is. [
ər. ] Öhdəsinə zaminlik götürən, zəmanət verən adam.
[Heydər bəy:] Hacı, mən zamin ki, bu səfərdə bulardan sənə heç bir xata yetişməsin. M.F.Axundzadə.
Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dəva edələr gər şərab ilə. S.Ə.Şirvani.
□ Zamin olmaq (durmaq) – birinin və ya bir işin məsuliyyətini öz üzərinə götürmək, zəmanət vermək. Borcun yoxdur, zamin ol! (
Ata. sözü ).
…Zamin olmuşam ki, topu fırlanan tapançanı bizim eloğlu Şamo düşmən əlinə keçirməz! S.Rəhimov.
Zamin(ə) vermək –
1) hüq. birinin zəmanəti (məsuliyyəti) ilə bir şəxsi müvəqqəti olaraq həbsdən azad etmək. Müttəhimi zaminə vermək.
– [Naçalnik:] Buları zaminə ver ta yuxarıdan cavab gəlincə. M.F.Axundzadə.
Cinayət sübut olunana qədər Bəndalını Tahirzadəyə zaminə verdilər. Mir Cəlal;
2) zamin kimi göstərmək. Zeynal yenə bir çox sözlər söyləyirdi.
Gah Şərifzadəni, gah Möhsünzadəni zamin verirdi ki, bundan sonra alacağı paraları tamamilə Mehribana təslim etsin. S.Hüseyn.
Zaminə götürmək hüq. – ittiham olunan bir şəxsin istənilən vaxt inzibat və ya istintaq orqanına qayıdacağı haqqında dilindən rəsmi iltizam verərək, həbsdən müvəqqəti azad etdirmək.
[İbrahim bəy:] …Zaminə götürərik… Sən də, hacı, mənim yolumu görərsən. N.Vəzirov.
Uzun danışıqdan sonra Xasay [İsmiyevi] zaminə götürdü. M.Hüseyn.
[Yüzbaşı:] Bundan bir ay möhlət alaq, mən zaminə götürürəm. Mir Cəlal.