I
(Cəbrayıl, Cənubi Azərbaycan, Şamaxı)
1. hündür yer, təpə (Cəbrayıl, Cənubi Azərbaycan). – Dingədə çoban qoyun otarırdı (Cəbrayıl); – Öyin qabağı dingədi (Cənubi Azərbaycan)
2. camaatın söhbət üçün toplaşdığı yer (Şamaxı). – Dingədə gör kimlər var?
II
(Çənbərək, Gəncə, Qazax, Şəmkir)
1. kiçik qoz ağacı (Gəncə, Qazax). – Qalxozun zəmisinin qırağındakı kollıxda bir dingə var (Gəncə)
2. kötük, kəsilmiş ağacın kötüyü (Çənbərək, Şəmkir). – Meşəbəyi dingələrin hamısına möhür vuruf (Şəmkir); – Aşağıkı butağı dingədən kəs, quruyuf (Çənbərək)
III
(Borçalı, Gəncə, Hamamlı, Kürdəmir, Qazax, Ordubad, Saatlı, Şamaxı)
1. başa bağlanan bəzək geyimi (Gəncə, Qazax, Ordubad, Şamaxı). – Başımın dingəsi açılıb (Şamaxı); – Bu gəlinin dingəsi də var (Ordubad)
2. çələng (Borçalı, Hamamlı, Kürdəmir, Qazax). – Dingə də:rmi saxnax kimi olur (Hamamlı); – Dingəni qadınlar başdarına yumru qo:rdular, sancax taxırdılar belə (Qazax); – Dingiyi qojalar qoymaz, cəhəllər qoyar (Borçalı)