Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Donald Knut
Donald Ervin Knut (ing. Donald Ervin Knuth; 10 yanvar 1938[…], Miluoki, Viskonsin) — Amerikalı kompüter mütəxəssisi, alim, riyaziyyatçı və Stenford Universitetinin fəxri professorudur. 10 yanvar 1938-ci ildə amerikalı alim, Stenford universitetinin fəxri professoru, texniki mövzularda kitabların mətnlərinin yığılması üçün nəzərdə tutulmuş TeX və METAFONT stolüstü nəşriyyat sistemlərinin müəllifi Donald Ervin Knut (Donald Ervin Knuth) anadan olmuşdur. 1974-cü ildə alqoritmlərin analizi və proqramlaşdırma dillərinin emalı sahəsinə verdiyi töhfəyə görə, xüsusilə də "Proqramlaşdırma sənəti" (The Art of Computer Programming) adlı məşhur kitablar toplusunu yaratdığına görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Knut (ayı)
Knut (Almanca tələffüz: [ˈknuːt] ( dinlə)) (5 dekabr 2006–19 mart 2011) — Berlin zooparkında doğulmuş məşhur ağ ayı. Doğulduğunda anası tərəfindən rədd edilməsi nəticəsində zoopark işçiləri tərəfindən tərbiyə edilmişdir. 30 ildir Berlin zooparkında körpəlik mərhələsini keçərək ən çox yaşaya bilən ilk ağ ayı balası idi. Knut beynəlxalq müzakirə mövzusuna çevrildikdən sonra, zoopark turistik və kommersiya uğurlarına imza atdı. Almaniyanın Bild qəzeti heyvan hüquqları fəalının zooparkda bu heyvanın böyüdülməsini pisləyən bir məqalə yayımlandığı zaman, dünyadakı pərəstişkarları onun tərbiyəsini insanlar tərəfindən dəstəkləmək üçün hərəkətə keçdilər. Uşaqlar zooparkdan kənarda etiraz etdilər və dünyanın hər yerindən rəğbət ifadə edən e-poçtlar göndərildi. Məşhur Knut ayısı, oyuncaqlarda, müxtəlif KİV-lərdə, DVD-lərdə, kitablarda və "Knutmania" adlı bir media fenomeninin mərkəzində olmağı bacardı. Bütün bunların nəticəsi olaraq, 2007-ci ildə Berlin zooparkında ayının gəlirində təxminən 5 milyon avro artım oldu. Zooparkın illik ziyarətçi sayı təxminən 30% artdı, beləliklə 2007-ci il, 163 illik tarixinin ən gəlirli ili olaraq seçildi. Knut ayısı 19 mart 2011-ci ildə, günorta saatlarında, dörd yaşında ikən vəfat etdi.
Knut Hamsun
Knut Hamsun (norv. Knut Hamsun) və ya əsl adı Knud Pedersen (norv. Knud Pedersen; 4 avqust 1859[…] – 19 fevral 1952[…]) — Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920). == Həyatı == Əsl adı və soyadı Knud Pedersendir. Norveçin mərkəzi hissəsində, yoxsul kəndli ailəsində doğulmuşdu. Knut üç yaşında olarkən ailələri Şimal Qütbünün 100 km.-də yerləşən Nurlan şəhərinə köçümüşdü. Atası qaynına məxsus Hamsund fermasını icarədar kimi işlədirdi. Kiçik yaşlarından kəndli əməyinin bütün çətinliklərinə alışan Knut da ədəbi təxəllüsünü həmin fermanın adından almışdır. Lakin kənd idilliyası çox tez başa çatdı. Pedersen ailəsi qohumlarının borc asılılığına düşdü.
Knut Viksel
Yuhan Qüstav Knut Viksel (isv. Johan Gustaf Knut Wicksell; 20 dekabr 1851[…], Mariya-Maqdalena[d] – 3 may 1926[…], Danderyud[d], Stokholm leni[d]) — Avstriya məktəbinin konsepsiyalarını ilk dəfə sintez edən İsveç iqtisadçısı, Stokholm məktəbinin müəllimlərindən biri, Viksell effektinin müəllifi. == Bioqrafiyası == Knut 20 dekabr 1851-ci ildə Stokholmda anadan olmuşdur. Üç bacısı və bir yaş böyük qardaşı Aksel vardı. Atası İohan Viksel iş adamı və emlakçı idi. Knut hər iki valideynini də erkən itirdi: anası Kristina 6 yaşında ikən 1858-ci ildə vəfat etdi, 1861-ci ildə ikinci dəfə evlənən atası, Knut 15 yaşında olarkən 1867-ci ildə qəfildən öldü. 1869-cu ildə riyaziyyat və fizika təhsili almaq üçün Uppsala Universitetinə daxil oldu, 1872-ci ildə magistr dərəcəsini fərqlənmə diplomu ilə aldı və 1885-ci ildə riyaziyyat doktoru, 1895-ci ildə iqtisadiyyat doktoru, 1899-cu ildə hüquq diplomu almışdır. 1873–1874-cü illərdə Uppsala orta məktəbində müəllim işləyir, 1874–1875-ci illərdə fərdi müəllimliklə məşğul olur. 1885-ci ildə Londonu ziyarət etdi və 1887-ci ildə Viksel, Almaniyada və Avstriyada iqtisadiyyat təhsili almaq üçün Lauren Fondundan üç illik qrant aldı. Hüquq dərəcəsi aldıqdan sonra, yalnız 1899-cu ildə, 48 yaşında, Uppsala Universitetinin İqtisadiyyat və Hüquq Bölməsində dosent vəzifəsini ala bildi.
Donut
Ponçik və ya donut – qızardılmış xəmirdən hazırlanan yemək növü. Şəkər və yağla zəngindir. Ponçikin bir çox çeşidi mövcuddur və amerikalılar tərəfindən naharda yeyilir. İki formada hazırlana bilər: simit donut və dəliksiz (dairə şəklində) ponçik. Ponçik şokolad, mürəbbə, krem kimi çox müxtəlif əlavələrlə birlikdə yeyilə bilər.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Knud
Knud (994, Danimarka – 12 noyabr 1035) – Danimarka şahzadəsi I Sven Çəngəlsaqqalən oğlu. O, I Haroldun oğlu və varisi. Beləliklə, Danimarkanın birləşməsində rolu olan Skandinaviya hökmdarlarından biridir. Harthacnut I 10-cu əsrin əvvəllərində Danimarka kral evinin yarı əfsanəvi qurucusu idi və onun oğlu Qoca Qorm nəsildə birinci kral oldu (adındakı "Qoca" bunu göstərir). Qormun oğlu və Knutun babası Harald Bluetooth, Danimarkanın xristianlaşması zamanı Danimarka kralı idi; Xristianlığı qəbul edən ilk Skandinaviya krallarından biridir.
Cunut bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Hünüt (dəqiqləşdirmə)
Hunud — tarixi Zəngəzur mahalının Qafan bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Hünüt — tarixi Zəngəzur mahalının Meğri/Mığrı bölgəsində kənd (indiki Ermənistannın Sünik mərzində). Yuxarı Hımud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Aşağı Hunud — Çarlıq dövründə keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sovet dövründə keçmiş Şəmşəddin rayonu ərazisində qışlaq (indiki Ermənistanın Tavuş mərzində). 1930-cu ildə ləğv edilmişdir. Günnüt — Naxçıvan MR-nın Şərur rayonu ərazisində kənd (Kömürlüdağ yaxınlığında).
Knute Consqaard
Knute Consqaard (5 dekabr 1992) — Kanadalı xizək yürüşçüsü. Knute Consqaard Kanadanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Knute Consqaard birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 30 km məsafəyə skiatlon yarışlarında iştirak etdi. Consqaard 45:49.7 saniyəlik nəticəsi ilə 68 atlet arasında 62-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Kompüter ikonu
Kompüter ikonu — Kompüter ekranlarında ikon (ingiliscə icon) kiçicik piktoqramlardır. Onlar adı qaydada uzun-uzadı yazılışları kiçik, bəzən şəkilli işarələrlə ifadə etmək üçündür. Hazırda istifadəçiləri asanlıqla məlumatlandırmaq üçün ikonlardan geniş istifadə olunur.
Neoseiulus innuit
Neoseiulus innuit (lat. Neoseiulus innuit) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Xunut dağı
Kömürlüdağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcında, Bağırsaqdərəsi çayının mənbə hissəsində, Günnüt kəndindən 2,5 km şimal-şərqdə dağ (hünd. 2065,8 m). Erkən Pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn kəsik konusa bənzər yüksəklikdir. Yamacları eyniyaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit lavaları və piroklastolitlərlə örtülmüş və uzununa və eninə istiqamətlənmiş qırılmalarla mürəkkəbləşmişdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahının şimal-qərb hissəsində məskunlaşan Günnüt əyilməsinin mərkəzində yerləşir. Yerli əhali dağı Xunut da adlandırır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.
İnkit gölü
İnkit — Gürcüstanın şimal-qərbində, Abxaziya ərazisində yerləşən relikt göl. İnkit gölü Pisunda burnunda, Qaqra rayonu ərazisindədir. Gölün hündürlüyü dəniz səviyyəsinə yaxındır. Su səthinin sahəsi 0,4 km², ən dərin yeri 3,2 metrdir. Ümumi su kütləsinin həcmi 810 min m³-dir. Əvvəllər göldən kiçik çay axırdı. Sahiz xətti çox az parçalanıb. Oval formaya malikdir. Sonralar göldə su səviyyəsi süni endirildi və nəticədə həm göl suyunun duzluluğu artdı, həm də çay axını dayandı. Suyun duzlaşmasına səbəb dəniz suyunun gölə daxil olması idi.
İnput (nom)
İnput (q.misir jnpwt — "çaqqal", yun. ὁ Κυνοπολίτης νομός) — Yuxarı Misirin XVII nomu (əyaləti). Nomun mərkəzi yun. κυνῶν πολις — "it şəhəri", (q.misir Hr-dj.) Kinopolis şəhəri olmuşdur. Həmin ərazinin totemi Qara çaqqal sayılır. Əsas tanrısı Anubisdur.
İnuit xalqı
İnuitlər və ya Kanada İnuitləri — hindu xalqlarından olan, Kanadada Arktik regionda yaşayan etnos.
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. "İqnat" latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Dünya Skaut Hərəkatı
Dünya Skaut Hərəkatı – skaut təşkilatı. == Tarixi == Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell (Lord Baden-Powell) tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hal-hazırda 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, "Hər gün bir xeyirxah iş görək devizi altında fəaliyyət göstərirlər.Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur.Skaut hərəkatı qeyri-siyasi, qeyri-hökumət, irqindən və dinindən asılı olmayaraq hər kəs üçün açıq olan bir təşkilatdır. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafi regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir. Regionların adları aşağıdakılardır. Avropa Skaut Regionu Amerika Skaut Regionu Asiya-Sakit Okean Skaut Regionu Ərəb Skaut Regionu Afrika Skaut Regionu Avrasiya Skaut Regionu == Dünya Skaut Bürosu == Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur.
Irkut MS-21
İrkut MS-21 (rus. МС‑21 "Магистральный Самолёт 21 века", MS-21 "Magistralni Samolyot 21 veka" - 21. Əsrin sərnişin təyyarəsini), United Aircraft Corporation (UAC) bağlı "Иркут" və Yakovlev tərəfindən hazırlanmış və istehsalı həyata keçirilməsi plananan 150-212 nəfərlik qısa və orta-uzaq mənzilli, iki mühərrikli sərnişin təyyarəsidir. Tupolev Tu-154 və Tu-204/214 təyyartələrini əvəz etmək üçün , MC-21-in sertifikatlaşdırmasının və təslimatının 2016-cı ildə həyata keçirilməsi planlaşdırılmışdır, lakin təslimat 2017-ci ilə ertələnir.
Ümumdünya Skaut Hərəkatı
Dünya Skaut Hərəkatı – skaut təşkilatı. Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell (Lord Baden-Powell) tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hal-hazırda 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, "Hər gün bir xeyirxah iş görək devizi altında fəaliyyət göstərirlər.Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur.Skaut hərəkatı qeyri-siyasi, qeyri-hökumət, irqindən və dinindən asılı olmayaraq hər kəs üçün açıq olan bir təşkilatdır. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafi regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir. Regionların adları aşağıdakılardır. Avropa Skaut Regionu Amerika Skaut Regionu Asiya-Sakit Okean Skaut Regionu Ərəb Skaut Regionu Afrika Skaut Regionu Avrasiya Skaut Regionu Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur.
İnput/output prosessoru
İnput/output prosessoru (en. input/output processor ~ ru. процессор ввода-вывода ~ tr. giriş/çıkış işlemcisi) – giriş və çıxış əməliyyatlarını emal etmək və bununla da mərkəzi prosessorun yükünü azaltmaq üçün işlənib hazırlanmış aparat vasitələri. Məsələn, rəqəmsal siqnal prosessoru mərkəzi prosessoru cəlb etmədən səs obrazlarının intensiv, mürəkkəb analiz və sintezini apara bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Türkiyə Skaut Federasiyası
Türkiye İzcilik Federasyonu (ing. Scouting and Guiding Federation of Turkey) — Türkiyə Milli izcilik Federasiyasıdır. Federasiya 1950-ci ildən Ümumdünya Skaut Hərəkatı Təşkilatının, 1987-ci ildən isə Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının üzvüdür.Türkiyə izcilik Federasiyasda 278 klub və 240160 min izci var.Türkiyə İzcilik Federasiyası, Türkiyədəki izcilik hərəkatınıa əsaslanan bir qurum olaraq fəaliyyət göstərir. İzcilik, gənclərin fiziki, mənəvi və sosial inkişafına nail olmağı, onlara liderlik bacarığını öyrətməyi və ictimai fəaliyyətləri hədəfləyən hərkatdı.TİF, Türkiyə ərazisindəki bir çox izci klublarını özündə birləşdirən bir birlikdir. İzcilik və izci təşkilatları gənclərə müstəqil fikirlər, liderlik bacarığı, əməkdaşlıq və təbiət və sair fəaliyyətləri təşviq edir. Bu təşkilatlar, düşərgələr, təlimlər və digər tədbirlər vasitəsilə gənclərə peşəkar bacarıqlar öyrədir. Türkiyədə izciliyin başlaması 1909-cu ildə İstanbulda Qalatasaray və Kabataş liseylərində idman müəllimi işləyən Əhməd və Əbdürrəhman Robenson qardaşları və Nafi Arif Kansu və Ethem Nejatla əlaqələndirilir. İlk dəstələr Osmanlının sonlarında Darüşşafaka, Qalatasaray və İstanbul liseylərində təşkil edildi. Eyni dövrdə Osmanlı İmperiyasının ərazilərində, xüsusən də Livan və Suriyada müstəqil izci dəstələri yaradılıb. İzcilik qurulduğu zaman "Keşşaflıq" adında olub.