Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Naş qolos
Naş qolos — gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti. == Tarixi == 1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində "Naş qolos" şəhərdəki vəziyyəti təsvir edərək yazmışdı: "Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzəpir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. İbadətgahın təhqir olunması geniş kütlələrin qəlbini göynədir, meyitlər onları daha çox narahat edir. Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu düşmənçiliyi aradan qaldırmaq, bu nifrətin qəzəbli intiqam hissinə çevrilməsinin qarşısını almaq üçün çox iş görmək lazım gələcək" ("Naş qolos", 24 mart, 1918-ci il).
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. == Qaloş sözü necə yaranmışdır? == Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. == Mifologiyası == Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu.V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir. O buynuzlu və dırnaqlıdır, daşda ağacda, heyvanda və s-də öz təcəssümünü tapa bilir.
Koloş (Uçalı)
Koloş (başq. Ҡолош, rus. Кулушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 48 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 24 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Koloş buzlağı
Koloş buzlağı (bolq. ледник Колош, ‘Lednik Kolosh’ \'led-nik 'ko-losh\) — 6.7 km uzunluğu, 3.6 km eni olan və Antarktidanın Qreyam Torpağının Qreyam sahiliindən qərbdə yerləşən buzlaqdır. Buzlaq Nesla buzlağından cənubda yerləşmişdir. Lisiya silsiləsinin qərb yamacını, Biqo dağının şimal yamacını əmələ gətirir.Buzlaq qərbi Bolqarıstandakı Konyavska dağının Koloş zirvəsinin adını daşıyır. == Yerləşməsi == Koloş buzlağı 65°44′50″ c. e. 64°18′30″ q. u. koordinatlarında yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.
Sokolkskaya volos
Sokolkskaya volos-(latış. Sokolku pagasts‎) -Vilyansk əyalətinin 3 hissəsidir. Strupli kəndinin mərkəzində yerləşir. == Coğrafiyası == Əyalətin cənub-şərqində yerləşir. Şərqdə Sakstaqal Rezeknensk əyalətinin, cənubda Silmalsk Rezeknensk əyaləti, qərbdə və şimalda isə Vilyansk ilə Vilyansk əyalətinin şəhəri ilə sərhədlənir. == Əhali == 2011 ci ildə əhali 745 nəfər olmuşdur. 70,60%-ni ruslar, 27,25%-i isə latışlardan ibarətdir.
Tomas Qolts
Tomas Qoltz (ing. Thomas Goltz; 11 oktyabr 1954, Yaponiya – 29 iyul 2023, Livinqston[d], Montana) — Amerika tarixçisi, jurnalisti və yazıçısı. == Həyatı və yaradıcılığı == Tomas Qoltz 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olmuşdur. O, Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında böyümüş, Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirmişdir (1985). Tomas Qoltz 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olmuşdur. Bu müddət ərzində Tomas Qoltz yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir etmişdir. 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi, "Çeçenistan gündəliyi"ndə Birinci Çeçenistan müharibəsindən, "Gürcüstan gündəliyində" isə Gürcü-abxaz münaqişəsi haqda bəhs olunur."Çeçenistan gündəliyi" kitabı 2003-cü ildə nəşr edilmiş, 2005-ci ildə türk dilinə tərcümə edilmişdir. "Gürcüstan gündəliyi" isə 2006-cı ildə işiq üzü görmüşdür. O, bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışır. 2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülmüşdür.
Vilyam Volos
Vilyam Volles (ing. Sir William Wallace; 3 aprel 1270 – 23 avqust 1305) — kral I Edvarın dövründə İngiltərəyə qarşı aparılan mübarizədə xalqa öndərlik edən şotland cəngavər. Şotlandiyanın ən böyük milli qəhrəmanlarından biri olan Vilyam Volles ölkənin ingilis asılılığından xilas olması üçün aparılan mübarizənin ilk illərində Şotland müqavimət qüvvələrinə rəhbərlik etmişdi. Tarixçilər Vilyam Vollesi soylu nəsildən gələn Robert Bryus kimi zadəganlara zidd şəxsiyyətlərdən biri hesab edirlər. Bəzi tarixçilər Vilyam Vollesin 1270-ci ildə anadan olduğunu iddia edir. XVI əsrə aid olan Vilyam Vollesin tarixi və şotland hadisələri (ing. History of William Wallace and Scottish Affairs) kitabında isə 1276-cı ildə anadan olduğu yazılmışdır. Dəqiq sübutlar olmadığı üçün Vilyam Vollesin doğum yeri və tarixi mübahisəlidir. Tarixi mənbələrə görə onun doğum yeri Renfevşirdəki Peysli yaxınlığındakı Eldirslidir. Buna baxmayaraq bəzi bioqraflar Vilyam Vollesin doğum yerinin Eyrşirdəki Kilmernok yaxınlığında olduğunu qeyd etmişlər.Bundan əlavə Vilyam Vollesin ilk hadisələri Eyrşirdə cərəyan edir.
Allos
Allos (fr. Allos, oks. Alòs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Allos-Kolmar kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04006. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 695 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını turizm təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 471 nəfər (15–64 yaş) arasında 360 nəfər iqtisadi fəal, 111 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,4%, 1999-cu ildə 79,8%).
Avlos
Avlos (yun. αὐλός; lat. tibia, nadir hallarda aulos) — nəfəslə çalınan qədim musiqi aləti. Yunanıstanda və Ön Asiyada yayılmışdı. Qədim Romada avlos tibiya adlandırılmışdır. == Xüsusiyyətləri == Balabana oxşayan avlosun silindrik (bəzən konusvarı) gövdəsi, ikiqat dilçəyi olmuşdur. Gövdəsinin üzərində əvvəllər 3–4, sonralar isə 15-ə qədər dəlik açılırdı. Solo çalınarkən (avletika) ifaçı (avlet), adətən, eyni zamanda iki avlosdan istifadə edirdi. Avlosun iri il əsas melodiya ifa olunur, ikincisi ilə isə züy tutulurdu. Antik faciə tamaşalarında, qurban məraasimlərində, hərbi musiqisidə avlosdan istifadə edilirdi.
Bolon
Bolon (fr. Beaulon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şevan kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03019. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1612 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 985 yaşda olan (15–64 yaş arasında) 697 nəfər iqtisadi cəhətdən, 288 hərəkətsiz (fəaliyyət göstərici 70,8%, 1999-cu ildə 65,5%) idi. Fəal olan 697 nəfərdən 653 nəfər (369 kişi və 284 qadın), 44 nəfəri işsiz (15 kişi və 29 qadın) idi. 288 hərəkətsiz 48 nəfər arasında şagird və ya şagird, 122 nəfər təqaüdçü, 118 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Colpos
Uşaqlıq yolu (ing. vagina) ― 8–10 sm uzunluğunda boru şəklində olub uşaqlığı xarici cinsiyyət üzvləri ilə birləşdirir; dölün və aybaşı qanının uşaqlıqdan xaricə çıxması və toxumun (spermatozoidin) uşaqlığa daxil olması üçün bir yol təşkil edir. Bunun ön divarı — lat. paries anterior və arxa divarı — lat. paries posterior vardır. Bunlar uşaqlıq yolu boş olan vaxt bir-birinə söykənir və aralarında frontal istiqamətdə durmuş bir yarıq qalır. Uşaqlıq yolu aşağıya doğru daralaraq uşaqlıq yolu dəliyi (girəcəyi) — lat. ostium vaginae (introitus vaginae BNA) vasitəsilə uşaqlıq yolu dəhlizinə açılır; yuxarıda isə uşaqlıq boynunun uşaqlıq yolu hissəsini (lat. portio vaginalis cervicis) əhatə edir və nəticədə uşaqlıq yolu ilə lat. portio vaginalis arasında uşaqlıq yolu tağı — lat.
Delos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır.Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.Adada e.ə.
Dilos
Dilos və ya Delos (q.yun. Δῆλος) — Yunanıstanda, Egey dənizinin Kiklad adalarında ada. Ada Cənubi Egey adaları periferiyasının Mikonos periferiya vahidinin Mikonos icmasında (dim) yerləşir. 2011-ci ilin əhali siyahıyaalmasında əldə olunan məlumatlara görə, adanın əhalisi 24 nəfərdir. Adanın sahəsi 3.536 km2, sahili isə 14 kilometr (8.7 mil) uzunluğundadır.Adanın ən hündür nöqtəsi Kint zirvəsidir. Diloslu Apollon homerik himninə görə, qədim əkiz tanrılar olan Apollon və Artemidanın doğumu Kinf dağında gerçəkləşmişdir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Apollon və Letoya burada sitayiş edilmişdir. Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var.Adadakı tək çay İnopdur. Çay yağış zamanı daşır.Adada e.ə.
Dolors
Tulus - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə qeyd edilmişdir. Kəndin adı təhrif edilərək erməni mənbələrində Tolors kimi verilir. Toponim qədim türk tayfalarından olan tolos, teles etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 24 nəfər, 1873 - cü ildə 142 nəfər, 1886-cı ildə 176 nəfər, 1897-ci ildə 263 nəfər, 1914 - cü ildə 390 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1926-cı ildə ermənilərdən başqa iki nəfər azərbaycanlı da yaşamışdır.
Donos
Donos — cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış. Müasir istifadəsində bu, qanuni olaraq cəzalandırılan, lakin müəyyən bir şəxsin baxış bucağından cinayət sayılmayan və ya xırda xarakter daşıyan hərəkətlər haqqında dövlət səlahiyyətlilərinə ismarışdır. Sözün müasir mənası sırf neqativdir, çünki hüquqi istifadədə yalnız "yalan olduğu bilinən" sifəti ilə işlənir. Monteskyö bildirir ki, bu söz cəmiyyətin mənafeyi ilə hakimiyyətin maraqları arasındakı uçurumu, qanunların xalqı korladığı zaman ikinci növ hakimiyyətin azğınlığını göstərir. Karl Marks bu mahiyyəti belə izah edirdi ki, xalq cəzanı görür, lakin cinayəti görmür və məhz cinayət olmayan yerdə cəzanı gördüyü üçün cəza olan yerdə cinayəti görməkdən əl çəkir. == İstinadlar == == Əlavə ədəbiyyat == Борис Бурда «Доносы: факты, страны, века» С. Васильев. О функциях «соков» в связи с проблемой древнерусских «ябетников» и «ябедничеством» Судебника 1497 г. Архивная копия от 10 декабря 2007 на Wayback Machine // Исследования по истории средневековой Руси. М.; СПб. 2006, с.
EOLSS
EOLSS - Həyat təminatı sistemlərinin ensiklopediyası (ingiliscə, Encyclopedia of Life Support Systems). Ensiklopediya YUNESKO-nun himayəsi ilə yaradılmışdır. Ensiklopediyanın elektron variantı 50 milyon sözdən ibarət 180 cild təşkil edir. Sistem pulludur, lakin qısamüddətli müraciət və təhsil müəssisələri üçün xüsusi icazələr əldə etmək mümkündür. Müxtəlif sahələrə aid 16 ensiklopediyanı özündə birləşdirir.
Fobos
Fobos — Günəş sistemində Mars planetinin peykidir. Qeyri düzgün formalıdır (uzunluğu 26 km, eni 21 km). Mars ətrafına 7 saat 39 dəqiqəyə dolanır.
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu.Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. == Coğrafiyası == Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir.Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. == İqlimi == İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir. == Əhalisi == Kəndin əhalisi 5.834 nəfərdir (2019). Etnik tərkibi: taciklər - 5831 nəfər, özbəklər - 3 nəfər.
Gilas
Gilas (lat. Cerasus avium) – gavalı cinsinə aid bitki növü.Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır. == Yabanı gilas == Gülçiçəklilər fəsiləsinin albalı cinsinə aiddir. Yabanı halda Ukraynada, Moldovada, Krım və Qafqazda bitir. Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir. Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır.
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Qalas
Qalas (osm. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.