Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
DruGOY
DruGOY (rus. ДруGOY) – Filipp Kirkorovun sonuncu studia albomu. Albom promo versiyası 2010-cu ildə OK! jurnalına əlavə olaraq verilmişdir. Tam versiya 3 cd-dən ibarət olacaq və 2011-ci ilin aprel ayında çıxacağı gözlənilir. == OK ! ==
Durnev
Durnev — Xəzər dənizində yerləşən ada. Ada Xəzərdə yerləşən Myortvıy Kultuk körfəzindən qərbdə yerləşir. İnzibati cəhətdən Manqistau vilayəti ərazisinə daxildir. == Kartoqrafiya == Durneva, ehtimal ki, Xəzər dənizinin ilkin xəritələrində İle des Cygnes (Qu adası) kimi görünən adadır. Adanın ilk dəqiq xəritəsini 1719-cu ildən 1727-ci ilədək Xəzər dənizini tədqiq edən Fyodor İvanoviç Soymonov 1719-cu il Xəzər ekspedisiyası zamanı çəkib.
Düzköy
Düzköy (türk. Düzköy) — Trabzon ilinin ilçəsi.
Dunay
Dunay çayı (rum. Dunărea, mac. Duna, alm. Donau‎, serb. Дунав, slovak. Dunaj, bolq. Дунав, xorv. Dunav, ukr. Дунай, lat. Danubius, Danuvius, q.yun.
Durna
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy; 1976) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. == Erkən həyatı == Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Dornod vilayəti
== Ərazisi == 1941-ci ildə yaradılan Dornod vilayətinin ərazisi 123 597 Km2-dır. Dornod vilayətinə 14 rayon (sum) daxilidir. == Əhalisi == 2017-ci ilə olan məlumatlara əsasən Dornod vilayətinin əhalisi 76 507 nəfərdir. Əhalinin mütləqi monqollardan ibarətdir.
Frensis Burney
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Viktor Durnev
Viktor Vasilyeviç Durnev (14 avqust 1961-ci ildə anadan olub) Sovet və Rusiya idmançısıdır. İdman ustalığına namizəd (1976); SSRİ ağır atletika idman ustası (1977); Ağır atletika üzrə beynəlxalq dərəcəli SSRİ idman ustası (1982). PODA üzrə Poverliftinq atletlərində İdman namizədi (2015). Başqırdıstan Respublikasının görkəmli idmançısı (1997). "Podolskiy rayonuna 3-cü dərəcəli xidmətə görə" fəxri nişan sahibi (2003). Durnev Viktor Vasilieviç 14 Avqust 1961-ci ildə Orenburq vilayətinin Efremovo-Zykovo kəndində anadan olmuşdur. İdmanla "Batır" (1975-1981) (məşqiçi L. N. Kopnin) və "Kimyaçı" (1981-1985) (Ufa; məşqçilər G. L. Aferin R. Z. Siraev) idman klublarında məşğul olmuşdur. 1991-ci ildə onurğa zədəsi (qəza) aldı, 1-ci qrup əlildir. "Vityaz" idman klubu, Podolsk (1998-2004); idman klubu MBU FOKI "Mustang" (2013)-ın, 1982-1984-cü illərdə SSRİ milli ağır atletika komandasının üzvü idi. 1998-2004-cü illərdə PODA pauerliftinq idmanı üzrə Rusiya millisinin üzvü idi.
Nilufər Gürsoy
Nilüfər Gürsoy (1 iyun 1921, Bursa, Osmanlı imperiyası – 1 iyul 2024, İstanbul) — türk filoloq və siyasətçisi. Nilüfər Gürsoy, 1965-1969, 1973-1980-ci illərdə parlamentdə çalışıb. Türkiyənin üçüncü prezidenti Cəlal Bayarın qızıdır. Nilüfər Bayar ibtidai təhsilini evdə fərdi şəkildə alıb. Daha sonra orta və lisey təhsilini Maarif Kollecində (sonralar TED Ankara Kolleci) almış, 1939-cu ildə oranı bitirmişdir. Həmin il o, İstanbul Universitetində fəlsəfə təhsili alıb. Bir ildən sonra ailəsinin Ankaraya köçməsi ilə əlaqədar Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinə daxil olub və klassik filologiya sahəsi üzrə təhsil alıb. Məzun olduqdan sonra 1949-cu ildə Qədim yunan dili kafedrasında assistent kimi çalışmağa başlayıb. O, “Evripidlərin siyasi baxışları” adlı doktorluq dissertasiyasını müdafiə edərək, 1954-cü ildə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 1960-cı il dövlət çevrilişindən sonra atası prezident Cəlal Bayar və həyat yoldaşı Demokrat Partiyasından Kütahya millət vəkili Əhməd İhsan Gürsoy, bir çox başqa dövlət rəsmiləri və siyasətçilərin xunta tərəfindən həbs edilməsi ilə universitetdən qovularaq, Ali Ədalət Məhkəməsində mühakimə olunması üçün İstanbul sahillərindəki kiçik bir ada olan Yassıa adasına göndərilib.
Bruno Durdov
Bruno Durdov (xorv. Bruno Durdov; 11 dekabr 2007, Split, Xorvatiya) — Xorvatiya Futbol Liqası təmsilçilərindən olan "Hayduk Split" klubunda hücumçu kimi çıxış edən peşəkar Xorvatiya futbolçusu. == Klub karyerası == Durdov futbolçu karyerasına 6 yaşı olarkən Kaştel Qomlitsa klubunda başlamışdır. 2015-ci ildə isə "Hayduk Split" klubuna məxsus Luka Kaliterna akademiyasına qəbul olmuşdur. 2023-cü ilin payızında oyunçu klub ilə 2026-cı ilə qədər yeni müqavilə imzalamışdır. Müqavilə imzaladıqdan sonra Durdov əsas komanda ilə məşq etməyə başlamışdır. O, peşəkar karyerasında debütünü 5 may 2024-cü ildə "Varazdin" klubuna qarşı oyunda etmiş və 82-ci dəqiqədə Yassin Benraunun əvəzinə meydana daxil olmuşdur. Durdov peşəkar karyerasında ilk qolunu 21 sentyabr 2024-cü ildə "Qoritsa" klubuna qarşı liqa görüşündə vurmuşdur. Həmin görüşdə dublla yadda qalan Durdov komandasına 4-1 hesabı ilə qələbə qazandırmışdır. 16 yaş 9 ay 10 günlüyündə fərqlənməyi bacaran Bruno "Hayduk Split" klubunda qol vuran ən gənc, Xorvatiya Liqasında isə dubl edən ən gənc futbolçu kimi tarixə düşmüşdür.
Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s. == Texniki xüsusiyyətləri == Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur.
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Ağ durna
Boz durna
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Dunay adaları
Dunay adaları — Laptevlər dənizində yerləşən adalar qrupu. Lena deltasının şimalında qərarlaşır. Saxa ərazisinə daxildir. Sdalar qrupuna daxildir: Yeqorşa, Lepyeşkalabıt-Byelkyeye, Dunay-Arıta. Arxipelaqın ən iri adası Dunay-Arıta adasıdır. Ada və bütün adalar qrupu Yenisey kazakı Konstantin Stepanoviç Dunayın şərəfinə adlandırılmışdır Sovet dönəmində Dunay-Arıta adasında qütb stansiyası fəaliyyət göstərirdi.
Dunay buzlaşması
Dunay buzlaşması — Dördüncü dövrdə baş vermiş buzlaşma. Buzlaşma Pleystosen epoxasının əvvəlində başlamış, Pliosenin sonu bitmişdir (1,5 —1,8 milyon il əvvəl ). Bu buzlaşma Albrext Penkin Alplarda baş vermiş dörd ənənəvi buzlaşma sxeminə daxil deyil. İlk dəfə bu buzlaşmanı alman geoloq Bartele Eberlem 1928-ci ildə ayırmış və Dunay çayının şərəfinə adlandırmışdır. Dunay buzlaşması Alp dağlarının \n qədim qədim buzlaşmalarından biri hesab olunur. Bunu təsdiq edən sübutları İller və Lex çaylarının bölgəsində aşkar edilmişdir. Dunay buzlaşması Biber-dunay istinmə epoxasından sonra, Dunay-güns istinmə epoxasından əvvəl baş vermiş. == Ümumi məlumat == Dunay buzlaşması müstəqil buzlaşma kimi ayrılmazdan öncə tədqiqatçılar tərəfindən Minedl buzlaşmasının tərkibinə daxil edilirdi. Dunay buzlaşmasını Biber və Güns buzlaşmalarından ayıraraq formalaşdırmışlar. Bu ayrılma əsasən zandrların analizi nəticəsində baş vermişdir.
Dəmirqapı (Dunay)
Dəmirqapı (serb. Ђердапска клисура, rum. Porţile de Fier) — Dunay çayı yatağının Karpat və Stara-Planin dağlarının birləşdiyi yerdən keçən ensiz hissəsi. Çay qapısı adlanan bu ərazi Serbiya və Rumıniya sərhəddində, Orşov şəhərindən cənubda yerləşir. Uzunluğu 15 km, eni 162 m. olan bu ərazi Avropanın ən gözəl məkanlarından biri hesab olunur. == Təbii və tarixi-mədəni əhəmiyyəti == Çayın sağ sahilində Serbiyanın Cerdap Milli Parkı yerləşir. Dəmirqapının ən qədim yerli əhalisi romandilli valaxlar olmuş. Valaxlar heyvandarlıqla məşğul olan yarımköçəri tayfalar idi. Çayın şimal sahilində isə müasir rumınların əcdadları məskunlaşmış.
Kunoy adası
Kunoy(far. Kunoy) — Farer adalarına daxil olan ada. 2013-cü il məlumatına görə adada 135 nəfər yaşayır. Sahəsi 35.5 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 830 m-dir. == Şəxsiyyətləri == Simun av Skardi — farerli şair, siyasətçi və yazışı. Farer adalarının himnini yazmışdır.
Kurno oliqopoliyası
Kurno oliqopoliyası — bazar rəqabətinin iqtisadi modeli. Onu formalaşdıran fransız iqtisadçısı A. Kurnonun (1801-1877) şərəfinə adlandırılmışdır. Modelin əsas müddəaları: Bazarda eyni adlı iqtisadi məhsul istehsal edən sabit sayda N > 1 {\displaystyle N>1} firma var; Bazara daxil olan və çıxan yeni firmalar yoxdur; Firmaların bazar gücü var. Qeyd: Kurno özü bazar gücünün nə olduğunu bilmirdi. Bu termin sonradan ortaya çıxdı; Firmalar mənfəətlərini maksimuma çatdırır və əməkdaşlıq olmadan fəaliyyət göstərir. N {\displaystyle N} bazarındakı firmaların ümumi sayının bütün iştirakçılara məlum olduğu güman edilir. Hər bir firma öz qərarını verərkən digər firmaların məhsuldarlığını verilmiş parametr (sabit) kimi qəbul edir. Firmaların məsrəf funksiyaları c i ( q i ) {\displaystyle c_{i}(q_{i})} müxtəlif ola bilər və həmçinin bütün iştirakçılara məlum olduğu güman edilir. Tələb funksiyası malın qiymətinin azalan funksiyasıdır. Malın qiyməti sektoral bazarın tarazlıq qiyməti kimi verilir (sahə təklifinin dəyəri eyni qiymətdə verilmiş iqtisadi əmtəəyə olan tələbin dəyərinə bərabərdir).
Lev Durov
Lev Konstantinoviç Durov (rus. Лев Константинович Дуров; 23 dekabr 1931, Moskva - 20 avqust 2015, Moskva) — Sovet və Rusiya teatr və kino aktyoru, teatr rejissoru, pedaqoq, SSRİ xalq artisti (1990). == Həyatı == == Filmoqrafiya == Qocalar-quldurlar (film, 1971) Baharın on yeddi anı (film, 1973) Al çiçək (film, 1977) Qorxma, mən səninləyəm Papaq (film, 2007) Qorxma, mən səninləyəm!
Pavel Durov
Pavel Valeryeviç Durov (rus. Павел Валерьевич Дуров; 10 oktyabr 1984, Leninqrad) — VKontakte sosial şəbəkə saytının və Telegram proqramının yaradıcısı kimi tanınan rusəsilli Fransa və BƏƏ sahibkarı. Nikolay Durovun kiçik qardaşıdır. 29 sentyabr 2022-ci il tarixinə olan məlumata görə onun sərvəti 15,1 milyard ABŞ dolları dəyərindədir. 2022-ci ildə Forbes jurnalına görə BƏƏ-nin ən varlı adamı kimi tanınıb. 2023-cü ilin fevralında Arabian Business onu Dubayın ən güclü sahibkarı adlandırırdı. 2014-cü ildə VK-nın baş direktoru vəzifəsindən azad edildikdən sonra bir neçə il ərzində Durov qardaşları Sent-Kits və Nevis vətəndaşları kimi könüllü sürgün kimi dünyanı gəzdilər. 2017-ci ildə Finlandiyanın nümayəndəsi kimi Dünya İqtisadi Forumunun Gənc Qlobal Liderlər qrupuna qoşulub. Durov 2021-ci ilin avqustunda Fransa vətəndaşlığına qəbul edilib və buna görə də hazırda Avropa İttifaqı vətəndaşlığına sahibdir. Pavel Durov Leninqradda anadan olub, lakin uşaqlığının çox hissəsini atasının işlədiyi İtaliyanın Turin şəhərində keçirib.
Qaraboyun durna
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Qəşəng durna
Qəşəng durna (lat. Anthropoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi. Hazırda 2 növə ayrılır: Adi qəşəng durna (Anthropoides virgo) — durnaların ən kiçik növü olub, Asiya, Avropa və Şimali Afrikanın geniş ərazilərində yaşayır. Afrika qəşəng durnası (Anthropoides paradisea) — Cənubi Afrika Respublikası və Namibiyada yaşayır.