Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qab
Çanaq (ölçü vahidi) — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. Çanaq (qab) — əski çağlarda məişətimizdə istifadə edilən qab. Çanaq (anatomiya) İnsan gövdəsinin aşağı hissəsinə aid nahiyə. Çanaq sümüyü— Çanaq nahiyəsinin istinadını təşkil edən bir cüt qalça, bir cüt oturaq, bir cüt qasıq sümükləri.
Kisə (qab)
Kisə — çox sayda dağıla bilən, səpələnən əşyaların, ərzağın və tikini materiallarının saxlanılması və daşınmsı üçün əski çağlardan bu günümüzə qədər məişətimizdə istifadə edilən xüsusi qab. == Ümumi məlumat == Xalqımızın məişətində əski çağlardan bir çox məmulatları kisəyə qablaşdırmışlar. Kisə sözü bu gün də məişətimizdə yaşamaqdadır. Əsasən ərzaqlar - un, düyü, şəkər, arpa, buğda, eləcədə bir çox tikinti materialları - qum, gips və sairə kisələrə qablaşdırılır.
Krater (qab)
Krater (qab) (q.yun. κεράννυμι — qarışdırıram) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Qab-qacaq
Qab-qacaq — məişətdə, əsasən də mətbəxdə yemək hazırlığı, ərzağın saxlanmsı və emalı üçün işlədilən əşyaların ümumi adı. Qab-qacaq aşağıdakı kateqoriyalara bölünür: Stol süfrəsinə düzülməsi üçün: boşqab, dayaz boşqab, dərin boşqab, salat qabı, fincan, nəlbəki, piyalə, stəkan, rumka, bokal, kiçik stəkan, stəkanaltı; Yeməyin hazırlanması üçün: qazan, tava Köməkçi əşyalar - bıçaq, qaşıq, çəngəl Yeməyin saxlanması üçün qablar.Son əsrlərdə qablar adətən saxsı qablar, daş qablar, çini və ya çini kimi keramika materiallarından hazırlanır. Qab-qacaq, ağac, metallar (məsələn, qalay), temperli şüşə, akril və melamindən də hazırlana bilər. Birdəfəlik qablara kağız və plastik kimi birdəfəlik qablar daxildir. Ətraf mühitlə bağlı narahatlıqlara görə, 2023-cü ilin oktyabrından İngiltərədə birdəfəlik plastik qablar və bıçaqlar qadağan ediləcəkdir. Oxşar qadağa Aİ-də 2021-ci ilin iyul ayından etibarən tətbiq edilir.
Çanaq (qab)
Çanaq — əski çağlarda məişətimizdə istifadə edilən qab. == Ümumi məlumat == Çanaq oğuz — türk sözüdür. Əvvəllər ağacın içi oyulmaqla, sonralar isə gildən hazırlanan qabdır. Ondan məişətdə həm qab kimi, həm də ölçü məqsədilə geniş istifadə edilmişdir. Çanaq pendiri çanaqda hazırlandığına görə belə adlandırılmışdır. Bunlardan başqa, Azərbaycanda badya, satıl, sərnic və s. qablardan da həm qab, həm də ölçü qabı kimi istifadə olunmuşdur. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Bab
Bab və ya əsil adı ilə Seyid Əli Məhəmməd Şirazi — Babilər hərəkatının rəhbəri və Bəhai dininin iki peyğəmbərindən ilkidir. 1844-cü il mayın 23-də İranın Şiraz şəhərində Seyid Əli Məhəmməd vəd olunmuş Mehdi olduğunu elan edərək özünü "Bab" (ərəbcə "qapı" deməkdir) adlandırır. Bildirir ki, onun əsas məqsədi insanları müqəddəs kitabların vəd etdiyi Allahın tezliklə zühur etdirəcəyi kəsi qəbul etməyə hazırlamaqdır. Demək olar ki, bütün yazılarında "Allahın zahir edəcəyi Kəs"dən (Bəhaullah) danışmış, özündən sonra mütləq o kəsin zühur edəcəyini müjdələmişdir. Bununla belə, Babın mənəvi dirçəlişə, xurafatdan, mövhumatdan uzaqlaşmağa, bərabərlik, ədalət, qadınları əsarətdən azad etmək çağırışları bütün Yaxın və Orta Şərqi lərzəyə gətirmiş babilər hərəkatına səbəb olur. == Həyatının ilk dövrləri == Seyid Əli Məhəmməd Şirazi 20 oktyabr 1819-cu ildə Şirazda, orta təbəqəli əhali arasında doğulmuşdur. O hələ azyaşlı ikən atası vəfat etmişdir və bir tacir olan dayısı Hacı Mirzə Seyid Əli onu himayəsinə götürmüşdür. O hər iki valideyninin xətti ilə Məhəmməd peyğəmbərin nəslindən, Hüseyn ibn Əlinin övladlarından idi. Şirazda dayısı 6 və ya 7 il ərzində məktəbə göndərir. Təxminən 15-20 yaşları arasında o dayısının ticarət işlərinə qatılır və İranın cənubunda, Fars körfəzi yaxınlığıdakı Buşehr şəhərində tacir olaraq fəaliyyət göstərir.
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.Zavodda 2008-ci ildə 600-ə yaxın traktor və avtomobil istehsal olunmuşdur.
Gal
Gal (əvvəlki adı: Qal) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılmışdır.
Hab
Hab (ing. Hub — fəaliyyət mərkəzi və ya toplanma mərkəzi) — kompüterin şəbəkəyə qoşulması üçün istifadə olunur. Əsasən Token-Ring-də kompüterlər kabellərlə ortadakı mərkəzi bir qutuya qoşulurlar (fiziki ulduza). Bu qutu Hub (hab) adlanır.Hab əslində çox portlu bir repeater olduğu üçün şəbəkədəki bütün kompüterlər eyni toqquşma sahəsi (collision domain) içində olacaqlardır. Bu bütün şəbəkənin işləmə gücünün kompüter sayına bölünərək azalması deməkdir. == Ümumi məlumat == Bütün kompüterlərdən Haba ayrı-ayrı kabellər getməsi lazımdır. Hub-lar öz içlərində ethernetin çalışma məntiqini, yəni məntiqi bus quruluşunu özündə birləşdirir. Hub-ın etdiyi sadəcə, bir portundan gələn siqnalın surətlərini yaradıb, digər bütün portlara yollamaqdır. Bu yönü ilə hub üçün bir çox portu olan və hər portuna bir kompüter bağlana bilən bir repeater (təkrarlayan) deyə bilərik. Hub-lar eyni repeater kimi OSI Modelinin 1-ci layında, yəni fiziki layda çalışırlar.
IAB
İnternetin Arxitekturası Şurası və ya qısaca IAB (ing. Internet Architecture Board) – internetin rəhbər orqanlarından biri. ISOC-un tərkibinə daxil olan bu qurum yeni protokolları, standartları, şəbəkənin inkişafı layihələrini, ünvanların verilməsi qaydalarını və s. təsdiq edir. İctimai əsaslarla fəaliyyət göstərir, ancaq IAB-ın üzvləri yalnız peşəkarlar və nüfuzlu şəxslər ola bilər. IAB IANA, IETF, IRTF komitələrinə (qruplarına) rəhbərlik edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 996 s.
Lab
Lab və ya Laap, Lap, Laab (laosca ລາບ; tail. ลาบ) Laos mətbəxinə məxsus salat növü. Tailandın laosluların üstünlük təşkil etdiyi İsan bölgəsində geniş yayılmışdır. Bu salat orada ət yeməyi kimi təqdim edilir.
Pab
Pab (ing. Pub) — Alkoqollu içkilərin satıldığı və içildiyi restoran tipli məkan. Pablar ingilis sosial-kulturoloji mədəniyyətinin mühüm tərkib hissələlərindən biridir. Pab sözü İngilis dilində Public House (azərb. İctimai Ev‎) sözlərinin qısaldılmasından əmələ gəlmişdir. Bu tipli içkixanalar əsasən Böyük Britaniyanın hakim olduğu ərazilərdə (Avstraliya, Kanada, Yeni Zelandiya) yayılmışdır. Mütəxəssislər tərəfindən Pablar Tavernaların müasir forması kimi izah edilir.
QAZ
Qorki Avtomobil Zavodu (rus. Горьковский автомобильный завод, qısaca rus. ГАЗ) — Rusiyanın ən böyük avtomobil istehsal edən şirkətlərindəndir. == Tarixi == 1920-ci ildə Ford Motor Şirkəti və SSRİ arasında bağlanmış müqavilə əsasən Nijni Novqorodda fabrikasi tikilmişdir. İlk istehsal 1 yanvar 1932-ci ildə "Ford Model A" (QAZ-A) və "Ford Model AA" (QAZ-AA) modelləri ilə başladı.
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
Qam
Qam - türk, altay və monqol xalq mədəniyyətində cadugər din xadimi, şaman. Gam, Kam və ya Xam olaraq da deyilər. Primitiv birliklərdə fövqəltəbii güclərlə əlaqə keçə bilən din adamıdır. == İctimai mövqe == Ruhlarla əlaqə qura bilər. Duaları ilə xəstələri "sağalta bilər" (müalicə edə bilər) və mərasimlərlə pis ruhları qova bilər. Eyni zamanda cadugər və həkimdir. Müxtəlif ritüelleri yerinə yetirər. Tanrı ilk şamanı yaratdığında onun evinin önünə səkkiz budaqlı bir ağac tikmişdir. Bu səbəblə hər şaman özünü təmsil edən bir ağac tikər. Bu ağaca "Turuğ" adı verilər.
Qan
Qan – orqanizmin birləşdirici toxumalarına aid olub, insanların və əksər heyvanların bədənlərində dövr edən və orqanizmdə müxtəlif funksiyaları yerinə yetirən qırmızı rəngli mayedir. Qan, limfa və hüceyrəarası maye ilə birlikdə orqanizmin daxili maye mühitini əmələ gətirir. Qan öz hərəkəti zamanı toxumalara oksigeni və qida maddələrini, toxumalardan isə karbon qazını, maddələr mübadiləsinin son məhsullarını ağciyərlərə və böyrəklərə daşıyır və orqanizmdə öz hərəkətini böyük və kiçik qan dövranı ilə başa çatdırır. Qan embrional həyatın 3–4 həftəliyində inkişaf edir. İnsan bədənin çəkisinin orta hesabla 8%-i qan təşkil edir. Çəkisi 70 kq olan orta yaşlı adamların orqanizmində təxminən 5 l qan olur. Qan tərkibinə görə iki hissəyə ayrılır: plazma və formalı elementlər. Plazma qanın maye hissəsinə, formalı elementlər isə qanın bərk hissəsinə aiddir. Qan orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Hüceyrələrə qida maddələrini və oksigeni çatdırır, mübadilənin son məhsullarını ifrazat orqanlarına gətirir, bioloji fəal aktiv maddələrin(hormonların) sayəsində orqan və sistemlərin funksiyalarını humoral yolla tənzimləyir, bədən temperaturunun sabit saxlanılmasında iştirak edir, zəhərli maddələri və yad cisimləri kənar etməklə orqanizmi zərərli təsirlərdən qoruyur.
Qap
Qap (rayon)
Qar
Qar — çox kiçik buz kristallarından ibarət atmosfer yağıntısı. Qar havanın temperaturu buludda 0 °C-dən aşağı olduqda yaranır. Yerə enməsi 4 °C tempuraturdan aşağı olduqda baş verir. == Qar növləri == Lopa qar: Durğun havada, çox soyuq olmayan mühitdə birləşən qar dənələrinin diametri 1 cm-ə yaxınlaşar. İri dənələr halında yağır. Sulu qar: Atmosferin üst qisimlərində çox soyuq olmayan havada su və buzdan ibarət olan qar dənələri, yerə yaxın sahələrdə artan istilikdən ötəri əriyirlər. Ərimə ilə yağış və ya qarla qarışıq yağış meydana gələr. Düyü qar: Normal qar dənələrindən kiçik, yumru, sərt dənəciklərdir. Üzəri incə bir buz təbəqəsi ilə örtülü olan dənələr yerə sürətli düşüb sıçrayır. Quru qar: Həddindən artıq soyuq və nəm nisbətinin aşağı olduğu hava şəraitində, diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir.
Qax
Qax — Azərbaycan Respublikasında şəhər, Qax rayonunun inzibati mərkəzi. == Tarixi == Respublikamızın şimal-qərbində 1494 kvadrat kilometr ərazidə yerləşən Qax rayonu şimaldan Rusiya, şimal-qərbdən Zaqatala, qərbdən Gürcüstan, cənubdan Yevlax və Samux, şərqdən isə Şəki rayonu ilə həmsərhəddir. Qax rayonu Azərbaycanın ən qədim, zəngin tarixi keçmişə malik bölgələrindən biri olmaqla əhalisi Azərbaycanda oturaq əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olan ibtidai tayfaların sıx məskunlaşdığı əsas mədəniyyət mərkəzlərindən biri olmuşdur. Arxeoloji axtarışlar nəticəsində regionda neolit, tunc, ilk dəmir dövrünə aid çoxlu yaşayış yerləri və kurqanlar qeydə alınmışdır. Tarixi mənbələrdən məlumdur ki, hələ e.ə. VII əsrin əvvəllərində Qaxın ərazisi Skif çarlığının tərkibinə daxil olmuşdur. Skif çarlığının, onun əsasını qoyan tayfaların - skif, sak tayfalarının izlərinə yaşadığımız Qax rayonunun ərazisində rast gəlinir. Eramızın əvvəllərində Qafqaz Albaniyasının ərazisində xristianlığın yayılması prosesi başlamışdır. Bu dövrdə Qax rayonunun əhatə etdiyi ərazilərdə bir sıra xristian məbədləri inşa edilmişdir. Ərəb işğalı ilə tənəzzülə uğramış Alban dövlətinin, eləcə də Qax rayonunun indiki ərazisində XI əsrdən başlayaraq Böyük Səlcuq İmperiyasına daxil olması ilə oğuz türkləri, sonra isə qıpçaq türkləri məskunlaşmağa başlamışlar.
Qay
Qay (Orenburq vilayəti)
Qaş
Qaş — gözün üstündə yerləşən sıx tük örtüyü. == Qaşın funksiyası == Hər iki gözün üstündə yerləşən qaşlar tədricən üzün yanlarına doğru meyillənir. Alında yaranan tər damcıları qalın tük örtüyünü keçə bilmir və qaşlar vasitəsilə üzün yanlarına yönləndirilir. Beləliklə, gözlər şor tər damcılarından qorunmuş olur. == Müxtəlif mədəniyyətlərdə qaşlar == Çin mədəniyyətində müdriklərin uzun ömrünü vurğulamaq üçün müdriklər çox uzun qaşlı təsvir olunur. Çox uzun qaşlar Çində uzunömürlülük, müdriklik rəmzi sayılır.
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Acıçay (Qax)
Acıçay — Qax rayonunda çay. == Toponimikası == Çay Kürmükçaydan (Qurmuxçay) ayrılaraq Qanıxçaya (Alazan) tökülən qoldur. Hidronim acı və çay sözlərindən düzəlib, obyekt suyunun acı və ya şor olduğunu bildirir. Türkmənistan ərazisində Açısay adlı çay və yaşayış məntəqəsi qeydə alınmışdır.
Ağ qaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.