Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dominat
Dominat (lat. dominātus hökumranlıq) — Qədim Romada tetrarxiya dövründə prinsipatın yerini tutmuş idarəetmə forması olub, dəfələrlə konsul olmuş Qay Avreli Valeri Diokletianın hakimiyyəti zamanından (284–305) tətbiqini tapmışdır. Dominat sözü adətən Qədim Roma tarixinin sonrakı antik dövrünə, IV–VI əsrlərə aid olub, imperatora müraciət forması — lat. dominus et deus olub, mənası "ağa (hökmdar) və allah" deməkdir. Dominat dövründə senat dekorativ funksiya malik olmuş, bütün hakimiyyət "avqust" ("müqəddəsin") və ya "dominusun" ("hökmdarın") əlində cəmləşmişdir. Yerdə qalanlar isə onun qulu sayılırdı.
Doqonlar
Doqonlar — Mali Respublikasının ərazisində, Niger çayının sahilində yaşayan xalq. Ana dilləri doqon dilidir. Saylarının 400 mindən 800 minə qədər olduğu təxmin edilir. == Tədqiqi == Doqonlar haqqında ən çox araşdırma aparmış və doqon mədəniyyətini dünyaya tanıtmış ilk şəxs fransalı etnoqraf, professor Marsel Qrioldur. O, ilk dəfə 1931-ci ildə doqon qəbiləsinin qonağı olmuşdur. Həmin vaxt onların sayı 100 min nəfər idi. Yazı mədəniyyətindən xəbəri olmayan bu qədim tayfa əkinçiliklə məşğul olur və sivilizasiya səviyyəsinə görə qonşu tayfalardan heç nə ilə fərqlənmirdi. Amma maraqlı bir fakt professorun diqqətini cəlb edir: doqon qəbiləsində nəsildən-nəsilə şifahi formada ötürülən bir əfsanə vardı. Bu əfsanədə Dünyanın yaranmasından və doqon xalqının kosmosla əlaqələrindən söhbət açılırdı. Bu tarixdən etibarən professor Marsel Qriol öz həmkarları ilə birlikdə Doqon tayfasını mütəmadi ziyarət etməyə başladı.
Doqana
Doqana (it. Dogana, gömrük) — San-Marino şəhəri, Serravalle şəhər-kommunanın ərazində yerləşir. Ölkənin ən çox insan yaşayan şəhəridir (7000 nəfər). == Coğrafiyası == Şəhər San-Marinonun şimal-şərq hissəsində yerləşir və Falçanodan sonra ölkənin ən şimal yaşayış məntəqəsidir. Doqana İtaliya ilə sərhəddədir. Şəhərin sərhədləri içərisində Koriano kommunasının Çerasolo prixodu da yerləşir. Şəhərdə sərhəd məntəqəsi var, amma bu məntəqədə yoxlama ləğv edilib. == Tarixi == 2006-cı ildə Doqana Serravallenin tərkibindən çıxıb müstəqil şəhər-kommunaya (it. castello, qəsr) çevrilməyə cəhd etmişdir, amma 2007-ci ildə mövcud vəziyyətin qorunub saxlanılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, Doqanaya Serravallenin poçt indeksindən fərqli bir indeks verilmişdir (47899 yerinə 47891).
Anna Donat
Anna Donat (mac. Donáth Anna Júlia) — Macarıstan siyasətçisi. Momentum Hərəkatı Partiyasının üzvü, Partiyanın keçmiş sədri (2021-2022), Partiyanın vitse-prezidenti (2018-2021). 2019-cu ildən Avropa Parlamentinin üzvü, Yenilənən Avropa siyasi qrupunun üzvü. == Bioqrafiya == 6 aprel 1987-ci ildə Macarıstanın paytaxtı Budapeştdə Laslo Donat və İldiko Muntaq ailəsində anadan olub. Üç bacının ən kiçiyidir. Onun atası Laslo Donat pastor və Macarıstan Sosialist Fəhlə Partiyasından keçmiş Milli Assambleyanın üzvüdür. Onun ata tərəfdən babası Ferens Donat hüquqşünas idi və 1956-cı il Macarıstan üsyanı zamanı Macarıstan Sosialist İşçi Partiyası Mərkəzi Komitəsinin üç katibindən biri idi. Budapeştdə Bekaşmedyerdə Veres Peter Gimnaziyasını bitirmişdir. O, Budapeşt Universitetində sosiologiya, Amsterdam Universitetində miqrasiya və etnik tədqiqatlar üzrə təhsil alıb.
Ercan Donat
Ercan Donat (tam adı: Ercan Yıldız Donat; 1 fevral 2000, Fateh, İstanbul ili) – Azərbaycan milli basketbol komandasında və "Şəki" basketbol klubunda çıxış edən basketbolçu. == Karyera == === Klub === 5 sentyabr 2024-cü ildə "Şəki" baketbol klubu Donatı transfer edib. === Milli komanda === Donat 2016-cı ildə U-16 Azərbaycan millisi təkibində FİBA U-16 Avropa Çempionatında çıxış edib. O, 2017-2018 və 2018-2019 sezonlarında isə U-18 Azərbaycan millisi təkibində FİBA U-18 Avropa Çempionatında oynayıb.
Vilyam Törner Donat
Vilyam Törner Donat - (1953-cü il 9 iyul — 1929 - cu il 12 mart ) Amerikalı rəssam. == Həyatı == Vilyam 1853-cü ildə Nyu-Yorkun Hempstid şəhərində dünyaya gəlib. Donat on iki yaşı olanda valideynləri onu təhsilini artırmaq üçün Almaniyaya göndərib. Donat 1929-cu ildə 75 yaşı olarkən Monte Karloda vəfat edib. == Yaradıcılığı == O, İspaniyada hazırladığı eskiz və şəkillə adından söz etdirib. Hazırladığı Quatur Espanyol kompozisiyası1884-cü ildə Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində nümayiş etdirilib. Donat daha sonra Parisdə məskunlaşıb və burada Julian Akademiyasında dərs deyib. Onun bir sıra rəsmlərində Karlos Duran və Minkasdan təsriləndiyi müşahidə olunub. Donat öz vətinindən daha çox Avropa ölkələrində tanınıb. Təxminən iyirmi il ərzində Donat rəsm çəkməyi dayandırıb.