Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəvə
Dəvə (lat. Camelus) – dəvəkimilər fəsiləsinə aid heyvan cinsi. == Növləri == İkihürgüclü dəvə (Camelus bactrianus) Birhürgüclü dəvə (Camelus dromedarius) †Camelus gigas (fossil) †Camelus hesternus (fossil) †Camelus sivalensis (fossil) †Suriya dəvəsi == Şəffaf göz qapağı == Dəvələrin gözləri qum fırtınalarından qorunmaq üçün 3 qapaqlıdır. Lakin məlum olduğu kimi, göz qapaqlarımızı yumduqda kənar mühiti görə bilmərik. Ona görə, səhrada uzun yol qət edən dəvə qum fırtınası olduqda gözü görmədən yoluna davam edə bilməz. Bu şəffaf göz qapaqları eynək kimi heyvanın gözlərini qumdan qoruyur, həm də gözləri qapalı ikən işığı görməsini təmin edir. Uzun, sıx yaradılmış kirpiklər də lazımi ehtiyacı ödəyir. Bundan əlavə, gözlərin ətrafındakı möhkəm sümüklər həm zərbələrə, həm də günəş şüalarına qarşı gözü qoruyur. == Həzm sistemi == Dəvələrin həzm sistemi səhradakı məhdud qida müxtəlifliyinə uyğun yaradılmışdır. Dəvələr yem tapmadıqda qida hesab olunmayan kauçuk, tikan kimi maddələr yeyirlər.
Birhürgüclü dəvə
Birhürgüclü dəvə (lat. Camelus dromedarius) — dəvə cinsinə aid heyvan növü. Təbii halda birhürgüclü dəvələrə rast gəlinməsi mümkün deyil. Əsasən, Afrika və Ərəbistan yarımadasında yayılmışdır.
Dəvə (oyun)
Dəvə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Dəvə oyunu ilaxır çərşənbələrdə, Novruz bayramı günlərində, eləcə də digər şənliklərdə meydan tamaşaçıları sırasına daxil olan məzhəkəli oyunlardan biridir. == Oyunun qaydaları == Özünü dəvə görkəminə salmış məzhəkəçi boynundan zınqırov asır. Əl-ayağını hisə verib qaraldır, belinə süpürgə bağlayıb meydana çıxır. O, lağlağı sözlərlə, him-cimlə, cürbəcür məzəli hərəkətlərlə tamaşaçıları əyləndirir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.60.
Dəvə Göz
Dəvə Göz şimal-qərbi İranda, Xoy şəhərindən 15 km cənub-qərbdə və Dizaj Diz şəhərindən 1,5 km şimalda yerləşən qədim yaşayış yeridir.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsi ilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Dəvə əti
Dəvə əti (ing. Camel meat) - Müxtəlif dünya mətbəxlərindən istifadə olunan ət çeşidi. Dəvə ətindən qədim zamanlardan isitifadə edilib. İslam dini dəvə ətini müsəlmanlar üçün halal sayır. Dəvə əti əksər ölkələrin mətbəxində əsas qida vasitəsi sayılır. Buna səbəb isə uzaq səfərlərə çıxan zaman ətin uzun müddət saxlanıla bilməsi olub. Dəvələr uzun müddət aclığa və susuzluğa davam gətirə bilən heyvanlardandır.Ərəbistan yarımadasında yaşayan insanların gündəlik həyatlarında dəvənin mühüm rolu olduğu məlumdur. Səyyahlar dəvənin dözümlülüyündən həm nəqliyyat vasitəsi kimi, həm də qida vasitəsi kimi istifadə ediblər. Dəvə ətinin bütün dünya mətbəxlərinə yayılmasında səyyahların əhəmiyyətli dərəcədə rolunun olduğu güman olunmaqdadır. Qədim zamanlarda İran və Romada dəvə ətindən delikates kimi istifadə edilib.
İkihürgüclü dəvə
İkihürgüclü dəvə (lat. Camelus bactrianus) — dəvə cinsinə aid heyvan növü. Təbii halda ikihürgüclü dəvələr 800 baş qalmışdır. Ona görə də onlar beynəlxalq Qırmızı kitaba düşmüşdür. Dəvələrin hamiləlik dövrü 13 aydır. Doğumdan 1 saat qabaq dəvələr sürüdən ayrılır və 1 bala doğur. Yeni doğulmuş balalar çox zəif olur. Dəvələr balalarını 1 ilə qədər südlə bəsləyirlər. Balalar 1,5-2 aydan sonra ot yeməyə başlayırlar.
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Dələ
Dələ və ya bəzi bölgələrdə sovsar (lat. Martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər.Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Dəyə
Dəyə — qarğıdan və digər materiallardan düzəldilmiş komacıq, alaçıq və ya qazma. Üstüörtlü, yanları açıq olan tikililər müasir dövrdə Azərbaycanın baramaçılıqla məşğul olan əhalisinin kənd yerlərində ipəkqurdu bəsləmək üçün xüsusi təsərrüfat tikililərinidə (kümxanaları) dəyə adlandırırlar.
Həvə
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Nəvə
Nəvə — oğlun və ya qızın uşağı.
Antesedent dərə
Antesedent dərə (rus. антецедентная долина, ing. antecedent valley) — qalxmaqda olan və dərənin özünə görə cavan dağ silsiləsini, yaxud yüksəkliyi uzanmna istiqamətinə köndələn kəsən dərə. Antesedent dərənin əmələ gəlməsi o zaman mümkündür ki, çay istiqamətini dəyişmədən qalxmanı kəsməyə dərə hər iki tərəfi açıq dar dərə görkəminə malikdir.
Asılı dərə
Asılı dərə - 1) dibi əsas dərənin dibi ilə bir səviyyədə birləməyib, ondan bir qədər yüksəkdə qurtaran, yan dərə; 2) dənizin sıldırımlı sahilində dəniz səviyyəsindən bir qədər yüksəkdə birdən qurtaran dərə. Dənizin abrazisiyaı nəticəsində yaranır.
Bulbophyllum leve
Bulbophyllum leve (lat. Bulbophyllum leve) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dave Lombardo
Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir. Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır. Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır. Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.
Dede Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI–XII əsrlər). "Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir.Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy". 2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. == Nüsxələr == Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XV əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı lama obrazı mauqlinin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.
Devi Qemfri
Hemfri Devi (ing. Humphry Davy) (17 dekabr 1778, Penzans, — 29 may 1829, Cenevrə) —ingilis kimyaçısı və fiziki. == Həyatı == İngilis kimyaçısı Hemfri Devi özünün qeydiyyat kitabçalarından birində qeyd edirdi: «Mən öz xarakteristikam üçün nə var-dövlətimə, nə hakimiyyətimə, nə də tanınmış nəslimə instinad edə bilmərəm. Amma əminəm ki, mən sadalanan bu üstünlükləri ayırıb versəm belə, bəşəriyyət və mənim dostlarım üçün faydam azalmaz». Devi kasıblıq ucbatından ali təhsil almamışdır. O yalnız orta məktəbi (1795-i ildə) bitirmişdir. O, kimyadan bilikləri yenicə ingiliscədən tərcümə olunmuş A.L.Lavuazyenin «Kimyanın başlanğıc kursun»dan almışdır. Onu dahi fransızın işığın maddi təbiəti haqqındakı ideyası cəlb etdi. Devinin ilk «elmi fərziyyəsi» oksigenin – işığın bəzi naməlum elementlə əmələ gətirdiyi birləşmə olduğunu qəbul edirdi. Buna uyğun məqalə çap olunmuşdur, amma sonralar alim bundan çox təəsüflənirdi.
Devi Sandra
Dewi Sandra Kilik (3 aprel 1980, Braziliya) aktyor, aparıcısı və müğənni İndoneziya. Dewi qarışıq qan var İngiltərə və İndoneziya və vətəndaşlığı olmayan qalır İndoneziya. Həmişə onun makiyaj bag içərisində Givenchy ətir və Lady Speed ​​Stik Dezodorant gətirən qadın, adlı bir aktyor evli Surya Saputra. Onlar sonra boşanmış və sonra evli müğənni Dewi Barry Manilow-də 3 aprel 2006, 2009-cu ildə, Barry Manilow boşanma Dewi Sandra üçün sue. On 11 dekabr 2011 Goddess üçüncü dəfə evləndi. O, Agus Rəhman-ci ildə London ilə evlənmişdi.
Devi Sukarno
Dewi Sukarno (デ ヴ ィ · ス カ ル ノ Devi Sukaruno) tam adı Ratna Sari Devi Sukarno (ラ ト ナ · サ リ · デ ヴ ィ · ス カ ル ノ; 6 fevral 1940) — Ratona Sari Devi Sukaruno Nemoto Naokoda doğulub (根本 七 保子 Naoko Nemoto); 6 Fevral 1940), Yaponiyada Devi Fujin kimi tanınan (デ ヴ ィ 夫人, Ledi Devi, Madam Devi) yapon iş adamı, moda cəmiyyətində yaxşı tanınmış, televiziyaların qonağı və xeyriyyəçidir. İndoneziyanın ilk prezidenti Sukarnonun xanımlarından biridir. == Bioqrafiya == 19 yaşındakı Naoko Nemoto 57 yaşındakı Sukarnonu Imperial Oteli yaxınlığında, Tokyodakı Ginza hostes barında qarşıladı. Sukarno Yaponiyaya dövlət səfərində o incəsənət tələbəsi və icraçı idi.Naoko 1962-ci ildə İndoneziyada Sukarno ilə evləndi və İslamı qəbul etdi və Sukarno ona İndoneziya adı olan "Yava-sanskrit" mənasını verən bir tanrıça zinətinin mahiyyəti Ratna Sari Devi Sukarno adı verdi. Onların Kartika adlı (indi "Carina" adını istifadə edir) bir qızı vardı. Sukarno General Suxarto tərəfindən 1967-ci il çevrilişi ilə devrildi və üç il sonra vəfat etdi. Devi Sukarno Sukarnonun devrilməsindən sonra Avropaya köçdü və Fransa, İsveçrə və ABŞ-də yaşadı. 2008-ci ildən etibarən Şibuya, Tokio, Yaponiyada yaşayır, burada o xatirə dolu iqamətgahında yaşayır. Devi Sukarno aşkar bir şəxsiyyətiylə tanınır. Yaponiyada o tez-tez sadəcə tam adından daha çox Devi Fucin (デ ヴ ィ 夫 人 Devi Fucin, demək olar ki, "Devi" ya da "Madam Devi") kimi adlandırılır.
Devi lampası
Devi lampası— tor arakəsmənin içində qapalı alov fitili lampadan ibarət alışqan atmosferə malik yerlərdə istifadə olunan təhlükəsiz lampalardır. 1815-ci ildə Hemfri Devi tərəfindən kəşf olunub. Əvvəllər onun yanmasında bitki yağından istifadə edilib. Bu daş kömür mədənlərində metan və digər alışan qazların olmasına görə partlayış təhlükələrini azaltmaq üçün yaradıldı. Devi lampası barədə xəbərlər noyabrın 3-də 1815-ci ildə Nyukaslda Kral Cəmiyyətinin görüşdə açıqlanıb və lampanı əks etdirən sənəd formal olaraq Noyabrın 9-də təqdim olunub. Bu kəşf üçün, Devi Cəmiyyətin Rumford Medalına layiq görülmüşdür. Bu lampadan sınaq üçün ilk dəfə 9 yanvar 1816-cı ildə Hebburnda istifadə edilib.
Dədə Katib
Əbdürrəhman Təyyar Quluncu (Dədə Katib)(1925-2008), Dədə Katib təxəllüsü ilə 1925-ci ildə Urmiyanın Quluncu kəndində anadan olubdur. Qulunculu Dədə Katib adıyla da məşhurdur. Şairin məzarı Quluncu kəndindədir. Onun hecayi şeirləri daha çox qoşmalar və gəraylılardan ibarətdir.. O, şair kimi Balovlu Meskin və Dullu Mustafadan təsirlənmişdir. Dədə Katib, Qərbi Azərbaycan ostanı və Türkiyənin şərqindəki aşıqlar və ozanlar arasında (xüsusən sərhəddin hər iki tərəf kürəsünniləri arasında) çox məşhurdur. Dədə Katib, həm də Güney Azərbaycanda yaşayan Hənəfi sünni türklərin dini alimi kimi də tanınmışdır. O, əksər şeirlərin Azərbaycan dilində yazıb, ancaq türk dilində də şeirləri var.
Dədə Qorqud
Qorqud Ata — türk, altay və oğuz rəvayətlərində, əfsanələrində, nağıllarında və xalq hekayələrində adı çəkilən və Dədə Qorqud olaraq tanınan ozan, aşıq, varsaq və el ağsaqqalı. == Təsviri == Dədə Qorqud Hekayələrinin yazıçısı və izahçısı olduğu qəbul edilir. Ozanların atasıdır. Qeyri-adi özəllikləri vardır. Qopuz çalar, əhvalatlar söylər. Çox uzun illər yaşamışdır. Qopuzun bulucusu odur. İslamiyyətlə birlikdə bir övliya olaraq qəbul edilmişdir, lakin İslamdan öncəki dövrlərdə çox geriyə gedən bir xarakterdir. Tanrının izni ilə gələcəkdən xəbər verir. Kordan çıxmış bir qadının oğludur.
Dədə Saqi
Dədə Saqi (fars. دده سقي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 346 nəfər yaşayır (88 ailə).