Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zopun
Zopun (əvvəlki adı: Zupun) — Azərbaycan Respublikasıınn Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Astanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Zupun kəndi Zopun kəndi adlandırılmışdır. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun kəndi Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. Yaşayış məntəqəsi XVI əsrin əvvəllərində hazırda mövcud olmayan Əsədkənddən çıxmış ailələrin Zopun adlı sahədə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını eyniadlı dağın adından almışdır. Kəndin adı bir müddət Zupun şaklində qeydə alınmışdır. 2001-ci ildən bu ad Zopun kimi rəsmiləşdirilmişdir. Kənd Burovar silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1039 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Zopun bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bidun
Bidun (Bindu; bilinmir, Soqdiana – 670-ci illər) — Orta çağda Buxaranın hakimi, Buxaraxudat. Bəzi tarixi mənbələrdə Nidun, Sadun və yaxud Bandun kimi də göstərilir. == Həyatı == Türk əsilli xaqandır. Hakim titul olan Tidunla qarışdırılmışdır. Orta əsr tarixçisi Cəfər Narşaxi yazır ki, Çaçın tudunu Buxaraya yardıma gəlmişdi. Paykəndin də tidunu ola bilər. Ciddi tədqiqatçılara görə Qərbi Göytürk xaqanlığı çökəndən sonra Bidun Buxaraya gəlib, burda hakimiyyətə nail olur. Bidun Ramitən, Candar, Xaqan, Babkənd və Qaragöl şəhərlərini ələ keçirir. O, Buxara Ərkini təmir etdirir. Bəzi tarixçilərə görə, Buxara şəhəri ilk dəfə 674-cü ildə Əməvilər dövləti tərəfindən hakimiyət altına alınmağa çalışılmışdır.
Dikun
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Mikun
Mikun — Rusiya Federasiyasında yerləşən şəhər Komi Respublikasına daxildir
Zigen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Ziqen

Kipu
Kipu (keçua "khipu" -> isp. "quipu" – "düyün", "düyünləmək", "say"; aym. "chino" – "çino" – Andların dağlıq sistemində yaşamış inklərin və onların sələflərinin qədim mnemonik və say sistemidir (say avadanlığı olan yupana ilə birgə). Pambıqdan və ya dəvəkimilər (alpaka və lama) yunundan hazırlanan mürəkkəb ip sarmaşıqları və düyünlərindən ibarət özünəməxsus yazı növüdür. Fərqli sayda sallanan saplara malik ola bilər: bir neçəsindən tutmuş 2500-ə dək. Xüsusi tərzdə salınmış imperiya yolları vasitəsilə çapar çaskilər tərəfindən məlumatların ötürülməsi üçün, həmçinin ictimai həyatın müxtəlif aspektlərində (təqvim, topoqrafik sistem, vergilərin və qanunların təsbit edilməsi) istifadə edilirdi. İspan xronistlərindən biri olan Xose de Akosta yazırdı ki, bütün ink imperiyası kipu vasitəsilə idarə edilirdi və heç kim düyünlə hesab aparanlardan qaça bilməzdi. Ən qədim protokipu 12 sallanan sapdan ibarət idi, həmçinin onlardan bəziləri düyünlü, bəziləri isə taxta çubuğa dolanmış idi. Arxeoloq Rut Marta Şeydi Solis (Ruth Martha Shady Solís) tərəfindən Karal (Supe vadisi) adlı arxeoloji obyektində yerləşən ən iri piramidaların birindəki germetik otağın qazıntısı zamanı aşkar edilmişdi. Stratiqrafik qatı analizi nəticəsində protokipunun e.ə 3-cü minilliyə təsadüf etdiyi müəyyən olunmuşdu.
Zip2
Zip2 qəzetləri lisansiyalı onlayn şəhər bələdçiliyi proqram təminatı ilə təmin edən şirkəti idi. Şirkət 1995-ci ildə İlon və Kimbal Mask qardaşları tərəfindən Kaliforniya ştatınıın Palo-Alto şəhərində Global Link Information Network olaraq təsis edildi. Şirkət ilk başda bizneslərin ineternetdə yer almasını təmin edirdi. Amma 1999-cu ildə Compaq tərəfindən alındıqdan sonra qəzetləri lisansiyalı onlayn şəhər bələdçiliyi proqram təminatı ilə təmin etməyə başladı. Zip2 1998-ci ilin aprelində əsas rəqibi olan CitySearch ilə birləşməyə cəhd etdi. Mask əvvəlcə birləşməni dəstəkləsə də, sonradan idarə heyətinin birləşmədən imtina etməsinə səbəb oldu. Şirkət 1999-cu ilin fevralında Compaq tərəfindən 307 milyon ABŞ dolları qarşılığında alındı. Şirkətin başlıca təsisçiləri olan İlon Maskın payına 22, Kimbal Maskın payına isə 15 milyon dollar düşdü. Şirkətin alınmasındakı məqsəd AltaVista veb axtarış sistemini təkmilləşdirmək idi.
İyun
"İyun" ilin 6-cı ayıdır. 30 gündən ibarətdir. Romanın panteon ilahəsi sayılan "Yunona"nın adı ilə bağlıdır. O evlilik və qadınların gözəl rifahı kimi simvolizə edilir.
Birun (Miyanə)
Birun (fars. بيرون‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (20 ailə).
Eicun Kiyokumo
Eicun Kiyokumo (yap. 清雲栄純; 11 sentyabr 1950, Encan[d], Yamanaşi) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib.
Gödək Pipin
Gödək Pipin (III Pipin; lat. Pippinus Brevis, fr. Pépin le Bref; təq. 715 və ya 714, Lyej – 24 sentyabr 768) — 741-751-ci illərdə frank mayordromu, daha sonra 751-768-ci illərdə Karolinqlər sülaləsindən olan ilk Frank kralı, Karl Martelllin kiçik oğlu və Böyük Karlın atası.
Lipen buzlağı
Lipen buzlağı (bolq. ледник Липен, ‘Lednik Lipen’ \'led-nik 'li-pen\) — 5 km uzunluğu, 3.5 km eni olan və Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şərqdə yerləşən buzlaqdır. Buzlaq şimal-qərbi Bolqarıstanda yerləşən Lipen şəhərinin adını daşıyır. == Yerləşməsi == Lipen buzlağı 64°29′15″ c. e. 63°16′30″ q. u. koordinatlarında yerləşmişdir. İliada buzlağından şərqdə, Resus buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Litla-Dimun
Luytla-Duymun (əvvəlki xəritələrdə — Litla-Dimun) (far. Lítla Dímun "Kiçik Duymun") — 18 Farer adasından ən kiçiyi. Şotlandiya və İslandiyanın arasında yerləşir. Sahəsi 0,8 km²-dır. Ən yüksək nöqtəsi hündürlüyü 414 m olan Ravan dağıdır.
Midun rayonu
Midun rayonu (çin. sadə. 米东区, pinyin: Mǐdōng qū, uyğ. میدونگ رايونى, uyğ. Midong Rayoni) — Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi dairəsində yerləşən şəhər tabeli rayon.
Nadiya Mimun
Nadiya Mimun (28 dekabr 1978) — Fransanı təmsil edən bədii gimnast. Nadiya Mimun Fransanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Nikolay Zinin
Zinin Nikolay Nikolayeviç (13 (25) avqust 1812, Şuşa – 6 (18) fevral 1880, Sankt-Peterburq) – rus kimyaçısı (üzvi kimya). 25 avqust 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Peterburq Elmlər Akademiyasınin akademiki (1865), Paris Elmlər Akademiyasının üzvü (1873). Kazan universitetini bitirdikdən (1833) sonra Almaniya, Fransa və İngiltərədə ixtisasını artırmış, 1841–48 illərdə Kazan universitetinin, 1848–64 illərdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının professoru olmuşdur. O, 1842 ildə ammonium sulfidlə təsir etmək yolu ilə aromatik nitrobirləşmələrin aromatik aminlərə reduksiya reaksiyasını (Zinin reaksiyasını) kəşf etmiş, sonralar bu üsulla anilin, α -naftilamin, metafenilendiamin (1844) və metaaminbenzoy turşusu (1845) almışdır. Zininin təklif etdiyi həmin sintez üsulu əsasında Rusiyada sintetik boya, partlayıcı maddə və əczaçılıq sənayeləri yaradılmışdır. 3. 1867–68 illərdə Rus Kimya Cəmiyyətinin (D.İ.Mendeleyev ad. Ümumittifaq Kimya Cəmiyyəti) yaradılmasında fəal iştirak etmiş və həmin cəmiyyətin ilk prezidenti (1868–78) olmuşdur. Zinin müasiri A. A. Voskresenski ilə birlikdə böyük kimyaçılar məktəbi (A.M.Butlerov, N.N.Beketov, A.P.Borodin, L.N.Şişkov və o.) yaratmışdır.
Pipan bazilikası
Pipan bazilikası – Zaqatala rayonunun Pinalı kəndindən 3 km aralıda, yüksək dağlıq ərazidəki meşə içərisində yerləşən üçkilsəli bazilika formalı tarixi kilsə xarabalığı. Pipan kəndindəki iki kilsədən daha gənc olanıdır. Bazilika VII–VIII əsrlərə aid edilən və Pinalı kəndi yaxınlığında meşə ərazisində yerləşən qədim kilsənin memarlıq formalarının təkrar edilməsi ilə inşa olunmuşdur. Kilsənin dam örtüyü və dekor elementləri demək olar ki, dağılmış, dövrümüzə isə yalnız divarlarının bir hissəsi çatmışdır. Ölçü baxımından bazilika Pipandakı digər bazilikadan xeyli iridir, kilsənin mərkəzində isə kifayət qədər böyük ölçülərə malik birnefli zal yerləşir. Abidə Zaqatalanın Pinalı kəndi ərazisində yerləşən iki bazilikadan daha cavan olanıdır. Qədim Pipan bazilikası ölçü baxımından daha kiçik olmaqla erkən xristianlıq dövrü və VII–VIII əsrlərə aid edilir, daha sonrakı dövrdə tikildiyi ehtimal olunan bu bazilika isə IX–X əsrlərə aid olunur. Hər iki abidə elmi ədəbiyyatda üçkilsəli bazilika kimi tanınan memarlıq quruluşuna malikdir. Bazilika VII–VIII əsrlərə aid edilən və Pinalı kəndi yaxınlığında meşə ərazisində yerləşən qədim kilsənin memarlıq formalarının təkrar edilməsi ilə inşa olunmuşdur. Kilsənin dam örtüyü və dekor elementləri demək olar ki, dağılmış, dövrümüzə isə yalnız divarlarının bir hissəsi çatmışdır.
Zemun icması
Zemun (serb. Земун) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 168.170 nəfərdən ibarətdir (2012-ci il), əhali sıxlığı isə 1047 nəfər/km² təşkil edir. Əhatə etdiyi sahə 150 km² bərabərdir, onların 63,0 %-i sənaye məqsədləri üçün istifadə olunur. İcmanın inzibati mərkəzi Belqrad şəhərinin ərazisində, Zemunda yerləşir. Zemun icması 2 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqələrin orta sahəsi 75,0 km²-dır. Yevangeliya kirxası 2005-ci ildən bəri mədəniyyət abidəsi sayılır, onu Huqa Erlix və Viktor Kovaç məktəbinin memarları inşa etmişdilər.
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Zinədin Zidan

Zivin müharibəsi
Zivin Müharibəsi — 26 iyun 1877-ci il tarixdə Rusiya imperiyası ilə Osmanlı İmperiyası arasında baş verən və Osmanlının qələbəsi ilə nəticələnən müharibədir. Süngüdaşı, ya da köhnə adıyla Zivin, Qars vilayətinin Sarıqamış rayonuna bağlı Sarıqamışdan 39 km məsafədə, 65 hanelik bir kənddir. Bu kəndin şərqində sıldırım qayalar üzərində qurulmuş bir qala olan Zivin qalası və qalanın qurulduğu təpə var. 93 müharibəsində bu region Əhməd Muxtar Paşa tərəfindən ruslara qarşı əhəmiyyətli müdafiə məkanı olaraq görülür çünki Araz vadisi və Ərzuruma nazir yollar bu strateji əhəmiyyətə malik yerdən keçir. Osmanlı ordusu paytaxta yaxın Balkan cəbhəsində böyük Rus hücumları səbəbilə çətin vəziyyətdə olduğundan,ardı ardınca məğlubiyyətlər aldığından qüvvələrin və döyüşlərin çoxunu bu cəbhədə istifadə etməkdə idi bu səbəblə Qafqaz cəbhəsində Osmanlı əsgərlərinin kömək alması çox çətin olu. Osmanlılar bölgədəki yerli xalq və türk və kürd tayfa başçılarının verdiyi qüvvələrlə müdafiə olunmaq məcburiyyətindədydi. Bu bölgədə olan 1-ci diviziya əsgər Əhməd Muxtar Paşa tərəfindən zəruri olaraq sıxılmağa çalışılan Rusların Yerevan (İrəvan) sərnişinlər üçün ayrılmış qüvvələrinin komandanı Arshak Ter-Gukasov ilə mübarizə üçün çəkilmişdir, buna görə yalnız 12 batalyondan ibarət olan bir Osmanlı qoşunu qalanı müdafiə etmək üçün qalmışdır. Yenə bu ittifaqa 4 batalyon hərbdə ehtiyat olaraq ayrılmışdır. Birliyin bundan əlavə, az miqdarda süvari dəstəyi ilə 18 topu vardı bu qüvvələr cəmi 10 km-ə (6 milə) yaxın bir cəbhə xətti üçün kifayət edəcək durumda deyildi. Bununla birlikdə Osmanlı komandanlığı bu bölgənin strateji əhəmiyyəti səbəbindən təcavüzə məruz qalacağını təxmin etdiklərindən hər hansı bir hücum vəziyyətinə qarşı 2 ay boyunca səngər qazmış, istehkamlar qurmuş və təpə möhkəmləndirilmişdi.
Çjan Zilin
Çjan Zilin — 2007-ci ilin Dünya Gözəli
Zivin döyüşü