Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dakiya
Roma Dakiyası (lat. Dacia Romana) — Roma imperatoru Trayanın 106-cı ildə dakların ərazisini işğal etdikdən sonra yaratdığı Roma əyaləti. == Tarixi == Roma işğalı sosial təbəqələşmə, quldarlıq münasibətlərinin inkişafı, digər əyalətlərdən gəlmələrin axını hesabına əhalinin etnik tərkibinin dəyişməsi ilə müşayiət olunurdu. Dakların romanlaşması nəticəsində kütləvi (xüsusilə taxılçılıq) intensivləşmiş, mədən işi və metal emalı inkişaf etmiş, dulusçuluq təkmilləşdirilmiş, ticarət artmışdı. Romanlaşma yeni şəhərlərin salınması və köhnələrinin (Apulum, Porolissum, Drobeta və s.) məskunlaşdırılması, koloniyalarda və pereqrinlərə məxsus torpaqların ixtisarı hesabına munisipilər səviyyəsinədək yüksəlmiş məskənlərdə latın dilinin və Roma hüququ normalarının yayılması ilə nəticələnmişdi. == Quruluşu == Dakiyada romanlaşmanın daşıyıcıları legionerlər və veteranlar, əsasən, Kiçik Asiyadan və şərq vilayətlərindən gəlmələr olmuşlar. Roma planı əsasında yenidən qurulmuş Sarmizegetusa Dakiyanın paytaxtı olaraq qalmaqda idi. Yaradılmış əyalət qonşu yaziqlər, bastarnalar, roksolanlar, karplar və azad dakların arasıkəsilməz basqınlarına məruz qalırdı. Bu çətinliklər Adrianı 118/119-ci illərdə Dakiyanı Aşağı Pannoniya ilə birləşdirməyə, sonradan isə Dakiya əyalətini iki hissəyə: Aşağı Dakiya (Olteniya və Banatın ş. hissəsi) və Yuxarı Dakiyaya bölməyə vadar etdi.
Dekada
Dekada (q.yun. δεκάς, δεκάδος — "onluq") — on tərkib hissəsi olan məcmu. Azərbaycan dilində daha çox "on günlük dövr" mənasında işlənir. Dekada həm də 10 illik dövrü əhatə edən zaman ölçüsü kimi işlənə bilər. Dekadalar adətən tarix, mədəniyyət və planlaşdırma da daxil olmaqla müxtəlif kontekstlərdə istifadə olunur ki, bu da müəyyən bir vaxt çərçivəsini qruplaşdırmaq üçün əlverişlidir.
Deniya
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Deşima
Deşima adası (yap. 礼文島, nid. Desjima) — Naqasaki körfəzindəki yelpik şəkilli süni ada (Yaponiya). Ada əvvəlcə portuqallar üçün bir anbar və ötürmə nöqtəsi olaraq inşa edildi. 1641–1853-cü illərdə Sakoku adı ilə tanınan Yaponiyanın təcrid dövründə ada Yaponiyadakı yeganə Hollandiya ticarət limanı idi. == Tarixi == Əvvəlcə süni adanın inşasına portuqaliyalı tacirlər üçün ticarət və malların saxlanma yeri olaraq syoqun İemisunun sifarişi ilə 1634-cü ildə başlanılmışdır. 1637-ci ildə Simabarda qiyam baş verdi. Bu qiyamda yapon xristianları fəal iştirak etdilər. Bundan sonra Yaponiyada xristianlığın artan təsirindən həyəcanlanan syoqunat bütün avropalıları ölkədən qovmaq qərarına gəldi. 1639-cu ildə syoqun Portuqaliyanı Yaponiyadan və müvafiq olaraq Deşimadan tamamilə qovdu.
Leksika
diklakasiyya (q.yun. τὸ λεξικός) – Sözün Lüğət Tərkibini öyrənir. Leksikologiya dilin lüğət tərkibindən bəhs edir. Dilin əsas vahidlərindən biri sözdür. Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını, yəni lüğət tərkibini təşkil edir. Leksika yunan sözüdür: lexikos – lüğət, loqos – təlim deməkdir. Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır. Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir. Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır. Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.
Meksika
Meksika (isp. México) ya da rəsmi adı ilə Meksika Birləşmiş Ştatları (isp. Estados Unidos Mexicanos) — Şimali Amerikada ölkə, paytaxtı Mexiko şəhəri, sahəsi 1,972,550 km², əhalisinin sayı 2015-ci il hesablamalarına görə 119,530,753 nəfərdir. Dünya ölkələri arasında sahəsinə görə 13-cü, əhalisinə görə isə 11-ci yerdədir. İspan dilli ölkələr arasında əhalisinin sayına görə ilk yeri tutsa da, Latın Amerikası ölkələri arasında əhalisinin sayına görə 2-ci yerdədir. Coğrafi mövqeyinə görə şimaldan ABŞ, qərbdən və cənubdan Sakit okean, cənub-şərqdən Qvatemala, Beliz, Karib dənizi, şərq tərəfdən isə Meksika körfəzi ilə əhatə olunmuşdur. Meksika 3 ölkə ilə həmsərhəddir – ABŞ, Beliz və Qvatemala. Monterrey, Guadalajara, Puebla, Juárez, Tijuana, Nezahualcóyotl, Chihuahua və Leon Meksikanın ən böyük şəhərlərinidir. == Coğrafiyası == Hazırda Meksikanın ərazisi 1,972,550 kvadrat kilometrdir, ərazisinin böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir.
Pəktika
Pəktika vilayəti (puşt. پکتیکا) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Pəktika vilayəti ölkənin cənub-şərqində yerləşir. Vilayətin sahəsi 19 482 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 393.8 min nəfərdir. İnzibati mərkəzi Şaran şəhəridir. Vilayət 15 rayona bölünür: Bərməl Dilə Gayan Göməl Mətaxan Nikə Omnə Örgün Sərhövzə Sərubi Şərənə Vazəxva Vürməmey Yəhyaxil Yusufxil Zirük Əhalisinin mütləq əksəriyyəti puştun dilində, 5 kəndin əhalisi (15 min nəfər) özbəkcə və 4 kəndin əhalisi (5 min nəfər) digər dillərdə danışır.
Tekila
Tekila — tünd alkoqollu içki, vətəni Meksikadır. Azteklər tekilanı müqəddəs içki hesab etmişlər və dini mərasimlərdə tekiladan istifadə etmişlər.
Deliha
Deliha – 14 noyabr 2014-cü ildə ekranlara çıxan, rejissorluğunu Hakan Algülün etdiyi türk filmidir. == Aktyorlar və Personajlar == == Mükafatlar == 20.
Denira
Iva (lat. Iva) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Denira Adans.
Dekinia
Aqastaxis (lat. Agastache) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Brittonastrum Briq. Dekinia M.Martens & Galeotti Flessera Adans. Lophanthus Benth.
Denia
Denia (isp. Denia) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Marina-Alta ərazisinin 66.2 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 42704 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 100 km uzaqlıqda yerləşir. == Qalereya == == Həmçinin bax == Marina-Alta Xavea Kalpe == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Ayuntamiento de Denia Portal Turístico de Denia Índice Estadístico Municipal de Denia.
Dəkkə
Dəkkə (Dácca, benq. ঢাকা) – Banqladeşin paytaxtı. Dəkkə vilayətinin inzibati mərkəzi. Әhalisi 7,0 mln. (2011). Benqal düzənliyində, Burhi Qanq çayı sahilində, onun Dhalesvari çayına töküldüyü yerin yaxınlığındadır. Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. Mühüm avtomobil və dəmir yolları qovşağıdır. Şəhərdə Sadarqhat çay portu və Ziya beynəlxalq aeroportu var. == Ümumi məlumat == Dəkkədə Banqladeş EA (1973), Cut ETİ (1951), Banqladeş elm və sənaye tədqiqatları şurası (1955), Atom Enerjisi üzrə Banqladeş Komissiyası (1973), Benqal Akademiyası (1972; humanitar elmlər sahəsində tədqiqatlar), Beynəlxalq və Strateji Araşdırmalar İnistutu (1978); ali təhsil müəssisələrindən: Dəkkə Universiteti (1921), Mühəndis-Texnologiya Universiteti (1962), İslam Texnologiya Universiteti (1981; 2001 il -dən indiki adı ilə) yerləşir.
Erika
Erika (lat. Erica) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları. Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər.
Deina
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Meksika ardıcı
Meksika ardıcı (lat. Juniperus ashei) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Meksika bayrağı
Meksika bayrağı — Meksikanın Dövlət bayrağı
Meksika dalğası
1986-cı ildə Meksikada futbol üzrə dünya çempionatı keçiriləndə meksikalı azarkeşlər çiyin-çiyinə verərək stadionda möhtəşəm bir dalğa yaratmışdılar ki, bu terminin yaranması da onunla bağlıdır.
Meksika erməniləri
Meksika erməniləri (erm. Հայերը Մեքսիկայում; isp. armenia en México) — Şimali Amerika qitəsində yerləşən Meksikada məskunlaşmış erməni əsilli əhali. Meksikaya ermənilərin kütləvi gəlişi 1910–1928-ci illər aralığında baş vermişdir. == Tarixi == Meksikaya gəlmiş ilk ermənilərdən biri 1672-ci ildə Fransisko Martin adlı şəxs olmuşdur. Don Pedro de Zárate adlı bir digər erməni isə 1723-cü ildə İspan qalyonunun tərkibində Çindən Sakit okeanın sahilində yerləşən liman şəhəri Akapulko səfər etmişdir. 1897-ci ildə Meksika prezidenti Porfirio Diasın təklifi ilə ölkənin şimalında yerləşən Tamaulipas ştatında ermənilərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün torpaq sahəsinin ayrılması planlaşdırılsada, təklif icra olunmamışdır. Erməni icmasının Meksikada əsas fəaliyyətləri Erməni soyqırımından sonrakı dövrlərə təsadüf edir. 1921–1928-ci illərdə Meksika hökümətinin miqrantlara qarşı açıq qapı siyasətinin tətbiq etməsindən faydalanan ermənilər öz saylarını bu qanunun hesabına artırmağa çalışırdılar. İqtisadi baxımdan ölkənin zəifləməsindən sonra erməni icmasının üzvləri Amerika Birləşmiş Ştatlarına yaxın olan ərazilərə köçməyə başladı.
Meksika inqilabı
Meksika inqilabı (isp. Revolución mexicana) və ya Meksikada vətəndaş müharibəsi (isp. Guerra civil mexicana) — 1910-1917-ci illərdə Meksika tarixində baş vermiş vətəndaş müharibəsi. Porfirio Dias diktaturasına qarşı üsyan kimi başlanmış və yeni konstitusiyanın qəbul edilməsi ilə sona çatmışdır. Vətəndaş müharibəsi dövründə əhalinin arasında müxtəlif mənbələrə görə 500.000 nəfərdən 2.000.000 qədər əhali, 1910-cu ildə isə ölkə əhalisi 15.000.000 nəfər olub.. == Mərhələləri == Tədqiqatçılar Meksika inqilabını dörd mərhələyə bölürlər: Birinci mərhələ (1910-cu ilin noyabrından 1911-ci ilə qədər) Porfirio Dias diktaturasının devrilməsidir. Liberal torpaq sahibləri və sahibkarlar, işçilər və kəndlilər, liberal-demokrat liderlərin siyasi rəhbərliyi altında vahid bir cəbhə kimi çıxış etdi. İnqilabın ikinci mərhələsində (1911-ci ilin mayından 1913-cü ilə qədər) liberal demokratlar hakimiyyətdə idi, lakin inqilabçı qüvvələr arasında birliyin olmaması əks-inqilabçı çevrilişə gətirib çıxardı. Üçüncü mərhələ (1913-cü ilin fevralından 1914-cü ilin iyununa qədər) konstitusiya rejiminin bərpasıdır. İnqilabçılar yenidən birləşmiş cəbhədə çıxış etmiş, kəndli kütlələrinin rolu artmışdır.
Meksika körfəzi
Meksika körfəzi (isp. Golfo de México) — dünyanın doqquzuncu böyük su həcmi. Əsasən Şimali Amerika materiki və Kuba adası ilə əhatə olunub. Meksika körfəzi hövzəsi təxminən oval formasındadır və şərqdən qərbə qədər uzunluğu 1500 km-dir. Körfəz Atlantik okeanın bir hissəsidir və onu okeandan ABŞ və Kuba arasındakı Florida boğazı, Karib dənizindən isə Meksika və Kuba arasındakı Yukatan boğazı ayırır. Ən dərin yeri 4.384 metrdir. Meksika körfəzi ən yüksək temperaturlu suya malik su hövzələrindən biridir. == Geologiyası == Meksika körfəzini tədqiq edən alimlərin ümumi gəldiyi nəticəyə görə, körfəz Trias dövrünə kimi mövcud olmayıb. Bəzi dənizlərin adı səhvən körfəz yazılıb. Bunların içərisində Meksika körfəzi vardır.
Meksika mətbəxi
Meksika mətbəxi — Qarğıdalı, lobya, meyvə növləri və müəyyən bitki növləri ümumiyyətlə zəngin bitki örtüyünə malik olan bu isti, tropik ölkə mətbəxində mühüm rol oynayır. Meksikada çox müxtəlif regional mətbəxlər var. İspan mətbəxinin təsiri Meksikanın şimalında yayılıb. Yerli əhalinin mətbəxi cənubdadır. == Tarixi == Meksika bütün dünyada yayılmış kakao, vanil, avokado, yerfıstığı, pomidor, çili və qarğıdalının yaradıcısıdır. Demək olar ki, Meksikada bir çox yeməklər qarğıdalı ilə hazırlanır. Qarğıdalı o qədər mühümdür ki, Asteklər tərəfindən qarğıdalı tanrısı olaraq ucaldılıb. İkinci isə ədviyyat kimi istifadə olunan çilidir. Meksikada ev heyvanı kimi it saxlanılır. Meksikada Qabaq çiçəyi Flor de Calabaza hind inciri adlandırılır.
Meksika məxluqu
Meksika pesosu
Meksika pesosu (isp. Peso mexicano) — Meksika dövlətinin valyutası. Meksikanın milli pul vahidi olan Meksika pesosu (işarəsi: $ kodu: MXN) dünyada ən çox ticarət aparılan pul vahidlərindən biridir. MXN kodundan əvvəl MXP kodu Meksika pesosunun göstərilməsi üçün istifadə olunub. Peso 100 sentavosdan ibarətdir. 20 aprel 2009-cu ildə 13.4102 Meksika Pesosu 1 ABŞ dollarına bərabər olub. == Beynəlxalq istifadəsi == ABŞ-nin Meksika sərhəddinə yaxın yerlərində xüsusilə marketlərdə Meksika pesosu ilə alış-veriş etmək mümkündür lakin digər Amerika şəhərlərində peso alış-verişdə istifadə edilmir.