Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zənci
Zənci (isp. negro «qara (rəng)», — neqroid irqinə aid olan insanların ümumi adı. ədəbiyyatda bəzən kapoid irqinin nümayəndələri olan — buşmenlərvə qottentotları da aid edirlər. Bəzən mulatlar da zənci adlanır. Ancaq zənci və mulatların kompakt yaşadığı Latın Amerikası və Cənubi Afrika Respublikasında onlar bir-birindən ayrılırlar. == Mənbə == Анучин Д. Н. Негры // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Zəngi
Zəngi (İsmayıllı) Zəngi (Şəbüstər) Zəngiçay — Ermənistan və Naxçıvan MR-də çay. Zəngi — İsmayıllı rayonu ərazisində çay. Girdiman çayi hövzəsinə daxildir. Zəngi dərə — Qobustan rayonu ərazisində çay. Çay axdığı Zangidərənin adi ilə adlandırılmışdır.
Senki
"Senki" (戦旗, azərb. "Döyüş bayrağı"‎) – 1920-ci illərin sonunda və 1930-cu illərin əvvəlində nəşr olunmuş Yaponiya proletar ədəbi jurnalı. Aylıq nəşr olunurdu. == Tarixi == Jurnal 1928-ci ilin mayından 1931-ci ilin dekabrına qədər nəşr olunmuş və Yaponiyada proletar ədəbiyyatının əsas jurnalına çevrilmişdir. 1930-cu ilin sentyabrına qədər Yaponiya Proletar İncəsənəti Federasiyasının (NAPF) orqanı olmuşdur. "Senki" jurnalının müxalif qarşılığı proletar ədəbi hərəkatının başqa bir fraksiyasının orqanı olan "Bengei Sensen" idi.Jurnalın idarəçiləri, eləcə də, redaktorları Şiqeci Tsuboy və Seyzaburo Yamada idilər. Korehito Kurahara, Şiqeharu Nakano, Takici Kobayaşi, Sunao Tokunaqa və İneko Sata kimi şəxslər jurnala töhfələrini vermişdirlər. Kobayaşinin "Fabrik gəmisi" və Tokunaqanın "Gün işığı olmayan küçə" əsərləri 1929-cu ildə bu jurnalda nəşr olunmuşdur.Jurnalın maksimum tirajı 26.000 olmasına baxmayaq, təşkilat jurnalı fabriklərə, fermalara və məktəblərə payladığı üçün geniş oxucu kütləsi toplamışdır. Jurnal populyarlaşdığı üçün Yaponiya Kommunist Partiyasının üzvlərini tərəfindən redaktə olunmağa başlamış və siyasi jurnala çevrilərək ədəbi əhəmiyyətini itirmişdir. Siyasi tona keçməkdə 1930-cu ilin avqustunda Moskvada olmuş Kuraharanın da böyük təsiri olmuşdur.
Gəmi zəngi
Gəmi zəngləri, Gəmidəki zəng olaraq saatları göstərən bir sistemdir. Gemi dəhlizində gəmiçilərin növbə və istirahət vaxtlarını təşkil etmək üçün istifadə edilərdi. Vətəndaş saatlara bənzəməz, zəngin vuruşu saatın zamanı ilə uyğun değildir. Səkkiz zəng vuruşu vardır, dörd saatliq bir qəti hər yarım saatında. Zəng hər yarım saatda çalınır və cüt nizamdan hesablamanı asanlaşdırmaq üçün, sıranın sonunda tək bir zilli. Gəmi zəngləri iki və ya dörd qrupa bölünür və keşikçilər deyə adlandırılır. Her bir növbətçi əsnasında əsaslı vəzifələr olan sükan, seyr, sahil müşahidə və gözətçi alır. Səkkiz zəng dənizçilərə keşik bitdiyini xəbər verir. Dənizçinin ölüm xəbəri də gəmi zəngi ilə bildirilir.
Qenki Haraquçi
Qenki Haraquçi (d. 9 may 1991) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 11 oyun keçirib, 1 qol vurub.
Zənci abxazlar
Zənci abxazlar (gürc. შავკანიანი აფხაზები) — Abxaziyada yaşayan Afrika mənşəli az saylı etnik qrup.
Zəngi (İsmayıllı)
Zəngi — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində 1950-ci illərə qədər mövcud olmuş kənd. == Tarixi == Girdiman çayı hövzəsinə daxil olan Zəngiçayın sahilində yerləşən Zəngi kəndi öz adını bir vaxtlar burada yaşamış zəngi tayfasının adından almışdır. Dilimizdə zəngi sözünün "qara" mənası da var. 1950-ci ildən sonra Zəngi kəndi ləğv edilmiş, kənd əhalisi isə İsmayıllı şəhərinə köçürülmüşdür. == Mənbə == Azərbaycan toponimlərinin ensklopedik lüğəti. 2 cilddə. Bakı-2007. II cild, səh. 295.
Zəngi (Şəbüstər)
Zəngi (fars. زنگي‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 705 nəfər yaşayır (185 ailə).
Zəngi çayı
Zəngi çayı və ya Razdan çayı (erm. Հրազդան գետ və ya erm. Զանգու գետ) — Zəngibasar toponimi tarixi şəxsiyyət Zəngi ibn Mədudun hidronimləşmiş adı ilə bağlıdır. Tarixi mənbələrə görə, "Təxti-Süleyman"dan əvvəl Zəngi çayına Çıldırçay demişlər. Qızıl Arslanın dövründə "İrəvan Çuxuruna" vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur. Bəzi tədqiqatçıların gəldikləri qənaətə görə, Zəngi çayı başlanğıcını dəniz səviyyəsindən hündürlükdə yerləşən və qədim adı türk mənşəli "Çıldır" olan Göyçə gölündən götürüb aşağı axdıqca zəng səsi çıxarır. Elə bu çılğınlığına görə də ona "zəng" adı verilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır. Zəngibasar adının isə bununla bağlı olduğunu güman etmək olar. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır.
Zənqi yarım
Zənqi yarım – Talış xalq mahnısı. Mahnı, SSRİ Xalq Artisti Rəşid Behbudovun ifasından sonra şöhrət qazanmışdır. Daha sonralar mahnı, İsrail Məmmədov və Azərbaycan xalq artisti Faiq Ağayev tərəfindən ifa olunmuşdur. Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış xalqının qədim adətlərinə görə, qadınlar bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində adət öz əksini tapır. == Sözləri == == Xarici keçidlər == Rəşid Behbudov-Zənqiyar == Mənbə == Aydın Xan Əbilov. Bir Xalçanın İlmələri, Azərbaycanda yaşayan xalqların ədəbiyyat etnologiyası.
İmadəddin Zəngi
I İmadəddin Zəngi (ərəb. عماد الدین زنكي‎ ;1085–14.sentyabr.1146) — həmçinin Zangi, Zengui, Zenki və Zanki kimi də adlandırılır. O, Oğuz türklərindən olan atabəy idi və Mosul, Hələb, Həma və Edessa qraflığını idarə etmişdir. Zəngilər sülaləsi adını məhz ondan almışdır. I İmadəddin Zənginin atası İmadəddin Zəngi bin Qasımüddövlə Ağsunqur olmuşdur. Tarixi qaynaqların Qasımüddövlə Ağsunqur haqqında verdiyi bilgilərdən onun dördüncü Səlcuq sultanı Məlikşah bin Arslanın yaxın qohumu olması bəllidir. Sultan Məlikşahla Ağsunqur həm də uşaqlıq yoldaşı olmuşdur. Qasımüddövlə ayamasını da Ağsunqura Sultan Məlik şah vermiş və onu 1084-cü ildə Hələb şəhərinə vali təyin etmişdi. İmadəddin Zəngi uşaq ikən atası Qasımüddövlə Ağsunqur öldürülmüşdür. Aqsunqur I Məlikşah tərəfindən Hələb valisi təyin olunmasına baxmayaraq, 1094-cü ildə xəyanətə görə edam olunu.
Əcəl zəngi
Əcəl zəngi — 1940-cı ildə yazıçı Ernest Heminquey tərəfindən yazılmış müharibə romanıdır. Əsər əsasında eyni adlı film də çəkilmişdir. O, zamanı respublikaçı partizan dəstəsinə qoşulmuş gənc amerikalı könüllü, sosialist Robert Cordanın hekayəsindən danışılır. Dinamitçi olaraq Seqoviya şəhərinə hücum zamanı körpünü partlatmaq tapşırılıb. == Mövzu == Süjet İspaniyada Vətəndaş Müharibəsi zamanı baş verir və respublikaçılar tərəfində partlayıcı maddələr üzrə mütəxəssis, dinamitçi kimi döyüşən Montanadan olan ispan müəllimi Robert Jordanın hekayəsi ətrafında cərəyan edir . General Qolz ona Seqoviya Hücumunda üsyançı tərəfin əks hücumundan qaçmaq üçün vacib olan körpünün dağıdılmasını tapşırır . Robert, düşmən xəttinin arxasında yerləşən bölgəyə qoca Anselmonun rəhbərliyi ilə gəlir. Orada körpünü partlatmaqda ona kömək etməli olan dəstənin başçısı Pablonun sərxoş olduğunu görür. Lakin o, dərhal aşiq olduğu gənc qız Mariya və Pablonun arvadı Pilar ilə də tanış olur. Pilar kobud və çirkin qadındır, lakin cəsur və böyük iradəlidir, eyni zamanda qaraçı qanına malikdir; yüksək respublika sədaqətinə malikdir və həm körpü missiyasında, həm də şəxsən Mariya ilə Robertin bir yerdə olmasəna çox kömək edir.
Mehriban Zəki
Mehriban Mürvət qızı Zəki(d. 18 dekabr 1966) — azərbaycanlı teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (2018), prezident mükafatçısı. == Həyatı == Mehriban Zəki 18 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və Kino Aktyorluğu" fakültəsini bitirmişdir. 1990-cı ildən 2005-ci ilədək "Yuğ" Dövlət Teatrında aktrisa işləyib və teatrın səhnəsində bir çox rolları oynayıb. 2000-ci ildən 2011-ci ilədək "İbrus" Teatrında fəaliyyət göstərmişdir. 2005-2007-ci illərdə Milli Akademik Dram Teatrında işləmiş Mirmehdi Seyidzadənin əsərləri əsasında hazırlanmış "Füzuli və Əsmər" tamaşasında Əsməri oynamışdır. 1995-ci ildə Bişkəkdə keçirilən Ümümtürk Mədəniyyətinin bayramı olan "Manas-1000" yubileyində, 1999-cu ildə Parisdə, Moskvada və Bakıda keçirilən "YUNESKO"-nun tədbiri olan Kitabi-Dədə-Qorqudun 1300 illik yubileyində iştirak etmişdir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan bir çox bədii filmlərdə çəkilmişdir: Jurnalist qız ("Ümid"), Lətifə ("Otel otağı"), Elmira ("Ailə"), Gülya ("Məkanın melodiyası"), Teybə ("Küçələrə su səpmişəm"), Maya ("Əlvida, cənub şəhəri"), Nara ("Düyün"), Nərmin ("Yalançılar"). Gözəl səs tembrinə malik olan aktrisa həmçinin filmlərdə mətn oxuyan və vokalçı kimi çıxış etmişdir.
Van Zeni
Van Zeni (24 iyun 1983) — Polşanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Van Zeni Polşanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Daha sonra Van Zeni Polşanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Zeki Alasya
Zəki Alasya (18 aprel 1943 – 8 may 2015, İstanbul) — əslən Kiprli, İstanbul doğumlu Türk teatr və film aktyoru. Kıbrıslı Mәhmәd Kamil Paşanın qardaşı oğludur. Zəki Alasya 8 may 2015-ci ildə müalicə olunduğu xəstəxanada qaraciyər xəstəliyindən vəfat etmişdir. == Karyerası == Robert Kolejidən məzun olan sənətçi sənət həyatına da 1959-cu ildə MTTB teatrında həvəskar olaraq başladı. Arena, Genar ve Ulvi Uraz teatrlarında çalışdıqdan sonra Haldun Taner, Metin Akpınar və Ahmet Gülhan ilə birlikdə Devekuşu Kabare Tiyatrosunun qurucuları arasında yer aldı. Film çevirməyə 1973-cü ildən sonra başladı. Metin Akpınar ile birlikdə Türk sinemasında yeni bir ikili təşkil etdilər. Bir çox filmdə yer aldı və 1998-ci ildə Türkiyə Mədəniyyət nazirliyinin Devlet Sanatçısı unvanı almışdır. Salak Milyoner (film), Köyden İndim Şehire, Güler Misin Ağlar Mısın, Nereye Bakıyor Bu Adamlar, Hasip ile Nasip kimi filmləriylə bir komediya ustası olaraq ün qazandı. Zəki Alasya ilk rejissorluq təcrübəsində önəmli yerə sahib olan 1977 və sonrası filmleri olan Aslan Bacanak, Sivri Akıllılar, Caferin Çilesi, Petrol Kralları, Doktor, Köşe Kapmaca, Vay Başımıza Gelenler ve Elveda Dostum yer alır.
Zəki Alasya
Zəki Alasya (18 aprel 1943 – 8 may 2015, İstanbul) — əslən Kiprli, İstanbul doğumlu Türk teatr və film aktyoru. Kıbrıslı Mәhmәd Kamil Paşanın qardaşı oğludur. Zəki Alasya 8 may 2015-ci ildə müalicə olunduğu xəstəxanada qaraciyər xəstəliyindən vəfat etmişdir. == Karyerası == Robert Kolejidən məzun olan sənətçi sənət həyatına da 1959-cu ildə MTTB teatrında həvəskar olaraq başladı. Arena, Genar ve Ulvi Uraz teatrlarında çalışdıqdan sonra Haldun Taner, Metin Akpınar və Ahmet Gülhan ilə birlikdə Devekuşu Kabare Tiyatrosunun qurucuları arasında yer aldı. Film çevirməyə 1973-cü ildən sonra başladı. Metin Akpınar ile birlikdə Türk sinemasında yeni bir ikili təşkil etdilər. Bir çox filmdə yer aldı və 1998-ci ildə Türkiyə Mədəniyyət nazirliyinin Devlet Sanatçısı unvanı almışdır. Salak Milyoner (film), Köyden İndim Şehire, Güler Misin Ağlar Mısın, Nereye Bakıyor Bu Adamlar, Hasip ile Nasip kimi filmləriylə bir komediya ustası olaraq ün qazandı. Zəki Alasya ilk rejissorluq təcrübəsində önəmli yerə sahib olan 1977 və sonrası filmleri olan Aslan Bacanak, Sivri Akıllılar, Caferin Çilesi, Petrol Kralları, Doktor, Köşe Kapmaca, Vay Başımıza Gelenler ve Elveda Dostum yer alır.
Zəki Beyləqani
Şəmsəddin Zəki Beyləqani (شمس الدين البيلقاني) fəqih, hüquqşünas == Həyatı == Şəmsəddin Zəki ibn Hüseyn ibn Ömər Beyləqani Beyləqan şəhərində anadan olmuşdu. Mükəmməl savad almışdı. Fəxrəddin Razinin tələbəsi idi. Əvvəlcə ticarətlə məşğul olmuşdu. Hicri-qəməri 582-ci ildə Dəməşq şəhərinə köçmüşdü. Burda ticarətlə və qanunşünaslıqla ilgilənmişdi. Hicri-qəməri 636-cı ildə Yəmənə daşınmışdı. Orda da fəaliyyətini davam etdirmişdi. 1277-ci ildə Ədəndə vəfat edib.
Zəki Dəmirkubuz
Zəki Dəmirkubuz (1 oktyabr 1964, İsparta) — türk rejissor, ssenarist, aktyor. == Həyatı == Zəki Dəmirkubuz 1964-cü ildə Türkiyənin İsparta vilayətində doğulub. Orta məktəbi bitirər-bitirməz İstanbula gəlib burada liseyə daxil olsa da, ilk semestrdən sonra təhsilini yarımçıq buraxıb fabrik və atelyelərdə işləməyə başlayıb. 1980-ci ilin 12 sentyabr çevrilişində tutulur və 3 il azadlıqdan məhrum edilir. O zaman Zəkinin cəmi 15 yaşı var idi. Həbsdə olarkən ədəbiyyatla məşğul olur. Gələcəyin rejissoru Dostoyevski və Alber Kamyudan çox təsirlənir. Həbsdən çıxdıqdan sonra isə xırda alver işləri ilə məşğul olur. Əsgərliyini təxirə salmaq üçün təhsilini davam etmək qərarına gəlir. Liseydə qiyabi təhsil alıb, "İstabul Universiteti"nin Rabitə fakültəsinə daxil olur.
Zəki Kazımzadə
Zəki Əli İsgəndər oğlu Kazımzadə (1908 – 1986) — professor, texnika elmləri doktoru, Rəna Kazımzadə atası.[mənbə göstərin]1908-ci ildə Bakı şəhərində anadan olub. Elmi fəaliyyəti dövründə elektrotexnikaya aid bir çox dərs vəsaitləri və elmi əsərlər yazıb. Onun "Ümumi elektrotexnika", "Sənayenin energetik bazası", "Xalq təsərrüfatının avtomatlaşdırılması", "Elektrik enerjisinin yeni üsullarla istehsalı" adlı əsərləri tək Azərbaycanda deyil, həmçinin Yaxın Şərq və Orta Asiya ölkələrində də geniş istifadə olunur. "Elektrotexnikanın nəzəri əsasları" kitabı "Dəyişən və sabit cərəyanın alınması", "Çoxfazalı dəyişən cərəyanlar", "Dəmir nüvəli elektrik dövrələri" və elektrotexnikanın digər nəzəri əsaslarını əhatə edən 21 fəsildən ibarətdir.
Zəki Mürən
Zəki Mürən (türk. Zeki Müren; 6 dekabr 1931[…], Bursa – 24 sentyabr 1996[…], İzmir[…]) — Türkiyə müğənnisi. == Həyatı == Zəki Mürən 6 dekabr 1931-ci ildə Türkiyənin Bursa şəhərində (anası priştinalı, atası makedoniyalı olub) mühacir bir ailədə dünyaya gəlib. Bursada başladığı orta təhsilini İstanbulda, Kiramı Refia Alemdaroğlu Liseyində bitirmişdir. İstanbulda Dövlət İncəsənət Akademiyasının Bəzəmə Bölümü Sabih Gözen atelyesindən məzun oldu. Desən işlərini tələbəlik illərindən başladı və bir çox sərgi keçirdi. Zeki Müren, Bursada Tamburi İzzet Gerçekerdən gördüyü solfecio və üsul dərsləriylə musiki məlumatı almağa başladı. 1949-cu ildə, Boğaziçi Liseyində oxuyarkən Agopos Əfəndi (kino rejissoru və ssenari yazan Arşavir Alyanak'ın atası) ilə Udi Kirkordan aldığı dərslərlə də musiqi təhsilini davam etdirdi. Daha sonra fəsil musiqisini yaxşı bilən və böyük bir repertuvarı olan Şərif İçlinin müxtəlif əsərlərini meşk etdi; Refik Fersanın, Sədi İşılayın, Qədri Şençaların əsərlərindən faydalandı. 1950-ci ildə imtahanla İstanbul Radiosuna girdi.
Zəki Vəliyev
Zəki Vəliyev (tam adı: Zəki Abdulla oğlu Vəliyev; 15 fevral 1942) — AMEA Geologiya və Geofizika İnstitutu, geologiya-mineralogiya elmləri namizədi, aparıcı elmi işçi, dosent. == Həyatı == Vəliyev Zəki Abdulla oğlu 15 favral 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.1960-1966-cı illərdə BDU-nun geoloji-coğrafiya fakultəsini bitirib, mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1966-cı ildə Azərbaycan Nazirlər Sovetinin Geologiya İdarəsinin Kiçik Qafqaz Geoloji Kəşfiyyat və Axtarış Ekspedisiyasının Levçay geoloji-kəşfiyyat partiyasının tərkibində Kəlbəcərdə əmək fəaliyyətinə başlamışdır. Z.Vəliyev həmin illərdə qızıl, civə,surmə,mərgümüş və əlvan metalların axtarışı,kəşfiyyatı,onların paylanma xususiyyətlerinin elmi əsaslanmaları və qiymətləndirilməsi ilə məşğul olmuşdur. == Elmi fəaliyyəti == 1978-ci ildən bu günə qədər AMEA-nın Geologiya İnstitutunda elmi işçi vəzifəsində işləyir. 1978-86-cı illərdə Geologiya İnstitutunun aerokosmik tədqiqatlar laboratoriyasında aparıcı mühəndis-geoloqdan aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. O,dəfələrlə Moskva Geoloji-kəşfiyyat İnstitutunda, Leninqrad Dağ - mədən İnstitutunda ixtisası təkilləşdirmə kurslarını bitirmişdir. O, bir neşə dəfə beynəlxalq geoloji-elmi konfranslarda və simpoziumlarda iştirak etmişdir. 1985-ci ildə "Levçay sürmə -civə filiz sahəsinin yataq və təzaürlərinin yerləşmə qanunauyğunluqları və formalaşma şəraitləri" mövzusunda elmi iş müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 1985-ci ildən BDU-nun geologiya fakultəsinin dosentidir.150-yə yaxın elmi əsərin müəllifidir.
Zəki Ögtən
Zəki Ögtən (4 avqust 1941[…], İstanbul – 19 dekabr 2009[…], İstanbul) — məşhur Türk mənşəli teatr və kino rejissoru, ssenarist, 3 dəfə Qızıl Portağal, 2 dəfə OCİC, Qızıl Leopard, Şərəf ordeni, BFİ mükafatları laureatları. == Həyatı == Heydərpaşa liseyinin məzunudur. Gənc yaşlarından teatra böyük həvəsi var idi. Tələbə vaxtlarından teatrda çalışmağa başlayır. Yaşılcam kinostudiyasına daxil olar və Nişan Xəncərin rejissor olduğu "Acı zeytun" filmində rejissor asistenti kimi çalışmağa başlayar. Ömər Lütfi Axad, Xalid Rəfiq, Ətif Yılmaz, Məmduh Ün kimi rejissorların asistenti kimi çalışmışdır. 1963-cü ildə Zəki, "Ölüm bazarı" filminin rejissoru olmuşdur. Yaşadığı ömürdə bir çox mükafatlar qazanıb. 19 dekabr, 2009-cu il, 18:15 radələrində Ögtən, traxikardiya xəstəliyindən vəfat etmişdir.
Zəki İslam
Yusifov Zəki İslam oğlu (Zəki İslam; 10 avqust 1939, Cil, Çəmbərək rayonu – 2018, Bakı) — Azərbaycan şairi, "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Zəki İslam 10 avqust 1939–cu ildə Göyçə mahalının Krasnoselo rayonunun Cil kəndində anadan оlub. Azərbaycan Pedaqoji İnstitutunu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Uzun müddət kolxoz və sovxozlarda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvüdür. "Qızıl Qələm" mükafatı laureatıdır. Şeirlərini əsasən dini mövzuda yazır. Müasir aşıq şerinin tanınmış nümayəndəsi, dini şeir və poemaların müəllifidir. Zəki İslam məşhədi, kərbəlayi və hacıdır. == Əsərləri == Göyçənin tonqalı sinəmdə yanır.
Zəki Şükürov
Zəki Ruhulla oğlu Şükürov (1 yanvar 1905, Ərdəbil – 1987, Bakı) — neftayıran, Sosialist Əməyi Qəhrəmanı (1959). == Həyatı == Zəki Ruhulla oğlu Şükürov 1 yanvar 1905-ci ildə Cənubi Azərbaycanın Ərdəbil mahalının Mərəlli kəndində anadan olub. Əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1930-cu ildən Vanno Sturua ad. Neftayırma zavodunda operator köməkçisi, 1933-cü ildən operator, 1936-cı ildən baş operator, 1941-ci ildən qurğu rəisi, 1982-ci ildən operator vəzifəsində çalışmışdır. 1986-cı ildən pensiyadadır. Azərbaycan Kommunist Partiyası 28 və 29-cu qurultaylarının nümayəndəsi olmuşdur. İki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Şükürov haqqında sənədli film çəkilmişdir (1974).
Zəki Ərsuzi
Zəki Nəcib əl-Ərsuzi (ərəb. زكي نجيب الأرسوزي‎; iyun 1899, İskəndərun və ya Laziqiyyə – 2 iyul 1968, Dəməşq) — suriyalı siyasətçi və Suriyada Fransa mandatı dövründə milliyətçi.