Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İstək
İstək — yerinə yetirilməsi(başqası tərəfindən) arzu edilən şey. İstəyim yalnız iştə bir şəfqət; Bir təbəssümo hüsni-dilbərdən. H. Cavid. İstəyim xalqıma hər an ucalıqdır, ucalıq; Mənə yaddır qocalıq. S. Rüstəm. Sanki cavanlaşdıyüz il bədənim; Gözümdə qalmadı istəyim mənim. Z. Xəlil.
İsveç
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
TV10 (İsveç)
«TV10» — «Modern Times Group» şirkətinin sahibləndiyi İsveç özəl telekanalı. Telekanal idman və sənədli filmlər üzrə ixtisaslaşmışdır. Telekanal 7 sentyabr 2010-cu ildən yayımlanır.
İsveç-Norveç
İsveç-Norveç — indiki İsveç və Norveç torpaqlarında qurulmuş uniya. 1814-cü ildə qurulmuş, 1905-ci ilə qədər davam etmişdir. Bu tarixdən sonra Norveç,İsveçin bir parçası olmamış; Norveç parlamenti səsvermə ilə Danimarka şahzadəsi Kristian Frederik Karl Georg Valdemar Aksel'i VII Haakon adı ilə hakimiyyətə gətirərək İsveçdən ayrılmışdır. Napoleon müharibələri dövründə Danimarka'nın məğlubiyyəti 1814-cü ildə Norveçin İsveçə verilməsi ilə nəticələndi. İsveç kralı XIII Karl yeni birliyin kralı elan edildi. Bu vaxtı Norveçdə hələ də mübarizə aparan şahzadə Kristian Frederik işğala qarşı mübarizə aparmağa və heç olmasa Norveçin müstəqilliyini qorumağa çalışırdı. İyun ayının 30-u Rusiya, Avstriya, Prussiya və Böyük Britaniyadan gələn səfirlər onu sülhlə təslim olmağa çağırdılar. Kristian Frederik xalqın öz liderini seçməyini təklif edərkən bu yerdə Avstriya səfiri Avqust Ernst Şteigenteş bu məşhur şərhi: Müharibənin qaçınılmaz olduğunu görən İsveç, vəliəhd Karl İohannın komandanlığı altında Hvaler adalarına çıxaraq müharibəni başlatmış oldu. Langnes döyüşü kimi kiçik döyüşlərdə Norveçlilər qələbə qazansa da İsveç qalib gələrək şahzadə Kristian'ı Danimarkaya geri göndərdi. Noyabrın 4-ü XIII Karl Norveç kralı elan olundu.
İsveç Akademiyası
İsveç Akademiyası — 1786-cı ildə III Kral Qustav tərəfindən əsası qoyulmuşdur. İsveçin Kral akademiyalarından biridir. Alfred Nobelin xatirəsinə həsr olunmuş Ədəbiyyat üzrə Nobel mükafatı laureatı namizədlərini müəyyən edir. İsveç Akademiyası 1786-cı ildə III Qustav tərəfindən təsis edilmişdir. Rəsmi fəaliyyətə başlayandan sonra 18 üzvü var. Akamiyanın devizi “İstedad və zövq”-dür. Akademiyanın əsas məqsədi isveç dilinin "təmizliyini, gücünü və əzəmətliliyini" daha da artırmaqdır. Bunun üçün Akademiya iki ədəd lüğət dərc etdirir. İsveç akamiyasının binası hal-hazırda Stokholm birjasının binası kimi tanınır və ilk olaraq burjuaziya üçün tikilmişdir. Alt mərtəbə ticarət mübadiləsi üçün istifadə olunurdu.
İsveç Briqadası
İsveç Briqadası (isv. Svenska brigaden; fin Ruotsalainen prikaati) - 1918-ci ildəki Finlandiya vətəndaş müharibəsində Ağ Qaravullara dəstək olmaq üçün 400 isveçli könüllüdən ibarət yarımhərbi birləşmə. Briqada 28 mart-6 aprel tarixində baş verən Tampere döyüşündə iştirak etmişdi. Nəticədə, İsveç Briqadasının 34 üzvü həlak olmuş, 50-ə qədər döyüşçü yaralanmışdı. Tampere döyüşündə ölənlər arasında briqadanın məşhur üzvlərindən arxeoloq Aksel Boyethius və tarixçi Olof Palme də var idi.
İsveç Krallığı
İsveç, rəsmi adı İsveç Krallığı (İsveçcə: Konungariket Sverige (konunqariket svəriye)) — Şimali Avropada Skandinaviya yarımadasında yerləşən konstitusiyalı monarxiyalı dövlət. Ölkə qərbdən Norveç Krallığı, şimal – şərqdə Finlandiya ilə quru sərhədlərinə malikdir. Şərqdə Botnik körfəzi və Baltik dənizi, cənub- qərbdə Skagerrak, Balt və Öresund boğazlarına çıxır. Cənub-qərbdə Öresund körpüsü vasitəsilə Danimarka ilə quru nəqliyyat yollarına malikdir. 1995-ci ildən Avropa Birliyinin üzvüdür. 450.295 km² ərazisi olan İsveç Avropa Birliyi ölkələri arasında ərazisinə görə üçüncü ən böyük dövlətdir. Əhalisi 9.4 milyon nəfərdir. Əhali sıxlığı aşağıdır, lakin ölkənin cənub hissəsində sıxlıq daha böyükdür. Əhalinin 85%-i şəhərlərdə yaşayır və ölkədə urbanizasiya artır. Ən böyük şəhəri Stokholmdur (şəhər əhalisi 1.3 milyon, metropoliya əhalisi 2 milyon nəfər).
İsveç bayrağı
İsveç bayrağı — İsveçin Dövlət bayrağı
İsveç dili
İsveç dili (isveçcə ) — skandinaviya dil qrupunun şərqi skandinaviya dilləri yarımqrupu, İsveçdə, Finlandiyanın bir hissəsində və Aland adalarında danışılır. On milyon dil daşıyıcısı ilə Skandinaviyada ən çox yayılmış dildir.
İsveç finləri
İsveç finləri (fin ruotsinsuomalaiset; isv. sverigefinnar) tarixi olaraq İsveç ərazisində yaşamış və ya daha sonra İsveçə köç etmiş finlərdən ibarət, İsveç ərazisində yaşayan fin dilli azsaylı xalq. İsveç finləri Finlandiyada dil baxımından azlıqda olan isveç dilli Finlandiya isveçliləri ilə qarışdırılmamalıdır. Fin kökləri olan insanlar nisbətən İsveç əhalisinin böyük hissəsini təşkil edirlər. Tarixi olaraq İsveçdə yaşan İsveç finlərinin kiçik hissəsinə əlavə olaraq, İsveçdə Finlandiyada doğulmuş və ya valideynlərindən ən az biri Finlandiyada doğulmuş 426 000 (2012-ci ildə ümumi əhalinin %4.46 demək idi) insan yaşayırdı. İsveç dili kimi fin dili də orta əsrlərdən bəri Botniya körfəzinin hər iki tərəfində danışılır. 13-cü əsrdə İsveç tərəfindən Finlandiyada aparılan hərbi əməliyyatlardan sonra Finlandiya zamanla İsveç hakimiyyətini qəbul etdi və həm Finlandiya, həm də İsveçdəki finlər İsveçin təsiri altında düşdü. Artıq 1400-cü illərdə Stokholmun say baxımından olduca böyük hissəsi fin dilində danışırdı. 1700-ci illərdə bu statistika təxminən %4 idi. Finlandiya Finlandiya müharibəsindən sonra Finlandiyanı Rusiya İmperiyasının hakimiyyəti altına salan, ancaq Torne çayının İsveç sahilindəki fin əhalini orada qoyan 1809-cu il sülhünə qədər İsveçin bir hissəsi olaraq qalırdı.
İsveç gerbi
İsveç gerbi — İsveç krallığının dövlət rəmzlərindən biridir. 2 versiyası mövcuddur İsveç gerbinin istifadəsi İsveç Qanun Aktı 498: 1970 ilə tənzimlənir. Aktda belə qeyd olunub: " İsveç gerbi və bayrağı müvafiq icazələr olmadan hər hansı bir əmtəə nişanı və emblemdə istifadə oluna bilməz". İsveçin gerbinin istifadəsi ilk dəfə 1908-ci il qanunu ilə qüvvəyə minmişdir. Bu qanun gerbin "böyük" və "kiçik" versiyası arasındakı fərqləri də rəsmi olaraq kodlaşdırır. İsveç gerbinin "böyük" versiyası əsasən arxası qalxan(eng: escutcheon) ilə təsvir olunur. Gerbin görünütüsü illər boyunca hakim sülalənin dəyişməsi ilə fərqi formalara uyğunlaşdırılıb. Gerbin ilkin forması İsveç kralı Karl Knutson tərəfindən 1448-də yaradılıb Gerbin kiçik versiyası İsveç höküməti və ona tabe olan dövlət qurumları tərəfindən işlənir. Bu versiyaya ölkənin pasportunda, səfirlik sənədlərində və güc strukturlarının geyimlərində rast gəlmək mümkündür.
İsveç kralı
İsveç kralı (isv. Kung av Sverige) — İsveçin dövlət başçısı. Hazırda yalnız təmsilçi və diplomatik funksiyaları yerinə yetirir (1975-ci il Konstitusiyasına uyğun). Hazırda İsveç, 4 əsas qanundan ibarət olan Konstitusiyada təsbit edilən demokratiya və konstitusiyalı monarxiyadır. Kral və kral ailəsinin üzvləri İsveçdə və xaricdə müxtəlif rəsmi, qeyri-rəsmi və digər nümayəndəlik vəzifələrini icra edirlər. Hazırda İsveç kralı 15 sentyabr 1973-cü ildə babası Qustav VI Adolfun ölümündən sonra XVI Karl Qustavdır. 1 yanvar 1975-ci ildə qüvvəyə minmiş ölkənin yeni Konstitusiyasına görə bütün icra hakimiyyəti hökumətə və parlamentə verildi. Baş nazirin namizədliyi və vəzifədən azad edilməsinə görə məsuliyyət Riksdağın sədrinə verildi və Baş nazir istədiyi digər nazirləri təyin və vəzifədən azad etdi. Riksdaq tərəfindən qəbul edilmiş qanun sənədləri kral sanksiyası olmadan qanuna çevrilə bilər: baş nazir və ya başqa bir nazir bunları "hökumət adından" imzalayır. 1917-ci ildə yazılmamış presedent qurulduğuna baxmayaraq, V Qustav parlamentarizm ideyasını dəstəkləməkdən başqa bir şansının olmadığını söylədi və Baş nazir Nils Edenə gizli məsləhətçilərlə məsləhətləşmələri dayandıracağını və ölkənin siyasətinə qarışmayacağını vəd etdi; 1971-ci ildə dörd əsas partiya tərəfindən müəyyən edilmiş müddətdə bir kompromis əldə edildi və monarxiyanın rolu və onun konstitusiya hüquqları mövzusunda İsveçdəki siyasi müzakirələrdə əksəriyyətin konsensusuna təsir göstərməyə davam edir.
İsveç kronu
İsveç kronu (İsveçcə:svensk krona) — 1873-cü ildən bəri istifadə edilən İsveçin rəsmi pul vahidi. İsveç kronu İsveçlə yanaşı Aland adalarınında rəsmi pul vahidi hesab olunur. 2006-cı ilə olan infilyasiya 4,4% təşkil edir..
İsveç kürdləri
İsveç kürdləri (kürd. Kurdên Swêdê; isv. Kurder i Sverige) - İsveçdə yaşayan kürd icmasına verilən ümumi ad. İsveç kürdləri əsasən ölkə paytaxtı Stokholm və İsveçin əsas şəhərlərindən olan Uppsalada yaşamaqdadırlar. 1970-ci ildən etibarən kürdlərin İsveçdə müntəzəm olaraq məskunlaşması başlamışdır. Rəsmi məlumatlara görə ölkədə 83.600 nəfər kürd əsilli şəxs yaşayır və bu şəxslərin əksəriyyəti İsveçdə anadan olan yeni generasiyanən nümayəndələridir. 2004-cü ildə yaradılan və Börlenge şəhərini təmsil edən Dalkurd FK futbol klubu ölkədəki yerli kürd icmasının əsas simvollarından hesab olunur. Dalkurd FF 2017-ci il Superettan (əhəmiyyətinə görə ikinci futbol çempionatı) mövsümündə II yeri tutaraq, ölkənin əsas futbol çempionatı olan Allsvenskanda iştirak etmək hüququ əldə edib.
İsveç modeli
İsveç modeli və ya Skandinaviya modeli — İsveç, Norveç, Finlandiya, İslandiya və Danimarka kimi Şimali Avropa ölkələrində tətbiq olunan oxşar əmək qüvvəsi, təhsil və sosial siyasətlərlə xarakterizə olunan sosial-iqtisadi model. Bu model siyasi anlayış olaraq, bu ölkələrdəki sosial dövlətin əsasını təşkil edir. İsveç cəmiyyət sistemi və siyasət irsi 1970-ci illərdə xüsusilə İsveç modeli termini ilə xarakterizə olunmuşdur. Buna baxmayaraq, İsveç modeli 1930-1970-ci illərdə inkişaf etmişdir. 1990-cı illərin əvvəllərində Skandinaviya ölkələrində ağır iqtisadi böhran səbəbindən əsaslı dəyişikliklər və islahatlar həyata keçirilmişdir. 1994-cü ildən təqribən 2000-ci ilə qədər sosial dövlətin əsasında həyata keçirilən islahatlar Danimarkanın o dövrdəki sosial demokrat Baş naziri Pol Nurup Rasmussen tərəfindən həyata keçirilmişdir. Rasmussen Danimarkanın əmək qüvvəsi və sosial siyasətini elastiklik və təhlükəsizlik adlanan yeni bir yönə doğru yönləndirdi. Beləliklə, işsizliyin və kasıblığın aradan qaldırılması təmin olundu. Yante qanunu (isv. Janteloven) olaraq adlandırılan bərabərlik tələbləri, İsveçi sərvətin bölüşdürülməsində Avropa dövlətləri içində ən çox fərqlənən dövlətə çevirmişdir.
İsveç tarixi
İsveç tarixi - müasir İsveç dövləti 1397-ci ildə yaradılmış Kalmar Birliyinin XVI əsrdə dağılmasından sonra yaranmışdır. XVII əsrdə İsveç İmperiyası Avropada superdövlət olaraq yüksəlməyə başladı. Lakin sonradan XVIII və XIXəsrlərdə İsveç öz ərazilərinin çox hissəsini itirdi, ölkənin şərq torpaqlarının demək olar hamısı Rusiya tərəfindən işğal olundu. İsveçin daxil olduğu sonuncu müharibə 1814-cü ildə baş verib, həmin tarixdən bəri İsveç bütün müharibələrdə neytral mövqe tutmuşdur. İsveç ilk dəfə Romalı tarixçi Tasitin "Germaniya" əsərində tarix səhnəsinə çıxmışdır. O bir neçə kralın olduğunu deyir. İsveçin qədim tarixi üç yerə bölünür6 əfsanəvi, yarıəfsanəvi və real. Orta əsrlərdə indiki İsveç ərazisində vikinqlərin güclü dövləti mövcud idi. Vikinqlər VIII əsrdən başlayaraq üç əsr müddətində İsveçdə hakim qüvvə olmuşlar. Onların hakimiyyəti XI əsrdə xristianlıqın yayılması ilə başa çatmışdır.
İsveç İmperiyası
İsveç İmperiyası (isv. Stormaktstiden, "Böyük gücün dövrü") 17 və erkən 18-ci əsrlər ərzində Baltik regionunun böyük hissəsinin ərazi olaraq idarə edən Avropanın tarixi böyük gücü. İmperiyanın başlanğıc tarixi Qustav II Adolfun taxta çıxıb hakimiyyəti ələ aldığı 1611-ci il, süqut tarixi isə Şimal müharibəsindən sonra böyük torpaq sahələrini itirdiyi 1721-ci il qəbul edilir. 1632-ci ildə Qustav Adolfun ölümündən sonra imperiya uzun periodlar ərzində kiçik monarxların regentləri kimi davranan Oksenstierna ailəsi kimi zadəganlar tərəfinən idarə olunmağa başladı. Yüksək zadəganlığın maraqları vahidlik siyasəti ilə ziddiyyət təşkil etdi (yəni, padşahlar və kəndlilər tərəfindən bəyənilən İsveç qəbilələri statusunda ənənəvi bərabərliyi dəstəkləyirdilər). Faktiki ali idarəetmə dövründə əldə edilən ərazilərdə təhkimçilik hüququ ləğv edilmədi və İsveçdə şəxsi mülklərin qurulma tendensiyası da mövcud idi. 1680-ci ilin Böyük Azaltması zadəganların bu səylərinə son verdi və onlardan kraldan əldə etdikləri mülkləri yenidən onun ixtiyarına verməyi tələb etdi. Təhkimçilik hüququ Müqəddəs Roma İmperiyasında və İsveç Estoniyasında qazanılan hökmranlıqlarda qüvvədə qaldı və burada vahidlik siyasətinin sonradan tətbiq edilməsi əldə etdikləri müqavilələr tərəfindən əngəlləndi. Otuz illik müharibədəki qələbələrdən sonra İsveç İkinci Şimal Döyüşü əsnasında 1658-ci ildə Roskilde müqaviləsi ilə əsas düşməni Danimarkanın zərərsizləşdirilməsiylə böyük güc dövrünün zirvəsinə çatdı. Bu müharibənin gedişatında, sonrakı Skan müharibəsində olduğu kimi, İsveç də imperatorluğunu yalnız ən yaxın müttəfiqi olan Fransanın dəstəyi ilə qoruya bildi.
İsveç şəhərləri
Cinsi istək
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual istək
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Yeni İsveç
Yeni İsveç (isv. Nya Sverige) — 1638-1655-ci illərdə Amerikada mövcud olmuş İsveç imperiyasının müstəmləkəsi.
İsveç Demokratları
İsveç parlamenti
Riksdaq (isv. Sveriges riksdags riksdag) İsveç Krallığının qanunverici orqanıdır. Təkpalatalı parlament sistemi ilə fəaliyyət göstərən Riksdaq, İsveçin siyasi sisteminin mərkəzi hissəsini təşkil edir. Riksdaq, İsveçin ən yüksək qanunverici orqanı olaraq, ölkənin qanunlarını qəbul edir, büdcəni təsdiq edir və hökumətin fəaliyyətini nəzarət edir. Riksdaqın üzvləri, İsveç vətəndaşları tərəfindən dörd illik dövrlər üçün seçilir. Parlamentin 349 üzvü var və onlar İsveçin 29 seçki dairəsindən seçilir. Riksdaqın qərarları İsveçin siyasi və sosial həyatına dərin təsir göstərir, çünki burada qəbul edilən qanunlar ölkənin iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Riksdaq həm də İsveçin beynəlxalq münasibətlərini və xarici siyasətini formalaşdıran əsas orqandır. == Tarixi == === İlk dövrlər === Riksdaqın tarixi 1435-ci ilə, Arboga məclisinə qədər uzanır. Bu dövrdə Riksdaq, İsveçin dörd əsas sinfini – zadəganları, kilsəni, burjuaziyası və kəndliləri təmsil edən Riksens ständer adlı bir orqan idi.
İSTƏK liseyi
İstək liseyi — I-XI sinif şagirdlərinə Azərbaycan və Beynəlxalq bölmələr üzrə təhsil xidməti göstərmiş ümumtəhsil müəssisəsidir. İSTƏK liseyi təsisçisinin 05.07.2018-ci il tarixli qərarına əsasən İSTƏK liseyi təhsil müəssisəsi kimi fəaliyyətini dayandırmışdır. 2014-cü ildə təsis olunan lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin 074503 №-li lisenziyası əsasında Bakı (İSTƏK Beynəlxalq məktəbi, İstək ibtidai beynəlxalq məktəbi, Xalqlar Dostluğu və Gənclik), Sumqayıt, Quba, Şirvan, Lənkəran, Ağdaş, Mingəçevir, Gəncə və Şəki şəhərlərində fəaliyyət göstərir. Təhsil prosesində dövlət təhsil standartları və beynəlxalq proqramları birgə tətbiq edən İstək liseyi milli dəyərlərə sədaqətlə şagirdlərin dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib olmasına imkan yaradır. İstək liseyinin Bakı şəhərinin Nərimanov metro stansiyasının yaxınlığında yerləşən kampusu beynəlxalq təhsil proqramları, maddi – texniki bazası, dünya şöhrətli ali məktəblərə qəbul və beynəlxalq olimpiadalarda nəticələri ilə dünya təhsilini hamı üçün əlçatan edir. Binası, üstün texnologiyaları, beynəlxalq proqramları ilə liseyin şagirdləri fənləri xarici dillərdə mənimsəyərək bütün dünyada tanınan beynəlxalq sertifikat əldə edə bilirlər. Liseyin maddi-texniki bazası liseydə 20-dən artıq növ üzrə sosial fəaliyyət proqramlarının həyata keçirilməsi, şagirdlərin dərəcə və olimpiada siniflərində xüsusi hazırlıq keçməsi, təbiət elmləri və kompüter laboratoriyaları ilə biliklərini bacarıqlara çevirməsinə imkan verir. Liseydə Beynəlxalq bölmə üzrə qız və oğlan şagirdlər I-VI sinifdən 20 nəfərdən ibarət siniflərdə təhsil alırlar. Hər il beynəlxalq proqramlara və xaricdə təhsilə maraq göstərən yüzlərlə şagird və valideynin seçimi olan İstək Beynəlxalq məktəbi şagirdlərin milli dəyərlərə sadiq, yüksək təhsilli, dövrün tələblərinə uyğun bilik və bacarıqlara sahib şəxsiyyət kimi yetişməsi üçün şərait yaradır. İstək oyunları hər il liseyin şagirdləri arasında keçirilən ümumlisey spartakiadasıdır.
İste (albom)
İste – Mustafa Sandal-ın 2004-cü ildə çıxardığı albomdur. "İste" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma məxsus "İsyankar" mahnısına klip çəkilmiş və bir müddət sonra oriental remiks formasında, daha bir klip də çəkilmişdir. Həmçinin, "Kavrulduk" və remiks formasında olan "All My Life" mahnılarına da klip çəkilmişdir.
Xarici İşlər Nazirliyi (İsveç)
İsveç Xarici İşlər Nazirliyi (isv. Utrikesdepartementet) — İsveç Krallığının digər dövlət və beynəlxalq təşkilatlarla əlaqələrdən məsul olan mərkəzi hökumət orqanı. Xarici İşlər Nazirliyinin tarixinə görə 1791-ci ildə Kral III Qustav Beynəlxalq yazışma üçün kral kabineti yaradır. 1840-cı ildə təşkilat adını dəyişərək rəsmi olaraq Xarici İşlər Nazirliyi adını aldı.
İsveç Xarici İşlər Nazirliyi
İsveç Xarici İşlər Nazirliyi (isv. Utrikesdepartementet) — İsveç Krallığının digər dövlət və beynəlxalq təşkilatlarla əlaqələrdən məsul olan mərkəzi hökumət orqanı. Xarici İşlər Nazirliyinin tarixinə görə 1791-ci ildə Kral III Qustav Beynəlxalq yazışma üçün kral kabineti yaradır. 1840-cı ildə təşkilat adını dəyişərək rəsmi olaraq Xarici İşlər Nazirliyi adını aldı.