Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İlah
İlah (kişi) və ya İlahə (qadın) (ərəb. إله‎) — müqəddəs hesab olunan, fövqəltəbiilik və ya ölümsüzlük xüsusiyyətlərinə malik olan sima. Sitayiş və pərəstiş obyekti. İlahlar müxtəlif obrazlarda və daha çox insan və ya heyvan şəklində təsvir olunurlar. Bəzi dini etiqadlar ilahların hər hansı formada təsvir edilməsini küfr hesab edirlər. İlahlar bir qayda olaraq ölümsüz olurlar, individuallığa və həmçinin insana xas olan şüur, istək və emosiyalar kimi xüsusiyyətlərə malik olurlar. Təbiət hadisələri — ildırım çaxması, sel daşqınları, zəlzələlər, digər "fors-major hallar" və möcüzələr ilahların əməlləri kimi qəbul edilir. Möminlərin hesab edirlər ki, bəzi ilahlar insanın taleyini müəyyən edir, onun doğulması və ölümünü tənzimləyir, dünyanı və kainatı, yaxud onların ayrı-ayrı elementlərini yaradırlar. İlahələrə misal ağıllılıq ilahəsi Afina, səfehlik ilahı Ate, dəniz ilahı Poseydon, alov ilahı Hefest, ov ilahəsi Artemis, torpaq ilahı Artey, çaylar, sular ilahı Axel, evlilik ilahəsi Yuno, hərb ilahı Appolon, müharibə ilahı Mars, kələkbazlıq ilahı Hermes, yeraltı aləmin ilahı Aid'dir.
İlis
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir. Kənd Qarabağ silsiləsində yerləşir.
İliç
İliç — Ərzincanın 9 ilçəsindən biri. 2016-cı ilin məlumatına görə ilçədə 7.625 nəfər yaşayır.
Ilir Seytay
Ilir Seytay (alb. Ilir Seitaj; 1957, Moskva) — Albaniya şahmatçısı, beynəlxalq master (1991). Albaniya dördqat çempionu (1983, 1991, 1999, 2009 llərdə). Albaniya yığmasının tərkibində on iki şahmat olimpiadasında (1984, 1988, 1990, 1994, 1998, 2002, 2004, 2010, 2012, 2014, 2016, 2018 illərdə), 2001 və 2017-ci illərdə Milli Komandaların Avropa çempionatlarında və 1994-cü il Balkaniada turnirində iştirak etmişdir. 1985, 1995, 1998 və 2000-ci illərdə Albaniyanı Zona turnirlərinda təmsil etdmişdir. Onun karyerasında ən yüksək reytinqi 1 iyul 1992-ci ildə 2425 bal idi, bu onun alban şahmatçıları arasında ikinci yerdə (Fatos Muçodan sonra) olduğu vaxta təsadüf etmişdir 2017-ci ilin aprel ayına olan reytinqi 2374 bal idi. Vaxtaşırı şahmat oyunu üzrə seminar və kurslar keçirir, həmçinin nümunə çıxışları aparır.
Izıh Xan
Izıh Xan - türk və altay mifologiyasında heyvan ilahı. Itıh Xan olaraq da xatırlanır. Heyvanları və xüsusilə atları, "ıdık" olaraq təbiətə salınan azad qurbanları qoruyan tanrıdır. Dağların zirvəsində yaşayır. == Etimologiya == (Iz/Id) kökündən törəmişdir. "Idık" sözündən gəlir. Salmaq, sərbəst buraxmaq mənaları vardır. Müqəddəslik və ilahilik anlayışlarını da bünyəsində saxlayar.
Sanya İliç
Aleksandar "Sanya" İliç (serb. Aleksandar "Sanja" Ilić, Александар "Сања" Илић; 27 mart 1951, Belqrad, Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR – 7 mart 2021, Belqrad) — Serbiya musiqiçisi və bəstəkarı. O, 1998-ci ildə Balkanika qrupunu yaratmışdır. İliç məhz Balkanika qrupu ilə birlikdə "Nova deca" mahnısı ilə Serbiyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. İliç 27 mart 1951-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. Onun atası bəstəkar, qardaşı Draqan isə Generacija 5 qrupunda musiqiçi olaraq fəaliyyət göstərir. İliç serbiyalı aktrisa və model Zlata Petkoviç ilə ailə həyatı qurmuşdur. Petkoviç 2012-ci ildə dünyasını dəyişmişdir. Onların 1984-cü ildə anadan olan bir övladları var. İliç musiqi karyerasına hələ 12 yaşında ikən başlamışdır.
İlie Ketereu
İlie Ketereu (rum. Ilie V. Cătărău, doğulduğunda soyadı Katarov, 1888, Orhey[d], Bessarabiya quberniyası[d] – 1952, Transilvaniya) Bessarabiyada doğulan siyasi macəraçı, əsgər və casus idi. Həyatının bir hisssini Rumıniyada keçirmişdir. O, Rumıniya ilə Avstriya-Macarıstan arasındakı gərginliyin artmasına yönəlmiş iki terror hücumunun əsas günahkarlarından hesab edilir. Ketereu Katarov Rusiya imperiyasının və Rumıniyanın xüsusi xidmətləri üçün işləyən ikili agent idi. Ketereu Katarovun mənşəyi və erkən həyatı hələ müəyyən deyil. O, Rusiya İmperiyasının Bessarabiya əyalətində yerləşən Orxey — yaxud yaxınlıqdakı Markauti kəndindən idi. Qeydlər göstərir ki, onun doğulduğu il 1888, valideynləri isə Vasily Konstantinoviç və Aleksandr idi. Rumıniya qaynaqları isə Ketereunun Rumıniya cəmiyyətinin üzvü deyil, daha çox Bessarabiya Bolqarı olduğunu iddia edir. Ketereu və bir çox bacısı erkən yaşda yetim qaldı.
İlin Vikimediyaçısı
İlin vikimediaçısı — 2011-ci ildə Vikipediya təsisçisi Cimmi Ueyls tərəfindən yaradılan illik mükafat. Vikimedia hərəkatının ən böyük nailiyyətlərini vurğulamaq üçün Vikimaniyada ənənəvi olaraq təqdim olunur. Mükafatı qazanan vikimediaçılara Rauan Kenzhexanlı, Demmy, Remi Matis, İhor Kostenko, Emily Temple-Vud, Rosi Stephenson-Qudnayt, Feliks Nartey və Fərhad Fatkullin aiddir. Əsas mükafatla yanaşı, yeddi "Fəxri qeyd" mövcuddur.
İlin adamı
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
İlin fəsilləri
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
İlin günləri
Təqvim ili qriqorian və yulian təqvimlərində qısa ildə 365, uzun ildə 366 sutkaya bərabərdir.
İlin mövsümləri
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
İlir Meta
İlir Rəcəb Meta (alb. Ilir Rexhep Meta; 24 mart 1969, Çorovoda[d], Berat vilayəti[d]) — 24 iyul 2017-ci ildən etibarən Albaniya Prezidenti vəzifəsində çalışan alban siyasətçi. Daha əvvəl 1999–2002-ci illərdə Baş nazir vəzifəsində çalışıb və 30 yaşında Albaniya tarixində I Zoqdan sonra ikinci gənc Baş nazir olub. Meta ayrıca 2002–2003 və 2009–2010-cu illər arasında yenidən Xarici İşlər Naziri vəzifəsində çalışıb. 2013–2017-ci illərdə Albaniya Respublikası Parlamentinin sədri olub. Bundan əvvəl Avropa İnteqrasiyası Parlament Komissiyasına rəhbərlik edib. Meta 2004-cü ildə Sosialist İnteqrasiya Hərəkatını qurub. 28 aprel 2017-ci il tarixdə 140 millət vəkilindən 87 səs alaraq Albaniya Prezidenti seçildi. Sosial mediada Seltik klubuna olan sevgisini tez-tez nümayiş etdirir. 2020-ci ilin iyul ayında Albaniyada ilk Seltik fan-klubunu qurmuşdur.
İliç buxtası
İliç buxtası — neft hasilatı məqsədilə Azərbaycan SSR-də yaradılmış ilk süni ada 1925-ci ildə yaradılmışdır.
İliç rayonu
Şərur rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonu Şərur rayonu adlandırılmışdır. Şərur rayonu – Muxtar Respublikanın qərbində yerləşir, cənubda İranla həmsərhəddir. Ərazisinin şimalı və şərqi dağ relyefinə malikdir. Dərələyəz dağ sistemi buradan keçir. Ən yüksək dağı – Qalınqayadır (2775 metr). İqlimi yarımsəhra, quraqdır. Lakin kifayət qədər yumşaqdır – qışda temperatur nadir hallarda +3 dərəcədən aşağı düşür, yayda + 50 dərəcədən yuxarı qalxmır. Buradan Araz çayının qolu Arpaçay və digərləri axır. Arpaçay suyundan suvarmada istifadə edilir.
İlya İlin
İlya Aleksandroviç İlin (anadan olub 24 may 1988-ci ildə, Qızılorda, Qazaxıstan SSR) — Qazaxıstan ağır atleti, üç müxtəlif çəki dərəcəsində dördqat dünya çempionu (2005 - 85 kq, 2006 və 2011 - 94 kq-a qədər, 2014 - 105 kq-a qədər), yeniyetmələr arasında iki qat dünya çempionu (2005 - 85 kq-a qədər, 2006 - 94 kq-a qədər) ), 94 kq çəki dərəcəsində (2006 və 2010) iki qat Asiya Oyunlarının çempionu. İki çəki dərəcəsində dörd dünya rekordçusudur (-94 kq; −105 kq). 2008 və 2012-ci illərdə Olimpiya Oyunlarında qızıl medal qazandı, lakin sonra dopinq qəbuluna görə mükafatlarından məhrum olundu. Dörd dəfə dünyanın ən yaxşı ağır atleti kimi tanındı (2005, 2006, 2014, 2015). Qazaxıstan Respublikasının əməkdar idman ustasıdır. Uğurlu çıxışlarına görə "Kurmet" ordeni ilə təltif edildi. İlk məşqçilərindən biri Viloriy Viktoroviç Pak idi. 15 iyun 2016-cı ildə Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə İlyin London Olimpiya Oyunlarında aldığı dopinq testlərinin müsbət nəticələrinə görə müvəqqəti olaraq idman fəaliyyətindən uzaqlaşdırıldı. Nümunədə anabolik steroid preparatlar - stanozolol və dehidroxlormetiltestosteron tapıldı. İyunun 18-də Beynəlxalq Ağır Atletika Federasiyası İlyinin Pekin Olimpiadasındankı dopinq testinin də müsbət olduğunu bildirdi: stanozolol tapıldı.
Yuri İliç
Yuri İliç Drujnikov (əsl adı Yuri İzrayileviç Alperoviç 17 aprel 1933, Moskva - 14 may 2008, Devis, Kaliforniya) — rus yazıçısı, ədəbiyyat tarixçisi, jurnalist, dissident. Yuri İliç ədəbi yaradıcılığa 1960-cı illərdə başlayıb. "Moskovski komsomolets" qəzetində elm şöbəsinin müdiri olub. 1987-ci ildə əvvəlcə Avstriyaya, sonra ABŞ -a mühacirət etdi. Yuri İliç mühacirətdən əvvəl əsasən uşaq yazıçısı kimi tanınırdı. 1989-cu ildən — Kaliforniya Universitetinin professoru, PEN klubunun "Sürgündə olan yazıçılar" bölməsinin sədri vəzifəsində çalışıb. 1993-cü ildə Amerikanın "Zamanın məhbusu" filmində yazıçı kimi çəkilib. Əsərləri on dörd dilə tərcümə edilmişdir. "Bir iynə ucunda mələklər" romanına görə (Moskva jurnalistləri haqqında, Praqa baharından sonra Moskva baharının yatırılması haqqında) Polşa Yazıçılar İttifaqının Dostoyevski mükafatına layiq görülüb. Yuri İzrayileviç Alperoviç adı ilə Sahədə maşınlar.
İlin vikimediaçısı
İlin vikimediaçısı — 2011-ci ildə Vikipediya təsisçisi Cimmi Ueyls tərəfindən yaradılan illik mükafat. Vikimedia hərəkatının ən böyük nailiyyətlərini vurğulamaq üçün Vikimaniyada ənənəvi olaraq təqdim olunur. Mükafatı qazanan vikimediaçılara Rauan Kenzhexanlı, Demmy, Remi Matis, İhor Kostenko, Emily Temple-Vud, Rosi Stephenson-Qudnayt, Feliks Nartey və Fərhad Fatkullin aiddir. Əsas mükafatla yanaşı, yeddi "Fəxri qeyd" mövcuddur.
Yaradıcı ilah
Yaradıcı ilah və ya yaradıcı tanrı — insan dinində və mifologiyasında Yerin, dünyanın və kainatın yaradılmasından məsul olan ilah. Monoteizmdə tək tanrı çox vaxt həm də yaradandır. Bir sıra monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilmiş əsas transsendent varlıqdan ayırır. Monolatristik ənənələr ikinci dərəcəli yaradıcını əsas yaradıcı kimi müəyyən edilən əsas transsendent varlıqdan ayırır. Qaudiya-vayşnavizmə görə, Brahma ali deyil, ikinci dərəcəli yaradıcıdır, Vişnu isə əsas yaradıcıdır. Vayşnavizm inancına görə, Vişnu əsas universal qabığı yaradır və bütün xammalları təmin edir, həmçinin canlı varlıqları öz müstəqil iradəsini yerinə yetirərək maddi dünya daxilində yerləşdirir. Brahma Puran terminologiyasında planetlər olduğuna inanılanları həqiqətən yaratmaq üçün Vişnunun təqdim etdiyi materiallarla işləyir və onların əhalisinə nəzarət edir. Monizm vahidliyi özünün əsas müddəası kimi qəbul edən fəlsəfədir. Bu, əbədi və varlığın qalan hissəsindən ayrı bir yaradıcı tanrının olması barədə dualizmə əsaslanan teistik müddəa ilə ziddiyyət təşkil edir. İki növ monizm mövcuddur: bütün mənəvi reallığın vahid olduğunu müdafiə edən mənəvi monizm; bütün maddi reallıq da daxil olmaqla hər şeyin bir və eyni şey olduğunu müdafiə edən maddi monizm.
İlah (islam)
İlah (ərəb. إله‎) — "tanrı" mənasını verən ərəbcə termin. Ərəb dilində ilah ibadət edilən hər kəsə və ya hər hansı bir şeyə aiddir. Qadın forması olan ilahə "tanrıça" deməkdir. Yenə "tanrı" mənasını verən "Allah" sözünün təklif olunan "əl-lah" şəklində bu sözdən törədiyi güman edilir, lakin bu, mübahisəlidir. "İlah" sözü şimal-qərbi sami dillərində "el" və akkadca "ilum" sözləri ilə eyniköklüdür. Sami dillərindən olan ivritcədə də tanrı üçün "eloah" və "elohim" sözlərindən istifadə olunur. Bu termin "Quran"da Allahın varlığını və ya qeyri-müsəlmanların başqa tanrılara olan inanclarını müzakirə edən hissələrdə istifadə olunur. Müsəlmanların imanla bağlı etirafları olan kəlmeyi-şəhadətin ilk ifadəsi "Allahdan başqa ilah yoxdur"dur.
Fil İli
Fil İli (Ərəbcə: عام الفيل, Amm'ul- Fil) — İslam tarixində, təxminən miladi 570-ci ildə yaşandığı, hadisə ilə bağlı verilən addır. Məhəmməd peyğəmbər 571-ci ildə bu hadisədən çox qısa müddət sonra doğulmuşdu. 570-ci ildə bu ad Həbəşistandakı Aksum krallığına bağlı Əbrəhə adlı bir Xristiyan əmirin, Kəbəni yıxmaq məqsədi ilə qurduğu ordusundakı əsas başçı olan döyüşçü filin az qala çökərək hərəkət etməməsi və digər fillərin də ayağı üstünə çökməsi, eləcədə Əbabil quşlarının ordunu məhv etməsi ilə əlaqədar olaraq qoyulmuşdu. Baş verən bu hadisəyə "Fil hadisəsi" adı verilmişdir. Fil hadisəsi haqqında Quranda Fil surəsi yer almaqdadır. Fil hadisəsi ilə əlaqədar tarixi mənbələrdə bilinən məlumat verilməyib. Yazaçı Turan Dursun bu hadisənin bir büdpərəst əfsanəsi olduğunu iddia etmişdir. Yaşar Nuri Öztürk,"Qurandakı İslam" adlı kitabında , Əbrəhə ordusunu həlak edən siccin daşlarının, Əbabil quşları tərəfindən bu orduya bulaşdırılan vəba mikrobları olduğunun iddia etmişdir. Yəni Əbabil quşlarının Əbrəhə ordusunun üstünə buraxdığı siccin daşları, onların bədənlərinə hər hansı fiziki yara açmadığı sadəcə olaraq orduda vəba epidemiyasının yayılması və bu səbəbdən tələf olduğunu iddiasını irəli sürmüşdü. Əbrəhə ordusundakı çiçək xəstəliyinin epidemiyası ortaya çıxdığını və bu səbəbdən Kəbəyə çatmadan ordunun geri dönmək məcburiyyətində olduğunu iddia edən tarixçilər də var.
Giresun ili
Giresun ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. İnzabati mərkəzi Giresun şəhəridir.
Girəsun ili
Giresun ili — Türkiyədə il. Qara dəniz regionunda yerləşir. İnzabati mərkəzi Giresun şəhəridir.
Kahramanmaraş ili
Qəhrəmanmaraş (türk. Kahramanmaraş) — Türkiyədə il.
Kilis ili
Kilis ili — Türkiyədə il. İl şərq, qərb və şimaldan Qaziantep ilə, cənubdan isə Suriya ilə sərhəddir. Diyarbakıra, Qaziantepə 58 km., Suriya sərhədinə isə 10 km məsafə var.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.