Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Divan
Divan — oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxt. "Divan" sözü ən azı XVI əsrdən fars dilində deyilib. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Daha sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Livan
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Sivan
Sivan (Xoy)
İvan
İvan — slavyan kişi adı. İvan Turgenev — Rusiya yazıçısı. İvan Poddubnı — kazak əsilli SSRİ pəhləvanı. İvan Ayvazovski — erməni əsilli Rusiya rəssamı. İvan Kramskoy — Rusiya rəssamı. İvan Qabışev — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Fioletov — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Nokolayşvili — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Malıqin — dövlət xadimi, 26 Bakı komissarından biri. İvan Mazepa — Zaporojya ordusunun getmanı.
Divan (idarə)
Divan (fars. دیوان‎) — bir sıra tarixi İslam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanı, habelə bu orqanın rəhbərinin adı. == Tarixi == "Divan" islam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarıın ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və başqa vəkillərdənn ibarət dövlət şurası olmuşdur. Dunay knyazlıqları Moldaviya və Valaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı orqan idi. Rumıniya 1859-cu ildə yarananadək Buxarestdə, Krayovada və Yassıda ali məhkəmə orqanları da divan adlandırılırdı. Divan idarə sistemi erkən orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur.
Divan (mebel)
Divan — oturmaq və ya uzanmaq üçün uzun, yumşaq taxt. "Divan" sözü ən azı XVI əsrdən fars dilində deyilib. Türk və ərəb dilində əvvəlcə "yazılı vərəq kağızı" və "siyahi" mənalarında işlənmişdir. Daha sonra bu sözləri hesabat kitablarında, dəftərxanalarda daha sonralar oturmaq üçün yumşaq mebelləri adlandırdılar.
Divan (ədəbiyyat)
Divan (fars. ديوان‎ — "hesab kitabı", "kontor") — Yaxın və Orta Şərq ədəbiyyatında bir şairin qısa lirik şeirlər toplusu. Şeirlər qafiyələrinin əlifba sırası ilə düzülür. == Etimologiya == "Divan" sözü fars mənşəlidir, reyestr, xüsusən də vergi cədvəli, ümumiyyətlə dövlət işləri üzrə hesabların siyahıları, həmçinin bu hesabların aparıldığı yer mənasını verirdi. Fars dilindəki söz özü həmin dildəki "yazıçı" və ya "xəttat" mənasını verən "dibir" sözündən götürülmüşdür. "Divan" sözü sonradan Azərbaycan, erməni, gürcü, urdu və türk dillərinə keçmişdir. "Divan" İslam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarının ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi.
Do Jihan
Do Ji-han (24 sentyabr 1991, Seul) Cənubi Koreya-lı aktyorudur. O The Tower (2012) filmində və KBS2-nin Hwarang: The Poet Warrior Youth (2016–2017) serialındakı rolları ilə tanınır. 26 dekabr 2018-ci ildə hərbi xidmətə çağırılıb. == Həyatı == Ci-Han 24 sentyabr 1991-ci ildə Tecon, Cənubi Koreya-da doğulmuşdur.Ci-Han, 24 dekabr 2018-ci il tarixdə məcburi hərbi xidmətə göndərildi.
Givan (Puldəşt)
Givan (fars. گيوان‎) — İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 562 nəfər yaşayır (101 ailə).
Jıqan ulusu
Jıqan ulusu (saxa Эдьигээн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Jıqansk kəndidir. == Coğrafiyası == Sahəsi - 140,2 min km²-dir. Saxanın şimalında yerləşir. Şimaldan Bulun ulusu ilə, şərqdən Even-Bıtantay, cənub-şərqdən Kobyay, cənub-qərbdən Vilyoy və qərbdən Olenok ulusları ilə həmsərhəddir. === Təbii şərait === Ulus Mərkəzi Yakut yaylasında, Verxoyansk silsiləsinin ətəklərində yerləşir. Ulus Lena çayını cənubdan şimala keçir. Lenanın çoxsaylı qolları ulus ərazisindən axır - Linde, Muna. Yanvar ayının orta temperaturu −36 ... −40 °C, iyul + 14 ...
Livan Respublikası
Livan (ərəb. لبنان‎‎) və ya rəsmi adı ilə Livan Respublikası (ərəb. الجمهوريّة اللبنانيّة‎‎) — Yaxın Şərqdə dövlət. Şimal və şərqdən Suriya, cənubdan İsraillə həmsərhəddir. Qərbdən isə Aralıq dənizinə çıxışı vardır və bu dəniz vasitəsilə Kiprlə su sərhəddinə malikdir. Paytaxtı və ən böyük şəhəri Beyrut, ümumi sahəsi 10,452 kvadrat kilometrdir. Livanı bəzən Yaxın Şərqin İsveçrəsi də adlandırırlar. == Coğrafiyası == Livan Respublikasının ərazisi 10.452 km² — dir . Ərazisinin böyüklüyünə görə dünyada 161-ci yeri tutur. Şimal-şərqdəki Biqa vadisindən başqa bütün ərazisi dağlıq ərazilərdir.
Livan bayrağı
Livan bayrağı (ərəb. علم لبنان‎) - Livan Respublikasının bayrağı == Livan Konstitusiyasında == Livan konstitusiyasının 5-ci maddəsi dövlət bayrağı haqqındadır. Konstitusiyada yazılıb: «Livan bayrağı iki qırmızı və 1 ağ zolaq olmaqla 3 zolaqdan ibarətdir. Ağ zolaq qırmızı zolaqların ortasında yerləşir. Ağ zolağın eni qırmızı zolaqların enləri cəminə bərabərdir. Ağ zolağın mərkəzində sülh və uzunömürlülük rəmzi olan Sidr ağacı yerləşir.» == Tarixi == Livan uzun illər boyunca müxtəlif ölkələrin təsiri altında olmuşdur. Nəticədə həmin ölkələrin bayraqları bir müddət Livanın bayrağı olmuşdur. Osmanlılardan ayrıldığı ilk vaxtlarda ağ parça üzərində Livan sidrinin təsviri olan bir bayraq idi. 1 noyabr 1943-cü ildə Fransa mandatlığında Livan parlamenti üzvlərinin imzaları ilə təsvir olunmuş bir bayraq təsdiqləndi. Bu Livanın ilk rəsmi bayrağı idi.
Livan coğrafiyası
== Sahəsi və sərhədləri == Aralıq dənizinin şərq sahilində yerləşən Livan Respublikası şimaldan və şərqdən Suriya, cənub-şərqdən İsrail, cənubdan müsdəqil Fələstin ərəb dövləti yaratmaq məqsədilə BMT tərəfindən ayrılmış ərazi ilə həmsərhəddir. Aralıq dənizinin Livan sahillərində əmələ gətirdiyi təbii buxtalarda Beyrut, Sayda, Tripoli kimi böyük limanlar salınmışdır. Livan Asiya, Afrika və Avropanın bir-birilə yaxınlaşdığı yerdə – Aralıq dənizi hövzəsini İran körfəzi bölgəsi ilə birləşdirən beynəlxaq əhəmiyyətli yollar üzərində yerləşir. Coğrafi mövqeyinin belə əlverişli olması ölkənin iqtisadiyyatına təsir göstərmiş və onu Yaxın Şərqin böyük tranzit-ticarət mərkəzinə çevirmişdir. Livanın ərazisi 10,5 min. kv. km-dir. Bu göstəriciyə görə dünyanın 159-cu dövlətidir. == Livanın relyefi == Livan əsrarəngiz təbiətə malik ərəb ölkələrindəndir. Təsadüfi deyil ki, onu Yaxın Şərqin İsveçrəsi, Aralıq dənizinin «incisi» adlandırırlar.
Livan dənizi
Livan dənizi — Aralıq dənizinin şərqində, Kipr adası və Afrika arasında yerləşir. Dəniz şimalıdan Kipr adası və Kilikiya dənizi, qərbində Kipr dənizi ilə hüdudlanır. Dənizin ən böyük adası Kiprdir. Maksimal dərinlyi — 4384 metrdir. Sahəsi 320 min km² təşkil edir. Burada orta duzluluq 38,9 - 39,8 ‰ təşkil edir. Demək olaraq iri çay tökülmür == Yerləşməsi == Aralıq dənizinin şərq hissəsini təşkil edir. Şimaldan Türkiyə, şərqdən İsrail, Suriya, Livan, cənubdan Misir və Liviya, şimal-qərbdən isə Egey dənizi ilə əhatələnir. == İqtisadiyyat == Livan dənizinin şelf zonasının İsrail və Livan sərhəddi ərazisində nəhəng Levifan qaz yatağı yerləşir.
Livan erməniləri
Livan erməniləri — Livanda yaşayan ermənilərə verilən ümumi ad. Ermənilər Livan əhalisinin 4% təşkil edir. Ermənilər Livan vətəndaş müharibəsi zamanı döyüşlərdə faəl iştirak etmişdilər. Bəzi mənbələrdə, müharibədən əvvəl Livanda 100 minə yaxın, erməninin yaşadığını, müharibə səbəbindən ölkəni tərk etdikləri göstərilir. == Tarixi == Livanda ilk ermənilərin dəqiq nə zamandan yaşamağa başladıqları məlum deyil. Eranın ilk illərində, Livan ərazisində yaşayan xalqlar haqqında məlumat veriləndə, ermənilərində adları qeyd edilir. 1915-ci ildə Livan Osmanlı imperiyasının tərkibində idi. Bu dövrdə ermənilər daha çox Beyrut şəhərində yaşayırdılar. Sultanın fərmanı ilə ermənilərin yaşadıqları ərazilərdən köçürülməsi nəticəsində, Livanda erməni əhalisi sürətlə artmağa başlamışdır. Ermənilər Karantina və Burc Hamod bölgələrində sürətlə məskunlaşmışdılar.
Livan funtu
Livan funtu və ya livr (ərəb. ليرة لبنانية‎, fr. livre libanaise, ing. lebanese pound) — Livanın pul vahididir. Livanda pul vahidini Livan lirası adı altında istifadə edirlər.. Daha əvvəl bir Livan funtu 100 piastra bərabər idi, amma belə bölgüdən sonra ölkədə inflyasiya yarandığından ölkə bu sistemdən imtina etdi. ISO 4217 beynəlxalq standartına uyğun olaraq Livan funtunun beynəlxalq işarəsi — LBP-dir. == Sikkələr == Pul dövriyyəsində 25, 50, 100, 250 və 500 Livan funtu nominallı sikkələrə rast gəlmək mümkündür. == Əsginaslar == Pul dövriyyəsində 1000, 5000, 10000, 20000, 50000 və 100000 Livan funtu nominallı əsginaslara rast gəlmək mümkündür. Əsginaslar Qəznədə çap edilir.
Livan gürzəsi
Gürzə və ya Livan gürzəsi (lat. Macrovipera lebetina) — Nəhəng gürzə cinsinə aid ilan növü. == Görünüşü == Gürzələr fəsiləsinin ən iri nümayəndəsidir. Onun quyruğu ilə birlikdə uzunluğu 2 metr, çəkisi isə 3 kq təşkil edir. Başı olduqca iri və enlidir. Ağzı yuvarlaq, gözləri şaqulidir. Yuxarı hissəsi boz-qəhvəyi tondadır. Bəziləri vardır ki, bütünlüklə qara və qəhvəyi rəngdə olur. == Yayılması == Gürzə Şimal-Qərbi Afrika, Aralıq dənizi sahili ərazilər, qərbi, orta və cənubi Asiya ərzilərində yayılmışlar. İordan çayının qərb sahillərində, İsrail, İran, İraq, Türkiyə, Əfqanıstan, Azərbaycan, Dağıstan və nadir hallarda isə Qazaxıstan rast gəlinir.
Livan himni
Livan dövlət himni (ərəb. النشيد الوطني اللبناني‎) — 1925-ci ildə Rəşid Nəxlə ilə yazılıb, musiqini qoşan Vədi Səbra olub. Himn 12 iyul 1927-ci ildə tətbiq olunub.
Livan iqtisadiyyatı
== Livan iqtisadiyyatının əsas xüsusiyyətləri == Aralıq dənizi sahilində, mühüm yollar kəsilişindəki əlverişli coğrafi mövqeyi Livanı maliyyə bank sistemi inkişaf etmiş bir dövlətə çevirmişdir. 1943-cü ildən hakimiyyət başına gələn milli burjua nümayəndələri şəxsi kapitalın (həm xarici, həm milli) inkişafına meydan açan "Azad iqtisadiyyat" və "Azad bazar*" siyasəti yürütməyə başlayır. Livan biznesmenlərinin Qərb və Şərq arasında həyata keçirdiyi vasitəçilik və maliyyə əməliyyatları ölkənin tranzit-ticarət və turizm mərkəzlərindən birinə çevirmişdi. 1970-ci ilədək bu sahələr ölkənin milli gəlirinin 70 faizini verirdi. 1968-ci ildən sonra Livanın iqtisadiyyatı İsrail təcavüzünə və vətəndaş müharibəsinin dağıntılarına məruz qalmışdır. Mütəxəsislərin fikrincə, 1996-cı ildən ölkənin ümumi daxili məhsulu artmağa başlamışdır. 1997-ci ildən ümumi daxili məhsulun dəyəri 13,5 mlrd ABŞ dollarına bərabər olmuşdur. İllik artım yüksək olmasa da, onun mövcudluğu mikroiqtisadi sabitlik siyasəti və bərpa prosesinə büdcə ayırmalarının müvəffə-qiyyətlə yerinə yetirilməsi ölkənin son onilliklərdəki sarsıntılardan dirçəlməsinə sübutdur. Dirçəlişin bariz nümunələrindən biri də budur ki, Livan iqtisadiyyatı 1997-ci ildə vətəndaş müharibəsinin başa çatdığı 1990-cı il ilə müqayisədə təqribən 70 faiz artmışdır. 2004-cü ildə Livanda ümumi daxili məhsulun həcmi 22,5 mlrd.
Livan konstitusiyası
Livan konstitusiyası (ərəb. دستور لبنان‎) — Livan Respublikasının əsas qanunudur. 1926-cı il mayın 23-də Fransanın mandatında qəbul edilmişdir. Sonradan konstitusiya bir neçə dəfə düzəldildi — 1917-ci il 17 oktyabr, 1927-cü il 8 noyabr, 1929-cu il 9 noyabr, 1943-cü il 7 dekabr, 1943-cü il 21 yanvar, 1947-ci il 22 may, 1948-ci il 24 aprel, 1976-cı il 21 sentyabr. Beləliklə, 7 dekabr 1943-cü ildə Livanın milli bayrağının təsviri konstitusiyaya daxil edilmişdir: «Livanın bayrağı üç üfüqi zolaqdan ibarətdir: iki qırmızı zolağın arasında bir ağ zolaq. Ağ zolaqın eni qırmızı zolaqların hər birinin enindən iki dəfə qalındır. Ağ zolağın mərkəzində bu zolağın üçdə birini tutan yaşıl bir sidr ağacı var və üstü və altı müvafiq qırmızı zolaqlara toxunur». Konstitusiyanın hazırkı versiyası 21 sentyabr 1990-cı il tarixli konstitusiya qanunu ilə təsdiqlənmişdir. Xristianlar və müsəlmanlar arasında bərabərliyi təmin etmək məqsədilə konstitusiyanın 24-cü maddəsi konfessionalizm əsasında ofislərin müvəqqəti tədbir kimi təqdim edilməsini tələb edir, lakin necə ayrılacağını müəyyənləşdirmir. Buna baxmayaraq, yerlərin yarısı xristianlara, yarısı isə müsəlmanlara veriləcəkdir.
Livan mədəniyyəti
Livan mədəniyyəti — Livandakı müxtəlif etnik qruplar və ölkəyə köçənlər arasında fəal olan mədəniyyətdir. == Dil == Rəsmi dil ərəb dilidir. Digər dilləri fransız, erməni və ingilis dilləridir. == Musiqi == Livanın dünya səviyyəsində ən çox dinlənilən sənətçisi Feyruzdur. Yaxın Şərqin məşhur sənətkarlarının böyük bir qismi Livanlıdır. Najua Karam və Assi Hellani daha çox xalq musiqisi oxuyurlar. Buna Jabali (dağlardan gəlmə) deyilir. Livanlı digər məşhur sənətkarlar: Nensi Acram, Elissa, Miriam Fares, Hayfa Vehbe, Raqeb Alame, Uael Kfouri, Naual Al Zoqbi, Karole Samaha, Culia Boutros, Mərvan Huri, Ualeed Tavfiq, Amal Hicazi ve Macida Əl Rumi. == Livan diasporu == İllərdir baş verən intensiv miqrasiya nəticəsində Livan ölkəsinin əhalisindən daha çox livanlı kənarda yaşamaqdadır. Bu vəziyyət Livan mədəniyyətinin dünyada tanınmasını artırır.
Livan mətbəxi
Livan mətbəxi — ənənəvi Livan mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox milli yeməkləri ilə tanınır. Livanın müxtəlif regionlarında müxtəlif növ yeməklər hazırlanır. Qeyd etmək olar ki, Livan mətbəxi regionlara görə fərqlənir, dadların cürbəcürlüyü ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri sayılır. Livan mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir. == Tarixi == Avropa və Şimali Amerika restoranlarına və evlərinə son zamanlar daxil olan Livan mətbəxi sağlam qidaya üstünlük verən insanlar üçün kulinariya təbinin tükənməz mənbəsi kimi reputasiya qazandı. Livan mətbəxi Aralıq dənizi və Orta Şərq qastronomik ənənəsinin aromatik və ləzzətli qarışığıdır. Avropada bir çox baş aşpazların Livan mətbəxindən bişirməyi sevməsinin səbəbi budur. Livan mətbəxi bütün dünyada sadə, lakin qidalandırıcı və dadlı yeməklərə malik bir mətbəx kimi rəğbət qazanıb. Orta şərqdə rast gəlinən bir çox kulinariya növlərindən fərqli olaraq, təəccüblüdür ki, bu mətbəx vegetarianlara yaxındır və sağlam inqrediyentlərdən çox istifadə edir: göyərtilər, ədviyyatlar, fəsil tərəvəzləri və bitki yağları.
Livan palıdı
Livan palıdı (lat. Quercus libani) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Livan prezidenti
Livan Prezidenti — Livan Ərəb Respubliksının 22 noyabr 1943-cü il tarixindən seçilən başçıları.
Livan sidri
Livan sidri (lat. Cedrus libani) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin sidr cinsinə aid bitki növü. Vətəni kiçik Asiyadır. Hündürlüyü 40 m-ə çatan ağacdır, çətiri dağınıq, yaşlı ağaclarda çətirvarıdır, budaqları yaruslarla yerləşir. İynəyarpaqları tünd-yaşıl olub, 15-35 mm uzunluqdadır, qozaları iridir, uzunluğu 10 sm, eni 6 sm-ə çatır. Sidrin digər növlərinə nisbətən şaxtaya, quraqlığa, qaza, tüstüyə davamlıdır və daha çox istisevəndir. Vətənində 5 aya yaxın davam edən qar örütyünə davam gətirir. Livan sidrinin sallaq, qızılı, gümüşü və s. bir neçə dekorativ forması vardır. Üfüqi böyüyən budaqları yaxşı kölgə verir.