Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tiran (İran)
Tiran — İranın İsfahan ostanının şəhərlərindən və Tiran və Kərun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,673 nəfər və 4,431 ailədən ibarət idi. Bu şəhərin keçmiş adı Tehran idi və tarixi kitablarda İsfahan Tehranı kimi tanınırdı..
Girzan
Hunanlar (əvvəlki adı: Girzan) — Azərbaycan Respublikasının Tovuz rayonunun Hunanlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kəndi Əlimərdanlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılarıq, həmin kənd mərkəz olmaqla Girzan kənd inzibati-ərazi vahidi yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Girzan kənd inzibati ərazi dairəsi tərkibindəki Girzan kəndi Hunanlar kəndi adlandırılmış, Girzan kənd inzibati ərazi dairəsi Hunanlar kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == Tarixi mənbələrdə kəndin adı Krzan variantında da qeydə alınmışdır. Bəzi tədqiqatçılar oykonimi Kür çayının adı ilə əlaqələndirərək "Kür sahili, Kür qırağı" kimi izah edirlər. Lakin tədqiqatçıların araşdırmalarına görə, kəndin əsl adı Kürsandır. Kəndin sakinləri udilər olmuşdur. XIX əsrə aid arxiv sənədlərində Kürsanda cəmi 32 udi ailəsinin yaşadığı göstərilir. Kürs qədim türk dillərində "yad, qohum olmayan" mənasında işlənmişdir. Deməli, oykonim "yadlar, qohum olmayanlar" mənasındadır.
Hicran
Hicran — qadın və kişi adı.
Qatran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Qutran
Qutran (fr. Goutrens, oks. Gotrens) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Rinyak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 20 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 445 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfər (15-64 yaş arasında) arasında 185 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 77,7%, 1999-cu ildə bu 68.1%).
Qıvraq
Qıvraq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. == Tarixi == Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada “Qıvraq” adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar. Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca “Auraq” adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdi . Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə “Auraq” adını vermiş, zamanla bu söz dilimizdə “Qıvraq” formasına düşmüşdür. Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Qıvraq qəsəbəsinin 5,4 min nəfər əhalisi vardır.
Qətran
Qatran — bir çox bitkilərdə normal və ya pataloji proseslər nəticəsində əmələ gələn ayrılmalar olub, havada donur. O, əsasən qızdırıldıqda əriyən, alovla qaynayan, suda həll olunmayan amorf şəkilli kütlə halında olur. Qatranların çox hissəsi spirt və efirdə asanlıqla həll olur və müxtəlif rəngsiz və iysiz maddəyə çevrilir. Qatranlar kimyəvi tərkibinə görə karbonlu və hidrogenli olur, amma oksigen və azotu qəbul etmir. Qatran turşusu və trepenlər formal olaraq eyni kimyəvi əsasdan ibarətdir. Trepenlər və trepenoidlərə tez-tez yağ turşusu ilə birləşmə şəklində tropik regionlarda iynəli ağaclarda rast gəlinir. Sənaye üçün lazımlı trepen və qatran vericiləri kimi böcəklərdir. Burada qatranın miqdarı 2-10% təşkil edir. Daha sonra ən çox qatran ağacların köklərində olur. Bu qatranlar ya ağacı kəsməklə, ya ağac və ya kökünün ekstraksiyası ilə, ya da sellülozanın hazırlanması zamanı əmələ gələn əlavə maddə kimi əldə olunur.
Tiiran
Ditiokarbomatəvəzli tiiran və tietanlar - bu inhibitorlar tərkibində azot, kükürd və digər elementlər saxlayan çoxlu sayda üzvi birləşmələrdir. == Ditiokarbomatəvəzli tiiran və tietanların sürtkü yağlarına aşqar kimi tədqiqi == Sürtkü yağlarının mühafizəedici xassəsini yaxşılaşdırmağın səmərli üsullarından biri, onlara yağlarda həll olan ditiokarbamatəvəzli (tiiran və tietanların) birləşmələri sürtü yağlarına aşqar kimi tədqiqidir. Məlum olduğu kimi təkibində azot və kükürdsaxlayan bəzi üzvi birləşmələr yüksək adsorbsiya aktivliyə malik olur. Metalla təmasda ona passivləşdirici xassə verir. Ona görə də bu birləşmələr sərt istismar şəraitində intensiv sürtülmə rejimləri kimi birgə təsir şəraitində effktiv mehafizəedici xassə göstərirlər. == Ditikarbomatəvəzli tietanların və tiiranların tərkibində mühafizəedici xassələrinin tədqiqatı == Aparılan sistematik tədqiqatlar əsasında sintez edilmiş birləşmələrin quruluşu ilə onların yeyilmə və siyrilmə xassələri arasında bir sıra qanunauyğunluqlar aşkar edilmişdir. Ditiokarbomadəvəzli tietan və tiiranların MS-20 yağının siyrilmə və yeyilmə xassələrinə təsirinin müqayisəsi aparılmışdı. Əgər tiiran birləşmələrinə nəzər yetirsək onda görərik ki, ən yüksək siyrilmə xassələrinə (C2H5)2 fraqment daşıyan tiiranlar malik olur. Reaksiya qarışığında tietan törəməsini alınması qarşılıqlı sintez yolu ilə sübut olunmuşdur. Bu məqsədlə natrium-dietilditiokarbamatla 3-xlortietanını reaksiyası 80-900C-də 5 saat müddətində su mühitində aparılmış, nəticədə yalnız 3-tietanil-N,N-dietilditiokarbamat alınmışdır.
Ximran
Ximran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında yerləşir. Əhalisi 24 nəfərdir. Əhali əsasən heyvandarlıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə yay mövsümündə avtomobillə getmək olar. Kənddə yeməkxana və çayxana yoxdur. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Ximran kəndində 30 evdə etnik tatlardan ibarət 306 nəfər (152 nəfəri kişilər, 154 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.
Biran
Biran Kubanın Olqin əyalətindəki kənd, Fidel və Raul Kastronun doğulduğu yer. Onların atasının 23.000 akr (93 km²) plantasiyası olub. == Tarixi == 1976-cı il bələdiyyə islahatına qədər kənd qonşu Mayari bələdiyyəsinin bir hissəsi idi. == Tanınmış şəxsləri == Fidel Kastro- Kuba inqilabçısı, 1959-2008-ci illərdə Kuba lideri. Raul Kastro-Kuba inqilabçısı.
Gican
Gican — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Gican oyk, düz. Qusar r-nunun Düztahir i.ə.v.-də kənd. Qafqaz silsiləsinin yamacındadır. Gecan variantında da qeydə alınmışdır. Oykonim gic (sərt tirə, dərin yarğan, burulğan) sözündən və -an (məkan bildirir) şək.-sindən ibarət olub, "sərt tirələrdən, dərin yarğanlardan ibarət yer" mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 543 nəfər əhali yaşayır.
Gilan
Gilan ostanı — İranın şimal-qərbində ostan. Gilan dili — Şimal-qərbi İran dillərindən biri. Xaraba Gilan — Ordubad şəhəri yaxınlığında orta əsrlərə aid şəhər xarabalığı. Gilan Holding — Azərbaycanda şirkət.
Giyan
Giyan — İranın Həmədan ostanının Nahavənd şəhristanının Giyan bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,062 nəfər və 1,999 ailədən ibarət idi.
Goran
Goran (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində qəsəbə. Goran (Pəmbək) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Hamamlı (Spitak) rayonunda kənd. Goranlı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd.
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena, Böyük Ermənistan və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Piran
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
Qiyan
Monidigah — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 692 nəfərdir. == Toponimiyası == Oykonim talış dilindəki mon (yerli tələffüz forması miy on olub, “orta, mərkəz, ara” deməkdir), di (kənd) və gah (yer) sözlərindən ibarət olub, “ortada yerləşən kənd, orta kənd” mənasındadır. Oykonim talış dilində Mondiqo adlanır. == Coğrafiyası == Lerik rayonunun Bilabənd inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin yamacındadır.Bu yaşayış yeri üç hissədən ibarətdir: 1. Mondiqo - orta kənd yeri; 2. Jindi - aşağı kənd; 3. Pendi - yuxarı kənd. == Tanınmış şəxsiyyətlər == Firdovsi Əliyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini.
Quran
Quran (Qurani-Kərim, Qurani-Şərif) (ərəb. القُرآن‎ Əl-Quran) — İslam dininin müqəddəs və ən əsas kitabıdır. İslam dinində Quran Allahın buyurduğu sözlərdir. Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində — 23 ilə hissə-hissə nazil olması və təhrifə məruz qalmamasıdır. Quran Allah tərəfindən birbaşa deyil, mələk — Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzi mənbələrə görə, Bəqərə surəsinin son 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə vəhy edilmişdir. "Quran" kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir.
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Şiran
Şiran — Gümüşxanə ilində ilçə.
İmran
İmran — kişi adı. İmran Əbilov — Azərbaycan SSR əməkdar kənd təsərrüfatı işçisi (1989) İmran Seyidov — şair, nasir, ədəbiyyatşünas, və tərcüməçi. İmran Usmanov — Çeçen müğənnisi, şairi və bəstəkarı.
Böyük Tiqran
II Tiqran, və ya Böyük Tiqran (e.ə. 140, Qəmərli və ya Böyük Ermənistan – e.ə. 55, Böyük Ermənistan) — e.ə. 95-ci ildən e.ə. 55-ci ilə qədərki Ermənistan kralı.
Fəridə Hicran
Fəridə Hicran — azərbaycanlı folklorşünas alim ,filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Türk xalqları ədəbiyyatı" şöbəsinin böyük elmi işçisi, Azərbaycanda yuxu yozumlarının əsas tədqiqatçılarından biridir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şura üzvüdür. Publisist yazıçı, şairə və I Qarabağ müharibəsi qazisidir. Azərbaycan Yazıçılar birliyinin üzvüdür.. Qarabağ gerçəkliklərini Haaqa Ədalət Məhkəməsinə çatdıran ilk yazar və məşhur "Qarabağda talan var" kitabının müəllifidir. Bu kitab müəllif tərəfindən Haaqa Ədalət Məhkəməsinin kitabxanasına təqdim edilmişdir == Kitabları == Yuxu və onun rəmzləri. Bakı: Elm, 1990. Qarabağda talan var. Bakı: Gənclik, 1992, 160 səh. Azərbaycan mühacirət folklorşünaslığı.
Gilvan (Tarım)
Gilvan- İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,508 nəfər yaşayır (803 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Givəran (Xoy)
Givəran (fars. گيوران‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.