ZEKİ

ağıllı, şüurlu, zəkalı
ağıllı, şüurlu, zəkalı, zəki
ZEKA
ZELZELE
OBASTAN VİKİ
Zeki Alasya
Zəki Alasya (18 aprel 1943 – 8 may 2015, İstanbul) — əslən Kiprli, İstanbul doğumlu Türk teatr və film aktyoru. Kıbrıslı Mәhmәd Kamil Paşanın qardaşı oğludur. Zəki Alasya 8 may 2015-ci ildə müalicə olunduğu xəstəxanada qaraciyər xəstəliyindən vəfat etmişdir. Robert Kolejidən məzun olan sənətçi sənət həyatına da 1959-cu ildə MTTB teatrında həvəskar olaraq başladı. Arena, Genar ve Ulvi Uraz teatrlarında çalışdıqdan sonra Haldun Taner, Metin Akpınar və Ahmet Gülhan ilə birlikdə Devekuşu Kabare Tiyatrosunun qurucuları arasında yer aldı. Film çevirməyə 1973-cü ildən sonra başladı. Metin Akpınar ile birlikdə Türk sinemasında yeni bir ikili təşkil etdilər. Bir çox filmdə yer aldı və 1998-ci ildə Türkiyə Mədəniyyət nazirliyinin Devlet Sanatçısı unvanı almışdır. Salak Milyoner (film), Köyden İndim Şehire, Güler Misin Ağlar Mısın, Nereye Bakıyor Bu Adamlar, Hasip ile Nasip kimi filmləriylə bir komediya ustası olaraq ün qazandı. Zəki Alasya ilk rejissorluq təcrübəsində önəmli yerə sahib olan 1977 və sonrası filmleri olan Aslan Bacanak, Sivri Akıllılar, Caferin Çilesi, Petrol Kralları, Doktor, Köşe Kapmaca, Vay Başımıza Gelenler ve Elveda Dostum yer alır.
Zekir Emeri stadionu
Zekir Emeri stadionu (alb. Stadiumi Zeqir Ymeri) — Albaniyanın Kukes şəhərində yerləşən stadion. 5000 tamaşaçı tutumuna malikdir. "Kukesi" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Dafina Zekiri
Dafina Zegiri Nuşi (alb. Dafina Zeqiri Nushi; 1 aprel 1984, Priştina) — Avropa və bir çox yerlərdə çıxış etmiş Kosovo-Alban orkestr, kamera və xor musiqisi bəstəkarı. == Həyatı == Dafina Zegiri 1997-2002-ci illərdə Priştinada Prenko Yakob Konservatoriyasında təhsil alıb. Priştina Universitetində Mendi Mengjiqi ilə bəstəkarlıq ixtisası üzrə təhsil alan Dafina 2007-ci ildə oranı bitirib. O, magistratura təhsilini Skopyedəki Müqəddəs Kiril və Mefodi Universitetində alıb və 2011-ci ildə buranı bitirib. 2009-cu ildə Zegiri "Musiqidə Kosovo Qadınları" və NEO MUSICA təşkilatını qurdu və Fondazione Adkins Chiti: Donne in Musica Beynəlxalq Şərəf Komitəsinin üzvü oldu (həmçinin YUNESKO-nun Beynəlxalq Musiqi Şurasının üzvüdür). Vokal kompozisiyalarına Paşko Vas (2001), Odiseya (2008), Atmosferlər (2005) mətni əsasında "Mənim Anam" kimi qarışıq xor üçün əsərləri də daxildir. Fərdi kompozisiyalarına messo-soprano və piano üçün Sən gəldiyin zaman (2002), mətninin Bayram Kərimiyə aid tenor və piano üçün yazdığıO Dismal Bird (2009) əsərləri də daxildir. Skopyedə təhsil aldıqdan müəyyən müddət sonra ərsəyə gətirdiyi əsərləri sırasına simfonik orkestr üçün Variasiyalar (2011), solo viola üçün Disappear (2011), skripka və orkestr üçün Memento (2010), fleyta, skripka, gitara və piano üçün Story of Mary (2010), fleyta, qoboy, soprano saksofon və violonçel üçün All In (2009) əsərləri daxildir. Dafina Zegirinin əsərləri 2011-ci ildə Makedoniya Musiqi Festivalı Günləri və 2010-cu ildə Priştinada DAM Festivallarında ifa olunub.