CİVAR

CİVAR (ətraf yerlər, yaxın yerlər) ..şəhər civarında çöllükdə atılmış kağız, qəzet parçaları da beləcə torpağa yapışıb, daha doğrusu mıxlanıb qalmışdı.. (Anar); HƏVALİ (köhn.) ..bütün ol həvalini qərğeyi-nur və ziya etməklə hər kəs bu keyfiyyəti təyəmmün və istisad edib, ziyadəsilə fərəhnak oldular.. (Çəmənzəminli); ƏTRAF Qərənfil xala balkonda durub bir müddət kəndə, onun ətrafındakı dağlara, meşələrə baxdı (Ə.Vəliyev).

CİSİM
CİYƏR
OBASTAN VİKİ
Ərdəbil civarında döyüş
Ərdəbil civarında döyüş — ərəblər ilə xəzərlər arasında ən böyük vuruşma. 730-cu il 6–8 dekabrda Ərdəbil həndəvərində baş verib, və ərəb ordusunun tamamilə darmadağın edilməsi ilə bitib. Xəzər-ərəb müharibələrinin döyüşlərindən biri. 730\731-ci ildə xəzər və türklərin 300 minlik ordusu Barçikin komandası altında ərəblərə qarşı əks-hücüma başlayıb Dərbənd, Daryal və digər keçidlərlə Arran ərazisinə soxuldu. Əl-Cərrah öz qoşunlarını Bərdə yolu ilə Ərdəbilə çəkdi və orada hadisələrin inkişafını gözləməyə başladı. Xəzərlər ərəb qoşunlarının harada yerləşdiyini bir gürcü knyazından öyrəndilər. İki ordu Araz sahilindəki Varsanda qarşılaşdı. Ərəblər xəzərlərin üstün qüvvələrinin təzyiqi altında Ərdəbilə tərəf çəkildilər; burada Savalan dağı yaxınlığında onların arasında bir gecə-gündüz davam edən böyük vuruşma oldu. Ərəblər tamamilə məğlub edildilər, Əl-Cərrah öldürüldü. Xəzərlər uzun mühasirədən sonra Ərdəbili aldılar, şəhərin kişi əhalisini qırdılar, qadın və uşaqları isə əsir apardılar.

Digər lüğətlərdə