Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Onqelər
Оnqelər (hind. ओन्गी) — Andaman adalarının köklü xalqlarından biridir. İlk əvvəllər Kiçik Andaman, Rutlandda, Cənubi Andaman və qonşu adalarda yayılmışlar. Bu xalq tamamən ibtidai quruluşda yaşayır və xarici sivilizasiya ilə heç bir aləqə qurmurlar. Onların nümayəndələri ancaq yığıcılıq və ovçuluqla məşğul olur. == Tarix == İngilis müstəmləkə zabitləri ilə qarşılaşdıqdan sonra leytenant Archibald Bleyer vasitəsilə 1800-cü illərdə Britaniya İmperiyası ilə dostluq əlaqələri quruldu. İngilis dəniz zabiti M.V.Portman onları qarşılaşdığı Andamanlıların "ən mülayim, ən qorxaq və hücum etməyən" qrupu kimi təsvir etdi.19-cu əsrin sonunda onlar bəzən dəniz tısbağalarını tutmaq üçün Cənubi və Şimali Qardaş Adalarına səfər edirdilər; o zaman bu adalar onların ərazisi ilə daha şimalda Böyük Andaman xalqının ərazisi arasında sərhəd kimi görünürdü.Bu gün sağ qalan üzvlər Kiçik Andaman, şimal-şərqdəki Dugong Creek və Cənubi Körfəzdəki iki ehtiyat düşərgə ilə məhdudlaşır. == Saylarının azalması == Adalar koloniyalaşdırmaya qədər onların sayı 672 nəfər təşkil edirdi. Koloniyalaşdırmadan sonra onların sayında azalma müşahidə edilir. Belə ki, 1901-ci ildən sonra onların sayı cəmi 100 nəfər təşkil edirdi.
Rənglər
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. == Mənbə == Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
Sinqlər
Hindistanda orta əsrlərdə baş vermiş dini münaqişələrdə müslümlər(müsəlmanlar) qalib gələrək Hindistanın qərb və şimal hissələrində İslamı yaymışdılar. Lakin öz yerli dinlərinə sadiq qalan bəzi hind tayfa başçıları müsəlmanlara qarşı ordu toplamaq qərarına gəlmişdilər. Onlar həmin orduya daha cəsarətli, mərd və sədaqətli hindliləri seçmək üçün xüsüsi üsuldan istifadə etmişdilər.[mənbə göstərin] == Sinqlərin seçilməsi == Rəvayətə görə bəzi hind başçıları bir binanın qarşısına toplanmış və üzünü camaata tutaraq demişlər:Ay camaat, biz əvvəl-axır müslümlərdən qisas almalıyıq!Bundan ötrü insan qanı lazımdır. Kim öz həyatınını millət yolunda qurban vermək istəyirsə, gəlsin bu binaya!Bir nəfər irəli çıxıb deyir:Öz millətim yolunda həyatımı quban verməyə hazıram!Onu otaqlardan birinə aparırlar. Az müddət sonra bir nəfər qanlı köynəyi qaytarıb camaata deyir:Budur onun köynəyi!İndi daha kim özünü millət yolunda qurban vermək istəyirsə gəlsin!Yenə bir neçə adam cəsarətlə irəli çıxıb öz razılığını bildirir. Bu qayda ilə bir neçə gün əməliyyatı davam etdirirlər. İlk günlərdə kifayət qədər adam yığa bilirlər. Amma bu cəsur cavanların heç birini öldürməmişdilər. Camaata göstərdikləri qanlı köynəkdəki heç qan deyilmiş. Bu qayda ilə onlar ən yaxşı döyüşçüləri seçirmişlər.
Command & Conquer
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Jonkier burnu
Jonkier burnu — Rusiya, Saxalin vilayəti, Saxalin adasının qərbində yerləşən burun. Aleksandrovsk-Saxalinski rayonu ərazisində yerləşir. Burun Saxalin adasının mərkəzi hissəsində, 51-ci paralel üzərində yerləşir. Tatar boğazının daxilinə doğru bir necə yüz metr uzanır. Maksimal hündürlüyü 171, 7 mertrdir. Burunun qarşı tərəfində, Aleksandrovsk-Saxalinsk rayonunun gerbində və Aleksandrovsk-Saxalinsk şəhərinin bayrağında əks olunmuş Üç Qardaş qayaları vardır. Buruna adı 1787-ci ildə fransız dənizçi Jan Fransua de Laperuz fransız admiralı, Yeni Fransanın general-qubernatoru Jak-Pier de la Jonkierin şərəfinə adlandırmışdı. Burun Valentin Pikulun "Katorqa" rpomanında təsvir edilir. 1897-ci ildə Jonkier burnunda hazırda da fəaliyyət göstərən mayakı inşa edilmişdir. 1880–1883-cü illərdə isə Aleksandrovski katorqaçıları mayaka tunel qazmışlar.
Rənglər siyahısı
Rənglər siyahısı
Naməlum Zövqlər
Fransua Enqler
Fransua Baron Enqler (6 noyabr, 1932, Brüssel) Nobel mükafatı (2013-cü ildə Piter Hiqqs ilə birlikdə) almış fizikdir. Enqler, Kaliforniyadakı "Çepmen Universiteti"ndə "Kvant İşləri İnstitu"nun da üzvüdür. Statistika fizikası sahəsində bir çox əməkləri vardır. Fransua Enqlerə 2013-cü ildə "Hiqqs Mexanizmi" kəşfinə görə Piter Hiqqslə birlikdə Fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
Jingle Bells
Jingle Bells – dünyanın ən məşhur milad mahnısıdır. 1822-ci il dekabr ayının 25-də Bostonda pastor Con Pyerpont (John Pierpont) və Meri Şeldon Lord (Mary Sheldon Lord) cütlüyünün ailəsində əlamətdar bir hadisə baş verməsəydi ― Ceyms Lord Pyerpont (James Lord Pierpont) dünyaya gəlməsəydi, ümumiyyətlə bu mahnı yaranmayacaqdı. 10 yaşında Ceymsi Nyu-Hempşirdə yerləşən internat məktəbinə göndərirlər. Oradan o, anasına yazdığı məktubların birində dekabrda qar üstündə xizəklə sürüşməsi haqqında yazır. Məktublarındakı romantik əhval-ruhiyyəyə baxmayaraq, gənc avanturist Ceyms 1836-cı ildə "Şark" gəmisinə minərək internatdan qaçır. 9 il ərzində praktiki coğrafiyanı mənimsədikdən sonra o, 1945-ci ildə Yeni İngiltərəyə qayıdır. Bu zaman onun atası Nyu-York ştatının Troy şəhərində pastor idi. Sonradan ailə atasının Unitar cəmiyyətin naziri seçildiyi Massaçusets ştatının Medfort şəhərində məskunlaşır. Çox düşünmədən Ceyms Millisent Kavi (Millicent Cowee) ilə evlənir. Onlarin bir oğul, bir qız övladı dünyaya gəlir.
Döngələr (teleserial, 2012)
"Döngələr" — Çoxseriyalı film. Filmi Carçı Film çəkmişdir. == Haqqında == Filmin rejissoru Cavid Təvəkküldür. "Döngələr"in iknici rejissoru Rövşən Ağayevdir. Ekran işində baş rolları əməkdar artist Eldəniz Rəsulov və Abbas Qəhrəmanov oynayıblar. Filmin ssenari müəllifi yazıçı-publisist, dramaturq Rafiq Səməndər, direktoru isə İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovdur. == Məzmun == Yarı detektiv və yarı melodram janrında olan filmdə 1988-1989-cu illərin hadisələri cərəyan edir. Filmdəki hadisələr maraqlı xətt üzrə cərəyan edir. == İstinadlar == == Mənbə == Cansail, Y. "Döngələr": [rejissoru Cavid Təvəkkül olan eyni adlı bədii televiziya filmi haqqında] //Mədəniyyət. — 2011.- 20 iyul.- S. 10.
Dünyəvi zövqlər bağı
Dünyəvi zövqlər bağı (ing. The Garden of Earthly Delights; isp. El jardín de las delicias) — erkən Niderland rəssamı İeronim Bosxun triptix rəsm əsərinə verilmiş müasir ad. Əsər 1939-cu ildən Madriddəki Prado muzeyində saxlanılır. Triptixin Bosx tərəfindən 40 və ya 50 yaşlarında 1490 və ya 1510-cu illərdə işlənildiyi güman edilir. Bu əsərdə rəssam bütün yaradıcılıq qabiliyyətini büruzə vermiş, başqa heç bir tamamlanmış əsərində təsvir etdiyi mövzunu bu əsərdə olduğu qədər qarışıq, ifadəli və canlı təsvir edə bilməmişdir. Triptix bir mərkəzi, bir sağ və bir sol qapaqlardan təşkil olunmaqla, palıd ağacından hazırlanmış lövhələr üzərində yağlı boya ilə işlənmişdir. Kənar qapaqlar örtüldüyü zaman bu lövhələrin arxasında Yer kürəsinin Bibliya kitablarında verilmiş təsviri görünür. Triptixin daxili səhnələri ehtimal ki, (bu dəqiq deyil) soldan sağa planlaşdırılmışdır. Sol lövhədə Tanrının Həvvanı Adəmlə tanış etməsi, mərkəzi lövhədə çılpaq fiqurlar və cinsəllik təsvirləri, fantastik canlılar, böyük meyvələr və hibrid daş qurğular göstərilmişdir.
Georq Yozef Foqler
Georq Yozef Foqler (15 iyun 1749[…], Vürtsburq – 6 may 1814[…], Darmştat) — alman bəstəkarı, orqançısı, müəllimi və nəzəriyyəçisi.
Command & Conquer (oyun seriyası)
Command & Conquer (transkripsiya: [kəˈmænd ənd ˈkɑŋkər] - tələffüz: kımənd ənd kankır)(qısaltmaları C&C və ya CnC)(tərc. "Əmr ver, fəth et" və ya "Əmr və Fəth") real-vaxt strategiya videooyun media françayzdır, ilk dəfə Westwood Studios tərəfindən istehsal olunub. İlk buraxılış real-vaxt strategiya (RTS) janrının ilk oyunlarından biridir. Westwood Studios şirkəti 1998-ci ildə Electronic Arts tərəfindən alınmış, 2003-cü ildə mövcudluğuna xitam verilmişdir. Studiyanın bəzi üzvləri Electronic Arts Los Angelesə keçmiş, seriyanın davam edilməsində iştirak etmişlər. İlk quruluş, Command & Conquer, Westwood tərəfindən 31 avqust 1995-ci il tarixində dünya bazarına çıxarılmışdır. Sujet: hadisələr yaxın gələcəkdə baş verir, Yer sirli təbii ehtiyat olan tiberium vasitəsi ilə infeksiyaya yoluxur. Bu maddəni nəzarətə götürmək istəyən BMT tərəfindən yaradılmış Qlobal Müdafiə Təşəbbüsü (GDI) ilə, maddəni ələ keçirməyə çalışan, müəmmalı Keyn tərəfindən idarə olunan "Nod Qardaşlığı" arasında qlobal müharibə başlayır. Yüksək uğurun ardınca seriyaya 1996-cı ildə Command & Conquer: Red Alert (tərc. "Qırmızı xəbərdarlıq") əlavə olunur, bu buraxılışda uydurulmuş alternativ kainatda Sovet İttifaqı Qərb Birliyinə qarşı müharibə aparır.
Jonqar-Alatau Milli Parkı
Jonqar-Alatau Milli Parkı ( qaz. Жоңғар Алатауы ұлттық паркі, Jońǵar Alataýy ulttyq parki) ― Qazaxıstanın Çinlə cənub-şərq sərhədində yerləşən, təcrid olunmuş, buzlu dağ silsiləsi. Ərazinin unikal ekologiyasını qorumaq üçün 2010-cu ildə burada milli park yaradılmışdır. Parkın yaradılmasının səbəblərindən biri ərik, zirinc, albalı və qarağat da daxil olmaqla bəzi vəhşi meyvə ağaclarının meşələrini qorumaqdır. Parkın ərazisinin təqribən 1%-i dünyadakı bütün mədəni alma növlərinin ataları olan Sievers alması ağaclarından ibarət meşələrdir. Park qərbdən şərqə 300 km məsafə boyunca uzanır və Almatı vilayətinin Aksu, Sərkənd və Alakol rayonlarından keçir. == Topoqrafiya == Park, cənubda Tyan-Şan, şimalda isə Altay Dağları olmaqla iki dağ arasında uzanan Cynqariya Alatausunun şimal yamacında yerləşir. Parkın ərazisi dağlıqdır. Parkın şimalından və qərbindən Balxaş gölünə müvafiq olaraq iki əsas çay - Aksu çayı və Lepsi çayı axır. Dağlarda böyük buzlaqlar var.
Əllər və rənglər (film, 1974)
== Məzmun == Filmin süjeti təzadlar üzərində qurulmuşdur. Burada rəssam Toğrul Nərimanbəyovun "Xoşbəxtlik", "Həyat Naminə" rəngkarlıq əsərləri gözlərimiz önündə canlanır. Onu xalça toxuyan qızın əlləri əvəz edir. Heykəltəraşın yeni əsər üzərində necə həvəslə işlədiyini görürük. Bu vaxt ekranda xronikal kadrlar nümayiş etdirilir. Hitlerçilər minlərlə günahsız insanları güllələyir, asırlar. Onların əlləri qana batır. Yenidən ekranda rəssamlarımızdan Kamil Nəcəfzadənin "Analıq", Toğrul Nərimanbəyovun "Şəhər Bazarı", R.Babayevin "Çayçı" əsərləri nümayiş etdirilir. Bu gözəl əsərləri birdən-birə Vyetnam müharibəsi əvəz edir. Göydən yerə bombalar yağış kimi yağdırılır, kəndlər yandırılır, qadınlar, uşaqlar, qocalar məhv edilir, qan su yerinə axıdılır.