Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İslahat
İslahat (lat. reformo) — qanun səviyyəsində həyata keçirilən dəyişikliklər. İslahatlar zərurətdən yarandığına görə dövlət hakimiyyəti tərəfindən yuxarıdan başlanır. İslahatların məqsədi cəmiyyətdə qanunların səmərəli işləməsini və həyat şəraitinin yaxşılaşdırılmasını təmin etməkdir. İslahatlar gedişində siyasi sitemin əsasları dəyişilmədən bir hissəsi dəyişdirilir. Bununla belə islahatlar heç də həmişə deyilənlərin tezliklə baş verməsini təmin etmir.
İstiot
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === == Növləri == Piper abajoense Bornst. Piper abalienatum Trel. Piper abbadianum Yunck. Piper abbreviatum Opiz Piper abellinum Trel. & Yunck. Piper aberrans C.DC. Piper abutiloides (Kunth) Kunth ex Steud. Piper achoteanum Trel. Piper achotense Trel.
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
İnşaat
İnşaat və yaxud Tikinti — dedikdə yaşayış binasının, qurğuların, sənaye təyinatlı obyektlərin, körpülərin, tunellərin və başqa mühəndislik əsərlərinin bünövrədən istismara yararlı vəziyyətə gətirilməsi prosesi nəzərdə tutulur. İnşaat latın termini olub birlikdə və yığılı deməkdir ki, bu sözdə fransız literaturasından gəlir. Əsrlər boyu insanlar özləri üçün sığınacaq tikmiş və sadə inşaat alətləri hazırlamışdır. Bürünc dövründə isə şəhərlər böyüyür və bir qrup peşəkar ustalar sinifi ortaya çıxır. Bəzən inşaat fəaliyyəti üçün qul əməyindəndə istifada olunurdu. Orta əsrlərdə bu sahə inkişaf edir, 19-cu əsrdən etibarən isə inşaat işlərinin aparılmasına kömək edən texnikalar hazırlanmağa başlayır. == Sektorlar == Ümumi olaraq inşaatın üç sektoru vardır: bina, qurğu və sənaye təyinatlı obyektlərin tikintisi. Binalar əsasən iki sinfi formaya uyğun tikilir. Bunlardan biri yaşayış təyinatlı binalar, digəri isə idarə binalarıdır. Qurğular dedikdə böyük tikinti infrastrukturları, su anbarları, su bəndləri, körpülər, tunellər, avtomobil yolları, parklar və digər mühəndislik əsərləri nəzərdə tutulur.
Astat
Astat (At) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 85-ci element. Bu element 1940-cı ildə süni olaraq siklotronda bismutu alfa-hissəciklərlə şüalandırmaqla alınmışdır. Amma yalnız kəşfdən 7 il sonra Çmilio Çino Seqre (1905-1989) başda olmaqla Amerika fiziklər qrupu bu elementə ad verdilər: yunan sözü astatos - “davamsız, səbatsız”-dan yaranmışdır. Bu elementin ən uzun ömürlü izotopu 7,2 saat yarımparçalanma dövrünə malikdir.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Stata
Stata(ümumi təyinatlı statistik proqram təminatı paketi; 1985-ci ildə StataCorp şirkəti tərəfindən yaradılıb. Bütün dünyada bir çox biznes qurumları və elmi müəssisələr bu proqramdan geniş istifadə edir. İstifadəçilərinin əksəriyyəti müxtəlif tədqiqat sahələrində, xüsusilə, iqtisadiyyat, sosiologiya, politologiya, biotəbabət və epidemiologiya sahələrində çalışır. Stata verilənlərin idarəolunması, statistik təhlil, qrafika, modelləşdirmə və proqramlaşdırma imkanlarına malikdir. Stata adı ingilis dilindəki statistics və data sözlərindən yaranıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 812 s.
İstra
İstra — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
İştar
İştar (ərəb. عشتار‎ İştar, fars. ایشتار‎ İstar, ivr. ‏עשתרת‏‎ Aştoret, q.yun. Ἀστάρτῃ Astarta; Anunit, Nana, İnana) Akkad mifalogisında bir tanrıça, ilahə. Şumer mifalogiyasındakı İnannadan törəmişdir.. İnanna Utu/Şamaşın əkiz bacısıdır, Nanna/Sinin qızıdır. Enlilin dünyasında ilk doğan qadındır. Ona verilen ilk adlar Şumercə ikən, ikincilər Akkadlar tərəfindən bu tanrılara verilən adlardır. Assur panteonunun üçüncü baş tanrısı İştar (şumerlərin İnannasıdır) ilahəsi olmuşdur.
İştah
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
Aqrar islahat
Aqrar islahat — torpaq sahibliyi və torpaqdan istifadə sisteminin dəyişdirilməsi. == Tarixi == XVII–XIX əsrlərdə Qərbi Avropanın bir sıra ölkəsində burjua inqilabları dövründə aqrar islahatları keçirilmişdir. Burjua inqilabları bəzi ölkələrdə feodal münasibətlərinə güclü zərbə vurmuş (İngiltərə, Fransa) və bununla da kənd təsərrüfatında kapitalist inkişaf yolunu açmışdı. Bu inqilablar Avropanın bir sıra ölkəsində feodal qalıqlarını tam ləğv edə bilməmişdi. Buna görə də bu ölkələrdə kapitalizmin inkişafı prosesində hakim sinfin xeyrinə aqrar islahatları keçirilmişdir (məsələn, Prussiyada 1807–1811 illər islahatı, Rusiyada 1861-ci il kəndli islahatı və Stolıpinin aqrar islahatı (1906–1916), Rumıniyada 1864-cü il islahatı). Aqrar islahatların keçirilməsinin zəruriliyi ölkənin iqtisadi və siyasi tələbatından, kəndlilərin torpaq uğrunda güclü hərəkatından irəli gəlir. Bunların radikal həlli dərəcəli bu və ya digər ölkədə ictimai-iqtisadi şərtlərin məcmusu, sinfi qüvvələrin nisbəti, dövlət hakimiyyətinin xarakteri ilə müəyyən edilir. Vladimir Lenin aqrar inqilabların siyasi hakimiyyət uğrunda mübarizə ilə bilavasitə əlaqəsini qeyd etmişdir: "Əgər aqrar inqilabının qələbəsi hakimiyyətin inqilabçı xalq tərəfindən əldə edilməsini nəzərdə tutmursa, bu inqilab boş bir ibarədir. Həmin şərt olmadan bu inqilab aqrar inqilabı deyil, kəndli qiyamı və ya kadet aqrar islahatı olacaqdır". Çar Rusiyasında kəndlilərin inqilabi çıxışlarının təzyiqi ilə keçirilən aqrar islahatları, Birinci Dünya müharibəsindən sonra isə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrində (Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Polşa.
Birillik istiot
Corc İstman
Corc İstmen (ing. George Eastman, 12 iyul 1854[…] – 14 mart 1932[…], Roçester[d], Nyu-York ştatı) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir. === Şirkətin yaranması === 24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
Distant təhsil
Distant təhsil — tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.
Istakan-Arıta
Istakan-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malikdir. Cənub-qərb sahilləri sıldırımlıdır. Adada 5 metr hündürlüyə malik təpə vardır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Sinniqes-Arı adası yerləşir. Ərazisində elədə böyük olmayan gölləri vardır.
Merilin İstman
Merilin İstman (ing. Marilyn Eastman; 17 dekabr 1933, Davenport[d], Ayova – 22 avqust 2021, Tampa, Florida) — ABŞ aktrisasıdır. Ən yaxşı çəkildiyi film Yaşayan ölülərin gecəsi filmidir. Merilin ABŞ yazıçısı və diktoru Con F. İstman ilə ailə həyatı qurmuş və onların üç övladı dünyaya gəlmişdir. == Həyatı == Merilin İstman 1937-ci il tarixində Ayova ştatında anadan olmuşdur. Film karyerasına 1957–1966-cı illərdə çəkilmiş "Perri Meyson" televiziya serialı ilə başlamışdır. Ardınca 1968-ci ildə çəkilmiş Yaşayan ölülərin gecəsi filmində Helen personajını canlandırmışdır. Bu filmdə populyarlıq əldə etmiş və bir müddət film karyerasından uzaqlaşmışdır. 1995-ci ildə "Qonaq", 1996-cı ildə isə Santa Klaus" filmlərinə çəkilmişdir.
Natrium sitrat
== Natrium sitrat == Na3C6H5O7 - limon turşusunun natrium duzudur. Mr(Na3C6H5O7)=258,06 == Alınması == Preparat limon turşusunu natrium-karbonatla neytrallaşdırmaqla alınır. Sənayedə isə limon turşusu müxtəlif mənbələrdən, məsələn pambıq bitkisi yarpaqlarından, limon və cır nar şirələrindən, mikrobioloji sintezlə alına bilər. == Fiziki xassələri == Preparat rəngsiz və ya ağ kristallik tozdur. Suda asan həll olur, spirtdə pis həll olur. == Tətbiqi == Preparat qanın laxtalanmasının qarşısını alan maddə kimi (konservant), tibbi məqsədlər üçün, qan hazırlığında 4–5%-li məhlullar şəklində işlənir.
Qara istiot
Qara istiot (lat. Piper nigrum) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü.
Saplaqlı istiot
İsatay Taymanov
İsatay Taymanov (qaz. Исатай Тайманұлы; 1791 – 12 iyul 1838) — 1836–1838-ci illərdə Qərbi Qazaxıstanda üsyan başçısı. == Həyatı == XVIII əsrin sonunda Kiçik Jüzün başına, qazaxların arasında nüfuzu olmayan Aysuak xan, Rusiya tərəfindən iqtidara gətirilmişdir. Kiçik Jüzdə nüfuz sahibi şəxslərin olmaması və böyüklər ilə sultanların bir araya gəlməməsi ilə birlikdə xalqla münasibətləri nizama salan insanlar qalmayınca, jüzün rəiyyət və soyluları arasında anlasmazlıqlar artmışdır. Bu dönəmlərdə rusların xidmətində olan Başqırd və kazakların basqınları yenidən ortaya çıxmışdır. 1803-cü ildə bu durumdan sikayətçi olan Kiçik Jüzün böyükləri Orenburqda toplanmışdılar. Bu toplantının ən önəmli məqsədi, istila və yağmaçılığın sona çatdırılması və xanlıq içərisindəki siyasi həyatın sağlam tutulmasıydı. Ancaq bu toplantıda alınmış olan qərarlar sadəcə kağız üzərində qalmışdır. Rusların gözləntilərini yerinə yetirə bilməyən Aysuak xanın yerinə oğlu Cantörə taxta çıxarılmışdır. Tədqiq olunan dönəmdə Orta Jüzdəki hadisələr fərqli bir şəkildə qarşımıza çıxmaqdadır.
İstiot nanə
Su nanəsi (lat. Mentha aquatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin nanə cinsinə aid bitki növü. == Arealı == Avropa, Cənub-qərbi Asiyada və şimal-qərbi Afrikada bitir. == Qısa morfoloji təsviri == Çoxillik, uzun, sürünən zoğludur. Gövdəsi düz və ya qalxan, hündürlüyü 30-80 sm, budaqlı, demək olar ki, çılpaq və ya tüklənmiş bitkidir. Yarpaqları saplaqlı, 2-5 sm uzunluqda, 1-3 sm enində, uzunsov yumurtavari və ya elliptik, küt və ya ucubiz, kənarları mişarvari, zəif tüklü, yaşılbozumtul rəngdədir. Köbələri çoxçiçəklidir, 2-3 sayda gövdənin və budaqların təpəsində birləşərək kürəvari, oval və ya uzunsov başcıqlı çıçəkqrupunda yığılmışdır. Kasacıqları pırpızlaşmış tüklü, boruvari, tacı 6-8 mm uzunluqda, çəhrayıdır. Fındıqcıqları yumurtavari, xırda nöqtəlidir. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi ovalığının rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
İstvan Tatar
İstvan Tatar (24 mart 1958 — 2 yanvar 2017) — Beynəlxalq yarışlarda Macarıstanı təmsil edən sprinter. O, 1980 Yay Olimpiya Oyunları və 1988 Yay Olimpiya Oyunlarında 100 metr və 4 × 100 metr məsafəyə qaçış yarışlarında iştirak etmişdir.
İştvan Mesaroş
İştvan Mesaroş (mac. Mészáros István; 19 dekabr 1930, Budapeşt – 1 oktyabr 2017, London, İngiltərə, Birləşmiş Krallıq) — macar əsilli filosof və iqtisadçı, Sasseks Universitetinin (Böyük Britaniya) əməkdar professoru. 1956-cı ildə Sovet işğalından sonra Macarıstanı tərk etdi. Onu müasir Qərb marksizminin nümayəndələrinə aid edirlər. Həmçinin özünü post-marksist adlandırırdı. == Bioqrafiyası == İştvan Mesaroş fəhlə ailəsindən olub və anası tərəfindən böyüyüb. Müharibə şəraitində o, doğum haqqında şəhadətnaməni saxtalaşdıraraq on iki yaşında fabrikdə işləməyə başladı (işçiliyin minimum yaşı on altı idi).Gənc işçi olaraq, ilk dəfə beynəlxalq əmək istismarı — kişilər və qadınlar arasında əmək haqqı bərabərsizliyi ilə qarşılaşdı - onun xaricə məxsus müəssisədə (Standart radio fabriki) işləyən yetkin fəhlə yoldaşları macar işəgötürənində işləyən anasından daha çox maaş alırdı. Mesaroş yalnız İkinci Dünya Müharibəsi başa çatdıqdan və pulsuz təhsilin tətbiqindən sonra təhsil ala bildi. O, Budapeşt məktəbinə daxil olub — Budapeşt Universitetinin Estetik İnstitutunda Georg Lukaçın assistenti kimi çalışıb, 1954-cü ildə doktorluq dissertasiyasını müdafiə edib. 1956-cı ildə o, marksist və anti-stalinist yönümlü olan Eszmélet jurnalının icraçı redaktoru vəzifəsində çalışdı.
İştvan Nyerş
İştvan Nyerş (macar. Nyers Istvan; 25 may 1924 və ya 25 mart 1924 – 9 mart 2005, Subotiça, Serbiya və Monteneqro) — Macarıstanlı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu eyni zamanda Stefano Niers (it. Stefano Nyers) və Etienne Nyers (fr. Etienne Nyers) adları ilədə tanınır. == Bioqrafiya == İştvan Nyerş 24 mart 1924-cü ildə Fransanın Lotaringiya bölgəsinin Mozel departamentində olan Fremen-Merlebach şəhərində anadan olub. Macarıstanın Özd şəhərindən olan atası, ixtisasca mədənçi idi və İştvan doğulmazdan əvvəl ailəsi ilə birlikdə Fransaya işləmək üçün köçmuşdu. İştvan uşaq olan zaman ailəsi Fransadan Macarıstanın Subotiça şəhərinə qayıdır və İştvanın uşaqlığı burada keçir. == Karyera == İştvan futbolçu karyerasına "Sabadqai Vashutash" klubunda başlayır.
İştvan Peli
İştvan Peli (ing. Istvan Pely; d. 1974, ABŞ) — ABŞ video oyun rəssamı və dizayneri. Onun videooyunlarına olan marağı atası evə bir Apple IIe kompüteri gətirəndə başlamışdır. İştvan kollecdə təhsil aldığı vaxtlarda üçölcülü kompütür qrafikaları ilə maraqlanmağa başlamış və 3D Studio R2 proqramı ilə tanış olmuşdur. İştvan bir neçə dostu ilə "Majectic" (azərb. Əzəmətli‎) adlı bir Mac/PC macəra oyunu hazırlamış və onu məzun olmazdan əvvəl satışa çıxarmışdır. İştvan 1997-ci ildə "Bethesda Softworks"a qoşulmuş və şirkət üçün daha iki videooyunu, yəni "Symbiocom" və "Zero Critical"ı hazırlamışdır. İştvan Peli 2006-cı ildən etibarən "Bethesda Softworks" videooyun şirkətində birbaşa fəaliyyət göstərir. O, ilk olaraq "The Elder Scrolls IV: Oblivion" videooyununda baş mədən rəssamı olaraq fəaliyyət göstərmişdir.