İsveçrə quşarmudu
İsveçrə quşarmudu (lat. Sorbus intermedia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
İsveçrə, Şərqi Danimarka, Finlandiya, Estoniya, Latviya, Polşada yayılmışdır.
Hündürlüyü 10-20 m-dək, möhkəm gövdəli,diametri 60 sm-dən, 2-3 m-dək olan, boz qabıqlı ağacdır. Çətiri (kupol) minarə formalı, möhkəm, horizontal budaqlıdır. Yarpaqların uzunluğu 7-12 sm, eni 5-7 sm, yuxarısı yaşıl, alt tərəfi boz-ağ tükcüklü, kənarları xırda dişlidir. Payızda sarımtıldan boz-qonur rəngli olur. Çiçəklərin diametri 15-20 mm, 5 ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkciklidir. Meyvəsi narıncı-qırmızı, diametri 10 mm, uzunluğu 15 mm, payızın ortaları yetişir.
Meşələrdə başlıca olaraq, palıd, palıd-vələs, vələs meşələrində başqa ağac cinsləri ilə birlikdə bitir, eləcə də meşə kənarlarında tək-tək və qrup halında təsadüf edilir.