Mənbələrin verdiyi məlumata görə, qab sözü ərəbcədir (məncə, bizdən keçib), qacaq isə, əslində, çanaq kimi olub və forma dəyişmələrinə məruz qalıb. Qab-qacaq sözünün əsli qab-çanaq şəklində olub, sinonimlər birləşməsidir. Söz təhrif edildiyi üçün indi qab-qacaq sözünün ikinci komponentini şərh etməkdə çətinlik çəkir, onun məna bildirmədiyini bəyan edirik. Əslində isə, komponentlərin biri heç vaxt leksik mənaya malik olmayıbsa, mürəkkəb söz yarana bilməz. (Bəşir Əhmədov. Etimologiya lüğəti)