QAB-QACAQ

top. İçərisində xörək hazırlamaq, yaxud içərisinə yemək şeyləri qoymaq üçün qablar. Qab-qacaq mağazası. Qabqacaq yumaq. Qab-qacaq şkafı.
– Bu məfrəşlərdə bir qədər qab-qacaq və qeyri ev şeyləri vardır. S.S.Axundov.
Küçələrə tökülmüş sınıq qab-qacaqları görürkən, … yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı.

◊ Qabına-qacağına sığmamaq – bax qabına sığmamaq (“qab”da).
[Telli] sevincindən qabına-qacağına sığmırdı. S.Hüseyn.

Etimologiya

  • QAB-QACAQ Mənbələrin verdiyi məlumata görə, qab sözü ərəbcədir (məncə, bizdən keçib), qacaq isə, əslində, çanaq kimi olub və forma dəyişmələrinə məruz qalıb
QAB
QAB-QAŞIQ

Digər lüğətlərdə