Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DEVA
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Daka
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
Dena
Dena — İranın qərbində yerləşən Zaqros dağlarının ən yüksək zirvəsidir. Bu zirvə Yasuc şəhərinin 35-kilometrlığında olan Dena şəhristanının Sisəxt şəhərində yerləşir.
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Neka
Nika — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nika şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,152 nəfər və 11,941 ailədən ibarət idi.
Seka
Seka (15 aprel 1954, Radford[d], Virciniya) — ABŞ pornoaktrisası. Doriti Handli 15 aprel 1954-ci il tarixində Virciniya ştatında yerləşən Redford şəhərində doğulub. Hindu və irland əsillidir. 1972-ci ildə ailə həyatı qurub, lakin bir müddət sonra boşanıb. 1977-ci ildə porno karyerasına başlayıb. 1997-ci ildə porno karyerasını bitirərək, radioda yayımlanan şouların birində aparıcı olaraq iştirak edib.
Zəka
Zəka (lat. ratio) və ya ağıl (yun. νους) — zehni fəaliyyətin ən yüksək növünü ifadə edən fəlsəfi kateqoriya, universal düşünmə qabiliyyəti, təhlil etmək, mücərrədləşdirmək və ümumiləşdirmək bacarığı. Foma Akvinalı "İlahiyyatın Xülasəsi" əsərində (1-ci hissə, c. 79, s. 9) insanda zəka və ağıl (intellekt) arasında fərq qoymur, lakin o, yenə də intellekti Tanrının mahiyyəti hesab edirdi, halbuki intellekt müvəqqəti şeyləri ( cognitionem ) dərk etməyə yönəlmişdir. Zəka — özünə və biliyin konseptual məzmununa yönəlmiş şüur formalarından biridir, özünü dərk edən ağıldır (Kant, Hegel). Zəka özünü prinsiplərdə, ideyalarda və ideallarda ifadə edir. Zəka şüurun digər formalarından - təfəkkür, ağıl, özünüdərk və ruhdan fərqləndirilməlidir. Əgər düşünən şüur kimi təfəkkür dünyaya yönəlibsə və onun əsas prinsipi biliyin ardıcıllığını, düşüncədə özü ilə bərabərliyini qəbul edirsə, özünü dərk edən zəka təkcə müxtəlif məzmunları deyil, həm də özünü bunun mahiyyəti ilə əlaqələndirir.
Çeka
RSFSR Xalq Komissarları Soveti yanında Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyası (rus. Всероссийская чрезвычайная комиссия по борьбе с контрреволюцией и саботажем при Совете народных комиссаров РСФСР, ВЧК при СНК РСФСР) və ya qısaca ÇK — SSRİ xüsusi təhlükəsizlik orqanı. Komissiya 7 dekabr 1917-ci ildə yaradılmışdır. 6 fevral 1922-ci ildə səlahiyyətlərin RSFSR XDİK-si yanında DSİ-yə verilməsi ilə ləğv edilmişdir. Robert Konkvestin məlumatına görə, 1917–1922-ci illərdə ÇK-nın inqilabi tribunallarının və məhkəmədənkənar iclaslarının hökmləri ilə ümumilikdə 140,000 adam güllələnmişdir. Sovet xüsusi xidmət orqanlarının tarixinin tədqiqatçılarından biri, polkovnik Oleq Mozoxin arxiv məlumatlarına əsaslanaraq bu rəqəmi tənqid etmişdir. Onun sözlərinə görə, “bütün qeyd-şərtlər və şişirtmələr nəzərə alındıqda ÇK orqanlarının qurbanlarının sayı 50 min nəfərdən çox ola bilməz". Komissiyanın ölkələrdə əksinqilabla mübarizə aparmaq üçün ərazi bölmələri var idi. "ÇK" abbreviaturasından "çekist" sözü yaranmışdır. Vladimir Lenin onun formalaşmasında əsas ideoloqdur.
Deki deki (mahnı)
DEA
Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi — Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı əsasında yaradılmışdır. == Haqqında == Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Dəra mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dəra mühafazlığı
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dəra mühafəzəsi
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Edqar Deqa
Edqár-Jermen-İler de Qа və ya Edqar Deqa (fr. Edgar Degas; 19 iyul 1834[…], Paris – 27 sentyabr 1917[…], Paris) — fransız rəssamı, impressionizmin banilərindən biri. == Həyatı == Edqar Deqa Parisdə, incəsənətə marağı olan zəngin bankir ailəsində doğulub. Erkən yaşlarından rəsm çəkməyə başlayıb. 1853-cü ildə atasının istəyi ilə hüquqşünas olmaq üçün universitetə qəbul olunur. 1854-cü ildə, Deqa, öz dövrünü tanınmış rəssamı, rəssam Enqrin keçmiş şagirdi Lui Lamotun emalatxanasına şagird kimi qəbul olunur. O zaman 75 yaşında olan Enqrlə tanış olur. Deqanın yaradıcılığına Kubre və Ejen Delakruanın böyük təsiri olmuşdur. Lakin Enqr, ömrünün sonuna kimi Deqanın kumiri oldu. Deqa 1856-cı ildə İtaliyanın Neapol şəhərinə getdi və orada 3 il qaldı.
Emosional zəka
Emosional zəka (ing. Emotional intelligence) — Emosional zəka ağıl və qəlbin sinxronizasiyasıdır, yəni uyumudur. Zəka (və ya intellekt) ən geniş yayılan mənası ilə insanın düşünmə, həqiqətləri qəbul etmə, mühakimə etmə və nəticə çıxarma qabiliyyətlərinin cəmidir. Zəka səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamaqdır. Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmə, doğrunu tapa bilmə və hər mövzuda həll gətirə bilmə qabiliyyətidir. Zəka və ağıl çox geniş və mücərrəd məfhumlardır. == Tarixi == Hər şey 2000 il bundan əvvəl Platonun "Hər tip öyrənmənin emosional bir təməli vardır" sözü ilə başladı. O gündən bəri alimlər, filosoflar, hətta müəllimlər hisslərin necə vacib olduğunu sübut etmək və ya bunun tam mənada nə olduğunu aydınlaşdırmaq üçün müntəzəm şəkildə araşdırmalar aparırlar. Təəssüf ki, çoxlarının gəldiyi nəticə bu idi : " Hisslərimiz yolumuza maneçilik törədir. Bizim düzgün qərar verməyimizə və fokuslanmağımıza izin vermir." Son 300 ildir isə, artan saysız araşdırmalar bunun əksini isbat edir.
Ferens Deak
Ferens Deak (mac. Deák Ferenc; 17 oktyabr 1803[…], Şöytör[d], Habsburq monarxiyası – 28 yanvar 1876, Budapeşt) — Macarıstan dövlət xadimi və ölkəsinin ilk ədliyyə naziri. == Həyatı == Ferens Deak Macarıstanın cənub-qərbindəki Zala əyalətində Söjtör şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Ferens Deak de Kexida (1761-1808), hüquqşünas və torpaq sahibi idi. O həm də Kapornak rayonunun baş hakimi olmuşdur. Anası isə xanım Ersebet Sibrik (1768-1803) idi. Ferens Deak ali təhsilini hüquq ixtisası üzrə tamamladıqdan sonra ardıcıl olaraq vəkil və notarius vəzifələrində çalışmışdır. 1833-cü ildə ilk dəfə siyasi həyata atılan Deak artıq 1850-ci illərdə Macarıstan siyasətində ən mühüm şəxsiyyətlərindən biri idi. == Siyasi fəaliyyəti == 1836-cı ildə Deak senzorların icazəsi olmadan dəstəklədiyi məsələlər haqqında məqalə yazdı və yayımladı. Bu məqalə onun adının əhəmiyyətli dairələrdə daha da məşhurlaşmasına gətirib çıxardı.
III Beka
III Beka yaxud Səfər paşa III Manuçarın ölümündən sonra Osmanlıya itaət edərək paşa olmuşdu. Mesxetiyanın müsəlmanlaşdırılması prosesi beləcə başlamış oldu. Bazaleti döyüşündə Georgi Saakadzeyə kömək etmişdi. Yerinə Yusif paşa keçdi.
II Beka
II Beka (1332 – 1391) — I Kvarkvarenin oğlu idi. Əmir Teymurun 1386-cı ildəki yürüşündə məğlub olmuşdu. 1391-ci ildə öldü. Yerinə oğlu I İoann keçdi.
I Beka
I Beka — Mesxetiyanın II çarıdır. Onun torpaqları Mesxetiya, Acarıstan, Şavşat, Tao-Klarceti, Gölə, Ərdahan və Cavaxetini ehtiva edirdi. == Həyatı == I Sarkisin kilsəyə çəkilməsindən sonra taxta keçən Beka Elxanilərə vassal olmaqda davam etdi. Səlcuqlarla tez-tez döyüşən Beka bu döyüşlərin çoxunda qalib gəlirdi. Trapezund imperiyasını ələ keçirmək üçün planlar qururdu. Sapara monastırını təmir etdirmişdi[mənbə göstərin]. == Ailəsi == Övladları: Ciacak Jakeli — 1300-cü ildə, imperator II Aleksios Meqaskomnenosla evləndi, 6 övladı oldu. Natela Jakeli — 1280-ci ildə II Demetre ilə evləndi, V Georginin anasıdır.
Kappa-dera
Soqen məbədi (曹源寺, Soqen-ci) və ya Kappa məbədi (かっぱ寺, Kappa-dera) – Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır. == Tarixi == Soqen məbədi XVII əsrdə qurulmuşdur. Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro adlı yerli plaş tacirinin adından gəlir. O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır. Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir. Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır. == Xüsusiyyətlər == Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir. Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar.
Kartlis Deda
Kartlis Deda (gürcücə: ქართლის დედა; "Gürcüstanın Anası") — Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl. Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.
Neka şəhristanı
Neka şəhristanı — İranın Mazandaran ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Neka şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 104,753 nəfər və 26,723 ailədən ibarət idi.