Dolors

Tulus — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2][3]

Kənd
Tulus
39°27′38″ şm. e. 46°02′46″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Zəngəzur mahalı]]
Rayon [[Sisyan rayonu]]
Tarixi və coğrafiyası
Sahəsi
  • 20,85 km²
Mərkəzin hündürlüyü 1.660 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 332 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Tulus xəritədə
Tulus
Tulus
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rayon mərkəzindən 7 km cənub-şərqdə yerləşir. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[4] qeyd edilmişdir. Kəndin adı təhrif edilərək erməni mənbələrində Tolors kimi verilir[5].[6]

Toponim qədim türk tayfalarından olan tolos[7], teles[8] etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. 728-ci ilə aid mənbədə adı çəkilir[9][10]. Həmin mənbədə dеyilir ki, kənddə cəmi 2 xristian ailəsi yaşayır[11] Qədim türkmənşəli Tulus tayfasının adındandır. XIII əsr tarixçisi Rəşid-əd-Din monqolların tərkibində tulas adlı tayfa olduğunu qеyd еdir. Tatarıstanda tolos, qaraqalpaqlarda tolos tayfası vardır[12][13]

Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 24 nəfər, 1873-cü ildə 142 nəfər, 1886-cı ildə 176 nəfər, 1897-ci ildə 263 nəfər, 1914-cü ildə 390 nəfər azərbaycanlı yaşamışdır[14].

1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1926-cı ildə ermənilərdən başqa iki nəfər azərbaycanlı da yaşamışdır[15]. İndi burada yalnız ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Iravan eyaletinin mufessel defteri. Istanbul. Basbakanlik Arsivi, № 633. .
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.183
  5. Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, "Ayastan", 1976. s.80
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Тулус // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  7. Радлов В.В. Опыт словарья тюркских наречий, т. III, ч.2, СПб, 1905. s.1261
  8. Qumilyev L. N. Qədim türklər (tərcümə edənlər: V. Quliyev, V. Həbiboğlu), Bakı, "Gənclik", 1993. s.21
  9. İrəvan əyalətinin icmal dəftəri. . Bakı. 1996.
  10. Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М. . 1958.
  11. Naxçıvan sancağının müfəssəl dəftəri (27 avqust 1727). Giriş və tərcümənin müəllifləri Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qaramanlı). . Bakı. 1997.
  12. Гейбуллаев Г.А. О происхождении некоторых этнонимов Азербайджана (Деллер, Тулу, Тиркеш, Шадылы, Туба, Тулус, Чалган, Кузанлы). ДАН Азерб. ССР,. № 1. 1978.
  13. Гейбуллаев Г.А. Монгольские топонимы в Азербайджане. Известия АН Азерб. ССР. Серия истории, философии и права,. № 3. 1981.
  14. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78–79, 148–149
  15. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.78–79