Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Günel
Günel — Qadın adı.
Jizel
Jizel (fr. Giselle, ou les Wilis) — bəstəkar Adolf Adanın iki pərdəli, "fantastik balet"i. Baletin librettosunun müəllifləri Jül-Anri Sen-Jorj, Teofil Qotye və Jan Koralli librettonu Henrix Heyne tərəfindən nəql olunan əfsanə əsasında yazmışlar. Xoreoqrafiya Jül Perronun iştirakı ilə Jan Koralli, dekorasiyalar Pyer Siseri, kostyumlar Pol Lormye tərəfindən hazırlanmışdır.
Jumper
Jumper ~ перемычка ~ atlatıcı ~ atqı - elektron sxemin müxtəlif kontaktlarını birləşdirmək yolu ilə aparat vasitələrinin köklənməsi ( konfiqurasiyasının dəyişdirilməsi) üçün kiçik çəngəl, yaxud tellər. Bax: DIP SWITCH. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Jupan
Jupan (pol. żupan) — XVI-XVIII əsrlərdə Şərqi Avropa ölkələrində, slavyan xalqlarında, xüsusilə müasir Polşa, Belorusiya, Ukrayna, Litva ərazisində varlı təbəqələr (zadəganlar, bürgerlər) arasında geniş yayılmış rəngli, qızıl düymələr və bahalı xəzlər ilə bəzədilən geyim növüdür. Polşada jupanla bağlı atalar sözü də geniş yayılmışdır: "Harada geyinilirsə jupan, orada yaşayır pan". Bahalı parçalardan tikilirdi. Əvvəllər jupan yun parçadan və məxmərdən hazırlanırdı. Gündəlik istifadə üçün nəzərdə tutulan jupanlar yun parçadan, müxtəlif tədbirlər və şənliklər üçün nəzərdə tutulan jupanlar isə ipək parçadan hazırlanırdı. Jupan adətən, boz, sarı, mavi, qırmızı rənglərdə olurdu. Onun üstindən heyvan dərisindən hazırlanan və qılınc asılan kəmər bağlanırdı. Jupan,ilk vaxtlar zireh altından geyilən geyim kimi istifadə olunurdu və bir sözlə hərbi mundir hesab olunurdu. XVI-XVIII əsrlərdə onun modeli çox dəyişmədi, yalnız uzunluğu, yaxası kəsildi və istifadə olunan parça növü dəyişdi.
Kükəl
Kükəl — Azərbaycan Respublikasının Ağdaş rayonunun Kükəl kənd inzibati ərazi dairəsində kənd. Şirvan düzündədir. == Etimologiyası == Xalq etimologiyasına görə, oykonim Şəxs adı ilə bağlıdır. Türk dillərində kükəl "alaqoru, qaramuq otu", Azərbaycan dilinin dialektlərində kükəl "boş, mənasız, lazımsız" mənalarında işlənir, kükü isə "gicitkənə oxşar Xoş ətirli bitki" adıdır. Şərqi Sibir toponimiyasında kükü "göy, yaşıl rəng" mənalarında, Qərbi Sibir toponimiyasında isə kikke "çay, çay qolu, su" mənalarında işlənir. Deməli, kükəl "yaşıllıq, otluq" mənasındadır.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Rukel
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Rükəl
Rükəl - Dağıstan Respublikasının Dərbənd rayonunda monoetnik kənd, sakinləri etnik azərbaycanlılardan ibarətdir. 2017-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 3,026 nəfər azərbaycanlı yaşamaqda idi.
Xürəl
Xürəl — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Toponim ləzgi dilindəki xur/xür (kənd) və əl/el (üst) sözlərindən düzəlib, "kəndin üstü" mənasındadır. Kəndə bu ad başqa kəndin üst tərəfində yerləşdiyinə görə verilmişdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1152 nəfər əhali yaşayır.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Lupen
Arsen Lupen (fr. Arsène Lupin) — Moris Leblanc tərəfindən yaradılmış fransız fantastik personajıdır. Personaj centlmencəsinə oğurluq cinayətlərini törətmək və cinayət tapmacalarını həll etmək üçün maskalardan istifadə etmək, müxtəlif şəxsiyyətlər yaratmaq və ələ keçirmək istedadı ilə tanınır. Qəhrəman ilk dəfə 1905-ci ilin iyulunda Je sais tout jurnalında nəşr olunan "Arsen Lupenin həbsi" adlı qısa hekayədə ortaya çıxır. Onun yaradıcısı Maurice Leblanc bu qısa hekayəni həmin il nəşr olunan "Arsen Lupen, centlmen-oğru" kolleksiyasında tutur. Personajın oxucular arasında artan uğuru ilə üzləşən onun sərgüzəştləri 1905-ci ildən yazıçının ölümünə qədər yəni, 1941-ci ilə kimi 18 (on səkkiz) roman, 39 (otuz doqquz) hekayə və 5 (beş) pyesdə əks olunub. Onun bir çox sərgüzəştləri Belle Epoque Fransası və Arsen Lupenin öz müəllifinin düşüncəsi yolu ilə getdiyi dövrlərdə cərəyan edir: Lupenin ilk romanlarındakı anarxist rəğbətləri Böyük Müharibə zamanı yazılan əsərlərdə vətənpərvər Lupen olur. Hər şeydən əvvəl, o, detektiv olmaq üçün yavaş-yavaş oğru olmaqdan çıxır. İdmançı və təcrübəli döyüşçü olmaqla yanaşı, o, həmçinin maskalanmaq və hər hansı bir müəmmanın öhdəsindən gəlmək üçün istifadə etdiyi fərasət və bacarıqlarını nümayiş etdirmək qabiliyyətinə malikdir. Üstəlik, onun uşaq və cazibədar tərəfi, həvəslə istehza edən, işgəncəli və sirli bir xarakterlə birləşərək, onu centlmen-oğru simasını təcəssüm etdirən məşhur bir personaj etdi.
Yutel
Yutel (fr. Utelle) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Turrent-Levans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Tand kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 67,97 km², əhalisi — 660 nəfərdir (2006) artım tendensiyası ilə: 765 nəfər (2012), əhalinin sıxlığı 11,3 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 734 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 765 nəfər.
Euhel
Euhel — İrlandiya xristian müqəddəsi. == Həyatı == Euhel təxminən b.e. 460-cı ildə yaşamış İrlandiya xristian müqəddəsi idi. Onun atası İrlandiyanın baş ollamı Dubdax Makku Luqayr idi.
Duel
Duel — iki şəxs arasında olan mübahisənin silahla həll edilməsi. Duel əsasən şərəf, namus və ya millət kimi anlayışlara qarşı açıq və ya dolayı təhqir edildiyi zaman XIX əsr kübar mühitində geniş istifadə edilmişdir. Məşhur insanlarda duel döyüşlərində iştirak etmişlər. Dahi rus şair Aleksandr Puşkin dueldə öldürülmüşdür. Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr isə duel nəticəsində ağır yaralanmışdır. == Tarixi == Qədim dövrlərdə qəbilələr arasında olan mübahisələrin həll edilməsində dueldən çox istifadə edilirdi. Həmin duel döyüşləri müasir döyüşlərdən xeyli fərqlənirdi. Əsas fərq ilk duel döyüşləri zamanı odlu silahdan istifadə edilmirdi. Hər iki qəbiləninin rəisi və ya fiziki baxımdan ən sağlam olan şəxsin iştirakı ilə keçirilən döyüşlərdə soyuq silahdan istifadə edilib, edilməməsi əvvəlcədən müəyyənləşirdi. Tərəflər arasında mübarizə bir tərəfin digərini tam məğlub edib, sonda ölürməsinə qədər davam edirdi.
JPEG
JPEG (Joint Photographic Experts Group) — birləşmiş fotoeksportlar qrupu formatı. GIF formatlı fayllardan fərqli olaraq JPEG (.jpg) formatlı fayllarda 16,7 milyon rəng çaları göstərilə bilər. JPEG-nin sıxma alqoritmindən istifadə edərək sıxma funksiyasını və faylın diskdə tutduğu yerin ölçüsünü idarə etmək olar. Buna baxmayaraq sıxma prosesi vaxtı JPEG formatlı təsvirlərdə itkilər yaranır. Əgər təsvirin üzərində mətn varsa sıxma vaxtı mətnin dəyişməsi və oxunmaz hala düşməsi baş verir. Ona görə də üzərində mətn olan təsvirləri GIF formatında saxlamaq daha məqsədəuyğundur. Digər tərəfdən JPEG formatlı təsvirlər üzərində dinamik və şəffaflaşdırma funksiyalarını lazımı səviyyədə yerinə yetirmək olmur.
Dəniz Yücəl
Dəniz Yücəl (alm. Deniz Yücel‎; 10 sentyabr 1973) — Türk mənşəli Alman jurnalist. Die Tageszeitung və Die Welt də daxil olmaqla bir neçə alman çap mediasında nəşr edilmişdir. == Bioqrafiyası == Türkiyə hökuməti Dəniz Yücəli dəfələrlə casusluqda və Gülən Hərəkatına və Kürdüstan Fəhlə Partiyasına dəstək olmaq üçün Alman Federal Kəşfiyyat Xidmətində çalışmaqda günahlandırdı. Türkiyə hökuməti, Dəniz Yücelin bu iki quruluşa Türkiyədə sabitliyi pozmaq üçün kömək etdiyini də bildirdi. 2017-ci ildəki bir çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Dəniz Yücəl bir casusdur, jurnalist deyil" demişdir. 14 fevral 2017-ci ildə Türkiyə məhkəməsi Dəniz Yücəli casusluqda günahkar hesab edərək həbs cəzasına məhkum etdi. Bu həqiqət Almaniyada jurnalistlər, siyasətçilər və ictimaiyyət tərəfindən mənfi qəbul edildi. Almaniyanın xarici işlər naziri Siqmar Qabriel dərhal Türkiyə səfirini Xarici İşlər Nazirliyinə çağırdı və burada Dəniz Yücələ qarşı çıxarılan hökmə etiraz etdi. 16 fevral 2018-ci ildə, bir ildən çox həbsxanada qaldıqdan sonra Dəniz Yücəl sərbəst buraxıldı.
Enver Yücel
Ənvər Yücəl (1957, Giresun) — Türk iş adamı, pedaqoq, təşəbbüskar, XXI əsr təhsil futuristi və lider. Türkiyə və Türkiyə xaricində təhsil sahəsində fəaliyyət göstərən Bahçeşehir Uğur Eğitim Kurumları İdarə Heyəti Başçısı; Uğur Hazırlık, Uğur Yayınları, Uğur Kariyer Merkezi, Uğur Dershaneleri, Bahçeşehir Kolejleri, Bahçeşehir Kolejleri Fen ve Teknoloji Lisesi, Uğur Okulları, Bahçeşehir Üniversitesi, BAU International University Washington DC, BAU International University Berlin, 2015–2016 təhsil ilində fəaliyyətə başlayacaq olan BAU International Tıp Üniversitesi Batum və Mentora Dil Okulları və CES Dil Okulu banisidir. == Vizyonu == Ənvər Yücəl bütün həyatını təhsilə həsr edən bir iş adamı və pedaqoqdur. 1974-cü ildən etibərənTürkiyə və dünyanın fərqli ölkələrindən tələbələri yüksək səviyyədə təhsil imkanı ilə təmin etməkdədir. Yücəlin fikrincə dünyadaki bütün problemlərin həlli təhsildir və məhz buna görə də təhsil sahəsini əslində bir "sosyal məsuliyyət" sahəsi olaraq görmək lazımdır. Yücəl, təhsilin dünyaya sülh gətirəcəyinə inandığı üçün dünyanın bütün ölkələrində bu sahədə fəaliyyət göstəməyə çalışır. ən önəmli fəaliyyətləri isə Mərakeşdən Cibutiyə, Somalidən Orta Şərqə, dünyanın müxtəlif regionlarından tələbələrə öz qurumlarında təqaüd verməkdir. Bu vasitəylə həm mədəniyyətlər arasında sülhə töhfə verir, həm də bu ölkələrdəki problemlərin həlli üçün təhsilli insan potensiyalının yetişdirilməsində rol oynayır. == Həyatı == Ənvər Yücəl 1957-ci ildə Türkiyənin Giresun rayonunda anadan olub. Orta təhsilini internat olan Haydarpaşa Lisesində bitirdikdən sonra indiki adı Marmara Universiteti Təhsil Fakültəsi olan İstanbul Atatürk Təhsil İnstitutunun riyaziyyat kafedrasını bitirib.
Fenimor Kuper
Ceyms Fenimor Kuper (ing. James Fenimore Cooper; 15 sentyabr 1789 - 14 sentyabr 1851) — məşhur Amerika yazıçısı. Amerika romantizminin ilk görkəmli nümayəndələrindən biri olan Ceyms təkcə öz vətənində deyil, eləcə də dünyanın bir çox ölkələrində yaxşı tanınır. Macəra romanlarının və ovçu Natti (Nataniel) Bamponun sərgüzəştləri haqqında çoxsaylı əsərlərin müəllifidir. Həmin seriyadan olan "Sonuncu mogikan" əsəri onun yaradıcılığının zirvəsi hesab olunur. == Kuperədək Amerika... == ...İstiqlaliyyət uğrunda gedən müharibədə xalq kütlələri böyük qəhrəmanlıq göstərmiş, onların sayəsində qazanılan qələbədən isə iri torpaq və sənaye sahibləri öz mənafeləri üçün istifadə etmişdilər. Amerika burjua inqilabı torpaq və quldurluq məsələlərini heç də mübarizəyə qoşulanların arzuladıqları kimi həll edə bilməmişdi. Azadlıq, bərabərlik və torpaq gözləyən sadə amerikalılar aldadılmışdılar. Amerika romantizmini yaradan səbəblərdən biri bu idi.
Günel Anarqızı
Günel Anarqızı — Azərbaycan yazıçısı, publisisti və jurnalisti, türkoloq, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. BDU-nun şərqşünaslıq fakültəsində ali təhsil almışdır. Günel Anarqızı "Pəncərə", "Ölkəm", "Azercell" jurnallarının baş redaktoru olmuşdur. 2018-ci ildə Azərbaycan-Polşa əlaqələrinin möhkəmlənməsində xidmətlərinə görə Azərbaycanın Polşa səfirliyinin medalına layiq görülmüşdür. 2018-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış Bakı Kitab Mərkəzinin direktorudur. == Ailəsi == 2 qızı var (Sezen Məmmədli, Dəniz Məmmədli). Yazıçı Anarın qızıdır. Akademik Zemfira Səfərovanın qızıdır. Şair Rəsul Rza və şairə Nigar Rəfibəylinin nəvəsidir.
Günel Babayeva
Günel Rafiq qızı Babayeva — məşhur "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2013-cü ilinin yay seriyasının "Büllur bayquş" sahibi. == Həyatı == Günel Babayeva 7 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və buranı 2011-ci ildə bitirib. Hobbiləri — musiqi, ədəbiyyat və kinoyadır. Sevdiyi rəng — narıncı, səyahət etmək üçün ən sevimli yeri — Avropadır.
Günel Həmidova
Günel Həmidova — Azərbaycan kino və teleserial aktrisası. == Həyatı == 24 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 176 nömrəli məktəbdə təhsilini başa vuruqdan sonra Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2005–2009-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqişünaslıq" ixtisası üzrə ali təhsilini Fərqlənmə diplomuyla bitirmişdir. Hal-hazırda aktrisa kimi fəaliyyət göstərsə də zaman-zaman müxtəlif kanallarda aparıcılıq sənətilə də məşğul olmuşdur. == Filmoqrafiya == Öncəliklə aktrisalıq fəaliyyətinə Bakı uşaq teatrında başlayan Günel Həmidova hal-hazırda bu fəaliyyətini müxtəlif film və seriallarda rol almaqla davam etdirir. Xəzər tvdə nümayiş olunan "Həyat varsa" telesrialının bəxtsiz gəlin buraxlışında "Aysu" obrazını, "Gözlənilməz zəng" adlı buraxlışında isə "Nərmin" obrazını canlandırıb. Bundan başqa onun digər qısa metrajlı filmi "Tələs ömrümə" filmi olmuşdur ki burda o "30 yaşlı, subay müəllimə" rolunu canlandırıb. 2013–2016-cı illərdə Xəzər tvdə nümayiş olunan "Bir ailəm var" teleserialında "Səma" obrazında tamaşacıların qarşısına çıxan Günel Həmidova hal-hazırda Atv kanalında nümayiş olunan "Sən olmasaydın" adlı teleserilın "Ləman" adlı obrazıyla, ARB kanalında nümayiş olunan "Uçurum" teleserialında Nərminə rolu ilə çıxış edir. Xəzər tv də yayımlanan "Qayıdış"serialında Qumru obrazında çıxış edir == Xarici keçidlər == Tələs Ömrümə filmi Həyat Varsa.
Günel Musəvi
Henri Kuper
Henri Kuper (ing. Henry Cooper) — Məşhur britaniyalı boksçu, ağır çəkidə sabiq çempion. == Həyatı == Henri Kuperin idmançı karyerası 1949-cu ildə başlayıb. O, 1954-cü ildə peşəkar boksa keçib. 1971-ci ildə Co Baqnerə məğlubiyyətdən sonra karyerasını başa vurub. Məşhur ağır çəkili boksçu İngiltərə Kuboku, Millətlər Birliyinin qalibi və Avropa çempionu olsa da, dünya çempionu adını qazana bilməyib. Kuper Böyük Britaniyanın ən güclü boksçularından sayılıb. O, 2000-ci ildə cəngavər elan edilib və boksçular arasında "ser" titulunun ilk sahibi olub. Kuper 2011-ci ilin 1 may tarixində Oksted şəhərində oğlunun mənzilində keçinib.
Jupan (titul)
Jupan — cənub slavyanlarının mədəniyyətində knyaz və ya starşina, dairə, ölkə bölgəsi (diyar, dövlət) başçısı. == Tarixi == Konstantin Porfirorodnıya görə Dunay slavyanlarını (serbləri) jupanlar-starşinalar idarə edirdilər. Elə ona aid mənbələrdə bəhs olunur ki, xorvatların ölkəsi jupanyalar (zupania) bölünmüşdür, serblər, macarlar və digər slavyan xalqalarında isə jupanlar (Zupanus sea jupanus) vilayət və ya dövlət başçılarına deyilir. Dalmatlarda jupanlar hökmdarın xüsusi əyan-müşaviri hesab olunurdular. Macarlar bu sözü işpan (ispán, qraf) olaraq dəyişdirdilər. == Xorvatiyada == Müasir Xorvatiyada jupan (xorv. župan) qubernator, jupaniya başçısı (sayı 20-ə bərabərdir) və Zaqreb bələdiyyə başçısına deyilir.
Kükəl bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.