar üçün uyğundur.
Göy (qida)
Göy, göy-göyərti, yemək göyü və ya səbzi-xurdan (fars. سبزی خوردن‎ ), kanaçi (erm. կանաչի) və pinçar (kürd. پینچەر) — İran, Kürdüstan, Azərbaycan, Əfqanıstan və Ermənistan mətbəxlərində ümumi yan yemək. Bu, təzə otlar və çiy tərəvəzlər dəstinin istənilən birləşməsindən ibarətdir. İstənilən yeməklə verilə bilər. Reyhan, cəfəri və turp ən çox yayılmışlar arasındadır. Ən çox həqiqi yeməklə birlikdə verilir. Bəzən ağ pendir və naan çörəklə verilir.
"Qida" korporasiyası
"Qida" korporasiyası (ing. Food, Inc.) — Robert Kennerin rejissoru olduğu 2008-ci il amerikan sənədli filmi. Filmdə Amerika Birləşmiş Ştatlarında kənd təsərrüfatı üzərində aparılan araşdırmalar əsasında, aqrobiznesin həm ətraf mühitə, həm heyvanlara, həm də işçilərə zərərli bir şəkildə qida istehsal etdiyindən bəhs edilir. Film Maykl Pollan və Erik Şlosser tərəfindən səsləndirilmişdir. Film tənqidi zamanı müsbət reaksiyalar almış və bir çox mükafata, o cümlədən 2009-cu ildə ən yaxşı sənədli film təqdimata görə Akademiya Mükafatı və Müstəqil Ruh Mükafatına namizəd görülmüşdür. == Məzmun == Amerika kənd təsərrüfatı bir çox cəhətdən digər dünya ölkələri tərəfindən həsəd aparılan sahə olmuşdur. ABŞ aqrobiznesi daha az torpaq sahəsində daha böyük məhsuldarlıq və immiqrantların ucuz qiymətə işlədilməsi prinsipinə əsaslanır. Bəs burada bizi qidadan soyudan nə ola bilər? Aşağı qiymətə işləyən fermerlərin, ucuz qida restoranlarının və xəstəlikli istehlakçıların artan sayına əsasən, "Qida" korporasiyası sənədli filmi çəkilmişdir. Bu heyrətləndirici sənədli filmdə vurğulandığı kimi xəstə heyvanlar, ətraf mühitin pozulması, korlanmış və zərərli qidalar, piylənmə, şəkərli diabet və digər sağlamlıq problemləri yüksək mexanikləşdirilmiş və mərkəzləşdirilmiş sistemlə əlaqəli ən yayğın problemlərdir.