Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Digər
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Diqo
Diqo — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Diqo Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonim Talış dilindəki di (kənd) və qo (yer) sözlərindən düzəlib, "kənd yeri" deməkdir. == Etimologiyası == Coğrafi ad talış dilində di «kənd» və qo «yer» mənasındadır. Diqo Diqoov adından təhrifdir. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
Siğə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Dığ
Dığ və ya Tex (erm. Տեղ — Teğ) — Ermənistanın Gorus rayonunda və Sünik mərzının kənd. Kənd Qondarma Dağlıq Qarabağ Respublikası ilə Ermənistan Respublikasını birləşdirən "Həyat yolu" adlanan ərazidə yerləşir. Kənd Gorus şəhərindən 8 km şərqdə, Laçın şəhərindən 12 km cənub-qərbdə yerləşir. == Tarixi == Rayon mərkəzindən 21 km məsafədə yerləşir. Kəndin digər adı "Dığ" olmuşdur. Toponim fars dilində "kənd, qışlaq" mənasında işlənən dex (> tex) sözü əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. == Əhalisi == Burada 1926-cı ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1926–1929-cu illərdə onlar kənddən sıxışdırılıb çıxarlımışdır.
Adıge-Xabl
Adıge-Xabl (abq. Адыгьа-ХӀабльа, kab.-çərk. Адыгэ Хьэблэ, qaraç.-balk. Адыге-Хабль, noq. Адыге-Хабль) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının kənd, Adıge-Xabl rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi olan inzibati ərazi vahidliyinə aiddir. == Coğrafiyası == Adıge-Xabl rayonunun şərq hissəsində, Kiçik Zelençuk çayının sağ sahilində yerləşir. Çerkessk şəhərindən 12 km şimal-qərbdə, P217 şossesi üzərində yerləşir. Kənd yaşayış məntəqəsinin sahəsi 11,75 km²-dir. Aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: cənub-qərbdə İkon-Xalq, şimal-qərbdə Adil Xalq, şimalda Erken Xalq və Erken-Şaxar.
Adıge Respublikası
Adıge Respublikası (rus. Республика Адыгея, adıq Адыгэ Республик) — Rusiya Federasiyasının Krasnodar diyarı ərazisində respublika. Şimali Qafqazda, Kuban və Laba çaylarının sol sahillərindədir. Cənub federal dairəsinə daxildir. Sahəsi 7.600 km²-dir. Əhalisi 447.000 nəfərdir. Onların 120.000 nəfəri adıgeylərdir. Paytaxtı Maykop şəhəridir. Yeddi rayonu, iki şəhəri (Maykop və Adıgeysk), beş şəhər tipli qəsəbəsi var. Respublikada neft və qaz çıxarılır.
Adıge bayrağı
Adıge bayrağı (adıq Адыгэ Быракъ) — gerbi ilə birlikdə Rusiya Federasiyası Adıgey Respublikasının rəsmi dövlət simvollarından biridir. 25 mart 1992-ci ildə "Adıgey Respublikasının Dövlət Bayrağı haqqında" 2 saylı Adıgey Respublikası Qanunu ilə təsdiq edilmişdir.Adıgey Respublikasının 1 avqust 2013-cü il tarixli 231 nömrəli "Bayramlar və yaddaqalan tarixlər haqqında" Adıgey Respublikası Qanununun 3-cü maddəsində dəyişiklik edilməsi haqqında "Qanunu ilə 25 aprel tarixi Adıgey Respublikasının Dövlət Bayrağı Günü olaraq təsbit edildi. == Təsviri == Adıgey Respublikasının milli bayrağı, on iki qızıl ulduzu və yuxarıya doğru işarə edən üç qızıl çarpaz oxu əks etdirən düzbucaqlı yaşıl kətan parçadır. Bayrağın uzunluğunun eninə nisbəti 2: 1-dir.24 mart 1992-ci il tarixli qanununa əsasən parçanın rəngi tünd yaşıl rəngdə idi. == Simvolların əsaslandırılması == 12 ulduz 12 Adıge (Çərkəz) tayfasını və 3 oxu 3 ən qədim Adıge knyaz ailəsini ifadə edir. Üç çarpaz ox onların birliyini göstərir. Yaşıl rəng, meşələrlə əhatə olunan respublikanın həyatını, əbədiliyini və təbii xüsusiyyətlərindən birini simvollaşdırır. Müasir dövrdə, akuamarin rəngi İslam dini ilə əlaqəli yaşıl rəngə dəyişdirildi. Bayraq, bütün ərazi baxımından kabarda, çərkəz, şapsuq, adıqlar diasporasına bölünmüş bütün Çərkəzlərin (Çərkəzlərin) milli bayrağıdır. Hər il aprelin 25-də bütün dünyada Çərkəzlər Adıq (Çərkəz) bayrağı gününü qeyd edirlər.
Adıge coğrafiyası
Adıge Respublikasnın ərazisinin şimal hissəsi zəif dalğavarı Kubanboyu maili düzənliyindən, cənub hissəsi Böyük Qafqazın dağətəyi (hündürlüyü 300 m-ə qədər) və yamac (ən hündür nöqtəsi 3238 m, Çuquş dağı) hissələrindən ibarətdir. Adgenin sahəsi — 7790 kv.km, sərhədlərinin uzunluğu — 900 km, şimaldan cəbuba ölkə ərazisi — 208 km uzanır. Qərbdən şərqə isə — 165 km-dir. Adıge Respublikası Moskva vaxtı saat qurşağında yerləşir: UTC+3. == Ümumi məlumat == Neft, qaz, müxtəlif tikinti materialları və fosforit yataqları, həmçinin Masesta tipli müalicəvi mineral su bulaqları var. Respublikanın dağlıq hissələrində az miqdarda qızıl yataqları mövcuddur. İqlimi mülayim kontinental, isti və rütubətlidir. Orta temperatur yanvarda –2,4˚C, iyulda 22,2˚C-dir. İllik yağıntı təqribən 700 mm. İlin 180 günü şaxtasız olur.
Adıge dili
Aşağı Adıqca (КӀахыбзэ; КӀах Адыгэ псалъэ) — Abxaz-adıq dillərindən Adıq dilinin (Адыгэ псалъэ) bir dialektidir. Adıgey Respublikasında, Lazarev və Tuapse bölgələrində və Krasnodar vilayətində yayılmışdır. Şərqi Avropanın yerlisi Adıq dilinin digər əsas dialekti isə Yuxarı Adıqdır (Kabarda-çərkəz). Aşağı Adıq dialektindən 120 mindən artıq adam ünsiyyət vasitəsi kimi istifadə edir. Aşağı Adıq dili əsas ağızları arasında temirgoi, abadzex, bjeduq və şapsuq kimi boyların ağızları tapılar. Temirgoi, bu dilaketin ədəbi standartıdır. Ədəbi dil intensiv şəkildə inkişaf edir.
Adıge iqtisadiyyatı
Adıge Respublikası - Rusiya Federasiyasınin Şimali Qafqaz iqtisadi rayonu tərkibindədir. == Ümumi məlumat == Sənaye məhsullarının həcmi dəyərinə görə kənd təsərrüfatı məhsullarının həcmini 1,2 dəfə üstələyir. Adıge RF-nin subyektləri arasında üzüm şərabı (6-cı yer), emallıq ağac-oduncaq (7-ci yer), karton (9-cu yer), şəkər tozu (15-ci yer), tərəvəz şirələri və meyvə-tərəvəz konservi istehsalında seçilir. Respublikanın ümumi məhsulunda ticarət və kommersiya fəaliyyəti 14,5%, k.t. 14,1%, sənaye 13,5%, tikinti 9,6%, nəqliyyat 2,7% paya malikdir (2002). İqtisadi cəhətdən fəal əhalinin (200 min nəfər) 16,9%-i sənaye sahələrində, 20,3%-i k.t.-da çalışır. İşsizlik səviyyəsi 13,5% – RF üzrə orta səviyyədən 1,7 dəfə yüksək, ayda adam başına düşən pul gəliri isə 45% azdır. Adıgenin enerji ehtiyatları tələbatının 50%- dən azını təmin edir. Bütün sənayesi, demək olar ki, Maykopda cəmləşmişdir. Yeyinti, taxta-şalban, ağac emalı və sellüloz-kağız, maşınqayırma və metal emalı, tikinti materialları sənayesi aparıcı sahələrdir.
Adıge musiqisi
Adıge musiqisi— Adıgeya ərazisində formalaşmış musiqi. == Tarixi == Adıge musiqisində müxtəlif xarakterli və məzmunlu mahnılar, rəqs musiqisi əsas yer tutur. Xalq mahnıları, başlıca olaraq, diatonik səs sırasına əsaslanır. Kamıl (nəfəs aləti), şiçepşin (kamanlı alət), pxaçiç (zərb aləti) əsas musiqi alətləridir. XIX əsrdən qarmon geniş yayılmışdır. Oktyabr inqilabından sonra musiqi folkloru öyrənilir. Peşəkar musiqi, əsasən, mahnı janrı sahəsində inkişaf etmişdir.
Adıge tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Baş Dizə
Baş Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Aza kənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 25 km qərbdə, Arazın sol sahilindədir. Əhalisi 458 nəfər(2000); Bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, tibb məntəqəsi var. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü qoç daş heykəllər olmuşdur. == Tarixi == Baş Dizə Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim "Böyük Dizə" deməkdir. Dizə komponenti türkdilli xalqların toponimiyasında "kənd", İran dillərində "hasar", "qala divarı", "qala" mənalarını ifadə edir. Baş sözü kəndin adına onu eyniadlı yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə olunmuşdur..
Daniel Diges
Daniel Dixes (17 yanvar 1981, Alkala-de-Enares[d]) — ispan müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Algo pequeñito" mahnısı ilə təmsil edib.
Dağə (Soyuqbulaq)
Dağə (fars. داغه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 30 nəfər yaşayır (7 ailə).
Dime Dırb
Dime Dırb (fars. ديمه درب‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 17 ailədə 34 nəfəri kişilər və 28 nəfəri qadınlar olmaqla cəmi 62 nəfərdir.
Dingə (Qəzvin)
Dinək (fars. دينك‎‎) — İranın Qəzvin ostanının eyniadlı şəhristanının Kuhin bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı ildə əldə edilən məlumatına görə, kənddə 39 nəfər yaşayır (11 ailə).
Dinə Qaripova
Dinə Fəhim qızı Qaripova (tatar. Динә Фәһим кызы Гарипова; 25 mart 1991, Zelenodolsk, Tatarıstan) — tatar Rusiya müğənnisi, Rusiya "Birinci" kanaldakı "Голос" (azərb. «Səs»‎) müsabiqəsin qalibi, Tatarıstan Respublikasının əməkdar artisti. Dina 2013 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı "What If" mahnısı ilə təmsil edib və Rusiyaya 5-ci yeri qazandırıb.
Diql yarımadası
Dinql (irl. Corca Dhuibhne) — İrlandiyanın cənub-şərqində Kerri qraflığında yerləşən yarımada. Burada ölkənin ən qərb nöqtəsi olan Danmor-Hed burnu yerləşir. Üstəlik sahillərində Dinql körfəzi yerləşir. Yarımadanın relyefi dağlıqdır. Burada irlandiyanın ən hündür aşırımı ən hündür dördüncü zirvəsi yerləşir (Brandon). Sahillərini Atlantik okeanın suları yuyur. Sahilləri girintili-çıxıntılıdır. Bəzi hissələrdə isə qumlu çimərliklər vardır. Yaxınlığında Blasket adası qərarlaşır.
Dire Straits
Dire Straits — Böyük Britaniya rok-qrupu. 1977-ci ildə jurnalist və müəllim olan Mark Nopfler, qardaşı Devid Nopfler , Con İllsli və Pik Uizers tərəfindən yaradılmışdır. Ən çox satılan albomları Brothers in Arms albomudur (30 milyondan çox kopyası satılıb). Həmçinin, dünyanın ən çox albom satan qrupudur, ümumi satış 120 milyonu keçirdi. Qrup ilk illərdə pub-rock ifa edirdi. Qrupun musiqisinə bir çox janrlar təsir etmişdir (caz, kantri, folk, blyuz) və bit-musiqiyə yaxınlaşmışdır. Mahnılarının çoxu melanxolik idi. Qrupun məşhurlaşmasında əsasən Mark Nopflerin rolu olmuşdur. == Tarix == Dire Straits qrupunu Nopfler qardaşları, Con İllsli və Pik Uizers 1977-ci ildə yaratdılar. Qrupun adını Uizersin musiqiçi dostu təklif etmişdir.
Dizə (Culfa)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponomiyası == Düzənlikdədir. Keçmiş adı Kərimqulu Dizə olmuşdur; Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Ģəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimə əlavə edilən Kərimqulu komponenti həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyəvə vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. == Əhalisi == Əhalisi 1114 nəfərdir.
Dizə (Ordubad)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 18 km şimal-qərbdə, Ordubad-Unus avtmobil yolunun kənarında yerləşir. Əhali bağçılıq, tərəvəzçilik və əkinçiliklə məşğuldurlar. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Keçmiş adı Cəfərxan Dizəsi olmuşdur; Bir çox coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimlərə əlavə edilən baş, Kələntər, qoşa, Kərimqulu, Oruc və s. komponentlər həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyə və vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. == Tarixi == Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir.
Dizə (Şərur)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Arpa çayının sahilində, Şərur düzündədir. Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərbaycan dilinə keçərək "kənd" mənasında işlənir. == Əhalisi == Əhalisi 1758 nəfərdir.
Dizə (Əlburz)
Dizə (Əlburz) (fars. دیزج‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 234 nəfər yaşayır (82 ailə).