Mirfateh Zəkiyev
Mirfateh Zəkiyeviç Zəkiyev (14 avqust 1928, Zəype[d], Bəyrəkə[d], Buqulminsk kantonu[d], Tatarıstan MSSR, RSFSR, SSRİ – 18 avqust 2023, Moskva) – tatar türkoloq, filosof, dilçi, ictimai xadim və müəllim. Tatarıstan Respublikasının Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, Qalimcan İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun leksikologiya və dialektologiya kafedrasının müdiri, Beynəlxalq Türk Akademiyasının Tatarıstan bölməsinin akademik-katibi, Türk Dilçilik Cəmiyyətinin üzvü, Avrasiya Milli Beynəlxalq Türkşünaslıq Mərkəzi Rəyasət Heyətinin fəxri üzvü,, Tatar Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Başqırd Dövlət Universitetinin fəxri doktoru (2011), Tatarıstan MSSR Ali Sovetinin sədri (1980-1990).
Tatarca və digər türk dilləri məsələsində araşdırmalar etmişdir. Zəkiyevin türk xalqları barədə araşdırmaları da vardır. Tatar dilinin akademik qramatikası adlı geniş həcmli əsərində taat dilinin qramatik əsaslarını incələmişdir.
Zəkiyev ön türk dillərinin hind-avropa dillərinin çıxış nöqtəsi olduğunu iddia etməkdədir. Zəkiyevə görə, şumercə, antik yunanca, islandca, etruskca və kritcə türk kökənli dillər olmuşdurlar. Bundan əlavə, şumerlər, skiflər və sarmatlar da türk olmuşdurlar.
"Hezerge Tatar edebi tele, Syntax", Kazan, 1958, in Tatar ("Хәзерге татар әдәби теле. Синтаксис", Казан, 1958)
"Syntactic structure of the Tatar language", Kazan, 1963, in Russian ("Синтаксический строй татарского языка", Казань, 1963)
School textbooks on Tatar language for upper grades of Tatar schools, republished from 1964 on.