DEVAM
DEVE KUŞU
OBASTAN VİKİ
Artemisia deversa
Artemisia deversa (lat. Artemisia deversa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Develop (jurnal)
"Develop" — Birləşmiş Krallıq aylıq videooyun jurnalı və eyniadlı veb saytı. "Develop" şirkətinin baş qərargahı Hertfordşir qraflığında, Hertford şəhərində yerləşir. "Develop"u oyun sənayesi və videooyunlara həsr olunmuş digər nəşrlərdən fərqləndirən öz diqqətini videooyunların istehsalı və oyun istehsalçılarına yönəltməsidir. Jurnalın bütün materiallarını dərc edən "develop-online" veb-saytı 17 iyul 2007-ci ildə fəaliyyətə başlamışdır. == Develop conference == "Develop" videooyun istehsalçıları üçün Braytonda "Develop conference" adlı illik konfransına ev sahibliyi edir. İlk konfrans 2006-cı ildə keçirilmişdir. == Develop 100 == "Develop 100" dəstəklənən oyun istehsalçıları üçün illik reytinq sistemidir. "Develop 100" videooyunların istehsalı ilə məşğul olan dünyanın ən böyük studiya və şirkətlərinin reytinqlərini özündə əks etdirir və müxtəlif meyarlara əsaslanır.2009-cu ildə "Blizzard" şirkəti "Develop 100"də birinci yeri tutaraq keçmiş lider "Nintendo"nu ikinci yerə salmışdır.
Psychotria deverdiana
Psychotria deverdiana (lat. Psychotria deverdiana) — boyaqotukimilər fəsiləsinin psixotriya cinsinə aid bitki növü.
The Crescent Development Project
The Crescent Development Project (azərb. Aypara sarayı və şəhərciyi‎) — Bakıda Xəzər dənizinin sahilində tikilən göydələn kompleksi. Bir süni ada, biznes mərkəzi (The Crescent City), bir yaşayış və ticarət mərkəzi (The Crescent Place) və bir oteldən (The Crescent Hotel) ibarət olması planlaşdırılır. Layihə Azərbaycanın memarlıq abidəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur. "The Crescent Development Project" ilə Port Baku Towers və Port Baku Residence kimi binalar limanın keçmiş torpaqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. == Tarixi == 2008-ci ilin fevralında məşhur memarlıq saytı skyscrapernews.com Bakıda tikinti üçün təklif olunan koreyalı Heerim Architects şirkətinin layihələri barədə məqalə dərc edib. Ay temalarına malik layihələr "göydələnin anlayışını ənənəvi çərçivədən kənara çıxarmaq cəhdi" adlandırılıb. Bu Bakı buxtasının ucunda yerləşən "Full Moon Bay" və "Caspian Plus" ərazilərində tikiləcək iki göydələn kompleksi məsələsi idi. Bunlardan birincisi körfəzin qərb kənarında tikilmək üçün təklif olunan 158 metrlik 35 mərtəbəli disk şəklində olan "Küləklər-1 və 2" binası idi. Onlar ümumi podiumu birləşdirmək məcburiyyətində idilər.
Yager Development
Yager Development GmbH — mərkəzi Berlində yerləşən Almaniya videooyun istehsalçısı . == Tarixi == Yager 1999-cu ildə Uve Beneke, Roman Qolka, Filipp Şellbax, Timo Ulmann və Matias Vize tərəfindən təsis edilmişdir. Onlar ən yaxşı "Yager" (2003) və "Spec Ops: The Line" (2012) videooyunlarının istehsalçısı kimi tanınırlar. Studiya həmçinin "Deep Silver" ilə qismən "Dead Island 2"nin istehsalı üzərində iştirak etmişdir. Oyunun istehsal prosesinin üçüncü ilində studiya ilə şirkət arasında əməkdaşlıq dayandırılmışdır.Şirkət 2020-ci ilin fevral ayında "Tencent Holdings"dən sərmayə almış və "Tencent"ə səhmlərinin kiçik bir hissəsini vermişdir. "Yager"in məlumatına görə, "Tencent"in qoyduğu sərmayə onların hazırkı və gələcək oyunlarının inkişafına və yayımına kömək etmək məqsədi daşıyırdı. "Tencent" 2021-ci ilin iyun ayında əksər səhmləri əldə etmiş və "Yager"dəki payını artırmışdır.