Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qapon
Georgi Apollonoviç Qapon (rus. Гапон; 5 (17) fevral 1870 – 28 mart (10 aprel) 1906) - 1905-ci il Birinci rus inqilabına bəhanə olmuş 9 yanvar "Qanlı Bazar" hadisəsi ilə nəticələnən Qış sarayına dinçi fəhlələrin yürüşünü təşkil edən keşiş.
Yapon
Yaponlar (yap. 日本人 nihoncin/nipponzin) — Yaponiya əhalisinin 98 % çoxunu təşkil edirlər. Yaponlar yapon dilində danışırlar. Dünyada sayları 130 milyon nəfər təşkil edir. Bundan 127 milyonu Yaponiya, 1,2 milyonu ABŞ (Kaliforniya və Havay adaları), 1,5 milyonu Braziliya, 99 mini Kanadada yaşayır. Yaponlar Avropa, Asiya, Avstraliya və Amerika ölkələrində belə yaşayırlar. Yaponların böyük əksəriyyəti Yaponiya ərazisində yayılmışlar. Dövlətin keçmiş adı Yaponiya imperiyası ("Day Hippon" yap. 大日本) olmuşdur. Yapon dilindən hərfi mənası "Böyük Yaponiya" adlanır.
Yapon dələsi
Yapon dələsi (lat. Martes melampus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Yapon dələsinin xəzi sarı-qəhvəyidən tünd-qəhvəyi çaları arasında dəyişir. Üzərlərində ağ ləkələrə rast gəlinir. Digər dələlərdən demək olar ki, kəskin fərqlənmirlər. Quyruqları qısa və qalın yumşaq tükə malikdir. Bu canlıların uzunluqları 47–54 sm arasında dəyişir. Quyruqları isə 17–23 santımetrdir. Erkəklər dişilərə nisbətdə çəki baxımından ağır olur. Erkəklər 1,6 kq, dişilər isə 1,0 kq təşkil edir.
Yapon dənizi
Yapon dənizi (yap. 日本海 Niхоnkay; kor. 동해 Tоnhe) — Sakit okeanın yarımqapalı dənizi. Avrasiya materiki (qərbdə) ilə Saxalin, Hokkaydo və Honşu adaları (şərqdə) arasındadır. Yapon dənizini şimalda Nevelsk və Laperuz boğazları Oxot dənizi ilə, şərqdə Sanqar boğazı Sakit okeanla, cənubda Koreya boğazı Şərqi Çin dənizi ilə birləşdirir. Sahəsi 1 milyon 62 min km², orta dərinliyi 1536 m, suyunun həcmi 1 milyon 630 min km³-dir (digər məlumatlara görə 978 min km², 1750 m, 1713 min km³). İri körfəzləri: Böyük Pyotur və Şərqi Koreya körfəzləridir. Yapon dənizinə Suyfun, Samarqa, İsikari, Moqami, Tumanqan və sairə çaylar tökülür. Dib relyefi əsasən dərinliyi 3699 m-ə (bəzi məlumata görə 3669 m) çatan qapalı çökəklikdən ibarətdir. Dənizin mərkəzi hissəsində Yamato yüksəkliyi yerləşir.
Yapon eriobotriyası
Yapon eriobotriyası (lat. Eriobotrya japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin eriobotriya cinsinə aid bitki növü. Bu ekzotik ağacın bir neçə adı var. Azərbaycan dilində ən geniş yayılmış adı "yapon əzgili"dir. Həmçinin, "Malta əriyi" və "yeni dünya meyvəsi" də adlandırılır. Hesab edilir ki, bu meyvənin ana vətəni Çin və Şimali Hindistandır. Amma Yaponiyada yetişdirilib. Daha sonra isə Aralıq dənizi ölkələri başda olmaqla Avropaya yayılıb. Əsasən şəhər parklarında və küçələrdə dekorativ bitki kimi əkilib-becərilir. Bitkinin şəhərlərdə çoxalmasının əsas səbəblərindən biri odur ki, o ətrafı çox zibilləmir.
Yapon güllücəsi
Yapon güllücəsi (lat. Lathyrus japonicus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin güllücə cinsinə aid bitki növü. Lathyrus japonicus var. acutifolius (Bab.) Bassler Lathyrus japonicus subsp. japonicus Lathyrus japonicus subsp. maritimus (L.) P.W.Ball Lathyrus japonicus var. pellitus Fernald Lathyrus aleuticus (Greene) Pobed. Lathyrus hultenii J.Rousseau & Raymond Lathyrus japonicus var. aleuticus (T.G.White) Fernald Lathyrus japonicus subsp. japonicus japonicus Lathyrus japonicus var.
Yapon gərməşovu
Yapon gərməşovu (lat. Euonymus japonicus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü. Yaponiyada, Qafqazda yayılmışdır. Hündürlüyü 4-8 m olan həmişəyaşıl ağac və ya koldur. Cavan budaqları dörtdilli, qabığı qonurumtul-yaşıldır. Yarpaqları dərivarıdır, üst tərəfdən parlaq, tünd-yaşıl, altdan isə nisbətən solğun rəngdədir. Qaidə hissəsi pazvarı, kənarları oyuqvarı dişlidir. Aprel-may aylarında çiçəkləyir. Çiçəklərinin sayı 10-40 ədəd olub, yarımçətirli çiçək qrupunda yerləşir. Meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Yapon heyvası
Yapon xenomelesi (lat. Chaenomeles japonica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü. Vətəni Yaponiyadır. Çin və Avropada da becərilir. Hündürlüyü 3 m-ə qədər olan qollu-budaqlı koldur. Budaqları əlifi-yaşıl rəngdə, çılpaq, tikanları 1–1,5 sm uzunluğundadır. Yarpaqları 3–8 sm uzunluğunda olub, yumurtavari və ya uzunsov yumurtavaridir; uc hissədə itiləşmiş, əsasına doğru tədricən daralan, kənarı iti mişardişlidir. Yazda qırmızımtıl, sonralar hər iki tərəfdən çılpaq olub, üstdən parıltılı, tünd yaşıl rəngli, alt tərəfdən açıq rəngli, dekabr ayınadək ağacın üzərində qalır. Saplağı 6–12 sm uzunluqdadır. Çiçəkyanlığı tumurcuqşəkilli olub, kənarları dişlidir.
Yapon inciçiçəyi
Keysk inciçiçəyi (lat. Convallaria keiskei) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin i̇nciçiçəyi cinsinə aid bitki növü.
Yapon kameliyası
Yapon kameliyası (lat. Camellia japonica) Yapоniyada, Çində, Kоrеyada yayılmışdır. Hündürlüyü 4 m оlan hamar gövdəyə malik həmişəyaşıl kоl və ya kiçik ağacdır. Budaqları açıq qəhvəyidir. Yarpaqları parlaq qalındır, növbəli yеrləşir, uzunluğu 8-10 sm-dir. Çiçəkləri tünd çəhrayı, yaхud ağ rənglidir, еrkən yazda əmələ gəlir. Mеyvəsi qutucuq оlub, bir, iri tохumludur. Çiçəklərinin fоrması, ölçüsü və rənginə görə bir-birindən fərqlənən çохlu sоrtu məlumdur. Tохum və qələmlə çохaldılır. Kölgəyə davamlı, tоrpağa və rütubətə tələbkardır.
Yapon kağızı
Vaşi (和紙) və ya yapon kağızı – Yaponiyada hazırlanan ənənəvi kağız növü. Kağız kağızağacı (kozo), Wikstroemia sikokiana (qampi) və Edgeworthia chrysantha (mitsumata) bitki növlərindən əllə hazırlanır. Qəlibləmə zamanı ən çox tamezuki və naqaşizuki üsullarından istifadə olunur. Yaponiya kağızla ilk dəfə V əsrin sonlarında Çin və Koreya vasitəsilə tanış olub. Nara dövrü Yaponiyada kağız istehsalının ilk dövrü hesab olunur. Heyan dövrü isə Yaponiyada kağız istehsalının qızıl dövrü kimi tarixə düşmüşdür. Müasirləşmə dövrü olan Meyci dövrünün təlabatını qarşılamaq üçün Yaponiyada kağız Qərb texnologiyası əsasında istehsal olunmağa başlamışdır. Bu cür kağız istehsalı Yaponiyanın bir çox yerində yerinə yetirilsə də, əsas mərkəzlər bu yerlərdir: Toyo və Kavanoe (Ehime prefekturası), İmadate və Obama (Fukui prefekturası), Yame (Fukuoka prefekturası), Adaçi (Fukuşima prefekturası), Mino və Kavay (Gifu prefekturası), İno və Tosa (Koçi prefekturası), Ayabe (Kioto prefekturası), İida (Naqano prefekturası), Yoşino (Nara prefekturası), Oqava (Saytama prefekturası), Misumi və Yakumo (Şimane prefekturası), Saci və Aoya (Tottori prefekturası), Nakatomi (Yamanaşi prefekturası). Vaşi kağızlarının mənşəyi Çin və Koreya ilə bağlıdır. VIII əsrdə aid "Nihon Şoki" xronikalarında qeyd olunur ki, 610-cu ildə Koreyadan Yaponiyaya gəlmiş keşiş Donço piqment, mürəkkəb və kağız hazırlama texnikalarını bilirdi.
Yapon kinkanı
Yapon kinkanı (lat. Fortunella japonica) Qədim zamanlardan Çinin cənub-şərq, Asiyanın cənub-şərq subtropik və tropik rayonlarında becərilir. Həmişəyaşıl, 2–3 m hündürlüyündə ağac, bəzən koldur. Çox sıx və yığcam çətirlidir. Zoğları və cavan budaqları basıq, üçtilli, kiçik tikanlı, yaşıl, çılpaqdır. Yarpaqları uzunsov-ellipsşəkilli, 4–6 (8) sm uzunluğunda, 15–3 sm enində, dərivarı ucdan küt, alt tərəfdən açıq yaşıl, üzəri vəzilərlə örtülmüşdür. Çiçəkləri ağ, 1–3 ədəd olmaqla yarpaqların qoltuğunda yerləşmişdir. Kasayarpağı 5, ləçəklər 4–6-dır. İyundan oktyabra qədər çiçəkləyir, meyvəsi dekabrdan maya kimi yetişir. Meyvəsi limon rəngində, yumru, 1,5–3 sm diametrində, qabığı hamar, dadı turş-şirin, ətirlidir, 3–7 dilimlidir.
Yapon kriptomeriyası
Yapon kriptomeriyası (lat. Cryptomeria japonica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin kriptomeriya cinsinə aid bitki növü. Əsasən Şərqi Asiyada, xüsusilə Çin və Yaponiyada geniş yayılmışdır. Piramidal çətirli, həmişəyaşıl ağacdır. Vətənimdə hündürlüyü 45 m-ə və gövdəsinin diametri 1–2 m-ə çatır. Gövdəsinin qabığı qırmızımtıl-qonurdur, ensiz, uzun zolaqlıdır. Yarpaqları iynəvarıdır, sərtdir, sıx yerləşmiş, bizvarıdır, oturaq hissəsi əyilmişdir, kənarlarından içəriyə doğru batıqdır, yayda sarımtıl-yaşıl, qışda tünd-yaşıl olub, budaq üzərində 7 il qalır. Erkəkcik sünbülcükləri budaqların ucunda iynəvarı yarpaqların qoltuğunda yerləşir, tozcuqları 3–5 tozcuq kisəsindən ibarətdir. Dişicik sünbülcükləri isə budaqların ucunda yerləşir. Toxumları oval formalıdır, hər toxum 2–3 ensiz qanadla əhatə olunur.
Yapon laminariyası
Yapon laminariyası (lat. Laminaria japonica) — laminariya cinsinə aid bitki növü.
Yapon mahoniyası
Yapon mahoniyası (lat. Mahonia japonica) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. Çində və Yaponiyada mədəni şəraitdə geniş yayılmışdır və oradan Avropaya və Amerikaya gətirilmişdir. Çox az budaqlanan, düz budaqlı, hündürlüyü 4 m-ə qədər olan kiçik ağacdır. Qabığı boz, dərin yarıqlı, qalın mantar təbəqəlidir; birillik odunlaşmamış zoğları göyümsov örtüklüdür. Tumurcaqları enli yumurtavaridir, uzunluğu 2–5 sm-dir, dərivaridir; ensiz üçbucaqşəkilli xarici pulcuqları 1–2 il zoğlarda qalır; daxili pulcuqlar enli ovalşəkilli, küt, otvari, solğun yaşıldır. Salxımları uc tumurcaqların qoltuğunda yerləşir, 10–12 sm uzunluğunda, möhkəm, çox çiçəklidir. Çiçək saplaqları iti bucaq altında yuxarı yönəlmişdir, uzunluğu 1 sm-ə qədərdir; çiçəkləri 8 mm uzunluğunda və 6 mm diametrindədir, qırmızımtıl və yaşılımtıl kasayarpaqları sonradan sarı tac yarpaqlara keçir. Dekabrın axırından yaza qədər çiçəkləyir. Məhsuldar, tər, yumşaq torpaqlara üstünlük verir.
Yapon buxuru
Yapon buxuru (香, ko) – Yaponiyada istifadə olunan ənənəvi buxur. Meditasiya, dini mərasim, aromaterapiya və ya xoş qoxu kimi məqsədlər üçün istifadə olunur. Yapon buxuru ilə məşğul olmaq sənəti kodo adlanır. Buxur Yaponiyaya Çin vasitəsilə gəlmişdir. Yaponiyada buxur yandırılmasından bəhs edən ən qədim mənbə "Nihon Şoki" xronikasıdır. Buxur ilk dəfə 595-ci ildə İmperatriça Suiko və Şahzadə Şotokunun dövründə istifadə olunmuşdur. Şotoku buddizmin Yaponiyadakı təbliğatçısı idi və buxur buddizmdə geniş istifadə olunurdu. Onun da təsiri altında buxur qısa müddətdən sonra populyarlaşmış və evlərdə də istifadə olunmağa başlanmışdır. Xüsusilə, saray əyanları buxur yandırmağı sevirdilər. Müxtəlif istehsalçılar öz buxurlarını hazırlamağa başlamış və yapon buxurunu yaratmışdırlar.
Yapon qrupu
Yapon qrupu (yun. Ὀμάς Ἰαπώνων) — 1906–1908-ci illərdə Yunanıstan Parlamentində siyasi qrupun qeyri-rəsmi adı. Qrup 1906-cı ilin iyununda həmin ilin parlament seçkilərindən sonra yaradılmışdır. Qeyri-rəsmi adı ona jurnalist Vlasis Qavrilidis 23 fevral 1907-ci il tarixli "Akropol" qəzetindəki məqaləsində vermiş, burada onların impulsunu Rusiya–Yaponiya müharibəsi zamanı Yaponiya əsgərlərinin inadkarlığı ilə müqayisə etmişdir. Qrupun üzvləri bunlar idi: Stefanos Draqumis — Attika və Beotiya periferiyasının millət vəkili, Xarilaos Trikupisin partiyasının nümayəndəsi olmuşdur. Dimitrios Qunaris — Axeya periferiyasının müstəqil millət vəkili, əvvəlcə Georgios Teotokis partiyasının nümayəndəsi olmuşdur. Petros Protopapadakis — Kiklad adalarının millət vəkili, Teodoros Dilyannisin partiyasının nümayəndəsi olmuşdur. Xaralambos Vozikis — Kinuriya periferiyasının müstəqil millət vəkili, əvvəlcə Diliyannis və Aleksandros Zaimisin partiyalarının nümayəndəsi olmuşdur. Apostolos Aleksandris — Karditsa periferiyasının müstəqil millət vəkili, ilk dəfə 1906-cı ildə seçilmişdir. Emmanuel Repulis — Ermionida periferiyasının müstəqil millət vəkili, Diliyannisin partiyasının nümayəndəsi olmuşdur.
Yapon çınqılotu
Yapon çınqılotu (lat. Geum japonicum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü.
Yapon damotu
Yapon damotu (lat. Leonurus japonicus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin damotu cinsinə aid bitki növü.
Yapon işi
Yapon işi (türk. Japon İşi) – 1987-ci ildə Kartal Tibetin rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Komediya janrında olan filmin baş rollarında Kamal Sunal, Fatma Girik, Sümer Tilmaç, Reha Yurdakul və Necdet Yakın çıxış edirlər. Film bir gecə klubunda ofisiant kimi işləyən Veysəldən və yapon dostu tərəfindən göndərilmiş qadın robotdan bəhs edir. Veysəl bir gecə klubunda işləyən ofisiantdır. Klubun solisti olan Başak Billursesə aşiqdir. Lakin nə qədər çalışsa da, Başak ona maraq göstərmir. Bir gün Veysəlin kömək etdiyi bir yapon müştəri ona Başaka çox bənzəyən bir robot göndərir. Veysəl "Yapon Başak" adlandırdığı robot ilə birlikdə yaşamağa başlayır. Başak həbsdə olan və cəzasının bitməsinə çox az qalan mafiya lideri Dəli Dilavərin evlənmə təklifini qəbul etməmək üçün İsveçrəyə qaçır.
Yapon stifnolobiumu
Yapon stifnolobiumu (lat. Styphnolobium japonicum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin stifnolobium cinsinə aid bitki növü.
Yapon Alpları
Yapon Alpları (日本アルプス, Nihon Arupusu) — Yaponiyada bir sıra dağ silsiləsi. Yapon Alpları Yamanaşi, Naqano, Toyama, Şizuoka və Gifu prefekturalarında yerləşir və 3 silsilədən ibarətdir: Hida dağ silsiləsi (飛騨山脈 Hida sammyaku) — Şimali Yapon Alpları Kiso dağ silsiləsi (木曽山脈 Kiso sammyaku) — Mərkəzi Yapon Alpları Akaişi dağ silsiləsi (赤石山脈 Akaishi sammyaku) — Cənubi Yapon Alpları Bu yüksək silsilələr hündürlüyü 3000 m-dən (9,843 fut) keçən bir neçə zirvəni əhatə edir ki, bu da Fuji dağından sonra ən hündürdür. Burada olan xammalı — ağac, yanacaq, gübrə, ət, minerallar və bitkilər əhali tərəfindən istifadə edilir. Adı ingilis arxeoloqu Uilyam Qould tərəfindən qoyulmuşdur. Yapon Alpları bir çox yapon zəvvarının ibadət yeridir. Yapon Alp dağları qədim zamanlardan Buddist rahibləri tərəfindən müqəddəs yer kimi istifadə edilirdi. Orta əsrlərdə Kaqa krallığının samurayları və sugendoları dağların xəritəsini yaratmağa çalışırdılar. İlk müasir geoloji hesabatlar 1890-cı ildə nəşr olunmuşdur. 1907-ci ildə Yoşitaro Şibasaki öz adamları ilə Yaponiyada ən son öyrənilməmiş zirvə hesab edilən və qalxması ən çətin olan Tsurugi dağına qalxmağı bacardılar. Dağın zirvəsində tapılan metal şuqendo çubuğu və qılıncı onları son Nara dövründən erkən Heian dövrünə qədər olduğunu təsdiqlədi.
Yapon arxipelaqı
Yapon arxipelaqı (yap. 日本列島, Rom: Nihon Rettō) Yaponiya ölkəsini təşkil edən 14.125 adadan ibarət arxipelaqdır. 3,000 kilometr (1,900 mil) dən çox uzanır, şimal-şərqdə Oxot dənizindən Şərqi Çinə və cənub-qərbdə Filippin dənizlərinə qədər Avrasiya qitəsinin Sakit okean sahilləri boyunca və şimaldan cənuba üç ada qövsündən ibarətdir: Şimal-Şərqi Yaponiya Qövsü, Cənub-Qərb Yaponiya qövsü və Ryukyu ada qövsü. Daitō adaları, İzu-Bonin-Mariana qövsü, Kuril adaları və Nanpo adaları arxipelaqları ilə qonşudur. Yaponiya Şərqi Asiyanın ən böyük ada ölkəsidir və 377,975.24 kv. metkilor (145,937.06 kv. mil) ərazisi ilə dünyanın dördüncü ən böyük ada ölkəsidir. 4,470,000 kv. metkilor (1,730,000 kv. mil)-lik ərazisi ilə eksklüziv iqtisadi zonaya malikdir.
Al Kapon
Al Kapon, tam adı Alfons Qabriel "Böyük Al" Kapone (it. Alphonso Gabriel "Great Al" Capone; 17 yanvar 1899[…], Bruklin, Nyu-York ştatı – 25 yanvar 1947[…]) — Amerika Birləşmiş Ştatlarında 1930-cu illərdə fəaliyyət göstərmiş məşhur mafiya rəhbəri. Yeddi il Çikaqo Outfit klanına rəhbərlik etmişdir. Amerika Birləşmiş Ştatları iqtisadiyyatının çətin günlər yaşadığı 1930-cu illərdə güc qazanmağa başlamış, ən əsası içkilərə qoyulan qadağalardan məharətlə istifadə yayınmış, bununla öz maddi imkanını dəfələrlə artırmışdır. Al Kapone 17 yanvar 1899-cu ildə Nyu-Yorkun Bruklin məhəlləsində anadan olub. Onun valideynləri — atası Qabriel Kapone (12 dekabr 1864 – 14 noyabr 1920) və anası Teresina (28 dekabr 1867 – 29 noyabr 1952) İtaliya köçkünləri idi. Onun atası, Qabriel, Neapol ətrafındakı Kastellammare-di-Stabia şəhərində bərbər, anası Teresina isə dərzi idi. Qabriel və Teresinanın doqquz uşaqları var idi: Alfons, Ceyms, Rafael, Salvatore, Con, Albert, Metyu, Roza və Mafalda. Kapone ailəsi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarına, Nyu-Yorkun Bruklin məhəlləsinə köçür və Qabriel Kapone bərbər dükanı açır. Alfonsun 11 yaşı olanda ailə yenidən köçərək Bruklinin başqa bir hissəsində məskunlaşır.
Yapon bağı
Yapon bağı — yapon estetikası və fəlsəfi ideyaları ilə müşayiət olunan və təbii mənzərəni vurğulayan ənənəvi bağ növü. Yapon bağlarında çoxlu cəlbedici çiçəkli bitkilər olsa da, otlu çiçəklər adətən Yapon bağlarında Qərbə nisbətən daha kiçik rol oynayır. Həmişəyaşıl bitkilər Yaponiyada "bağ sümükləri" sayılır. Yapon bağçılıq ədəbiyyatında demək olar ki, min il əvvələ gedib çıxan və bəziləri dini və ya fəlsəfi çalarları olan bir neçə müxtəlif bağçılıq üslubu yaranmışdır. Yapon bağlarının özəlliyi ondan ibarətdir ki, onlar müəyyən nöqtələrdən görünə biləcək şəkildə dizayn ediliblər. Yapon ənənəsi uzun müddət, yaxşı dizayn edilmiş bağı ilkin vəziyyətinə mümkün qədər yaxın saxlamaqdan ibarətdir və bir çox məşhur bağların bir neçə əsr ərzində az dəyişdiyi görünür. == Tarixi == Yapon bağları ilk dəfə Yaponiyanın böyük mərkəzi adası olan Honşu adasında salındı. Onların estetikasına Honşu landşaftının xüsusiyyətləri təsir etmişdir: qayalı vulkanik zirvələr, dar dərələr, şəlalələr və dağ çayları, kiçik daşlardan hazırlanmış göllər və çimərliklər. Onlara həmçinin adalardakı zəngin çiçək çeşidi və müxtəlif ağac növləri, xüsusən həmişəyaşıl ağaclar və Yaponiyanın isti, rütubətli yay və qarlı qışlar da daxil olmaqla dörd fərqli fəsli təsir göstərmişdir. İlk bağlar bayramların, oyunların və açıq havada konsertlərin keçirildiyi yerlərə bənzəyirdi.